Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hande Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. == Həyatı == Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. == Kariyerası == İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. === 2000–2003-cü illər === 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Handə Yenər
Handə Yenər (12 yanvar 1973, Kadıköy, İstanbul ili) — Türk musiqiçi. == Həyatı == Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır. == Kariyerası == İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır. === 2000–2003-cü illər === 31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.
Ahmet Yener
Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h). == Həyatı və karyerası == 13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı.
Əhməd Yener
Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h). == Həyatı və karyerası == 13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı.
Əhməd Yenər
Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h). == Həyatı və karyerası == 13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı.
Yapon yeni
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Yeni Afon
Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır. Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir. == Tarixi == Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər. Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur.
Yeni Akvitaniya
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.
Yeni Aleksandrovka
Yeni Aleksandrovka (başq. Яңы Александровка), rus. Новоалександровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Pisarev): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 65 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Yeni Amsterdam
Yeni Amsterdam (nid. Nieuw Amsterdam) — 1626-1664-cü illərdə Nyu-Yorkun ilkin Holland adı. == Yaranma tarixi == 1602-ci ildə Yeddi Birləşmiş Əyalət Respublikasının Baş ştatları (ümumi dildə — Hollandiya Respublikası) Hollandiyanın Qərbi Hindistan şirkətini qurdu, ona Asiyaya şimal-qərb yolunu tapmağı və yeni aşkar edilmiş əraziləri Hollandiyaya birləşdirməyi tapşırdı. 1609-cu ildə İngilis dənizçi Henri Hadson (Hudson) rəhbərlik etdiyi bu şirkətin bir ekspedisiyası, gələcək şəhərin yerində çay deltasının (sonradan Hadson adlandırıldı) kəşf etdi, araşdırdı və xəritəsini hazırladı. 1614-cü ildə ərazi Yeni Hollandiya adı ilə Hollandiya Respublikasına birləşdirildi. Əyalətin ilk yaşayış məntəqəsi 1624-cü ildə Manhetten adasına bitişik olan Qubernator adasında meydana gəldi və daha sonra, 1625-ci ildə Amsterdam Fort Manhettenin cənub ucunda yerlilər tərəfindən inşa edildi. == İstinadlar == == Xarici keçidlər == Hugh Morrison, Early American Architecture ISBN 0-486-25492-5 (Oxford University Press, 1952) [Dover Ed.
Yeni Armavir
Yeni Armavir — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Yeni Aul
Yeni Aul (rus. Новый Аул) — Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən kəndlərdən biridir. == Coğrafiya == Məhərrəmkənddən 7 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ilin məlumatına görə kənddə 2760 nəfər yaşayır.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib.2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir.Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni Fransa
Yeni Fransa (1534–1763) — Şimali Amerikada mövcud olmuş fransız dövləti.
Yeni Göyçə
Yeni Göyçə (1991-ci ilədək Saler) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırım nəticəsində öz doğma torpaqlarından məcburən çıxarılanların müəyyən bir hissəsi 1988-ci ildən bu kənddə məskunlaşmış və o üzdən kəndin adını Yeni Göyçə qoymuşlar. Sonradan əsasən Kəlbəcər rayonundan da qaçqınlar burada yaşamağa başlamışlar. == Əhalisi == 1988-ci ilin məlum deportasiyasından sonra Qərbi Azərbaycanın Göyçə mahalından bu kəndə pənah gətirənlər məskunlaşmışlar. Kənd əhalisi 204 nəfərdir ki, onunda 104 nəfəri kişi, 100 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Yeni Günəşli
Yeni Günəşli — Suraxanı rayonunda yaşayış massivi. == Tarixi == Yaşayış sahəsinin əsası 1986-cı ildə qoyulmuşdur. == Coğrafiyası == Əhmədli yaylasındadır. == Mədəniyyət == Yeni Günəşlidə 31 nömrəli poliklinika, 275, 278, 279, 282, 285, 290 saylı orta məktəblər, "AB", "V", "Q" və "D" yaşayış sahələri yerləşir. Yeni Günəşli İstirahət Mərkəzi tikilməkdədir. Bakı metrosunun Yeni Günəşli metrostansiyasının isə tikintisi nəzərdə tutulur. Yeni Günəşlidə Xanım Fatimeyi-Zəhra məscidi fəaliyyət göstərir. == Əhalisi == Yeni Günəşlidə 46300 nəfər yaşayır. == Filmoqrafiya == Adı Günəşlidir...
Yeni Gəncə
Yeni Gəncə — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Həsən Həsənov tərəfindən 1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Xatirə Parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. XIX əsrin ilk dekadasında bu parka Heydər Əliyevin adı verilmişdir. 2012-ci ilin mart ayında ərazidə olan "Novruz meydanı" tam təmir olunmuşdur. Orada bir neçə ağac növləri əkilmişdir. == Əhalisi == XX əsrin 80-ci illərində istifadəyə verilən qəsəbəyə demək olar ki, Azərbaycanın hər yerindən ailələr köç etmişlər. Əsas yaşayış sakinləri Gəncə şəhəri ətrafında yerləşən Tovuz, Şəmkir, Qazax, Samux, Daşkəsən, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinləridirlər.
