Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yakobun yuxusu
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir. Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər. == İstinadlar == == Xarici keçidlər == El sueño de Jacob, El Prado Jusepe de Ribera, 1591-1652 , Issued in connection with an exhibition held Sept. 18-Nov. 29, 1992, Metropolitan Museum of Art, New York (see pages: 135-137).
Yaqubun yuxusu

Yuyucu maddələr
Yuyucu maddələr -səthi aktiv maddələrdir. == Xassələri == Səthi aktiv maddələrin ən əhəmiyyətli xassələrindən biri, onların yuyucu maddə olmasıdır. Onlar yuyucu maddələr kimi çoxlu miqdarda alınır və geniş sürətdə işlədilir. Bəşəriyyət tarixində ən qədim səthi aktiv yuyucu maddə olan sabunun işləmə tarixi 2000 ilə yaxındır. == Səthi aktiv maddələrin yuyucu təsiri == Səthi aktiv maddələrin, o cümlədən sabunların yuyucu təsiri onların suda həll olduqda su fazasının səthi gərilməsini artıq dərəcədə azaltması ilə izah olunur. Bu cür su fazası hidrofob çirkləri yaxşı isladır, daha doğrusu bu su bərk cismin (parçanın) səthindən axaraq onun kiçik məsamələrinə hopur, onu isladır və çirk hissəciklərini bərk cisim (parçanın lifləri) ilə olan rabitəsinin zəifləməsinə səbəb olur. Bu zaman molekulların hidrofob aqreqatları olan çirk hissələri parçalanaraq, kiçik kolloid hisəciklərinə çevrilir. Yuyucu maddənin molekulları və ya mitselləri bu çür hidrofob hissəciklərdə adsorbsiya olunaraq, hidrofil qatlar əmələ gətirir. Bu qatlar hissəciklərin bərk cisimlə (parça ilə) əlaqəsibi daha da zəiflədir. Bu zaman zəif mexaniki təsirdən (sürtünmə, çalxalanma) yuyucu, maddə ilə əhatə olunmuş çirk hissəciklərinin parça ilə, habelə bir-biri ilə rabitəsi qırılır, onlar su məhluluna və köpüyə çevrilir.
Yuyucu toz
Yuyucu toz ― paltarların əllə və ya paltaryuyan maşında yuyulması üçün nəzərdə tutulmuş tozlu yuyucu vasitə. Məişət kimyəvi maddələrinə aiddir. == Növlər == Sabun tərkibli — sabun və qələvi duzların qarışığı, yalnız pambıq və kətan parçaları 40 ° C temperaturda yumşaq suda yumaq üçün nəzərdə tutulmuşdur. Sintetik (tərkibində sintetik səthi aktiv maddələr olan) — suyun sərtliyinə, temperaturuna, turşuluq dərəcəsinə və parça növünə görə çox yönlü olması ilə fərqlənir. Qələvi — suyun sərtliyini azaltmaq, çamaşırları islatmaq və qaynatmaq üçün istifadə olunur. == Yuyucu tozların tərkibi == Müasir yuyucu tozların tərkibində anion və qeyri-ion səthi aktiv maddələr, soda, natrium silikat (toza qələvilik əlavə edir və tozu qranullara bağlayır), həmçinin seyreltici kimi duz balastı (adətən natrium sulfat (təxminən 40%) var. paltaryuyan maşında hər yuma üçün 150 q dozada konsentratsız yuyucu toz) və ya daha az tez-tez natrium xlorid) 5% −10% -dən çox olmayan miqdarda. Həmçinin, yuyucu tozların tərkibində digər komponentlər də ola bilər: kationik səthi aktiv maddələr, kimyəvi və optik parlatıcılar, ətirlər, kalsium və maqnezium ionlarını birləşdirən maddələr: (natrium tripolifosfat) seolitlər, sitratlar, Trilon B). Tozun tərkibində həmçinin fermentlər, sabun, tozun özünə gözəl rəng vermək üçün rəng qatqıları və çirkin səthə çökməsinin qarşısını alan maddələr ola bilər. Yuyucu toz məhlulunun pH səviyyəsini müəyyən edilmiş hədlərdə saxlamaq üçün onun tərkibinə müvafiq əlavələr, ən çox limon turşusu daxil edilə bilər.
Ariel (yuyucu toz)
Ariel — Procter & Gamble şirkətinə daxil olan yuyucu toz markası. Ariel Avropa ölkələri, Meksika, Braziliya, Türkiyə, Pakistan, Hindistan, Kolumbiya, Çili, Venesuela və Filippində əsas yuyucu toz markası hesab olunur. Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniyada satışa çıxarıldı. Ariel xüsusi ləkə çıxarma enzimləri ilə ilk yuyucu toz hesab olunurdu. Paltaryuyan maşınların dəyişməsi və daha da inkişaf etdirilməsi nəticəsində Arielin məhsullarında da dəyişikliklər edilid. 80-cı illərdən etibarən satışa çıxarılan məhsullar bol köpükləndiricilik xüsusiyyəti ilə fərqlənirdi. 2010-cu ildə Airel üçün hazırlanmış reklam çarxının hazırlanmasında Çarli Çaplin, Mahatma Qandi və Corc Buş kimi simalardan istifadə olunmuşdur.
