Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mircavə
Mircavə-İranın Sistan və Bəlucistan ostanının Zahedan şəhristanının Mircavə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,590 nəfər və 2,350 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Pircanə
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. == Əhalisi == Əhalinin sayı 521 nəfərdir.
Hicamə
Hicamə (ərəb. حجامة‎ Hijamah,"əmmə") — dəridə kiçik kəsiklər açaraq qan toplanması. İlk dəfə istifadəsi İslam peyğəmbəri olan Məhəmməd peyğəmbərin etdiyini təsvir edən məlumatlara tarixi mənbələrdə rast gəlinir. Qədim dövrlərdən bəri bu ənənəvi terapiya insan sağlamlığında mühüm rol oynamışdır. Ənənəvi müalicə üsullarından sayılan bu üsul yaş və ya quru fincan terapiyası adlanır. Finlandiyada 15-ci əsrdən bəri ənənəvi olaraq saunalarda bu prosedur aparılır. Hicamə qabları havanı udmaq və qismən vakuum yaratmaq üçün içərisində klapan mexanizmi olan iri buynuzlardan hazırlanırdı, Finlandiyada hələ də istirahət və/yaxud sağlamlıq məqsədi ilə hicamə tətbiq olunur. == Tarixi == Tibb tarixində ilk dəfə qan alma üsulu ilə müalicənin harada və nə vaxt başlandığı barədə dəqiq məlumat yoxdur. Ancaq bu gün bəzi ibtidai cəmiyyətlərdə də göründüyü kimi, qədim Mesopotamiya, Misir və digər Yaxın Asiya sivilizasiyalarında bir çox xəstəliyin cinlərin və pis ruhların bədənə daxil olması nəticəsində yarandığına inanılaraq, onların bədəndən çıxarılmasına çalışıldığı məlumdur. Bu xəstəlikdən sağalmaq üçün sehr-sehrdən əlavə qan aldıraraq bədəni təmizləməyə çalışırdılar.