Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərbalı Mirzə
Zərbalı Mirzə (tam adı: Allahverdiyev Zərbalı Mirzə oğlu; d. 1 yanvar 1960, Ucar rayonu, Yuxarı Şilyan kəndi, Azərbaycan SSR, SSRİ) — jurnalist, “İnşaatçı” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist (2015) == Həyatı == 1 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində qulluqçu ailəsində anadan olub. 1967-1977-ci illərdə Yuxarı Şilyan kənd məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə ordu komandanlığının göndərişi ilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil olmuş, 1982-1987-ci illərdə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində tam kursu bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ jurnalistika fakültəsində təhsil aldığı illərdə respublikanın aparıcı mətbuat orqanlarında – “Kommunist”, Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri” və bir sıra digər qəzetlərdə tələbə-jurnalist kimi maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra – 1987-ci ildə təyinatla “İnşaatçı” qəzeti redaksiyasında işə başlamış, qısa vaxt ərzində müxbir, xüsusi müxbir, şöbə müdiri və məsul katib vəzifələrində pillə-pillə yüksələrək 2001-ci ildən qəzetin redaktor müavini vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən “İnşaatçı” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Tanınmış inşaatçıların həyatından bəhs edən 5 avtobioqrafik əsərin müəllifidir. Həmçinin “Azərbaycan Respublikasının inkişafında tikinti kompleksinin rolu” kitabının və “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” kitablarının nəşr olunuş 1, 2, 3, 4 və 5-ci cildlərinin müəlliflərindən biridir.
Zərraf Şirinov
Zərraf Şirinov — tibb elmləri doktoru, professor. Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsi baş elmi işçi. == Həyatı == Zərraf Şirinov 1962-ci ildə Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. 1983-ci ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakultəsinə qəbul olub və elə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə ilə ali təhsili bitirdiyi üçün həmin ildə internanı bitirməmiş birbaşa yeni yaranmış Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə götürülüb. 2 illik kliniki ordinatura dövründə həmin illərdə qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib. Bundan sonra həmin klinikanın qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi şöbəsində kiçik elmi işçi kimi işləyib. 1997-ci ildə namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb. 2000-ci ildə həmin şöbəyə müdir təyin edilib. 2005-ci ildə Moskvada Xalqlar Dostluğu Universitetində doktorluq dissertasiyasını müdafiə edib.