Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atakan Karazor
Atakan Karazor (13 oktyabr 1996, Essen, Şimali Reyn-Vestfaliya) — 2. Bundesliqa təmsilçilərindən olan "Holştayn Kiel" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Dortmund === Karazor "Boxum" akademiyası vasitəsilə inkişaf etmişdir. 5 may 2015-ci ildə o, "Borussiya Dortmund" klubuna transfer olmuşdur. Karazor "Borussiya Dortmund II" komandası ilə 59 oyuna çıxmış və bir qolla yadda qalmışdır. === Holştayn Kiel === 14 iyun 2017-ci ildə Karazor "Holştayn Kielv" klubu ilə müqavilə imzalamışdır. Karazor klub ilə debütünü 23 yanvar 2018-ci ildə "Yunion Berlin" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 2. Bundesliqa görüşündə "Holştayn" rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.
Hacıxoş (Soyuqbulaq)
Hacıxoş (fars. حاجي خوش‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 907 nəfər yaşayır (144 ailə).
Dmitro Yaroş
Dmitro Yaroş (ukr. Дмитро Ярош) — Sağ Sektor Partiyası lideri. == Həyatı == === Siyasi fəaliyyəti === 2014-cü il Ukrayna prezident seçkilərində Sağ Sektor tərəfindən prezidentliyə namizədliyi elan edilmiş və rəsmi nəticələrinə görə 21 namizəd arasında 0.70% səs toplayaraq 11-ci yeri tutmuşdur.21 yanvar 2015-ci ildə Donbassda gedən döyüşlərdə yaralanıb. === Şəxsi həyatı === Ailəlidir. Üç övladı vardır.
Dmıtro Yaroş
Dmitro Yaroş (ukr. Дмитро Ярош) — Sağ Sektor Partiyası lideri. == Həyatı == === Siyasi fəaliyyəti === 2014-cü il Ukrayna prezident seçkilərində Sağ Sektor tərəfindən prezidentliyə namizədliyi elan edilmiş və rəsmi nəticələrinə görə 21 namizəd arasında 0.70% səs toplayaraq 11-ci yeri tutmuşdur.21 yanvar 2015-ci ildə Donbassda gedən döyüşlərdə yaralanıb. === Şəxsi həyatı === Ailəlidir. Üç övladı vardır.
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. == Həyatı == Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüsser Cerri Vlodavski ilə tanış olur.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
Mən Azərbaycanlıyam (yarış)
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Yarış video oyunu
Yarış videooyunu (ing. Racing video game) — oyunçunun birinci və ya üçüncü şəxs perspektivindən quru, su, hava və ya kosmos üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrindən istifadə edərək yarış müsabiqəsində iştirak etdiyi videooyun janrı. Bu müsabiqələr real həyatdakı yarış turnirlərinə və ya tamamilə uydurma mövzulara əsaslana bilərlər. Ümumi olaraq, onlar hardkor simulyasiyalar və ya daha sadə arkada yarış oyunları ola bilərlər. Yarış videooyunları idman videooyunları kateqoriyasına daxildirlər.
George Russell (yarış sürücüsü)
Corc Uilyam Russell (ing. George Russell; 15 fevral 1998) — Britaniyalı Formula 1 sürücüsüdür. 2017-ci ildə GP3 və 2018-ci ildə Formula 2 çempionu olduqdan sonra 2019-cu ildə Williams komandası ilə Formula 1 yarışlarına başladı. O, 2022 mövsümündə Mercedes komandası üçün yarışacaq . == Həyatı == Russell Norfolk ştatının King's Lynn şəhərində atası Stiv və anası Alisonun iki bacısı ilə birlikdə ən kiçiyi olub: bacısı Cara və böyük qardaşı Benjy. Russel 7 yaşında kartinqlə məşğul olub, vaxtının çox hissəsini kartinq treklərində və həm də rəqabətli kartinqlə məşğul olan qardaşı Benji ətrafında keçirib. Wisbech, Cambridgeshire-də böyüyən Russell, yarış komandalarına daha yaxın olmaq üçün 18 yaşında Milton Keynsə köçməzdən əvvəl Wisbech Grammar School-da təhsil almışdır. Atası kimi o da Wolverhampton Wanderers Futbol Klubunun azarkeşidir.
