YEYİLMƏK

məch.
1. Ağızda çeynəyib udulmaq, mədəyə ötürülmək. Çörək yeyilmək. Xörək yeyilmək. Yemək yeyilmək.
– Mirzənin atasının evində nahar yeyilirdi. Ə.Haqverdiyev.

2. Yeməyə sərf edilmək; işlədilmək. Evimizdə çox şəkər yeyilir.
3. Xarici təsir nəticəsində forması, bəzən də tərkibi dəyişilmək, sürtülüb getmək.
Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalxalamağa başladı. M.İbrahimov.
İşlənmiş baltanın pərləri yeyildikdə onları yenidən metal elektrod vasitəsilə bərpa edirlər. S.Quliyev.

4. məc. dan. Mənimsənilmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEYİLMƏK işlədilmək — mənimsənilmək
  • YEYİLMƏK udulmaq — ötürülmək
YEYİLMƏ₂
YEYİM

Digər lüğətlərdə