Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zənzibar
Zənzibar və ya Zangibar — Afrikanın şərqində, iki adadan ibarət və Tanzaniya dövlətinə bağlı muxtar bölgə. Zənzibar əsas ada olan Zangibar adasından və Pemba adasından ibarətdir. Paytaxtı Stoun Taun şəhəridir. İqtisadiyyatı ədviyyata və turizmə əsaslanır. Zənzibar əsil adı Forrux Bulsara olan və "Queen" rok qrupunun solisti olan Freddi Merkurinin doğum yeridir. Merkuri Stoun Taunda anadan olmuşdur. Zənzibar dünyanın ən tanınmış ədviyyat ixracatçılarından biridir. == Tarixi == Zənzibar Şirazdan qaçıb gəlmiş iranlı köçkünlər tərəfindən yaradılmışdır. Fars dilində "Zangi bar"– "zəncilər sahili" deməkdir. 1503–1698-ci ildə Zənzibar Portuqaliyanın hakimiyyətində qalmışdır.
Zərzibil
Zərkənd kəndi — Basarkeçər rayonunda kənd. == Tarixi == Kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Deyilənlərə görə kəndin ətrafı böyük meşəlik olmuşdur. 120–130 il yaşamış kənd sakinləri Məşədi Allahverdi və Cəfərqulu babaların söylədiklərinə görə, Kərbəlayı Məhəmməd kişinin evi həmin meşədən kəsilən ağaclardan tikilmiş və bizim vaxtımıza qədər gəlib çıxmışdır. Kəndin ilk adı 1890–1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır. Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirdi ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır.
Amomum zinziba
Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonim == Amomum angustifolium Salisb. Amomum zingiber L. Amomum zinziba Hill [Spelling variant] Curcuma longifolia Wall. Zingiber aromaticum Noronha [Invalid] Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum. Zingiber majus Rumph. Zingiber missionis Wall. Zingiber officinale var. cholmondeleyi F.M.Bailey Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe Zingiber officinale var.
Zənzibar (şəhər)
Zənzibar (suah. Jiji la Zanzibar, ing. Zanzibar City) — Tanzaniya, Zangibar adasının qərb sahilində yerləşən şəhər. Muxtar Zənzibarın inzibati mərkəzi və inzibati vahidləri: Qərbi Zanzibar bölgələri və Zənzibar rayonlarının şəhəri. Əhali (Zənzibar şəhəri (Suahili Mjini ((suah. Mjini) və ya Jiji la Zanzibar)) bölgəsində - 205 870 nəfər (2002), 256 543 nəfər (2008), 129 097 nəfər (2009). Şəhərin yerindəki ilk yaşayış yeri 16-cı əsrdə quruldu; şəhər kölə ticarətinin mərkəzi idi. 1840 — 1856-cı illərdə Musat və Oman Sultanlığının paytaxtı Səid ibn Sultanın rəhbərliyi altında. Şəhərin böyük hissəsi ərəb üslubunda mərcan daşından tikilmiş evlərlə qurulmuşdur və dar küçələrin labirentidir; Damları düz olan iki və üç mərtəbəli evlər həyətlərin ətrafında möhkəm bir divarla boyanmış panjurlar və ızgaralar, balıq, lotus və zəncir simvolik şəkilləri olan oyma qapılarla birləşdirilmişdir. Məscidlər, Ərəb qalası, Sultanlar Sarayı; 19-cu əsrin sonlarındakı Avropa binaları: Anqlikan kilsəsi, kilsə.
Zənzibar boğazı
Zənzibar boğazı – Afrikanın cənub-şərqində, Zənzibar adasını Tanzaniyanın materik hissəsindən ayıran boğaz. Tanzaniyanın paytaxtından 400 kilometr məsafədə yerləşir. Zənzibar şəhəri və limanı boğazın sahilindədir. == Təsviri və xüsusiyyətləri == Boğaz Afrikanın sahil şelfində yerləşir. Uzunluğu təxminən 100 kilometrə, eni 40 kilometrə, dərinliyi 40 metrə qədərdir. Boğazın ucqarlarında dərinlik 1000 metrə çatır. Son buzlaşma dövründə boğazın dərinliyi mövcud səviyyədən 121 ± 5 m az idi. Orta qabarma və çəkilmənin hündürlüyü 4 metrdir. Suyun temperaturu fəsildən asılı olaraq 24 ° C ilə 30 ° C arasında dəyişir. Boğaz ətrafında olan körfəzdə mərcan qayaları vardır.
İsmayıl Mərziban
İsmayıl Mərziban (1869-1960) — İran siyasətçisi, Qacar və Pəhləvi dövründə bir çox nairlikdə çalışmış şəxs. == Həyatı == İsmayıl 1869-cu ildə anadan olmuşdu. Onun mənsub olduğu ailə Gilanın, Rəştin qədim əsilzadə soyuna bağlıdır.Mərziban soyadını da bu ayaqdan götürmüşdü. İsmayıl Mərziban Muaddəbəssəltənə və Əminülmülk ləqəblərini daşıyırdı. İsmayıl Mərziban orta təhsilini bitirəndən sonra, Fransaya yollanmış, Paris Universitetinə qəbul olmuşdu. Universitetin tibb fakültəsini bitirmişdi. Məşhur göz həkimi doktor Ratveldin tələbəsi olmuşdu. İsmayıl Mərziban İrana dönəndən sonra həkimliklə yanaşı siyasətə də atılmışdı. İran ziyalılarının qurduğu "Cameyi-Adəmiyyət"ə üzv olmuşdu. Həmin dövrdə İranda müxalifətçi mübariz qüvvənin başında «Adəmiyyət cəmiyyəti» ilk siyasi cəmiyyətdən başqa heç bir təşkilatı qüvvə yox idi.
