Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016 illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Çagçarən
Çagçarən ㅡ Əfqanıstanın Qövr vilayətində şəhər. Cənubunda Hari çayı yerləşir.
Çiçarron
(İspan dilində: chicharrón) — Qızardılmış donuz ətindən hazırlanan yemək. Çiçarronu bəzən toyuq, qoyun ətindən və konservləşdirilmiş ətdən də istifadə olunur. Çiçarron Əndəlusda, İspaniyada, Latın Amerikası olkələrində məşhurdur və Argentina, Boliviya, Braziliya (burada onu toressmo adlandırırlar), Kolumbiya, Kuba, Dominikan Respublikası, Qvatemala, Honduras, Salvador, Meksika, Nikaraqua, Panama, Peru, Filippin, Puerto-Riko, Venesuela və digər ölkələrin milli mətbəxinin əsas tərkib hissəsidir. Argentinada Çiçarronu konservləşdirilmiş ətdən, Kosta-Rikada adətən donuz qabırğalarından, nadir hallarda isə donuz dərisindən hazırlayırlar. Çiçarronu hazırlayarkən donuz dərisindən istifadə olunduğu halda, yeməyi dadlandırmaq üçün müxtəlif ədviyyatlardan istifadə olunur.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Çakarov zirvəsi
Çakarov zirvəsi (bolq. Чакъров връх, ‘Chakarov Vrah’ \cha-'k&-rov 'vr&h\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən şimalda yerləşən, 650 m hündürlüklü qaya zirvəsidir. Zirvə Punçboul buzlağından qərbdə yerləşmişdir. Poybrene yüksəkliyinə daxildir. Zirvə İlk Bolqarıstanlı Antarktida kampaniyasının yaradıcısı və mühəndis Asen Çakarovun adını daşıyır. == Yerləşməsi == Çakarov zirvəsi 65°08′50″ c. e. 61°54′54″ q. u. koordinatlarında yerləşmişdir.
Aharon Katsir
Aharon Katsir-Kaçalski (ivr. ‏אהרן קציר‏‎; 15 sentyabr 1913, Lodz, Varşava general-qubernatorluğu[d] – 30 may 1972, Ben-Qurion Beynəlxalq Hava Limanı[d], Mərkəz dairəsi) — biopolimerlərin elektrokimyası üzrə tədqiqat aparan ilk İsrail alimi. 1972-ci ildə Lod Hava Limanında qırğın zamanı həlak olub. == Həyatı == 1914-cü ildə Polşanın Lodz şəhərində anadan olan Aharon Katsir 1925-ci ildə Fələstinə köçür. Burada Yerusəlim Yəhudi Universitetində təhsil alır və ivrit dilində Katsir soyadını götürür. Rexovotda Veysman Elmi İnstitutunun, eləcə də Berkli Kaliforniya Universitetinin tibbi fizika və biofizika departamentinin əməkdaşı kimi fəaliyyət göstərir. 1972-ci ildə Ben-Qurion Hava Limanında 26 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnmiş terror aktında həlak olur. Kiçik qardaşı Efrayim Katsir 1973-cü ildə İsrail Prezidenti seçilmişdir. == Mükafatları və xatirəsi == 1961-ci ildə tələbəsi Ora Kedem ilə birlikdə İsrail Mükafatına (təbiət elmləri üzrə) layiq görülmüşdür. İsrail dövləti Katsirin xatirəsinə poçt markası buraxmışdır.
