Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ford Cargo
== Xarici keçidlər ==
Azal Avia Cargo
Azal Avia Cargo (Azərbaycan Hava Yolları Dövlət Konserninin Yük Aviaşirkəti Azərbaycan Hava Yolları ) Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən yük daşıma aviaşirkətidir . O, Azərbaycan daxilində və digər MDB ölkələrinə planlı və çarter yükdaşıma xidmətləri göstərir. Onun əsas bazası Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. == Tarix == Aviaşirkət 1996-cı ildə yaradılıb və bütünlüklə Azərbaycan Hava Yollarına məxsusdur.
Xarkov
Xarkov (ukr. Харків) — Xarkov vilayətinin inzibati mərkəzi olan Ukraynanın şərq hissəsindəki ən böyük şəhərdir. Əhalinin sayına görə Xarkov Kiyevdən sonra Ukraynada ikinci yeri tutur. Vaxtilə şəhər Moskva və Leninqraddan sonra SSRİ-nin üçüncü ölçü üzrə sənaye, elmi və nəqliyyat mərkəzi idi. Xarkov təxminən 1654-cü ildə qədim rus şəhəri olan Xarkovun yerində yaradılmışdır. 1918-ci ilin fevral-mayında Xarkov Donetsko-Krivorojski Respublikasının paytaxtı rolunu oynayırdı, 1918-ci ilin mart-aprelində Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur, 1919-cu ilin martda — iyununda və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununa qədər Ukrayna SSR-ının paytaxtı olmuşdur. Müasir Xarkov ölkənin ən böyük nəqliyyat qovşaqlarından biri hesab edilir. Onun içərisindən dəmir və şose yolları keçir, həmçinin beynəlxalq aeroport var. Şəhərin özündə küçə ictimai nəqliyyatının şöbələrə ayrılmış şəbəkəsi fəaliyyət göstərir: marşrut taksiləri, avtobuslar, trolleybuslar, tramvaylar. 1975-ci ildən Xarkovda 3 xətdən ibarət olan və şəhərin 9 inzibati ərazisini birləşdirən metropoliten işləyir.
Karlov
Karlov — soyad. Yevgeni Karlov — Azərbaycanın Milli Qəhrəmanı. Andrey Karlov — Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri.
Ardov
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Largo
Largo, Larqo, Larco (it. largo — geniş, çox asta, tamam, uzatmaq) — Musiqi xarakteri və tempi. Larqo Adajio ilə eyni hərəkətli olsa da bir qədər ciddidir. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) largo birinci yerdə gəlir.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Georgi Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Georgi Karpov
Georgi İvanoviç Karpov (9 dekabr, 1890–31 mart, 1947)— tarixçi, etnoqraf, Türkmənistan SSR-nin ictimai-siyasi xadimi. == Həyatı == Georgi İvanoviç Karpov 9 dekabr 1890-cı ildə Rusiyanın Saratov quberniyasının Karavainka kəndində anadan olmuşdu. Georgi Karpov türkmənlər, Türkmənistan haqqında bir çox əsərlərin müəllifidir. Georgi Karpov 31 mart 1947-ci ildə Türkmənistanda vəfat edib. == Əsərləri == Карпов Г. И. Восстание тедженских туркмен в 1916 году : (К изучению истории крестьянск. восстаний в бывшей царск. колонии). — Ашхабад: Туркменгосиздат, 1935. — 72 с. Карпов Г. И. Гражданская война в Туркмении (1918–1920) : (Попул.
Jargon file
Jargon File — proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, "Bakı" nəşriyyatı, 996 s.
Meridian Air Cargo reys 3032
Reys 3032 Meridian Air Cargo (ukr. Авіакатастрофа Ан-12 біля Кавали) — Aviasiya qəzası, baş vermiş 16 iyul 2022-ci il Niş—Amman—Ər-Riyad—Əhmədabad—Dəkkə yük reysini yerinə yetirərkən. Fəlakət yerli vaxtla təxminən 23:00-da baş verib, Ehtimal ki, mühərrikin yanması və uğursuz qəza enməsi səbəbindən baş verib.
Aleksey Jarkov
Aleksey Jarkov (rus. Алексей Жарков; 27 mart 1948, Moskva, RSFSR, SSRİ – 5 iyun 2016, Moskva) — Sovet, Rusiya teatr və kino aktyoru. == Həyatı == Aleksey Dmitriyeviç Jarkov 27 mart 1948-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb (1970). Rusiyanın əməkdar artisti (1984), xalq artistidir (1994).69 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra 5 iyun 2016-cı ildə dünyasını dəyişib.
