Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ay çörəyi
Ay çörəyi yoxsa Ayçörəyi , Türkiyə mətbəxinə aid olaraq, ümumiyyətlə darçın , qoz , fındıq , kakao və kişmiş yerləşdirilərək, aypara şəklində hazırlanan çörək növü. Aypara şəklində olmayan, eyni materiallardan istifadə edərək düzəldilmiş düzbucaqlı pastiç ( İzmir çörəyi kimi də tanınır), çox zamanlar ayçörəyi adı ilə də satılır. == Ərzaqlar: == 3 stəkan un 100 qr. marqarin 1 qəhvə fincanı süd 1 ədəd yumurta ağı bir miqdar yaş maya 1 stəkan döyülmüş fındıq 1/ 2 stəkan şəkər tozu 1 dilim bayat çörək içi 1 yemək qaşığı quru üzüm 1 çay qaşığı da == HAZIRLANMASI == 3 su stəkanı un , 100 qr marqarin , 1 qəhvə fincanı süd və 1 ədəd yumurta ağını bir kasada çalın. Bir çimdik yaş mayanı ilıq suda əridib digər qarışıqların içinə əlavə edin. Yoğuraraq xəmir edin. Üzərini nəmli bir dəsmalla örtün. 1 saat köpməsi üçün saxlayın. Ayrı bir qabda 1 su stəkanı döyülmüş fındıq, yarım su stəkanı toz şəkər , 1 dilim bayat çörək içi , 1 xörək qaşığı quru üzüm , 1 çay qaşığı darçın qoyun . Xəmirdən limon böyüklüyündə parçalar qoparın.
Baget çörəyi
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Cad çörəyi
Cad çörəyi — darı unundan bişirilən çörək. Azərbaycanın bəzi bölgələrində cad çörəyini qarğıdalı unundan da hazırlayırlar. Cad çörəyi A və B2 vitaminləri ilə zülal, kalsium, fosfor və dəmir mineralları baxımından zəngindir. Bu çörəyin bişirilməsində qabardıcı tozlardan və əlavə qatqılardan istifadə edilmədiyi üçün dietik çörək də adlanır. Cad çörəyinin üstünlüklərindən biri də uzun müddət saxlanıldıqda xarab olmamasıdır. Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, "cod" olduğuna görə verilib.
Dandır çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. == Populyar mədəniyyətdə == Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Kövrək çörəyi
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Kəsmə çörəyi
Kəsmə çörəyi (az-əbcəd. کَسمه چؤرگی،کَسمه‎) - Qəzvin bölgəsində daha çox hazırlanan şiriniyyat növü ki quruluşuna görə incə, uzunsov və quru olaraq, üstü isə küncüt ilə bəzədilir. == Etimologiyası == Kəsmə sözü Azərbaycan türkcəsi və başqa türk dillərindəki kəsmək məsdərindən alınıb ki buda bu çörəyin hazırlanması ilə əlaqəlidir. == Lazım olan ərzaqlar == 1 kq un 200 q şəkər tozu 1 stəkan bitki yağı və ya kərə yağı 2 ədəd yumurta sarısı 2 yemək qaşığı bərk qatıq 1 yemək qaşığı vanil 1 çay qaşığı soda 1 yemək qaşığı çörəkçi mayası Üzü üçün 1 ədəd yumurta Lazım olan miqdarda küncüt == Hazırlanma qaydası == Şəkər və suyu odun üstünə qoyub, 1 dəqiqə qaynadandan sonra oddan götürüb və tamamilə soyudun, qatığı soda ilə qarışdırıb və kənara qoyun.Xəmiri 1/4 ilıq su və 1 yemək qaşığı şəkərlə qarışdırıb və işləyənə kimin isti bir yerə qoyub (10 dəqiqə), sonra bir qabda yumurtanı parçalayıb və üzərinə yağ əlavə edin. Üzərinə hil və vanil əlavə edib qarışdırıcı ilə qarışdırın, sonra soyudulmuş qatıq və ərinmiş şəkər əlavə edərək, sonra çörəkçi mayasını əlavə edin.Bütün maddələr qarışdırıldıqdan sonra unu süzüb və az-az üzərinə tökün. Xəmir əllərə yapışmırsa, təxminən 2 ilə 3 saat arasında üstünü örtüb, sonra xırda topları xəmirin içərisindən götürün, vərdənə ilə açıb, üzərinə bir yumurta sürtəndən sonra küncüt səpib və sobanın üst qatına 5 - 10 dəqiqə 170 dərəcə üstünə qoyun.Çörəyin rəngi qonur olandan sonra sobadan götürün.