Yeni Havuş
Yeni Havuş — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Yeni Havuş kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Yeni Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Havuş kəndi mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Yeni Həqiqət
Yeni həqiqət — gündəlik qəzet. == Tarixi == 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi. == Fəaliyyəti == Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s. yazılarda imperialist dövlətlərin, o cümlədən Rusiyanın müsəlman xalqlarına qarşı yürütdükləri təcavüzkarhq siyasəti ifşa olunurdu.
Yeni Həyat
== Kəndlər == Yeni Həyat (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yeni Həyat (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Yeni Həyat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. == Digər == Yeni Həyat — Azərbaycan SSR–in Bərdə rayonunda (Yeni Daşkənd) mövcud olmuş kolxoz.
Yeni Həştgird
Yeni Həştgird (fars. شهرجديدهشتگرد‎)— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,619 nəfər və 4,353 ailədən ibarət idi.
Yeni Kaledoniya
Yeni Kaledoniya — Sakit okeanın cənub-qərb hissəsində adalar qrupu. Melaneziyada Fransanın müstəmləkə mülkü, dənizaşırı ərazisidir, Sakit okeanda yerləşən Yeni Kaledoniya adası, Luayote və Çesterfild adaları, Pen adası və s. kiçik adalardan ibarətdir. Sahəsi 19 min kvadrat kilometrdir. Cənub-qərbdə Avstraliya iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. Əhalisi 245 580 nəfərdir (2009), Paytaxtı Numea şəhəridir. (98 min nəfərdir). Pul vahidi fransız Sakit okean frankıdır. Melaneziyalıların məskunlaşdığı adanı 1774-cü ildə ingilis dəniz səyyahı Ceyms Kuk kəşf etmiş və oranı Şotlandiyanın qədim adı olan Kaledoniya adlandırmışdır. 1853-cü ildə o, rəsmən Fransanın ərazisi elan olunur, 1860-cı ildə isə ayrıca müstəmləkəyə çevrildi.
Yeni Kərki
Yeni Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kənddə Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri məskunlaşmışlar.
Yeni Marağa
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Yeni Zelandiya dəniz pişiyi
Yeni Zelandiya dəniz pişiyi (lat. Arctocephalus forsteri) — Qulaqlı suitilər fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə aiddir. Cənub dəniz pişikləri cinsinə daxildir. == Xariçi görünüşü və yayılması == Yeni Zelandiya dəniz pişiyi boz-qəhvəyi rəngdə olur. Onların uzunluğu 250 sm, çəkisi 70 kq-dan çox olur. Bu növün nümayəndələri əssasən Yeni Zelandiyanın cənub, Avstraliyanın cənub və qərb sahillərində yaşayır. Onların koloniyalarına Çatem arxioelaqı, Antipodov, Kampel və Oklend adalarında rast gəlinir. Bir necə mini isə Tasmaniya adasında qərar tutur. Çütləşmə dönəmində Makkuori adalarında qədər gəlirlər. Bəzi hallarda isə azaraq Yeni Kaledoniya adalarında rast gəlinir.
Yeni Zelandiya dəniz şiri
Yeni Zelandiya dəniz şiri (lat. Phocarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinə aid heyvan cinsi.
Yeni dəniz mədəni (film, 1967)
== Məzmun == Filmdə söhbət Bulla adasından, adada estakada tikən cəsur neftçilərin fədakar işindən bəhs olunur.
Adi Yeni Zelandiya dəniz şiri
Adi Yeni Zelandiya dəniz şiri (lat. Phocarctos hookeri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin yeni zelandiya dəniz şiri cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Erkəkləri qara-qəhvəyi rəngdə olub, 2,5 m uzunluğa malik olurlar. Çiyinlərinin üzərini örtən tüklər səbəbbindən daha iri görsənirlər. Dişilər nisbətən kiçik və açıq-boz rəngə malik olurlar. Onların uzunluğu isə 2 metr təşkil edir. == Yayıldığı ərazi == Yeni Zelandiya dəniz şiri əsasən Yeni Zelandiya yaxınlığında subantarktik qurşaq adalarında müşahidə edilir. Bunlara misal Oklend adaları, Sners adaları və Kempbell adaları. Bu canlıların 90% Oklend adalarında yaşayır. Cənub adası sahillərində tək-tük dəniz şirlərinin koloniyalarına rast gəlinir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı' (abr. BDTL) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. == Tarixi == Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır və Azərbaycanın dövlət quruculuğu tarixinin bir çox mərhələsində mövcud olmuşdur. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib. On beşinci əsrin ortalarında Volqa-Don və Xəzər dənizi ticarət marşrutu üzrə Şərqi Avropanı Hindistan ilə birləşdirən yeni ticarət marşrutu kəşf edildi. Bu kəşf bugünkü Bakı Limanının Xəzər dənizi ticarətində, eləcə də, beynəlxalq dəniz ticarətində əsas mərkəz kimi əhəmiyyətini artırmışdır. Əvvəlki əsrlərdə dəniz ticarəti Bakı şəhərinin ən əsas fəaliyyəti olmasına baxmayaraq, Bakı Limanına edilən rəsmi tarixi istinadlara 1564-cü ildən rast gəlinir. 1564-cü ildə Səfəvi hökmdarı I Şah Təhmasibin əmri ilə Şeyx Zahid Bakı Limanının "birinci naziri" təyin edildi.