Yuxarı Kürdmahmudlu

Yuxarı KürdmahmudluAzərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd.[1]

Yuxarı Kürdmahmudlu
39°35′57″ şm. e. 47°26′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əvvəlki adı Kürdmahmudlu
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yuxarı Kürdmahmudlu xəritədə
Yuxarı Kürdmahmudlu
Yuxarı Kürdmahmudlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cəbrayıl qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Kürdmahmudlu

Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd isə Yuxarı Kürdmahmudlu adlandırılmışdır.

Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir.[2]

Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur.

1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Yuxarı Kürdmahmudlu Bələdiyyəsi[3] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 18.08.2020-ci il tarixində qəbul edilmişdir[4].

Yuxarı Kürdmahmudlu Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[5] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[6] uyğun olaraq, Yuxarı Kürdmahmudlu Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Yuxarı Kürdmahmudlu bələdiyyyəsi icrasının 11.09.2024-cü il tarixli 9 nömrəli Protokolu ilə təsbit edilmiş Qərarına əsasən o, Əhmədbəyli bələdiyyəsi ilə birləşmə təklif etmişdir[7].

Yuxarı Kürdmahmudlu Bələdiyyəsi

[redaktə | mənbəni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[8] əsasən Yuxarı Kürdmahmudlu kəndi Yuxarı Kürdmahmudlu Bələdiyyəsinin (vergi kodu: 7518, statistika kodu: 60620007[9]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Kürdmahmudlu kənd inzibati ərazi dairəsində yerləşən Yuxarı Kürdmahmudlu kəndi mövcuddur.

Yuxarı Kürdmahmudlu Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[10] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[11] uyğun olaraq, Yuxarı Kürdmahmudlu Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Köndələnçayın sahilində, düzənlikdədir.

2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Yuxarı Kürdmahmudlu kəndində 8 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 173 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 77 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.[12]

Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  7. "Facebook". www.facebook.com. İstifadə tarixi: 2024-11-06.
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
  9. BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI 2015, Dövlət Statistika Komitəsi. (PDF) https://www.stat.gov.az/menu/5/source/Municipal_classifications.pdf (#bare_url_missing_title). 2022-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-06.
  10. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  11. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  12. "İcra başçısı növbəti səyyar qəbul-görüşünü keçirdi — FOTOLAR". 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.