Noxud çörəyi
Noxud çörəyi (az-əbcəd. نوخود چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramlarında hazırlanır. == Lazım olan ərzaqlar == 100 q şəkər tozu 200 q noxud unu 100 q qatı yağ 1 çay qaşığı hil tozu 0,25 çay qaşığı püstə tozu yoxsa püstə dilimləri üstünü bəzəmək üçün == Hazırlanma qaydası == İşə başlamazdan öncə şəkər tozu və noxud ununu ələndiyinizdən əmin olun. Şəkər tozu və qatı yağı böyük bir qaba töküb və elektrikli qarışdırıcı ilə qarışdırın. Mikserlə qarışdırmağa təxminən 4-5 dəqiqə davam edin. Hil tozunu noxud unu ilə qarışdırın. Sonra ələnmiş noxud ununu bir neçə addımda şəkər tozu və qatı yağ qarışığına əlavə edin. Sonra maddələri bir qaşıq və ya bir çəngəl ilə qarışdırıb və hamar olduqdan sonra əl ilə yoğurmağa başlayın. Bu şirniyyatın xəmirləri əvvəlcə yapışqandır və birləşdirici bir quruluşa sahib deyil, ancaq xəmiri yoğurduqca daha az yapışqan olaraq, yumşaq olur. Xəmir tamamilə qabın ortasına yığıldıqda və birləşdirici və yumşaq bir toxuma tapdıqda xəmir hazırdır.
Qənd çörəyi
Qənd çörəyi (az-əbcəd. قند چؤرَگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == 500 q ağ un 250 q şəkər tozu 250 q qatı yağ 1 mürəbbə qaşığı qabartma tozu 1 mürəbbə qaşığı hil tozu == Hazırlanma qaydası == Qənd çörəyi hazırlamaq üçün ilk olaraq qatı yağı və hil tozunu əlimizlə hamar olana qədər ovuşdururuq. Az-az şəkər tozu əlavə edib hamar olana qədər qarışdırın. Unu az-az üstünə töküb yaxşı yoğurun. Hazırlanmış xəmir mətbəxdə 4 saat istirahət etsin. Dincəldikdən sonra bir az yoğurub, sonra xəmirdən bir fındıq ölçüsü götürüb və əlinizdə 180 dərəcə bir sobada 15 dəqiqə orta mərtəbədə şirniyyatın rəngi qızıla çalana qədər qoyun qalsın. === Nöktələr === Soba qabının yağlanmasına və ya yağdan təmizlənmiş kağıza ehtiyacı yoxdur. Sobanı 20 dəqiqə öncədən yandırın. Heç vaxt qatı yağı əritmirik, niyə ki bərk olmalıdır.
Sac çörəyi
Sac çörəyi və ya tava çörəyi Azərbaycanın Yaxın Şərq və Cənubi Asiya mətbəxlərində sac və ya tava adlanan qabarıq metal qabda bişmiş mayasız yastı çörəkdir.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Tabun çörəyi
Tabun çörəyi (ərəb. خبز طابون‎: Tabunn çörəyi, ivr. ‏לאפה‏‎: la-fah, ivr. ‏פיתה עירקית‏‎: İraq pitası, Qüdsdə: ivr. ‏אַשתנוּר‏‎ ash-tanur) — bir yastı çörək növü. Bir çox mətbəxlərdə istifadə olunur. Ənənəvi olaraq tabun təndirində bişirilir və müxtəlif doldurmalar ilə yeyilir.
