Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yoxlama
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Yuyulma
Yuyulma (rus. размыв, ing. wash-out, erosion) – süxurların parçalanması və parçalanma materiallarının su axınları, buzlaq, külək və b. vasitəsilə daşınması prosesi.
Daş yuxular
Daş yuxular — Əkrəm Əylislinin qalmaqallı romanı. Romanın sonunda qeyd olunduğu kimi əsər 2006-cı ilin iyul ayında yazıçı Əylisdə olarkən yazılmağa başlanmış və 2007-ci ilin iyun ayında yazıçı Bakıda olarkən başa çatmışdır. Roman orijinal olaraq Azərbaycan dilində yazılmış sonradan isə "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalı üçün M.Hüseynzadənin redaktəsi ilə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmişdir.Bu hadisədən sonra: Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb. Əkrəm Əylisli Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı fəxri adından məhrum edilib. == Personajlar == Nuvariş Qarabağlı (aktyor, Saday Sadıqlının yaxın dostu); Saday Sadıqlı (məşhur Azərbaycan aktyoru); Fərid Fərzani (həkim-cərrah, Saday Sadıqlının əməliyyatı və müalicəsi ilə məşğul olan şəxs); Abasəliyev (məşhur psixiatr, Saday Sadıqlının qaynatası); Azada xanım (Saday Sadıqlının həyat yoldaşı, həkim Abasəliyevin qızı); Böyük Bəy (Xalq Cəbhəsinin rəhbəri); Qreta Minasova (teatrda qarderobçu işləyən qadın); Şahqacar Armaqanov (əslən Şuşadan olan, Baksovetdə işləyən məmur); Mopassan Mirələmov (teatr direktoru); Xəlilullah Xəlilov (Uluruh Turanməkan kimi də tanınan şair); Culyeta (Nuvariş Qarabağlının sayca 3-cü həyat yoldaşı). == Nəşri == Roman 2012-ci ilin dekabrında Rusiyada nəşr olunan "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalında çap olunmuşdur. == İctimai rəy == 31 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri romana etiraz məqsədilə Əkrəm Əylislinin evinin qarşısında icazəsiz aksiyası keçirmişdir. Aksiyada yazıçının ünvanına "Ölkədən cəhənnəm ol!", "Erməni Əkrəm, çıx ölkədən!" kimi şüarlar səsləndirmişdir.
Normativ yoxlama
Normativ yoxlama (ing. Authority control) — kitabxana elmində kataloq və biblioqrafik məlumatların yeganə və bənzərsiz bir ad verilərək keçirilməsi prosesi. Bu unikal başlıqlar ardıcıl olaraq kataloqda istifadə olunur və digər təşkilati məlumatlarla, məsələn arayışlar ilə işləyir. Hər bir başlıqda tətbiqetmənin və istifadənin hədləri haqqında qısa bir məlumat var, bu təşkilat kitabxana işçilərinə kataloqu yeniləməyə kömək edir və tədqiqatçıların işini asanlaşdırır. Kataloqatçılar, hər bir obyekti (müəllif, kitab, seriya, naşir) özünəməxsus bir mətn identifikatoru təyin edirlər, bu giriş, təxəllüs və ya kriptonimin bir variantı olsa belə, bu varlığa aid bütün istinadları bənzərsiz təsvir etmək üçün istifadə olunur. Unikal bir başlıq, əlaqəli qurumlar haqqında məlumat daxil olmaqla, bütün müvafiq məlumatları əldə etməyə imkan verir. Normativ yoxlama bir verilənlər bazasında yerləşə bilər və digər qurumlarla və digər məlumat bazaları ilə əlaqələri ehtiva edə bilər. Buna görə normativ nəzarət bir növ biblioqrafik nəzarət və normativ lüğətdir. Nəzəri cəhətdən hər hansı bir məlumat normativ yoxlamaya məruz qalsa da (şərti adlar, şəxsi adlar, firma adları), kitabxanalardakı kataloqlar ümumiyyətlə müəlliflərin və kitabların adları ətrafında cəmlənir. Konqres təsnifatı kitabxanası oxşar bir funksiyanı yerinə yetirir, baxmayaraq ki, ümumiyyətlə ayrıca nəzərdən keçirilir.
Yuyulma səthi
Yuyulma səthi – (rus. поверхность размыва, ing. surface of wash-out, surface of erosion) müxtəlif süxurların yuyulmuş, nahamar səthi. Y.s. cavan çökün¬tülər toplanana qədər daha qədim süxurların denudasiya prosesləri və ya su axınları ilə yuyulması /dağıl¬ması/ sayəsində yaranır. Çöküntü toplanma prosesində fasilə olma¬sını sübut edir.