Dompyer-syur-Şalaron
Dompyer-syur-Şalaron (fr. Dompierre-sur-Chalaronne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01146. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 389 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 243 nəfər arasında (15-64 yaş arasında) 209 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86.0%, 1999-cu ildə bu 69.4%). Aktiv 209 sakindən 191 nəfəri (97 kişi və 94 qadın), 18 nəfəri işsizdir (6 kişi və 12 qadın). 34 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 11 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Dompyer-sür-Şalaron
Dompyer-syur-Şalaron (fr. Dompierre-sur-Chalaronne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01146. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 389 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 243 nəfər arasında (15-64 yaş arasında) 209 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86.0%, 1999-cu ildə bu 69.4%). Aktiv 209 sakindən 191 nəfəri (97 kişi və 94 qadın), 18 nəfəri işsizdir (6 kişi və 12 qadın). 34 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 11 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Çiçeron (film, 2019)
Siseron (türk. Çiçero) — 2019-cu ildə çəkilmiş Türkiyə bioqrafik dram filmi. Sərdar Akarın rejissorluğu, Gurxan Tanyaşın ssenaristliyi və Mustafa Uslunun prodüserliyi ilə "Dijital Sanatlar Yapımevi" tərəfindən çəkilən filmin baş rollarında Ərdal Beşikçioğlu, Burcu Biricik, Ərtan Saban, Tamer Levent və Cəm Qurdoğlu var. Film İkinci Dünya müharibəsi başlamazdan əvvəl Nasist Almaniyası üçün casusluq edən "Siseron" ləqəbli alban casus İlyas Baznanın həyatından bəhs edir. Filmin premyerasının 5 yanvar 2019-cu ildə keçirilmişdir. == Süjet == Film 1940-cı illərdə Türkiyədə yaşayan və Böyük Britaniya səfirliyində xidmətçilik edən, həmçinin səfirlikdən əldə etdiyi gizli sənədləri pul qarşılığında Nasist Almaniyasına verən İlyas Baznanın həyatından bəhs edir. == İstehsal == 28 mart 2018-ci ildə İstanbul şəhərində keçirilən mətbuat konfransında "Dijital Sanatlar Yapımevi"nin sədri Mustafa Uslu İlyas Baznanın həyatından bəhs edən bir film çəkdiklərini açıqlamışdır. Filmin rejissorluğunu Sərdar Akarın, ssenaristliyini Əli Can Yaraşın etdiyini bildirən Uslu "ilk dəfə bir türk filmində Çörçill, Hitler, Stalinlə Ruzvelt və İsmət İnönü bir yerdə olacaq" demişdir. Əlavə olaraq, Uslu Nasist Almaniyasının T-4 öldürmə proqramının "ilk dəfə bir kinoteatr filmində təsvir ediləcəyini" demişdir. "Ayla" filminin də prodüserliyini etmiş Uslu keçirilən mətbuat konfransında "filmin dünyada Ayladan daha çox mükafat görəcəyini" iddia etmişdir.
Şatiyon-syur-Şalaron
Şatiyon-syur-Şalaron (fr. Châtillon-sur-Chalaronne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Qardaşlaşmış şəhərlər == Vextersbax, Almaniya Colceag, Rumıniya Qundam, Mali.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Aaron Henk
Henri Luis (Henk) Aaron (ing. Henry Louis "Hank" Aaron; 5 fevral 1934, Mobil, Alabama – 22 yanvar 2021, Atlanta, Corciya) — ABŞ beysbolçusu. O, 1954–1974-cü illərdə "Miluoki Breyvz" komandasında, 1966–1976-cı illərdə "Atlanta Breyvz" komandasında çıxış etmişdir. Henk 1957-ci ildə Milli Liqanın Ən dəyərli oyunçusu mükafatına layiq görülmüşdür. Ləqəbi "Çəkic" idi. O, 1974-cü ildə Beyb Rutun 1930-cu illərdən bəri davam edən rekordunu geridə qoyaraq 715 meydança hitinə çatmışdır. 1976-cı ildə karyerasına son qoymuşdur. 1982-ci ildə Beysbol Şöhrət Zalına daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Allen, Bob; Gilbert, Bill. The 500 Home Run Club: From Aaron to Williams.
Aaron Hulme
Aaron Hulme (ing. Aaron Hulme; aprel 1886, Mançester, Lankaşir – noyabr 1933) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted", "Nyuton Hit Atletik", "Kolne", "Oldem Atletik" və "Nelson" komandalarında çıxış edib. == Həyatı == Aaron Hulme 1886-cı ilin aprel ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1906–1909-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 4 oyunda meydana çıxmışdır.