Təndir çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Vəqfikəbir çörəyi
Vəqfikəbir daş soba çörəyi Trabzon eli Vəqfikəbir mahalında çıxarılan çörəkdir. Türkiyənin bir çox elində edilməkdədir. Ümumiyyətlə ad Trabzon çörəyi olaraq bilinər. Trabzon da yayla mədəniyyəti gərəyi heyvandarlıqla məşğul olan və yazda yaylaya çıxan ailələr 2-3 gün davam edən yayla səfəri etməkdə idilər. Bunun təbii nəticəsi olaraq 2-3 gün boyunca pozulmayan çörəyə duyulan ehtiyac daş soba çörəyinin icadına gətirib çıxarmışdır. Keçmişi əsrlər əvvəlidir. == Çörəyin Xüsusiyyətləri == Vəqfi kəbir Çörəyi, dadımlıq deyil doyumluqdur. Çörəklərin böyük edilməsi nəticəsi bişirmə müddəti uzandığından xarici qabıq qalın, çörəyin iç qisimi yumşaq, bişmiş və arzu edilən böyüklüklərdə məsamələrə sahib olar. Çörəyin pozulma müddəti uzun olar. Uyğun saxlama şərtlərində 5-15 gün qədər pozulmadan saxlana bilər.
Yoxa çörəyi
Yoxa çörəyi (az-əbcəd. یوخا چؤرَگی‎) — Azərbaycan türklərinin ənənəvi çörəklərindən biri ki Azərbaycan Respublikası və Güney Azərbaycanın bir çox yerlərində o cümlədən Qəzvin, Təbriz və Qaradağ bölgələrində hazırlanır. == Lazım olan ərzaqlar == 5 stəkan ağ un 3 stəkan şəkər 3 yemək qaşığı qatı yağ Lazım olan miqdarda su == Hazırlanma qaydası == Un, şəkər və yağı xəmir və su ilə qarışdırıb, xəmiri otaq temperaturunda 10 saat dincəlməyə qoyun. Sonra xəmiri xüsusi çubuqlarla açıb və hamarlaşdırmaqdan sonra, sac üzərində bişirin.
Çarx çörəyi
Çarx çörəyi (az-əbcəd. چرخ چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == 500 q düyü unu 500 q ağ un 375 q qatı yağ 350 q şəkər tozu 5 ədəd yumurta sarısı 150 q qatıq 1 çay qaşığı qabartma tozu 1 yemək qaşığı hil tozu 4 yemək qaşığı gülab == Hazırlanma qaydası == İlk olaraq yağı hamar olana qədər qarışdırıcı ilə qarışdırıb, sonra şəkər tozunu üstünə töküb və 4 dəqiqə qarışdırıcı ilə qarışdırın ki içi boş və yüngül olsun. Sonra hil tozu ilə yumurta sarısını əlavə edib və yenidən bir qarışdırıcı ilə qarışdırın. Daha az qarışdırırıq. İndi qabartma tozunu qatıqla qarışdırıb, hazırlanandan sonra , gülabı üzərinə töküb qarışdırın, sonra qatıq əlavə edib qarışdırın.Tərkiblərimizi yaxşı qarışdırıldıqdan və maddələr hamar olduqdan sonra bir dəfə düyü unu və ağ un əlavə etdikdən sonra əlimizin barmaqları ilə qarışdırmağa və yoğurmağa başlayırıq (təbii ki, xəmir yağlandığı və bərk olduğu üçün çox yoğurmamalıyıq).Xəmiri top(yuvarlaq) şəklinə çıxartmaqdan sonra freezer bag ilə üstünü örtüb bir sərin yerdə 4-5 saat qoyun qalsın. çörək qalıbını ətçəknə quraşdırırıq. Dincəlməkdən sonra xəmiri yenidən yumşalıncaya qədər çox yüngül yoğurun.İndi ətçəkənə töküb və dəyirmanın içindən keçirin, sonra xəmiri qayçı ilə istədiyiniz ölçüdə kəsin.Çörəyin üzünə döyülmüş püstə töküldükdən sonra sobada 15-20 dəqiqə 175° temperaturunda hazırlanmalıdır.
