Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yenilik
Yenilik — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Yemlik
Yemlik (lat. Tragopogon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Sosial yenilik
Sosial innovasiya — əhalinin müxtəlif tipli sosial tələbatlarına cavab verən yeni strategiyaları, konsepsiyaları, ideyaları və təşkilatları özündə ehtiva edir. Hazırda internet vasitəsi ilə sosial innovasiyaların tətbiqi məsələsi daha aktualdır, belə ki, internet sosial innovasiyaları həyata keçirmək üçün ən ucuz və sürətli vasitə hesab olunur. Buna görə də internet əsaslı sosial innovasiyaları dəstəkləyən müxtəlif tədbirlər bütün dünyada keçirilməkdədir, bunlardan ən məşhuru Sosial Yeniliklər Düşərgəsidir. Sosial innovasiyalar hazırda cəmiyyətdə e-dəyişikliklər tətbiq etməklə müxtəlif proseslərin internet və rəqəmsal alətlər üzərindən daha asan və ucuz yollarla həyata keçirilməsinə xidmət edir.
Yenilik Partiyası
Yenilik Partiyası — Türkiyədə 20 iyul 2020-ci ildə Ardahan keçmiş CHP, daha sonra müstəqil millət vəkili olan Öztürk Yılmazın rəhbərliyi ilə qurulan siyasi partiya. == Haqqında == Qısaltması "YP" dir. Partiya emblemi ağ fonda mavi bir quş, yuxarıya doğru əyilmiş qırmızı Ay-Ulduz və altındakı qırmızı rəngldir.
Yenilik bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yenilik kəpənəyi
İnnovasiya kəpənəyi, bazarları, tələbatı, məhsul xüsusiyyətlərini və firmanın imkanlarını birləşdirən sistemdə layihə planlarında kiçik görünən təxribatların (narahatlıqlar və ya dəyişikliklərin) layihəni və ya bütün layihələr portfelini geri qaytarıla bilməyəcək qədər aşağı istiqamətləndirə biləcəyini təsvir edən bir metafordır. texnologiya və bazarın təkamülü baxımından yol. == Mənşəyi == Bu metafor tədqiqatçılar Anderson və Joglekar tərəfindən hazırlanmışdır. O, xaos nəzəriyyəsində rast gəlinən daha ümumi "kəpənək effekti"nin xüsusi bir nümunəsi kimi düşünülmüşdür. == Bu necə işləyir == Yenilik kəpənəyi ona görə yaranır ki, bir çox innovasiya sistemləri daxili gecikmələri ehtiva edən bir neçə qeyri-xətti əks əlaqə dövrələri vasitəsilə bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxlu sayda elementdən ibarətdir və beləliklə, mürəkkəb bir sistem təşkil edir. Narahatlıqlar firma daxilində və ya onun rəqibləri tərəfindən qəbul edilən qərarlardan yarana bilər və ya hökumət qanunvericiliyi və ya ətraf mühitin mühafizəsi qaydaları kimi xarici qüvvələr və ya neftin qiymətində gözlənilməz sıçrayışlar nəticəsində yarana bilər. Yenilik kəpənəyi nəticəsində innovasiya sisteminin necə təkamül etməsi son nəticədə innovativ firmanın uğur və ya uğursuzluğuna səbəb ola bilər. Fizika, biologiya və ya sosiologiya kimi sahələrdə kompleks sistemlərin həm yoldan asılılığa, həm də yaranan davranışa meyilli olduğu məlumdur. İnnovasiya kəpənəyinin davranışını fərqli edən bazar seçimi, həmçinin paylanmış innovasiya parametrləri daxilində fərdi və qrup qərarlarının qəbulunda qərəzlilikdir ki, bu da fövqəladə davranışa təsir edə bilər. Bundan əlavə, biznesin əksər sahələrində menecerlər riski daha yaxşı idarə etmək üçün qeyri-müəyyənliyi azaltmağa çalışırlar.
