Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yorğanlı (Urmiya)
Yorğanlı (fars. يورقانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (75 ailə).
Yorğanlı-i Cənizə (Urmiya)
Yorğanlı-i Cənizə (fars. يورقانلوي جنيزه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (25 ailə).
Soğanlıq
Soğanlıq — Gürcüstan Respublikasının paytaxtı Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adı. Soğanlıq Tbilisi şəhərinin yaxınlıında yerləşən, əsasən azərbaycanlıların yaşadıqları bir kəndin qədim adıdır. Kənddə 5698 nəfər yaşayır. Ondan 2836-ı qadın, 2862-i isə kişidir. Əhalisi müsəlmandır. Soğanlıq qədim tarixə malikdir. Kəndin adının türk əsilli olması güman edilir. Aleksandr Puşkinin "Ərzuruma səfər" kitabında o bu kəndin adını hallandırır. 1970-ci illərin sonunda Gürcüstan Respublikasinda aparılan addəyişmə islahatlarına görə Soğanlığın qədim adı dəyişilərək "Poniçala" (gürcü dilində çala fonunda yerləşən yer deməkdir) qoyulur. == Tarixi == 1725-1728-ci illərdə Osmanlı İmperiyası məmurları tərəfindən tərtib edilmiş "Dəftər-i müfəssəl-i əyalət-i Tiflis"-ə görə Tiflis əyalətinin Baratlı nahiyyəsində yerləşən Soğanlıq kəndində 23 ev vardır və burada 37 nəfər vergi ödəyən müsəlman yaşayırdı.
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Yorğunluq sindromu
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur. Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir. == Xəstəliyin klinikası == Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Yovşanlıq girdəbaşı
Yovşanlıq girdəbaşı (lat. Phrynocephalus helioscopus) — Kələzlər fəsiləsinə və Girdəbaş kərtənkələlər cinsnə aid növ. == Təsviri == Üst dodaq qalxancıqlarının sayı 12–17 olub, gözdən 4–6 uzununa sırada yerləşən pulcuqlarla ayrılmışdır. Alt dodaq qalxancığı 13–15-dir. Bədənin üzərində yerləşən təpəcikşəkilli pulcuğun altında dəri vəzləri yerləşir. Boyunda yaxşı nəzərə çarpan köndələn dəri büküşləri olur. Quyruğun əsası yastılaşmış və enli olub, ucuna doğru kəskin sivrilməmişdir. Başı girdədir. Bədənin üst tərəfinin rəngi yaşadığı qruntun rəngindən asılı olaraq dəyişir. Rəngli torpaqlarda bu kərtənkələ qonur və tutqun boz, qumlu və əhəngli torpaqlarda isə açıq boz və ya kül rəngində olur.
Şoranlıq qaçançayırı
Şoranlıq qaçançayırı (lat. Aeluropus litoralis) — qaçançayır cinsinə aid bitki növü.
Şoranlıq sirkəni
Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Şoranlıq sistanxesi
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. == Sinonimləri == Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Şoranlıq süsəni
Şoranlıq süsəni (lat. Iris halophila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Şoranlıq toppuzlusu
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Xroniki yorğunluq sindromu
Xroniki yorğunluq sindromu — XX əsrin tibb praktikasında kəşf olunan xəstəliklərdən biri. Etiologiyası tam məlum deyil. Geniş yayılmış bu xəstəlik hələ 1930–1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi, lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur. Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-də aparılan araşdırmalara əsəsən ölkədə 10 milyonadək insan bu sindromdan əziyyət çəkir. == Xəstəliyin klinikası == Psixoterapevtlərin fikrincə əgər insan gün ərzində işi 10 saatdan çox fikirləşirsə, bu artıq xroniki yorğunluq sindromudur. Alimlər bu xəstəliyin yaranma səbəblərini axtarmağa çalışdığı bir vaxtda bu xəstəlik epidemiya kimi geniş yayılır. Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir. == Xarici görünüşü == Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.