Anatoli Karpov
Anatoli Yevgenyeviç Karpov (rus. Анатолий Евгеньевич Карпов 23 may 1951, Zlatoust, Çelyabinsk vilayəti, SSRİ) — şahmat üzrə 12-ci dünya çempionu, PhD, Rus şahmat qrosmeysteridir. O, Harri Kasparov tərəfindən məğlub edilənədək 1975-ci ildən 1985-ci ilə qədər rəsmi olaraq dünya çempionu sayılıb. O, 1993-cü ildə Kasparova qalib gələrək yeniden FİDE dünya çempionu olmazdan öncə 1986–1990-cı illər arasında Kasparova qarşı 3 oyun oynayib. O, FİDE-nin yeni dünya çempionluğu qaydalarına etiraz edərək çempionluq adından imtina etdiyi üçün bu adı 1999-cu ilə qədər əlində saxlaya bilib. Karpov dünya şahmat elitası arasinda çempion adını 10 il qoruya bildiyi üçün tarixin ən böyük şahmatçılarından biri sayılır. Onun turnir uğurları 160-dan çox birinci yer ilə bitirməkdən ibarətdir. Karyerasının ən yüksək dövründə Karpov 2780 Elo reytinqi ilə FİDE-nin sıralamasında 1970-ci ildəki acıqlamadan sonra 90 ay boyunca birinci pillədə olub. Karpov 2005-ci ildən Rusiya İcimai Palatasının üzvüdür. O, son zamanlar humanitar layihələrin, eləcə də yodlaşdırılmış duzun istifadəsini müdafiə edib.
Andrey Karlov
Andrey Karlov (rus. Андрей Геннадьевич Карлов; d. 4 fevral 1954, Moskva, RSFSR, SSRİ – ö. 19 dekabr 2016, Ankara, Türkiyə) — Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasında (9 iyul 2001 – 20 dekabr 2006) və Türkiyə Respublikasındakı səfiri (12 iyul 2013 – 19 dekabr 2016). == Vəfatı == 19 dekabr 2016-cı ildə Ankarada Müasir Sənətlər Mərkəzindəki bir rəsm sərgisinin açılışı zamanı silahlı basqına məruz qalan Andrey Karlov elə həmin gün vəfat etmişdir. Səfiri 5 güllə ilə qətlə yetirən qatil şəxs Çevik Polis Alayının əməkdaşı Mərd Altındaş olmuşdur.
Andrey Markov
Andrey Andreyeviç Markov (rus. Андре́й Андре́евич Ма́рков; 2 (14) iyun 1856, Ryazan – 20 iyul 1922[…], Petroqrad) — rus professor, akademik və riyaziyyatçı. Ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və riyazi analiz sahəsində işləri var.
Markov monastırı
Markov Manastırı (mk. və serb. Марков Манастир, Markov Manastir) — Makedoniyanın Skopye şəhərindən 18 km uzaqlıqda yerləşən Markova Suşisa kəndində yerləşən pravoslav qadın monastırı. Monastır hal-hazırda Oxrid arxiyepiskopluğu tərəfindən idarə olunur. Bulqarlar Markov monastırının öz milli tarixi irsinin bir hissəsini kimi qiymətləndirirlər. Monastır bolqarlara, serblərə və makedonlara görə özlərinin milli qəhrəmanı olan Şahzadə Markonun adınadır. Markov monastırı qurulduğu gündən bəri aktiv olmuşdur. == Memarlıq xüsusiyyətləri == Monastırın üstü günbəz ilə örtülmüşdür. Monastır, hər nə qədər Serbiya İmperiyası dövründə inşa edilmişsə də, pravoslav ənənəsini təqib edən freskalar və arxitekturası səbəbiylə Bizans memarlığı və sənəti altında qiymətləndirilir. Kilsənin sahəsi 10 x 16 metrdir.
