TAPDALAMAQ

TAPDALAMAQ (ayaq altına salıb əzmək) O, qarşısında duran ərini ayağının altına salıb tapdalamaq istədi (M.Hüseyn); AYAQLAMAQ [Rza:] Ulduz mənim idi, onu məndən zorla, güclə alırlar, mənim namusumu ayaqlayırlar (M.İbrahimov); BASDALAMAQ Şofer lakin Xəlildən cavab almayıb, onu basdalamaq istəyirmiş kimi, maşını düz onun üstünə sürdü (M.Hüseyn); BASMAQ İlanın quyruğunu basmasan səni sancmaz (Ata. sözü); ÇIĞNAMAQ (dial.) Məsumə: Ağıllını dəli eləmək yaramaz. Dəli inək balasını çığnayır... (B.Bayramov).

TAPANÇA
TAPILMAQ

Значение слова в других словарях