Humayın Yuxusu (1985)
== Məzmun == Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir. Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Mahnının mətni: Eldar Baxış Mahnı ifa edən: Flora Kərimova Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur) Rəssam: Hüseyn Cavid İsmayılov Montaj edən: Nisə Hacıyeva Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi) Direktor: Faiq Abdullayev === Filmi səsləndirənlər === Eldəniz Rəsulov — top (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur) Həmidə Ömərova — Humay (Titrlerde yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
I Osmanın yuxusu
I Osmanın yuxusu və ya Osman Qazinin yuxusu — Osmanlı imperiyasının qurucusu I Osman barəsində danışılan dövlətin qurulması haqda rəvayət. Rəvayətə görə Osman bəy yuxusunda Şeyx Ədəbalının qoynunda ayın doğub öz qoynunan girdiyini və göbəyindən çıxan ağacın bütün dünyanı örtdüyünü görmüşdü. Oruc bəy yuxunun Osman Qaziyə yox atası Ərtoğrul Qaziyə aid olduğunu demişdir. Onun rəvayətinə görə də şeyxin qoynunda çıxan ay Ərtoğrulun qoynuna girir. Sonra isə göbəyində çıxan ağacın kölgəsindən dağlar görsənir. == Yuxu == Yuxu Aşıqpaşazadə tarixində belədir: == Dəqiqiliyi == Bir çox alim yuxunun Osman Qazinin ölümündən yüz ildən çox müddət sonra — XV əsrdə ortaya çıxdığını və sonrakı dövrdə yaradıldığını qəbul edir.
Yuyucu-dispersiyaedici aşqarlar
Yuyucu-dispersiyaedici aşqarlar – tərkibində metal saxlayan yuyucu, alkilsalisilat, sulfonat, alkilfenolyat, ditiofosfatlar və külsüz dispersiyaedici yüksək molekullu Mannix əsasları, suksinimid aşqarlardır. Küllü yuyucu aşqarlar qələvi ədədi 20–300 mq KOH /q olan əsasən Ca, Mg və Ba duzlarıdır, külsüz dispersiyaedici aşqarların qələvi ədədi 45 mq KOH /q yüksək deyil. == Təsir mexanizmi == Bu aşqarların əsas vəzifəsi: mühərrik detallarının karbon çöküntülərindən təmiz saxlamaq (solyubilizasiya və dispersiyaedici xassələri), onların səthinə yağlardan çöküntünün çökməsinin qarşısını almaqdan (stabilizasiya və peptizasiya xassələri), mühərrik yağının oksidləşməsi nəticəsində əmələ gələn və yanma kamerasından mühərrikə daxil olan turş maddələri neytrallaşmaqdan ibarətdir. Müxtəlif növ yuycu-dispersiyaedici aşqarların təsir effektliyi onların kolloid quruluşlarının xüsusiyyətlərindən asılıdır. Yüksək qələvili aşqarlar yağda metal karbonatın kolloid dispersiyasından ibarətdir və tərkibləri aşağıdaki kimi göstərilir: sulfonat ( ArRSO3)2 Ca • [ CaCO3]m fenolyat ( OC6H4RSn )2 Ca • [ CaCO3]m salisilat ( HO C6H4COO )2 Ca • [ CaCO3]m == Suksinimid aşqarlar == Külsüz polimer aşqarlar (kəhraba turşusunun imid törəmələri) – alkenilsuksinimidlər geniş yayılmışdır. Suksinimid aşqarlarının digər tip yuyucu aşqarlardan fərqli cəhəti ondadır ki, onların yuyucu və dispersedici təsirinin effektivliyi daha yüksəkdir. Suksinimid aşqarlarının sintezi əsasən α-olefinlərin və ya onların kiçik molekullu polimerlərinin malein anhidridi ilə qarşılıqlı təsirindən və alınan kəhraba anhidridi törəmələrinin müxtəlif aminlərlə işlənməsi ilə həyata keçirilir. Malein anhidridinin olefinlərlə və bir-biri ilə bağlı olmayan dienlərlə reaksiyası az öyrənilmişdir. İlk dəfə malein anhidridinin olefinlərlə kondensləşməsi 1934-cü ildə verilmişdir. Reaksiya avtoklavda 1800C–də 2saat müddətində aparılmışdır.