Qeorqiy Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Sergey Karpov
Sergey Pavloviç Karpov (d.1 yanvar 1948, Stavropol) — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və professoru, AMEA-nın fəxri professoru və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. 1948-ci il yanvar ayının 1-də Rusiya Federasiyasının Stavropol diyarında anadan olub. 1986-cı ildən Moskva Dövlət Universitetinin Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və 1989-cu ildən isə həmin kafedranın professorudur. 1990-cı ildən Moskva Dövlət Universitetinin tarix fakültəsinin "Orta Əsrlərdə Bizans və Qaradənizin tarixi" laboratoriyasının elmi rəhbəridir. 1992-ci ildən Rusiya Təbiət elmləri Akademiyasının həqiqi üzvüdür (Rusiya Ensiklopediyası bölməsi üzrə). 1996-cı ildən Almaniya Federativ Respublikasının Leybnits Cəmiyyətinin həqiqi üzvüdür. 1998-ci ildə Rusiya Fedrasiyasının Ali peşəkar təhsilinin fəxri işçisidir. 1998-ci ildən İtaliyanın Liquriy Elmlər Akademiyasının ədəbiyyat, mənəvi və tarix elmləri üzrə müxbir üzvüdür. 1998-ci ildən İtaliyanın Alessandriya və Asti əyalətlərinin Akademiya və Tarix Cəmiyyətinin müxbir üzvüdür. 1995–2015-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanı olub.
Vasili Barnov
Vasili Zaxariyeviç Barnov (Barnovi, əsl adı — Barnaveli; 3 iyun 1856, Koda kəndi — 4 noyabr 1934, Tbilisi) — gürcü və sovet klassik yazıçısı və müəllimi. Vasili Koda (indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli)) kəndində, feodal ənənələrinin hakim olduğu zəngin keşiş ailəsində anadan olmuşdur. Tiflis və Moskvadakı ilahiyyat seminariyalarında təhsil almışdır. 1882-ci ildə vətəninə qayıdaraq Senaki, Telavi və Tiflisdə gürcü dili və ədəbiyyatından dərslər verir. Tbilisi İlahiyyat Seminariyasında ədəbiyyat müəllimi olaraq həm folklordan, həm də gürcü ədəbiyyatının öyrənilməsi üçün xüsusi dərslər verir. Xüsusilə bunun üçün "Gürcü ədəbiyyatı tarixinin dərsləri" dərsliyini yazır(1919). Bu dərslik ilə məktəbli gürcü gəncləri milli folklor nümunələri ilə tanış olurlar və doğma ədəbiyyat tarixinə yiyələnirlər. Vasili Barnov Tiflis kursant məktəbində gürcü ədəbiyyatı kursundan dərs demişdir. O, həmçinin jurnalistika ilə məşğul idi, gürcü folklorunu öyrənirdi. Vasili Barnov gürcü ədəbiyyatında tarixi roman janrını canlandırır.
Xarkov teleqülləsi
Xarkov teleqülləsi ( ukr. Харківська телевежа ) - 240,7 metr hündürlüklü qüllə Xarkovda yerləşir. Ukraynanın üçüncü ən yüksək qülləsidir. Yalnız Kiyev (385 m ) və Novodnestrovskaya qülləsindən geri qalır(245.5 m ). Xarkov şəhərinin ən yüksək tikilisidir . Teleqüllə Xarkov Meşə Parkının, Aleksey Derevyanko küçəsinin beş yüz metr yaxınlığında yerləşir. Xarkov televiziya qülləsinin yüksəklikləri : 56.2 m - balkon yerli RRL; 76.12 m və 80.2 m - RPA balkonu; 112.2 m və 120.2 m - PTS balkonu; 140.18 m - VHF FM antenaları üçün balkon; 173.49 m - 2 mərtəbədən balkon; 199.19 m - 3 mərtəbədən anteninin balkonu; 216.11 m - balkon antenası 4-cü lay; 235.51 m - yuxarı balkon; 240.7 m - ümumi dizaynın hündürlüyü; 252 m - panel ilə ümumi hündürlüyü . Dəniz səviyyəsindən hündürlüyü - 192 m Qəfəs hissəsinin hündürlüyü 180 m ; Kəmər sınıqları - 144 m, 120 m, 48 m ; Bazanın ölçüləri 25 x 25 m . Teleqüllənin bütün kompleksi 12 dekabr 1981-ci ildə istifadəyə verildi. Televiziya qülləsi UkrNIIproektstalkonstrukiya № 8989KM "Tower N = 240.7 m" dizaynı əsasında 1973-cü ildə inşa edilib, .
Xarkov vilayəti
Xarkov vilayəti (ukr. Харківська область) — Ukraynanın şərqində yerləşən vilayət.
