Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelpin
Yelpin (Dərələyəz)
Yelpin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. == Mənbə == Rhead, G. Wooliscroft.
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
Hans fon Eyler-Helpin
Hans Karl Avqust Simon fon Eyler-Helpin (isv. Hans Karl August Simon von Euler-Chelpin; 15 fevral 1873, Auqsburq, Almaniya imperiyası — 6 noyabr 1964, Stokholm, İsveç) — biokimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (1929). == Həyatı == Eyler-Helpin 1873-cü ilin fevralın 15-də Almaniyada Auqsburqda anadan olmuşdur. Riyaziyyatçı L.Eylerin nəslindəndir. 1895-ci ildə Berlin Universitetini bitirmişdir. 1896-1897-ci illərdə Qettingen Universitetində V.F.Q. Nernstin və Berlin universitetində Y.X. Vant-Hoffun rəhbərliyi altında, 1897-ci ildən Stokholm universitetində işləyir. 1906-cı ildən Stokholm Universitetinin professoru olur. 1929-1937-ci illərdə bu universitetin Biokimya İnstitutunun direktoru, 1938-1948-ci illərdə Üzvi Kimya İnstitutunun direktoru və eyni zamanda 1940-cı ildən Vitamin İnstitutunun direktoru olmuşdur. Əsas işləri biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunub. Şəkərlərin spirtə qıcqırmasının kinetikasını tədqiq etmiş və mexanizmini aydınlaşdırmışdır.
İvana Yelçiç
İvana Yelçiç (d. 16 mart 1980; Mostar, Bosniya və Herseqovina) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == İvana Yelçiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.