YOVŞANLIQ

i. wormwood grove

YOVŞANLI
YOVUŞMAZ
OBASTAN VİKİ
Yovşanlıq girdəbaşı
Yovşanlıq girdəbaşı (lat. Phrynocephalus helioscopus) — Kələzlər fəsiləsinə və Girdəbaş kərtənkələlər cinsnə aid növ. Üst dodaq qalxancıqlarının sayı 12–17 olub, gözdən 4–6 uzununa sırada yerləşən pulcuqlarla ayrılmışdır. Alt dodaq qalxancığı 13–15-dir. Bədənin üzərində yerləşən təpəcikşəkilli pulcuğun altında dəri vəzləri yerləşir. Boyunda yaxşı nəzərə çarpan köndələn dəri büküşləri olur. Quyruğun əsası yastılaşmış və enli olub, ucuna doğru kəskin sivrilməmişdir. Başı girdədir. Bədənin üst tərəfinin rəngi yaşadığı qruntun rəngindən asılı olaraq dəyişir. Rəngli torpaqlarda bu kərtənkələ qonur və tutqun boz, qumlu və əhəngli torpaqlarda isə açıq boz və ya kül rəngində olur.
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir. == Xarici görünüşü == Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.

Digər lüğətlərdə