Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baylakan
Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Aran bölgəsində (klassik Qafqaz Albaniyası), hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi. Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. == İstinadlar == == Ədəbiyyat == Əhmədov Q.M. Örnəqala.
Haynanan quşüzümü
Solanum procumbens (lat. Solanum procumbens) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Yalana bax (mahnı)
Yalana bax — Xalq artisti Aygün Kazımovanın mahnısı. == Haqqında == Mahnının bəstəsi Sevinc Tağıyevaya, sözləri isə şairə Sevinc Şirinə aiddir. Aygün Kazımova daha öncə də Sevin Tağıyeva və Sevinc Şirinlə işbirliyinə imza atmışdır. Pop Divanın “Məhəbbətə hə, xəyanətə yox”, “Düşün məni”, “Sevgi yağışı”, “Mən sənsiz” mahnıları da Sevin Tağıyeva və Sevinc Şirin ikilisinə aiddir. Mahnını İslam Şirvani aranjiman etmişdir. Mahnının səs uzlaşması Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı Hakan Erola aiddir. Xalq artisti “Yalana bax” adlı mahnısı üçün fotoqraf Kamran Aydınovun fotokamerasının qarşısına keçərək maraqlı fotosessiya da etmişdi. Aygün Kazımovanın stili üzərində isə Ruxa çalışmışdı. Layihənin prodüseri isə DJ Kazım Sübhandır. 2019-cu ildə azərbaycanlı DJ Jay Aliyev mahnını masterinq etmişdir.
Qaranlıqdan boylanan (film, 2012)
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Exxen tərəfindən yayımlanan proqramların siyahısı
Bu siyahıya Exxen adlı rəqəmsal platformada yayımlanan seriallar, filmlər, proqramlar və müsabiqələr daxildir. == Seriallar == 2021-: Leyla ilə Məcnun (Tezliklə) 2021-: Sehrli anam 2021-: Şərəf bəy 2021-: Adi şübhəlilər 2021-: Hökmsüz 2021-: Oxşar 2021-: Şagird evi 2021-: Tələs Zeynəb 2021-: Vəhşi şeylər 2021-: Bu mənim nağılımdır 2021-: Bəzi qəribə hadisələr 2021-: Yavuz 2021-: Ölüm vaxtı (tezliklə) 2021-: Bir yeraltı sitkomu == Proqramlar == 2021-: @Enis Arıkan (Enis Arıkan) 2021-: Çirkli paltarlar (Orkun İşıtmak) 2021-: Zeynəb Bastıq və qonaqları (Zeynəb Bastıq) 2021-: Katarsis (Gökhan Çinar) 2021-: Qaraj (Doğan Kabak və Fərhad Albayraq) 2021-: Zehin oyunları (Qıvanç və Burak) 2021-: Sürprizlərimiz var (Acun Ilıcalı, Alp Kırşan və Esra Eron) 2021-: Mən necə zəifləyərəm? (Çağan Atakan Arslan və Türev Uludağ) 2021-: Astroloji kodlar (Hande Kazanova və Dinçer Güner) 2021-: Şanslı və ya şansız? (Orkun İşığı) 2021-: Biz bu sahələrin xariciyik 2021-: Baytar Tuqay İnanoğlu və dostları (Tuqay İnanoğlu) 2021-: Sınır yoxdur 2021-: Layihə evləri (Ömər Şanlı) 2021-: Stalk Show (Selinay Yalçın və Zeynəb Sürməli) 2021-: Grj dance 2021-: Sağlam qaçış (Batuhan Bayır və Buğçə Qondaqçı) 2021-: Mənim üçün et (Bərkan Qarabulud və Lalə Onuk) 2021-: Böyük dəyişiklik (Kemal Doğulu) == Yarış == 2021-: MasterChef Junior (Mehmet Yalçınqaya, Danilo Zanna və Somer Sivrioğlu) 2021-: Next top model (Burcu Esmersoy) 2021-: Fight club (Bilgəhan Dəmir) 2021-: O adam oldun?
FX kanalında yayımlanan proqramların siyahısı
FX kanalında yayımlanan proqramların siyahısı :
Ana duasından başlanan yol (film, 2001)
Ana duasından başlanan yol — qısametrajlı sənədli televiziya filmi. Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Əli İsa Cabbarov tərəfindən 2001-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə haqqındadır.
AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr
AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr — Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasına (qısaca Dağlılar Respublikası) maliyyə, iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər.Azərbaycanın qabaqcıl ziyalıları, ictimai xadimləri, əvvəlki dövrlərdə olduğu kimi, 1917–1918- ci illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azadlıq mübarizəsini rəğbətlə izləyir və bütün vasitələrlə onlara yardım edirdilər. Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Zaqafqaziya seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər. Lakin seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Bammat Heydər, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Həmin danışıqlar uğursuzluqla bitdikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yaradılması haqqında bəyannamə qəbul etdilər (1918-ci il 11 may). Mayın 24-də isə Gəncədə Əbdülməcid Çermoyevin başçılığı ilə Dağlılar hökuməti təşkil olundu.Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri mökəmləndirməyə başladı. 1918-ci ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xaql Cümhuriyyəti hökumətlərinin yardımı ilə Dərbənd və Dağıstanın xeyli hissəsi azad edildi. Vətənə qayıdan Dağlılar hökumətinə ilk maliyyə yardımını Azərbaycan Xalq Cümhuriyyəti hökuməti göndərdi. Oktyabrın 8-də Azərbaycan tərəfi dağlılara 1 milyon rubl həcmində faizsiz kredit verdi.
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Filmdə Ədalət Məmmədov, Almaz Amanova, Mehman Piriyev, Lətafət Məmmədova və Dəniz Tacəddin çəkilmişlər. == Məzmun == Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.