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Aaron Koplend
Aron Koplend (ing. Aaron Copland; 14 noyabr 1900[…], Bruklin, Nyu-York ştatı – 2 dekabr 1990[…]) — Amerikalı bəstəkar, pianoçu, dirijor və pedaqoq. == Həyatı == Əslən Litva yəhudisi olan Aron Koplend Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdur. Ailəsi Amerikaya Şotlandiyadan köçmüşdür. Koplendin atası köçməzdən əvvəl "Kaplan" soyadını "Koplend"ə dəyişir. 15 yaşında o musiqi ilə məşğul olmağa başlamışdır. Leopold Volfson və Rubin Qoldmark onun müəllimləri arasında olmuşlar. Koplend 1921–1924-cü illərdə Paris yaxınlığındakı Fontenblo Musiqi Akademiyasında Nadya Bulanjedən təhsil almışdır. == Fəaliyyəti == Aron Koplend konsertlər və filmlər üçün bir çox musiqi əsərləri yazmışdır. O, müasir Amerikan musiqi stilini yaratmış və ona "Amerikalı bəstəkarların başçısı" ləqəbi verilmişdir.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Aaron Paul
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Aaron Pol
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Aaron Ramsdeyl
Brendon Aleksander Meyson (14 may 1998, Stok-on-Trent, Qərbi Mildlend[d]) — qapıçı mövqeyində çıxış edən İngiltərə futbolçusu. Hazırda Premyer Liqa təmsilçisi "Arsenal" klubunda çıxış edir.
Aaron Sixanover
Aaron Sixanover (1 oktyabr 1947, Hayfa) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi. == Həyatı == Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır. Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir.
Qacaran
Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır. == Tarixi == Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır. === Zəngəzur mis-molibden zavodu === Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir. «Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı. 1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.
Aaron Çexanover
Aaron Sixanover (1 oktyabr 1947, Hayfa) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi. == Həyatı == Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır. Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir.
Aaron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
II Aaron
II Aaron — Benjamin xaqanın oğlu X əsrin əvvəlləri boyunca Xəzər xaqanlığının hökmdarı. Kiyev knyazı I İqor Tmutarakana hücum etdiyi dövrdə, Bizans da rusların köməyi ilə Krımdakı Xəzər xaqanlığının torpaqlarına hücum etdi. Aaron rusların hücumlarının qarşısını almış və həmçinin əks hücumla Krımdakı Bizans ordusunu məğlub etmişdi. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Burhan Çaçan
Burhan Çaçan (17 oktyabr 1960, Ələşgird, Ağrı ili – 12 yanvar 2023) — Türk musiqiçi və müğənni.
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cacao
Teobrom (lat. Theobroma) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Teobrom:The Plant List saytında takson barədə məlumat.
Sakin Cabarov
Sakin Həmid oğlu Cabarov — fizika elmləri doktoru, dosent. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini. == Həyatı == Sakin Cabarov 30 avqust 1983-cü ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. Ailəlidir, bir oğlu bir qızı vardır. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdir. == Təhsili == 1990–2000-cu illərdə Xaçmaz rayonu Q. Mövlanov adına Dədəli kənd orta məktəbində orta təhsilini almışdır. 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış və həmin fakültəni Fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistraturasında təhsil almış və Kvant elektronikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun fəlsəfə doktorluğu üzrə 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə doktoranturada təhsil almış, 2012-ci ildə "Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3, BiMnO3 perovskit seqnetoelektriklərdə struktur faza keçidləri" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə dosent elmi adı almışdır.
Rauf Cabarov
Rauf Cabarov (tam adı: Rauf Gülağa oğlu Cabarov) — FİFA dərəcəli Azərbaycanlı beynəlxalq futbol hakimi və İnformasiya Texnologiyaları sahəsinin eksperti. 2019-cu ildən etibarən Azərbaycanı beynəlxalq futbol yarışlarında futbol referisi olaraq təmsil edir. Rauf Cabarov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavinidir. == Şəxsi həyatı == Rauf Cabarov tanınmış azərbaycanlı futbol hakimi Gülağa Cabbarovun oğludur. O, 9 oktyabr 1985-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. == Peşəkar iş həyatı == Rauf Cabarov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Nazirliyin İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru olub. İngiltərədə Mançester Universitetində informasiya texnologiyaları ixtisası üzrə təhsil alıb və İngiltərə aşağı futbol liqalarında hakimlik edib.