Çay çörəyi
Çay çörəyi (Qəzvin)
Çovdar çörəyi
Çovdar çörəyi — çovdar taxılından edilmiş unla bişirilmiş çörək növüdür.
Ölü çörəyi
Ölü çörəyi (türk. Ölü ekmeği) — Rəis Çəlikin 2019-cu il istehsalı türk filmi. Film Ərdahanlı yazıçı Dursun Akçamın eyni adlı əsəri əsasında ərsəyə gəlmişdir. Filmdə baş rolları Tərxan Ömərov, Borçalı aşığı Ziyəddin Əliyev, Silan Düzdaban və Mariam Buturişvili oynayır. == Məzmun == İlk səhnədə aşıq və dostu buzun üzərində qırmızı bir alma tapırlar. Fikirləşirlər ki, görəsən bu alma bir gözəl tərəfindən dişlənilib ya yox. Mustafa adlı bir yetim Aşıq Ziyəddinin yanında aşıqlıq öyrənir. Şeir dediyi zaman ustadı təklif edir ki, dilinin arasına iynə qoyub dodaqdəyməz desin. Ancaq Mustafa dodaqdəyməzin qaydalarına əməl etmədi üçün iynə dodağını sancır. Daha sonra dostları ilə ziyarətgahın (övliya qəbri və dilək ağacı) yanında görüşən Mustafa kimin daha uzağa işəyəcəyi ilə bağlı bəhsə girir.
Gediz kənd çörəyi
Gəncə Çörəyi (1972)
== Məzmun == Film Gəncə çörək-bulka kombinatında işləyən fəhlələr haqqındadır.
Qula ev çörəyi
Çay çörəyi (Qəzvin)
Çay çörəyi (Qəzvin) (az-əbcəd. قزوین چای چؤرگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == Dörd nəfərliyə: 3 ədəd yumurta 1 stəkan kərə yağı 1 xörək qaşığı qatıq 1 stəkan şəkər tozu 1 çay qaşığı hil tozu Yarım çay qaşığı qabartma tozu Lazım olan miqdarda duz == Hazırlanma qaydası == Kərə yağını şəkər tozu ilə qarışdırıb, elektrikli qarışdırıcı ilə yumşaq olana kimin qarışdırın. Sonra yağ və şəkər tozu qarışığına 2 yumurta sarısı ilə birlikdə 1 yumurta əlavə edin və yaxşı qarışdırın. Bir az sonra qarışığın üzərinə qatıq, qabartma tozu və hil tozunu töküb və qarışdırın. Sonda unu xəmirə az-az əlavə edin və mayenin xəmirə çevrilməsinə qədər qarışdırın. Xəmir hamar və hamar olduqda, düz bir səthə sürün və bir santimetr diametrə qədər bir yayla açın. Sonra xəmiri istədiyiniz qəliblər ilə şəkilləndirin. Bir çörək qabına qəliblənmiş xəmiri və üzərinə bir az yumurta sarısı düzün və odun küncütü üzərinə töküb qızardın , sobada 170 °C-ə 30 dəqiqə və ya xəmir bişənə qədər çiləyin.
