Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir. Arxalıqların üçüncü forması lelüfər qolludur.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Kuxalı (Azərşəhr)
Kuxalı (fars. كوخالو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (45 ailə).
Kuxalı (Bostanabad)
Kuxalı (fars. كوخالو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (9 ailə).
Yuxarı Güləver
Yuxarı Güləver və ya Çipori — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Yuxarı Güzlək
Yuxarı Güzlək – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. == Toponimikası == Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı” mənasındadır.
Yuxarı Gəyəli
Yuxarı Gəyəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.Yuxarı Gəyəli kəndi dağətəyi ərazidədir. Keçmiş adı Gəyəli olmuşdur. Bu kənddən ayrilmiş ailələr bir qədər aralida yeni yaşayış məntəqəsi salaraq onu Aşağı Gəyəli adlandirdiqdan sonra keçmiş kənd Yuxari Gəyəli adlandırldi. Oykonimin birinci komponenti kəndin coğrafi movqeyini, ikinci komponent isə XIX əsrdə Zəngəzur qəzasında yaşamiş maldar gəyəli tayfasının adını əks etdirir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Yuxarı Harnava
Yuxarı Hülvər
Yuxarı Hülvər (fars. هلور علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 374 nəfər yaşayır (101 ailə).
Yuxarı Hımud
Yuxarı Hımud — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Yaxınlığında həmçinin Aşağı Hunud qışlağı yerləşirdi. == Toponimikası == Yuxarı Hımud - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930-cu ildə ləğv edilmişdir. Toponim hun adlı qədim türk etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «yuxarı» sözü fərqləndirici əlamət bildirir. Hunud toponimindəki «ud» topoformantdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Həzarrud
Yuxarı Kanada
Yuxarı Kanada (Fransızca: Haut-Canada, İngilis dili: Upper Canada) İngiltərənin bir hissəsi olan Britaniya Kanadasının əyaləti idi. 26 fevral 1791-də, Kvebek ikiyə bölündükdə (digər əyalət Aşağı Kanada idi) quruldu. 10 fevral 1841-ci ildə qüvvəyə minən Birlik Qanunu ilə Kanada əyaləti quruldu və mövcudluğu sona çatdı.
Yuxarı Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Yuxarı Kilsə
Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsə adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Yuxarı Kokan
Yuxarı Korsika
Yuxarı Korsika (fr. Haute-Corse, kors. Corsica suprana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2B. İnzibati mərkəzi — Bastiya. Əhalisi — 168 869 nəfər. == Coğrafiya == Sahəsi — 4666 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, cənub-qərbdə Cənubi Korsika departamenti ilə sərhəddir. == Tarixi == 1793-cü ildən 1811-ci ilə qədər Qolo departamenti günümüzdəki Yuxarı Korsika ərazisində yerləşirdi. Sonra Korsika adasında Korsikanın vahid bir departamenti kimi yaradıldı. 15 sentyabr 1975-ci ildə ada iki departamentə ayrıldı.
Yuxarı Kuban
Kazak Yuxarı Kuban - Qaraçay-Çərkəs respublikasının qərb və şimal hissəsi və Stavropol diyarının son dərəcə cənub hissəsi (Rusiya Federasiyasının tərkib hissələri) olan Böyük Qafqazın şimal hissəsinin ətəklərindəki kazakların ərazisidir. == Tarixi == Bu ərazi 19-cu əsrin birinci yarısından (1828-ci il Rus-Türk Adrianople Barışına görə) Rusiyanın bir hissəsi oldu və 1860-cı ildən xətti Kuban kazaklarında məskunlaşdıqdan sonra Kuban hərbi bölgəsinin Batalpashi şöbəsində inzibati vahid oldu. 1918-ci ildən bəri burada Sovet hakimiyyəti quruldu. 