Zənzibar bəbiri
Zanzibar bəbiri (lat. Panthera pardus adersi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Zənzibar sultanlığı
Zənzibar sultanlığı (suah. Usultani wa Zanzibar; ərəb. سلطنة زنجبار‎, Sulṭanat Zanjībār) — XIX əsrdən 12 yanvar 1964-cü ilə qədər mövcud olmuş dövlət. 1964-cü ildən Tanzaniya Birləşmiş Respublikasının bir hissəsidir. == Tarixi == Zənzibar Omandan (Maskat sultanlığı) olan Bu Səidi sülaləsinin kiçik üzvlərinə bir mülk olaraq həkk olunmuşdur. Zənzibar sultanının hakimiyyəti Şərqi Afrika sahillərinə, Ozi çayı üzərindəki Dalqado burnu ilə Kipini arasında, əlavə olaraq Unquca (Zanzibar adası), Pemba və başqa adalara qədər uzanırdı. Aktiv qul ticarəti, həmçinin ədviyyat, fil sümüyü və s. ticarəti var idi. Zənzibarda genişmiqyaslı tikinti prosesi gedirdi. Oman sultanlarının ən güclüsü olan Səid ibn Sultan 1853-cü ildə fəth edilmiş Şərqi Afrika ərazilərinə nəzarət etmək üçün hətta dövlətin paytaxtını Maskatdan Zənzibara köçürməyi planlaşdırırdı.
Fəriba Vəfi
Fəriba Vəfi (az.-əbcəd فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir. Bu roman Gülşiri və Yelda mükafatlarına layiq görülmüşdür.
Mərziban bin Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadi hökmdarı.
Zənzibar Futbol Assosiasiyası
Zənzibar Futbol Assosiasiyası (ZFA) — Zənzibarın ali futbol qurumu == Tarixi == Tarixi 1926-cı ildən başlayan Zənzibar Futbol Assosiasiyası, sonuncu dəfə 2002-ci ildə Tanzaniya Futbol Federasiyasından ayrılması nəticəsində yaradılıb. Səbəb kimi Zənzibar Futbol Assosiasiyasının maraqlarına Tanzaniya Futbol Federasiyasının məhəl qoymaması göstərilib. Zənzibar Futbol Assosiasiyası 2010-cu ildə ölkə yığmasının beynəlxalq yarışlarda iştirak imkanı əldə etməsindən ötrü FİFA-ya daxil olmaq istəyini ərizə ilə bildirib. 2011-ci ilin avqust ayında FİFA Zənzibar Futbol Assosiasiyasını üzvlüyə qəbuldan imtina edib. FİFA bu qərarını dövlət suverenliyinin olmaması ilə əlaqələndirib. == Mənbə == FİFA Zənzibara "yox" dedi.
İngilis-Zənzibar müharibəsi
İngilis-Zənzibar müharibəsi – 27 avqust 1896-cı ildə baş vermiş və cəmi 38 dəqiqə davam etmiş müharibə. Bu müharibəni dünyanın ən qısa müharibəsi də adlandırırlar. 27 avqust 1896-cı ildə Böyük Britaniya və Zənzibar arasında müharibə başlayır və 38 dəqiqədən sonra başa çatır. Müharibənin başlamasına səbəb, Britaniya yönümlü Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. 38 dəqiqə çəkən müharibədə 500 Sultan Xalid tərəfdarı, bir britaniyalı dənizçi öldürülmüşdür.
İngiltərə–Zənzibar müharibəsi
İngilis-Zənzibar müharibəsi – 27 avqust 1896-cı ildə baş vermiş və cəmi 38 dəqiqə davam etmiş müharibə. Bu müharibəni dünyanın ən qısa müharibəsi də adlandırırlar. 27 avqust 1896-cı ildə Böyük Britaniya və Zənzibar arasında müharibə başlayır və 38 dəqiqədən sonra başa çatır. Müharibənin başlamasına səbəb, Britaniya yönümlü Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. 38 dəqiqə çəkən müharibədə 500 Sultan Xalid tərəfdarı, bir britaniyalı dənizçi öldürülmüşdür.
Mərziban bin Məhəmməd (Şəddadi)
Mərziban bin Məhəmməd (v. 985, Gəncə) — ərəb hakim, Əli Ləşkəri bin Məhəmmədin qardaşıdır. 978-ci ildə qardaşının ölümündən sonra Şəddadi taxtına çıxmışdır. Bacarıqsız bir hökmdar idi və 985-ci ildə qardaşı Fəzl bin Məhəmməd tərəfindən öldürüldü. == Mənbələr == Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew.