YELPİK

сущ. веер (гзафни-гзаф аштерхан кӀекрен ттум хьиз кӀватӀиз акъайдай жуваз гар ядай затӀ).
YELPƏNƏK
YELPİKLƏMƏK
OBASTAN VİKİ
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. == Mənbə == Rhead, G. Wooliscroft.
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Yelpikqanadlılar
Yelpikqanadlılar (lat. Strepsiptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var.
Yelpikvari yemişan
Yelpikvari yemişan (lat. Crataegus flabellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, biraz əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür.
Yeni Zelandiya yelpikquyruğu
Yeni Zelandiya yelpikquyruğu—kiçik həşəratyeyən quşdur. Geniş ərazidə yayılmış yelpikquyruqlar Yeni Zelandiyanın Cənub Adalarında, həmçinin Rhipidura fuliginosa placabilis kimi yarımnövləri Şimal Adalarında, Rhipidura fuliginosa penita yarımnövü Çatem adlarında, hal-hazırda nəsli kəsilmiş Rhipidura fuliginosa cervina (və ya Lord Houv yelpikquyruğu) yarımnövü Lord Houv adasında yayılmışdır. Bu quş alabəzək yelpikquyruq və ya Maori dilində Pīwakawaka və ya Tīwakawaka kimi də adlanır. Bu növlər bir çox halda Avstraliya və Yeni Kaledoniyanın boz yelpikquyruqları ilə eyni növ hesab edilir, lakin quşların çağırışlarındakı fərqlərə görə bəzi orqanlar indi bu quşlara ayrıca növ kimi bu yanaşır. == Çoxalması == Yeni Zelandiya yelpikquyruğu mövsümi olaraq çoxalır. Şimal Adalarında avqustdan marta, Cənub Adalarında sentyabrdan yanvara və Çatem adalarında isə oktyabrdan yanvara kimi bala çıxarma dövrüdür. Onlar adətən mövsümdə iki və ya daha çox nəsil artırırlar. Quşlar adətən yığcam, fincanşəkilli yuvalarını ağacların çəngəlində, mamır qabığı və lifdən hazırlanmış və tez-tez hörümçək toru ilə tamamlanmış şəkildə qururlar. Yuvanın qurulmasında hər iki cins iştirak edir. Yuvanın ölçüsü adətən, boz və qəhvəyi xallı üç-dörd yumurta sığacaq qədər olur.

Digər lüğətlərdə