Ölüm yuxusu (roman)
Ölüm yuxusu – Azərbaycan yazıçısı Vaqif Sultanlının 1987-ci ildə yayınlanmış real və şərti-metaforik üslubun qovuşuğunda yazdığı miniatür roman == Məzmun == Vaqif Sultanlının bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış "Ölüm yuxusu" romanında təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün yönlərilə aşkarlamağa imkan verir. Gərgin, dramatik konflikt fonunda davam edən, qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan romanda mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir. == Nəşr tarixi == "Ölüm yuxusu" romanı ilk dəfə "Yazıçı" nəşriyyatında müəllifin "Sönmüş ulduzlar" (1988) adlı kitabında müəyyən ixtisarla yayınlanmışdır. Roman tam şəkildə 1992-ci ildə "İnsan dənizi" romanı ilə birlikdə "Gənclik" nəşriyyatında yayınlanmışdır. 2002-ci ildə "Turan" nəşriyyatında eyniadlı kitabda nəşr olunmuş, 2010-cu ildə Azərnəşrdə yayınlanan "Heçlik vadisi" adlı kitaba daxil edilmişdir. == Ədəbi tənqiddə == "Ölüm yuxusu" romanı haqqında Azərbaycan və dünya mətbuatında çox sayda məqalə dərc olunmuşdur. Roman haqqında prof. Tamilla Aliyeva (Türkiyə), dr. Əhməd Sami El Aydi (Misir), Vinsent Valş (Böyük Britaniya), dr.
Cəngavərin yuxusu (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Qış yuxusu (film)
Qış yuxusu (türk. Kış Uykusu) — Nuri Bilge Ceylan tərəfindən çəkilmiş 2014-cü il istehsalı Türkiyə filmi. Film 2014 Kann Film Festivalında Qızıl Palma qazanmışdır. Film ayrıca eyni festivalda FIPRESCI mükafatına da layiq görülmüşdür. Filmin ilk nümayişi festival daxilində 16 may 2014-cü ildə edilmişdir. Rejissorluğunu Yılmaz Güneyin etdiyi "Yol"un ardından Qızıl Palma qazanan ikinci Türkiyə filmidir. == Məzmun == Aydın təqaüdçü bir oyunçudur; aktyorluğu buraxdıqdan sonra Orta Anadoluda öz halında kiçik bir hoteldə çalışaraq günlərini keçirər. Həyatında isə iki qadın vardır: özünə hər anlamda uzaq və soyuq olan gənc arvadı Nihal və boşanmış olan bacısı Necla.
Yuxulu dərə (film)
Yuxulu boşluq (ing. Sleepy Hollow) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi. Film Vaşinqton İrvinqin "Yuxulu boşluq haqqında əfsanə" əsəri əsasında ekranlaşdırılmışdır. Bir çox məşhur filmlərin, o cümlədən, "Bitlcus", "Betmen" kimi filmlərin rejissoru olan Tim Börtonun bu filminin hekayəsi, mühiti və xarakterləriylə klassik sinematoqrafik istiqamətdən bir şah əsərə bənzəyir. Əllinci illərin fantastik qorxu filmlərindəki əksəriyyətlə qara ağ tonların ağırlıqlı olduğu havada olan "Yuxulu boşluq" filminin çəkilişləri üçün İngiltərədə hekayəyə uyğun kiçik bir kənd yenidən bərpa edilmişdir. Bu film ən çox ABŞ, Fransa və Böyük Britaniyada izlənmişdir. == Məzmun == 1799-cu il, Nyu-York. İkabod Kreyn iyirmi dörd yaşında "Konsteybl" vəzifəsində çalışan kiçik gənc zabitdir. Onun zabit olmasına baxmayaraq bəzi qəribəliklərinə görə fərqlənir. İkabodun ölülərdən çəkinməməsinə baxmayaraq, balaca həşəratlardan bərk qorxur.
Biləcəri Yuyucu Buxarlayıcı Stansiyası
Biləcəri Yuyucu Buxarlayıcı stansiyası (YBS) — əsas iş fəaliyyəti neft məhsulları boşaldılmış dəmir yol çənlərini yuyub, yenidən yük altına və təmirə hazırlamaqdır. == Ümumi məlumat == Biləcəri Yuyucu Buxarlayıcı stansiyası Keşlə istiqamətindən Biləcəri Dəmiryol Stansiyasının cüt boğazında yerləşir. Biləcəri Dəmiryol Stansiyasının 11-ci postu istiqamətindən yuyucu Buxarlayıcı stansiyaya çən vaqonlarının qəbulu və göndərilməsi yerinə yetirilir.
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. == Məzmun == Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.