Çay çörəyi (Zəncan)
Çay çörəyi (Zəncan) (az-əbcəd. چای چؤرگی (زنگان)، چای چؤرک‎) - Zəncan bölgəsinin yerli və ənənəvi çörəklərindən (şiriniyyatlarından) biri olmaqla daha çox orucluq aylarında hazırlanıb və çay ilə birlikdə süfrəyə verilir. == Lazım olan ərzaqlar == 1 kq un 2 bütün yumurta və 1 yumurta sarısı Yarım stəkan süd 1 stəkan şəkər Yarım çay qaşığı vanil Yarım çay qaşığı hil tozu 1 mürəbbə qaşığı qabartma tozu Yarım stəkan maye yağ 1 çay qaşığı xama 2 xörək qaşığı qızılgül 1 mürəbbə qaşığı Dəmlənmiş zəfəran Lazım olan miqdarda küncüt == Hazırlanma qaydası == İlk olaraq bir qaba iki qırılmış yumurta, şəkər, hil və vanil töküb və tamamilə qaraldıqca elektrikli qarışdırıcı ilə yaxşı qarışdırın. Sonra maye yağı, süd və gül suyu əlavə edin. Süzülmüş unu xama və qabartma tozu ilə qarışdırın və tərkibinin üstünə az-az töküb yavaşca qarışdırın. Tərkibləri qarışdırdıqdan sonra yumşaq xəmir əldə etmək üçün xəmiri əllə yoğurmağa başlayın. İndi xəmiri bir qaba qoyun və neylon və ya selofanla örtün və xəmir hazırlamaq və həcmini artırmaq üçün, xəmiri bir saat otaq temperaturunda qərar verin. Sonra xəmiri balaca bir naringi ölçüsündə kəsin, əlinizə gəzdirin və təxminən on santimetrlik bir ip düzəldin. Sonra xəmiri yayıb düz edin. Qalınlığının yarım ilə bir santimetr arasında olmasına diqqət yetirin.
Gəncə çörəyi (film, 1972)
== Məzmun == Film Gəncə çörək-bulka kombinatında işləyən fəhlələr haqqındadır.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Barmaq izləri
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Barmaq meymunu
Barmaq meymunu və ya Cırtdan oynağan (lat. Cebuella pygmaea) — primatlar dəstəsinə, oynağanlar fəsiləsinə (Callitrichidae) daxil olan növ. Primatlar dəstəsinin ən kiçik nümayəndəsidir. == Xarici görünüş == Barmaq meymunu ölçülərinə görə cırtdan sıçan lemuru ilə rəqabətdədir. Onların uzunluğu 11–15 sm arasında dəyişir. Quyruqlarının uzunluğu isə 17–22 sm-dir. Bu canlıların çəkisi 100–150 q arasıdır. Onların xəzləri sıx və uzun olur. Üzəri qızılı-boz rəngə çalır. Alt hissəsi ağ və ya narınçıdır.
Barmaq oyunu
Barmaq oyunu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyun bəzi bölgələrdə "Sanama", "Barmaq sanadı", bəzi bölgələrdə isə "İynə-İynə" adlandırılsada əsasən "Barmaq oyunu" adlandırılır. == Oyunun qaydaları == Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər. Uşaqlar əllərini açıb üzüstə yerə qoyurlar. Sonra usta(başçı, ya molla) aşağıdakı sözləri deyir və hər barmağın üstünə bir heca(kəlmə) ilə işarə edir. Bəzən əlləri yerə qoyandan sonra usta(başçı, ya molla) yuxarıdakı sözlərin əvəzinə aşağıdakı sözləri (sanama) söyləyərlər: Hansı barmağın üzərinə qurtul hecası(kəlməsi) düşsə, o barmaq cərgədən çıxar. Bu iş bütün barmaqların aradan çıxmasına qədər davam edir. Usta(başçı, ya molla) axıra qalmış barmaq sahibinin qulağından tutub deyir: Uşaq qarğa ya quşdan biri istər. Uşağın istədiyi göydən uçana qədər və ya görünənə qədər usta(başçı, ya molla) uşağın qulağını çəkər və yerdə qalan oyunçular isə uduzmuş oyunçunu təqlid edərlər. Usta(başçı, ya molla) quş və qarğa əvəzinə istənilən başqa varlıqların adını qeyd edə bilər.
Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi. Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. == Azərbaycan memarlığında baştağlar == Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. === Həcm-məkan baştağlar === Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Bayraq dirəyi
Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır. Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır. == Rekord hündürlük == 23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır . Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib.. Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub. Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb . Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur .
Başmaq (Həştrud)
Başmaq (fars. باشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (57 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Olo Basay (Baymak)
Olo Basay (başq. Оло Басай, rus. Большебасаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kusəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 74 km, kənd sovetliyindən (İşmirzə): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.