Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulva yosunu
Ulva — çox hüceyrəli yaşıl yosun. Ulvanın tallomu lövhəşəkilli, parlaq-yaşıl rəngli olub, kənarları burulmuşdur. Tallomun alt hissəsində suyun dibinə yapışmaq üçün qısa "saplaq"olur. Xəzər dənizində də rast gəlinir.
Uksunnu (Avurğazı)
Uksunnu (başq. Уҡҫынны, rus. Уксунны) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 12 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 34 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
Yosun fermaları
Yosun fermaları və ya Dəniz fermaları — dəniz məhsullarından daha çox istifadə edən ölkələrdə yaradılır. Onlar dəniz məhsullarını yalnız okeandan ov etməklə deyil, xüsusi fermalardan da əldə edirlər. Belə fermalarda dəniz canlılarından başqa, dəniz bitkiləri də becərilir.Yosun fermalarının geniş inkişaf etdiyi ölkələr Yaponiya, Çin və Koreyadır. Əldə olunan yosunlar əsasən qida məhsulu kimi, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunur.
Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924)
Bakıda tramvay yolunun salınması və yolun açılışı qısametrajlı sənədli filmi 1924-cü ildə AFKİdə istehsal edilmişdir. Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == Məzmun == Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 27.
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. == Tarixi == 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.