Daş yuxular (roman)
Daş yuxular — Əkrəm Əylislinin qalmaqallı romanı. Romanın sonunda qeyd olunduğu kimi əsər 2006-cı ilin iyul ayında yazıçı Əylisdə olarkən yazılmağa başlanmış və 2007-ci ilin iyun ayında yazıçı Bakıda olarkən başa çatmışdır. Roman orijinal olaraq Azərbaycan dilində yazılmış sonradan isə "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalı üçün M.Hüseynzadənin redaktəsi ilə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmişdir.Bu hadisədən sonra: Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb. Əkrəm Əylisli Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı fəxri adından məhrum edilib. == Personajlar == Nuvariş Qarabağlı (aktyor, Saday Sadıqlının yaxın dostu); Saday Sadıqlı (məşhur Azərbaycan aktyoru); Fərid Fərzani (həkim-cərrah, Saday Sadıqlının əməliyyatı və müalicəsi ilə məşğul olan şəxs); Abasəliyev (məşhur psixiatr, Saday Sadıqlının qaynatası); Azada xanım (Saday Sadıqlının həyat yoldaşı, həkim Abasəliyevin qızı); Böyük Bəy (Xalq Cəbhəsinin rəhbəri); Qreta Minasova (teatrda qarderobçu işləyən qadın); Şahqacar Armaqanov (əslən Şuşadan olan, Baksovetdə işləyən məmur); Mopassan Mirələmov (teatr direktoru); Xəlilullah Xəlilov (Uluruh Turanməkan kimi də tanınan şair); Culyeta (Nuvariş Qarabağlının sayca 3-cü həyat yoldaşı). == Nəşri == Roman 2012-ci ilin dekabrında Rusiyada nəşr olunan "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalında çap olunmuşdur. == İctimai rəy == 31 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri romana etiraz məqsədilə Əkrəm Əylislinin evinin qarşısında icazəsiz aksiyası keçirmişdir. Aksiyada yazıçının ünvanına "Ölkədən cəhənnəm ol!", "Erməni Əkrəm, çıx ölkədən!" kimi şüarlar səsləndirmişdir.
Yoxlama (film, 2006)
== Məzmun == Habil (Əjdər Həmidov) sadə adamdır. Vergilər Nazirliyində işləyir. Lakin dostu Rokun öldürülməsindən sonra onun həyatı tamamilə dəyişir, dostunun başa çatdıra bilmədiyi tədqiqat işini bitirməyə söz verir. Lakin onun seçdiyi bu yol çox təhlükəli və amansızdır. == Festivallar və mükafatlar == 1)2006-cı il IX Avrasiya Teleforumu Filmin rejissoru Vaqif Mustafayevə Xüsusi Mükafat verilmişdir. == Film haqqında == Film 8 seriyadan ibarətdir. Filmdəki trüklərin əksəriyyətini aktyor Əjdər Həmidov özü həyata keçirmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) === Baş məsləhətçi: Fazil Məmmədov (Azərbaycan Respublikası Vergilər Naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri) Quruluşçu rəssam: Ağarəhim Əliyev, Vyaçeslav Vidanov Geyim rəssamı: Tahir Tahirov Qrim rəssamı: Tomaş Matraşek Montaj edən: Etibar Həsənov Səs rejissoru: İqor Muqanov Səs operatoru: Vidadi Samanduyev Bəstəkar: Yevgeni Doqa Quruluşçu operator: Aleksey Koluzov, Valentin Piqanov Ssenari müəllifi: Vaqif Mustafayev, Aleksandr Polozov İcraçı prodüser: Aslan Məmmədhəsənov Quruluşçu rejissor: Vaqif Mustafayev Səs mühəndisi: Roman Məmmədov Rejissor: Zilli Namazov, Adil İsmayılov, Atəş Davudov Operator: Rafiq İsmayılzadə, Zaza Tsomaya Dekor rəsamı: Rövşən Mehdiyev, Kamal Qarayev, Elyaz Səfərov Rənglərin korreksiyaçısı: Viktor Şaprinski Kaskadyor qrupunun rəhbəri: Vyaçeslav Uşanov Kaskadyorlar: Aleksey Uşanov, Əli Məmmədov, Andrey Yeremin Rekvizit: Elmar Orucov Geyim: Faiq Əliyev (III) Pirotexnik: Elşad Ağabəyov İşıq ustası: Elçin Nağıyev İşıqçı: Emin Bədirov(Emil Bəbirov kimi), Şəmsi Qədirov, Asif Babayev, Ramil Xələfov, Şahin Mustafayev Sürücü: Taleh