Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zadəganlıq
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Azərbaycan zadəganlığı
Azərbaycan zadəganlığı — azərbaycanlılar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə. Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. == Tarixi == === Azərbaycandilli sülalələr dövrü === XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi. Bu zaman fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlər daxil olmuşdur. İdarəçilik sahəsində Azərbaycan mənşəli sözlərə yüzbaşı, minbaşı, bəylərbəyi misal göstərilə bilər.Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi. Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvin və İsfahan) bu dilin istifadəsi təşviq edilirdi. Saray mərasimləri də Azərbaycan dilində aparılırdı. Səfəvilər dövründən başlayaraq Azərbaycan dili talış dilini daha güclü şəkildə sıxışdırmağa başladı və talış aristokratiyası Azərbaycan dilinin yayılmasına və tədrisinə dəstək verdi.Qacarlar dövləti dövründə Azərbaycan dili sarayın və Azərbaycan tayfalarından təşkil edilmiş ordunun dili idi, fars dili ilə birlikdə hər iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı. Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.