Humayın yuxusu (film, 1985)
== Məzmun == Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir. Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Mahnının mətni: Eldar Baxış Mahnı ifa edən: Flora Kərimova Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur) Rəssam: Hüseyn Cavid İsmayılov Montaj edən: Nisə Hacıyeva Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi) Direktor: Faiq Abdullayev === Filmi səsləndirənlər === Eldəniz Rəsulov — top (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur) Həmidə Ömərova — Humay (Titrlerde yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Kəpənəyin yuxusu (film, 2013)
Kəpənəyin yuxusu — Yılmaz Ərdoğanın ssenari müəllifi, rejissoru və aktyoru olaraq çəkilən türk dram filmidir. Film 2013-cü ildə 86-cı Oskar mükafatlarında Türkiyənin ən yaxşı xarici film üzrə Oskara namizədliyi göstərilmişdir. Kəpənəyin yuxusu filminin musiqi bəstəkarı Rəhman Altın Amerikada keçirilən "Moondance Beynəlxalq Film Festivalında "Ən yaxşı Film Musiqisi " mükafatına layiq görülüb. "Kəpənəyin yuxusu" filmi üçün bəstələdiyi musiqilərə görə daha öncə İtalya, Belçika və Türkiyənin özündə müxtəlif mükafatlar alan bəstəkar ötən il film musiqiləri siyahısında birinci yeri qoruyub saxlamağı bacarmışdı. == Məzmun == Film Zonquldağda 1941-ci ili təsvir edir. İki gənc şair Rüşdü Onur və Müzəffər Tayyib Uslu yeni-yeni modernləşən bu mədən şəhərində məmur kimi həyatlarına davam edərkən, bir yandan da sənətlə, ədəbiyyatla, ən çox da şeirlə məşğul olurlar. Şairliyə və sənətə baxışın hələ inkişaf etmədiyi cəmiyyətdə şeir yazan bu iki vərəmli gənc cəmiyyətin hər üzvünə şeiri sevdirməyə çalışır. Bələdiyyə sədrinin qızı Suzan Özsoyun Zonquldağa gəlməsiylə Rüsdü və Müzəffərin şeirə inancı daha da artar. Ailəsinin istəməməsinə baxmayaraq Suzan onlarla dostlaşır. Fəqət 1940-cı illərin vəbası olan vərəm bu iki gəncin həyatını da təhdid etməyə başlayır, öz gələcəklərini qurmaq üçün gənclər həyat mübarizəsinə başlayırlar.
Qış yuxusu (film, 2014)
Qış yuxusu (türk. Kış Uykusu) — Nuri Bilge Ceylan tərəfindən çəkilmiş 2014-cü il istehsalı Türkiyə filmi. Film 2014 Kann Film Festivalında Qızıl Palma qazanmışdır. Film ayrıca eyni festivalda FIPRESCI mükafatına da layiq görülmüşdür. Filmin ilk nümayişi festival daxilində 16 may 2014-cü ildə edilmişdir. Rejissorluğunu Yılmaz Güneyin etdiyi "Yol"un ardından Qızıl Palma qazanan ikinci Türkiyə filmidir. == Məzmun == Aydın təqaüdçü bir oyunçudur; aktyorluğu buraxdıqdan sonra Orta Anadoluda öz halında kiçik bir hoteldə çalışaraq günlərini keçirər. Həyatında isə iki qadın vardır: özünə hər anlamda uzaq və soyuq olan gənc arvadı Nihal və boşanmış olan bacısı Necla.
Yuxulu boşluq (film, 1999)
Yuxulu boşluq (ing. Sleepy Hollow) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi. Film Vaşinqton İrvinqin "Yuxulu boşluq haqqında əfsanə" əsəri əsasında ekranlaşdırılmışdır. Bir çox məşhur filmlərin, o cümlədən, "Bitlcus", "Betmen" kimi filmlərin rejissoru olan Tim Börtonun bu filminin hekayəsi, mühiti və xarakterləriylə klassik sinematoqrafik istiqamətdən bir şah əsərə bənzəyir. Əllinci illərin fantastik qorxu filmlərindəki əksəriyyətlə qara ağ tonların ağırlıqlı olduğu havada olan "Yuxulu boşluq" filminin çəkilişləri üçün İngiltərədə hekayəyə uyğun kiçik bir kənd yenidən bərpa edilmişdir. Bu film ən çox ABŞ, Fransa və Böyük Britaniyada izlənmişdir. == Məzmun == 1799-cu il, Nyu-York. İkabod Kreyn iyirmi dörd yaşında "Konsteybl" vəzifəsində çalışan kiçik gənc zabitdir. Onun zabit olmasına baxmayaraq bəzi qəribəliklərinə görə fərqlənir. İkabodun ölülərdən çəkinməməsinə baxmayaraq, balaca həşəratlardan bərk qorxur.
Yuxulu dərə (film, 1999)