Məmmədov, Fərrux Mustafayev, Vüqar Mustafayev, Bül. Məmmədli, Novruz Həsənov, Mehdi Muradov Fəhlə: Teymur Həsənov (II), Natiq Məmmədov (II), Hafiz Qəmbərli İnzibatçı: Cavanşir Cəlilov İcraçı direktor: Fəxrəddin Qasımov, Abbas Məmmədəliyev Musiqi redaktoru: İsmayıl Dadaşov Musiqi ifaçısı: Ceyhun İsmayılov, Ənvər Sadıqov, İsgəndər Ələkbərov Redaktor: Elnur Məmmədov (II), İlyas Tapdıq Mətni oxuyan: Rafiq Əliyev (II) === Rollarda === Əjdər Həmidov — Habil Dadaşov Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Direktor Nuriyyə Əhmədova — Həlimə Vyaçeslav Şaleviç — Qəzənfər əmi Nodar Mqaloblişvili — Çolaq Valeri Qarkalin — Rok Məmmədov İlya Rutberq — Emmanuil Səidə Quliyeva — lal-kar qonşu Vsevolod Şilovski — Müdir Arif Kərimov — rəis Səmədov Arif Qasımov — Baş Mühasib Rauf Məmmədov (II) — Plombir (Əhməd Əhmədov) Mənsur Məmmədov — Zavod işçisi Arif Bağırzadə Gülşad Baxşıyeva — Zavod işçisi Nataliya Aşumova — Vialetta Mahmud Cəbrayılov Tünzalə Əliyeva — Katibə Bəhram Bağırzadə — Nazirlik işçisi Vado Korovin — Nazirliyin əməkdaşı Muxtar Maniyev — Sürücü Qərinə Kərimova Larisa Vinoqradova — Emmanuilin qonşusu Ağarəfi Rəhimov Elmira Şabanova — Əhmədin qohumu Arzu Hüseynov — Zavod işçisi Şəfiqə Qasımova Mehriban Abdullayeva İlham İbrahimov Hicran Nəsirova Eldar Həsənov Füzuli Nəsirov Rəhman Rəhmanov — Oğru Rafiq İbrahimov — Oğru Rafiq Əliyev Rahib Əliyev Fuad Osmanov Ələsgər Muradxanlı Əfqan Soltanov Aydın Əliyev — Nazirlik işçisi Rüstəm Rüstəmov Əlisurət Məmmədov Murad Muradov Nurəddin Nəzərov Bəxtiyar Kərimov Vahid Əliyev Esmiralda Şahbazova Faiq Əliyev Rövşən Kərimduxt Aleksey Saprıkin (Aleksey Şaprikin kimi) Rasim Babayev (II) Altay Zahidov-Rəis İqrar Salamov Mehdi Muradov Vüsal Məmmədov Fərrux Mustafayev Bül.
Alizeya və yuxular şahzadəsi
Alizeya və yuxular şahzadəsi – Gianni Romoli tərəfindən hazırlanmış və ssenarisi yazılmış, Lamberto Bavanın rejissorluğu və müştərək istehsalı ilə istehsal olunan və 2 və 4 yanvar 1996-cı ildə Canale 5-də ilk dəfə yayımlanan iki hissədən ibarət olan İtalyan-Alman fantastik televiziya mini serialıdır. == Süjet xətti == === Birinci hissə === Alizeya bacı ləqəbi verilmiş beş kiçik qardaşı və ağır xəstə anası ilə meşədə yaşayan bir qızdır. Fırtınalı gecələrin birində gənc qadın meşədə yolunu azmış yaşlı səyahətçiyə qonaqpərvərliyini nümayiş etdirib onu öz evlərində bir gecəlik qonaq saxlayır. Amma kişi əslində Azaret adlı qüdrətli sehrbazdır. Azaret qəddar və intiqamçıdır, Alizeyanı bir neçə gümüş sikkə qarşılığında almağı qızın anasına təklif edir: onu öz qalasına aparıb həyat yoldaşı etmək niyyətindədir. Alizeyanın anasının bu təklifi rədd etməsi sehrbazın qəzəbinə səbəb olur: o, uşaqları qaçırır və qadın infarktdan ölür. Ailəni yenidən birləşdirməyə qərarlı olan Alizeya Azaretin qəsrinin yerləşdiyi Valle Oskuraya yollanır. Bu vaxt ölkənin kralı Kurdok uzun sürən müharibədən vətəninə qayıdır və oğlu gənc şahzadə Demianın əlinə heç vaxt qılınc götürmədiyini və günlərini oxumaqla, şeir yazmaqla və elm öyrənməklə, musiqi çalmaqla keçirdiyini öyrənərək qəzəblənir. Qəzəbdən dəliyə dönən kral, Demianı güclü və qaniçən bir döyüşçü etmək üçün ona özü şəxsən təlim keçmək qərarına gəlir. Kraliça Diomira, oğlunun həyatından qorxaraq, atasının ali arzularından onu qaçırmaq üçün onu akrobatlarla birlikdə sarayı tərk etməyə məcbur edir və ona hər zaman anasını xatırlaması üçün barmağındakı üzüyü verir.