QANMAZ

QANMAZ (burada qanacaqsız, dardüşüncəli mənasında) [Talıbov:] Qanmaz döyülük, a yoldaş, savadımız da var, oxuyub başa düşürük! (Y.Şirvan); ANLAMAZ Zərbani-təərüz etdilər diraz; Söylədilər: “Bu nə işdi, anlamaz” (Q.Zakir); DİLBİLMƏZ Dilbər: Nu, nu, yaxşı dizinizi qoyun, nə qədər dilbilməzsiniz (C.Cabbarlı); EŞŞƏK (məc., dan.) Qulu: Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı? (N.Vəzirov); GÖNÜQALIN (məc., dan.) Gör yekəbaş, gönüqalın axmaq, malını nə günə salıb? (Mir Cəlal); HEYVƏRƏ (dial.) Heyvərənin səsindən ürküb otlamaz heyvan; Deyib, onu çomaqla hədələdi uzaqdan (M.Rahim); YEKƏBAŞ (məc., dan.) Sən yeri gəldikdə qamçıla, şair; Duyğusuz, yaramaz, yekəbaşları (M.Rahim); ZIRI Məmməd gördü ki, çoban zırının biridi, heç qanmır (“Müqüm şah”); ZIRRAMA (dan.) Deyə bilmirdilər ki, zırrama, axmaqdır, yoxsa bic tülkünün nəvəsidir (M.İbrahimov).

QANMAQ
QANOV

Digər lüğətlərdə