Qızıl geyimli adam
"Qızıl geyimli adam" (qaz. Алтын Адам) — 1969-cu ildə olan arxeoloji tapıntının şərti adı. Alma-atanın 50 kilometrliyində, İssık çayının sahilində olan kurqanların birində tapılıb. Kurqanın hündürlüyü 6 metr, diametri 60 metrdir. == Tarixi == Almatının 43 km şərqində yerləşən Esik ərazisində 800 hektarlıq bir sahədə 27 böyük və 55 kiçik kurqan mövcuddur. 1963-cü ildə İssıq-göl daşdığı üçün bir çox kurqan dağılaraq torpağa qarışır. 1970-ci ildə bu bölgədə yerləşən bir təpəlikdə tikinti üçün buldozerlər gətirilir və qazma işləri gedərkən işçilər yonulmuş qayaya rast gəlirlər. Bununla bağlı Almatı muzey rəhbəri Bekin Nur Muhamməd və Kamal Akşiyev bir heyətlə əraziyə gələrək ilkin bilgilər əldə edirlər. Beləliklə, ilk tədqiqatlar Orta Asiya tarixinin yenidən yazılacağını şərtləndirir. İttifaqa bu barədə məlumatı ilk olaraq "Komsomolskaya pravda" qəzeti verir.
Yenilik (film, 1986)
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi == Ümumi məlumat == Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. == Maillik dərəcələrinin seçilməsi == Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. == Maillik xəritələrin əhəmiyyəti == Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.
Qərb cəbhəsində yenilik yoxdur
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) - Erix Mariya Remark tərəfindən 1929-ci ildə yazılmış roman. == Haqqında == Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Qara geyimli qadın (film, 2012)
Qara geyimli qadın (ing. The Woman in Black) — ingilis yazıçı Syuzen Hillın eyniadlı romanı əsasında çəkilmiş mistik film. Filmdə baş rolda Deniel Redkliff oynayır. Bu film 1989-cu ildə çəkilmiş eyniadlı filmin remeykidir. == Reliz == Əvvəlcə filmin 3D formatında çəkilməsi gözlənilirdi, lakin sonradan "Hammer Film Productions" kinostudiyası bu ideyadan vaz keçir. == Məzmun == Filmdə hadisələr XIX əsrdə cərəyan edir. Filmin baş qəhrəmanı Artur Kipps (Deniel Redkliff) adlı hüquqşünasdır. Həyat yoldaşı doğuş zamanı öldüyündən doğulan uşağa o özü baxır. Günlərin bir günü Artur dünyasını dəyişmiş bir müştərisinin vəsiyyətnaməsini əldə etmək üçün uzaq əyalətə yollanır. Müştərinin evi kiçik bir adada yerləşir və sahillə onu yalnız bir yol birləşdirir.
Qərb cəbhəsində yenilik yoxdur (roman)
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) - Erix Mariya Remark tərəfindən 1929-ci ildə yazılmış roman. == Haqqında == Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Bəyimli
Bəyimli (Ağsu) — Ağsu rayonunda kənd. Bəyimli (Zərdab) — Zərdab rayonunda qəsəbə. == Dağlar == Bəyimli (dağ) — İsmayıllı rayonu ərazisində dağ.
Bəyimli (Ağsu)
Bəyimli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Bəyimli kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çiyni kəndi mərkəz olmaqla, Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin ərazisi keçmışdə Bəyimli icmasının yaylaq yeri olmuşdur. 1917-ci ildə Bəyimxanımlı variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Bəyimli kəndi ərazisində yerli əhalinin "Torpaqqala" adlandırdığı yerdə qədim yaşayış məskəni var. == Coğrafiyası və iqlimi == Kənd Girdimançayın sahilində, düzənlikdə yerləşir.
Bəyimli (Zərdab)
Bəyimli — Azərbaycan Respublikasının Zərdab rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Qəsəbə Şirvan düzündədir. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərində Bəyimli adlı ərazidə salınmışdır. Kəndin ərazisi əvvəllər Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur.
Bəyimli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.