Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fletayron Bildinq
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. == Yerləşməsi == Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
Helen Fildinq
Helen Fildinq (19 fevral 1958, Morli) - İngiltərə yazıçısı və senaristi. Ən məşhur əsəri 1988-ci ildə yaratdığı Londonda tək yaşayan qadın obraz Bridcit Cons və onun haqqında çəkilən filmlərdir. Onun romanları olan "Bridcit Consun gündəliyi" və "Bridcit Cons: Məntiqin sərhədi" romanları 40-dan çox ölkədə nəşr olundu və 15 milyon nüsxəsi satıldı. Eyniadlı filmlər də böyük uğur qazandı. "The Guardian" qəzetinin apardığı anketdə "Bridcit Consun gündəliyi" XX əsrdə həyat tərzini ən yaxşı əks etdirən 10 romandan biri seçildi.Hazırda Helen Fildinq Bridcit Cons seriyasının 3-cü romanını yazmağa davam edir (2012-ci ildən). == Həyatı == Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan oldu. Mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə öldü və anası Nilli hələ də Yorkşirdə yaşamaqdadır. Fildinq təsilinə Veykfild Qız Məktəbində 3 qardaşı ilə başladı. Oksfor Sent-Anna Kollecində ingilis dili təhsili aldı və 1978-ci ildə Edinburq festivalına Oksford şou qrupunun üzvü kimi qatıldı.
Henri Fildinq
Henri Fildinq — (22 aprel 1707, Somerset, İngiltərə – 8 oktyabr 1754, Lissabon, Portuqaliya) ingilis yazıçıdır. Yaradıcılıq fəaliyyətinin əksər hissəsini pyeslər təşkil etsə də, o daha çox, 1749-cu ildə nəşr olunmuş, klassik dünya ədəbiyyatının ən ilk nümunələrindən biri olan "Tom Cons" adlı iri həcmli romanı ilə tanınmışdır. Yazıçı, 1754-cü ilin 8 oktyabrında 47 yaşında, Portuqaliyanın paytaxtı Lissabonda vəfat etmişdir.
Empayr Steyt Bildinq
Empayr Steyt Bildinq (ing. Empire State Building) — Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn. 1931-ci ildən 1972–ci ilə, Ümumdünya Ticarət Mərkəzinin tikilməsinədək dünyanın ən hündür binası idi. 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələri dağıldıqdan sonra yenidən Nyu-Yorkun ən hündür binası oldu. Binanın arxitekturası art deko stilində işlənmişdir. 1986-cı ildə Empayr Steyt Bildinq ABŞ-nin milli tarixi abidələri siyahısına daxil edilmişdir. 2007-ci ildə bina 1 nömrə altinda amerikanın ən yaxşı arxitektur həlləri siyahısına daxil edilmişdir. Binanın sahibi və müdiri W&H Properties kompaniyasıdır. Göydələn Beşinci avenyu və qərbi 33 və 34-cü küçələr arasında yerləşir. Göydələn öz adını ABŞ-nin Nyu-York ştatının xalq arasında yayılmış adından götürmüşdür, bela ki, onu xalq arasında İmperiya ştatı adlandırırlar.