Maribor
Maribor (sloven. Maribor; alm. Marburg an der Drau‎) - 95,500 nəfərlik əhalisi ilə Sloveniyanın ən böyük ikinci şəhəridir.Avstriyanın Qraz şəhərindən 50 km məsafədə yerləşir. Şərqi Avropa memarlığının ən diqqət çəkici xüsusiyyətlərinə bu şəhərdə rast gəlinir. Şəhərin ilk adı Marburq-an-der-Drau olmuşdur. Maribor tarixə uğursuz fəth cəhdləri ilə düşmüşdür. Məsələn, 1480 və 1481-ci illərdə Mattias Korvinusun başçılığı altındakı macarlar tərəfindən və 1532 və 1683-cü illərdə isə Osmanlı İmperiyası tərəfindən şəhərə uğursuz fəth cəhdləri baş tutmuşdur. == Tarixi == Orta əsrlərə aid tarixi mənbələrdə Markburh olaraq adlanan bu şəhərin adına ilk dəfə 1164-cü ildə rast gəlinmişdir. İlk dövrlərdə Dvar qraflığının mərkəzi olan şəhər sonradan Ştiriya qraflığının tərkibinə qatılmışdı. Maribor 1254-cü ildə şəhər statusu almışdır.
Maribor FK
Maribor – Sloveniyanın futbol klubu.
Maribor Universiteti
Maribor Universiteti (sloven. Univerza v Mariboru) — Sloveniyanın Maribor şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Maribor Universitetinin əsası 1975-ci ildə qoyulmuşdur.
Maribor sinaqoqu
Maribor Sinaqoqu (sloven. Sinagoga Maribor) Sloveniyanın Maribor şəhərində hal-hazırda muzey kimi fəaliyyət göstərən sinaqoq. Orta əsrlərdə Maribordakı gettoda Židovska ulica ("Yəhudi küçəsi")-nın mərkəzində yerləşən, Avropanın ən qədim qorunan sinaqoqlarından biridir və Sloveniyada yerləşən iki sinoqoqdan biridir (digəri isə Lendava Sinaqoqudur (sloven. Sinagoga Lendava). Bir zamanlar Alpların şərqində ən görkəmli yerlərdən biri olan Maribordakı orta əsr yəhudi icmasının mərkəzi kimi fəaliyyət göstərirdi. == Tarixi == İlk olaraq 1354-cü ilə aid mənbələrdə xatırlanan sinaqoqun 13-cü əsrin sonlarında tikildiyi düşünülür. Bina şəhər divarlarının yanında yerləşən yəhudi qəbiristanlığı, iqamətgah və Talmud məktəbini özündə birləşdirən kompleksin bir hissəsi idi. Yaxınlığındakı qala Židovski stolp ("Yəhudi qalası") olaraq tanınırdı və binanın divarları Drava çayının sahillərinə dayanırdı.1785-ci ildə II İosifin antiklerik islahatları zamanı sinaqoq müsadirə edildi və hərbi anbara çevrildi. Ticarət anbarı, şərab zirzəmisi, sənət studiyası və 1811-ci illərə qədər qaldığı bir yaşayış evi kimi istifadəyə verildikdən sonra 1980-ci ilə qədər bu həcmdə xidmət etdi.Keçmiş ziyarətgahın yenidən qurulması da daxil olmaqla, 1992-ci ildən 2000-ci ilə qədər davam edən bir neçə illik təmir işlərindən sonra, bina 2001-ci ildə Maribor və Sloveniyanın yəhudi icmasının tarixinə həsr olunmuş muzey və mədəniyyət-sərgi məkanı kimi açılmışdır. Ərazi əvvəlcə Maribor Regional Muzeyi tərəfindən idarə edildi.
NK Maribor
Maribor – Sloveniyanın futbol klubu.
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Marios Andreou
Marios Andreu (yun. Μάριος Ανδρέου; 26 avqust 1998-ci ildə anadan olub) — Kipr Birinci Diviziya təmsilçilərindən olan Apollon Limassol klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kipr futbolçusudur. == Klub karyerası == Andreou öz peşəkar karyerasında debütünü 19 fevral 2017-ci ildə Karmiotissa klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Aleks da Silvanı əvəz etmişdir. Həmin görüşdə Apollon rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur.Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan 200 nəfərlik konfrans zalı, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Burada uşaqlar üçün müxtəlif əyləncə və idman sahələri qurulmuşdur.