1918-ci il aprelin 1-dən ərazi Kuban Sovet Respublikasının, 28 may 1918-ci il tarixindən - Kuban-Qara Dəniz Sovet Respublikasının bir hissəsi, 1918-ci il 5 iyul - 1918-ci il dekabrınadək - Şimali Qafqaz Sovet Cümhuriyyətinin bir hissəsi, 20 yanvar 1921-ci ildən - Dağ Muxtar Sovet Sosialist Respublikasının bir hissəsi idi. 26 aprel 1926-cı ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Batalpashinsky və Zelenchuksky rayonları KChAO-dan ayrıldı, 1928-ci il aprelin 30-da Cherkess Milli Rayonu ilə birləşdirildi (əvvəllər KChAO-dan ayrılaraq) Cherkess Muxtar Vilayətinə (o zaman Batalpın mərkəzində) bir mərkəzə sahib oldu. Sulimov şəhərinə, Yezhovo-Çerkessk və nəhayət - Çerkessk). 9 yanvar 1957-ci ildən etibarən ərazi yenidən qurulan Qaraçay-Çerkess Muxtar Vilayətinin bir hissəsi oldu (Stavropol diyarının bir hissəsi kimi). 1990-cı illərə qədər Kazaklar və ruslar Zelenchuksky əhalisinin 67% -ni, Urup bölgəsinin 77% -ni, Çerkessk şəhərlərinin 67% -ni və Prikubansky'nin qərb hissəsində və Qaraçevo-Çerkessiyanın Ust-Djegutinsky'nin (əvvəllər Batalpashinsky olan) bölgələrinin əhalisini təşkil etdi. 9 iyun 1990-cı ildə təsis dairəsində Zelenchuk kazak tərəfdaşlığı yaradıldı. 1991-ci ildə "Qaraçay-Çerkesiyanın slavyanları" ictimai-siyasi hərəkatını təşkil edən Verxnekuban kazak tərəfdaşlığı (Qaraçay-Çerkessiya ərazisindəki kazakların bütün ortaqlıqlarını birləşdirən, Kuban kazak ordusunun Batalpaşin bölgəsinə daxil olan kazakların regional bir təşkilatı) yaradıldı.
Yuxarı Könüllü
Yuxarı Könüllür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Könüllü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Yuxarı Körpülü
Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. "Tiflisskie vedomosti" qəzetinin 1830-cu il 3 sentyabr tarixli buraxılışında "Qırmızı körpü" adlı məqalədə Körpülü kəndinin tarixinə toxunulur. Məqalə bir şəxs tərəfindən Qafqaza edilmiş səyahətin 4 oktyabr 1828-ci il tarixli qeydləri əsasında yazılmışdır. Məqalədə 16-cı əsrin ortalarında gürcü çarı Rostomun sifarişi ilə Pompeyin dövründə tikildiyi ehtimal olunan və hazırda tamamilə dağılmış "Qız -Qalası" körpüsünün yenidən tikintisi üçün İrandan məşhur memarın dəvət edildiyi, körpünün inşası üçün ərtafdakı Qazax və Borçalı qəzalarından bir neçə ailənin tikinti gedən əraziyə köçürüldüyü və onların həmin ərazidə kənd salaraq tikdikləri körpünün şərəfinə kəndin adını "Körpülü" qoyduqları, daha sonra isə kəndin Dağ Borçalıya köçdükləri qeyd olunur. == Keçəl təpə qışlağı == Keçəl təpə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur.
Yuxarı Kürdmahmudlu
Yuxarı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yuxarı Kürdmahmudlu oyk. Füzuli rayonunun Kürdmahmudlu i.ə.v.-də kənd. Köndəlançayın sahilində, düzənlikdədir. Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd İsə Yuxarı Kürdmahmudlu adlandırılmışdır. Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir. == Əhalisi == 2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.
Yuxarı Kürmahmudlu
Yuxarı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yuxarı Kürdmahmudlu oyk. Füzuli rayonunun Kürdmahmudlu i.ə.v.-də kənd. Köndəlançayın sahilində, düzənlikdədir. Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd İsə Yuxarı Kürdmahmudlu adlandırılmışdır. Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir. == Əhalisi == 2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.
Yuxarı Küçəli
Yuxarı Küçəli (fars. كوچلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Yuxarı Kəbirli
Yuxarı Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Beyləqan rayonunun Örənqala kənd inzibati-ərazi vahidinin tərkibindəki Səhra kəndi Yuxarı Kəbirli kəndi adlandırılmışdır.
Yuxarı Leninabad
Yuxarı Leninabad— Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun tərkibində kənddir. == Mənbə == Yuxarı Leninabad GEOnet Names Server-də.
Yuxarı Luara
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. == Tarixi == Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.