Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərurət
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Kreyq Barret
Kreyq Barret (ing. Craig R. Barrett; 29 avqust 1939, San-Fransisko, Kaliforniya) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Intel" korporasiyasının dördüncü icraçı direktoru (1998–2005). == Həyatı == Kreyq Barret 29 avqust 1939-cu ildə San-Fransisko şəhərində anadan olmuşdur. O, orta məktəbdə təhsil aldığı dövrdə fizika və riyaziyyatla yaxından maraqlanır. Kreyq 1957-ci ildə Stenford Universitetinə daxil olur. Orada bakalavriatura və magistratura pillələri üzrə təhsilini tamamlayan Barret, 1964-cü ildə materialşünaslıq sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülür. Bundan sonra universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. 10 il Materialşünaslıq və mühəndislik elmləri fakültəsində dərs deyir, adyunkt-professor olur. == "Intel" == 1974-cü ildə Kreyq Stenford Universitetindəki işini tərk edərək "Intel" şirkətində çalışmağa başlayır. O, korporasiyada texnologiyaların inkişafı üzrə menecer vəzifəsinə təyin olunur.
Qarret Hobart
Qarret Hobart — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 24-cü vitse-prezidenti.
Natan Styüart-Carret
Neytan Lloyd Stüart-Carrett (ing. Nathan Lloyd Stewart-Jarrett, 4 dekabr 1985) — Böyük Britaniya aktyoru. "Misfits" serialında canlandırdığı Curtis Donovan roluna görə tanınır. == Karyerası == Natan 1985-ci ildə anadan olub. Gənc yaşlarında incəsənət ilə maraqlanıb. Daha sonradan akytorluq ilə məşğul olmağa başlayıb. 2006-cı ildə London şəhərində yerləşən Nitq və Drama Mərkəzi Məktəbi universitetinin məzunu olub. Bundan sonrakı illərdə teatrlarda çalışıb. 2007-ci ildə televiziyada ilk rolunu BBC One telekanalında yayımlanan Casuality verilişində alıb. Daha sonradan daha bir neçə verilişdə işləyən Natan 2009-cu ildə Misfits serialında çəkilməyə başlayır.
Zauyet el'Aryan
Zauyet el'Aryaning. Zawyet El Aryan— (زاویة العریان) Giza əyalətində Giza ilə Abusir arasında yerləşən şəhərdir. Şəhərin qərbində, düz səhra ərazisində eyniadlı nekropol yerləşir. Memfis demək olar ki, birbaşa Nil çayının şərqində yerləşir. Zauyet El Aryanın iki piramida kompleksi və beş mastaba qəbiristanlığı var. == Piramidaları == === Piramida təbəqəsi === Laylı piramida üçüncü sülalə dövründə, ehtimal ki, Habanın hakimiyyəti dövründə tikilmişdir. Piramida beş-yeddi pilləli, bəlkə də pilləli piramida olmalı idi. Heç bir üzlük daş tapılmadı, bu da piramidanın heç vaxt tamamlanmadığını göstərir. Yeraltı kameraların planı basdırılmış piramidaya bənzəyir. İçəriyə doğru gedən dəhlizdə qəbir əşyalarının saxlanması üçün otuz iki yan kamera var .
Neytan Stüart-Carret