Yevgeni Karlov
Yevgeni Nikolayeviç Karlov (31 may 1960 və ya 31 iyul 1960, Dubovka[d], Tula vilayəti – 11 aprel 1992, Arış, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y. Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır pilot işləmişdir. Ailəli idi. İki övladı vardı. Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Boris Çirkov
Boris Çirkov Petroviç (rus. Бори́с Петро́вич Чирко́в; 31 iyul (13 avqust) 1901, Nolinsk, Vyatka quberniyası[d] – 28 may 1982, Moskva, SSRİ, Sovet Rusiyası[d])—rus aktyoru. SSRİ xalq artisti (1950). Sosialist Əməyi Qəhrəmanı (1975). SSRİ Dövlət mükafatı laureatı (1941, 1947, 1949, 1952). Leninqrad Səhnə Sənəti İnstitutunu bitirmişdir (1926). == Yaradıcılığı == Moskvanın müxtəlif teatrlarında işləmişdir. 1928 ildən kinoda çəkilmişdir. "Makssimin gəncliyi" (1935), "Maksimin qayıtması" (1937) və "Vıborq tərəfi" (1939) kinotrilogiyasında yaratdığı romantik təbiətli inqilabçı fəhlə obrazı Çirkova geniş şöhrət qazandırmışdır. "Çapayev" (1934), "Aleksandır Parxomenko" (1942), "Cəbhə" (1943), "Partizanlar Ukrayna meşələrində" (1943), "Qlinka" (1947), "Şərəf məhkəməsi" (1949), "Özgə hesabına dolanan adam" (1953, film tamaşa), "Sadiq dostlar" (1954), "Mənim əziz adamım" (1958).
Xarkov planetariyası
Xarkov planetariyası — Xarkov kosmik və təhsil mərkəzi. Planetariumun zalında Ukraynada Yerin ən böyük relyef qlobusu var. Xarkov Planetariumu ilk süni Yer peyki buraxıldığı ildə - 1957-ci ildə açılıb. Bina 1912-1915-ci illərdə sinaqoq kimi tikilmiş, 1915-1936-cı illərdə fəaliyyət göstərmişdir. 1920-ci illərdə Xarkovdakı bütün yəhudi icması Mordvinov sinaqoqundan idarə olunurdu. İkinci Dünya Müharibəsi zamanı binanın dağıdılması aradan qaldırıldıqdan sonra onun T.Şevçenko adına Ukrayna Dram Teatrı bir müddət orada fəaliyyət göstərmişdir.
Pargev Martirosyan
Arxiyepiskop Pargev Martirosyan (erm. Պարգև արքեպիսկոպոս Մարտիրոսյան; 20 mart 1954, Sumqayıt) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ üzrə arxiyepiskopu, erməni siyasi və din xadimi. 1989-cu ildən etibarən Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri. Pargev Martirosyan Dağlıq Qarabağ müharibəsindən əvvəl və dönəmində Qarabağdakı erməni icmasının əsas din xadimi kimi çıxış etmişdir. İqamətgahı Şuşa şəhərində yerləşən Qazançetsots kafedralında yerləşirdi. Pargev Martirosyan 1954-cü ilin 20 mart tarixində Azərbaycan SSR-nin Sumqayıt şəhərində Qurgen Martirosyan adı ilə anadan olmuşdur. Ailəsinin əsli Şəmkir rayonunun Çardaxlı kəndindəndir. Ailə 1966-cı ildə İrəvan şəhərinə köçmüşdür. 1976-cı ildə İrəvan Dövlət Dillər Universitetini bitirən Pargev təyinatla Armavir mərzinə bağlı və əsasən yezidi kürdlərin yaşadığı Qamışlı kəndinə rus dili müəllimi göndərilmişdir. Daha sonra Sovet ordusuna xidmətə yollanmış və tərxis olduqdan sonra 2 il müddətində Ermənistan Sənaye Nazirliyində çalışmışdır.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Carqıl
Carqıl xanım — türk və altay mifologiyasında xəbərçi tanrıçası. İnsanlara tanrıların xəbərlərini gətirir. == Etimologiya == (Car/Çar/Çer) kökündən törəmişdir. Car sözü monqolcada nara, avaz, qışqırıq mənalarına gəlir. Carçı/Çerçi sözü kənd-kənd gəzən səyyar satıcıları ifadə edir, çünki hər girdiyi kənddə bağırır.
Jarqon
Jarqon — müəyyən bir sahə və ya fəaliyyət sahəsi ilə əlaqəli ixtisaslaşmış terminologiyadır. Jarqon adətən xüsusi kommunikativ kontekstdə istifadə olunur və kontekstdən kənarda yaxşı başa düşülməyə bilər. Kontekst adətən müəyyən bir məşğuliyyətdir (ticarət, peşə, xalq dili, akademik sahə və s.). Lakin hər hansı bir qrupda da jarqon ola bilər. Jarqonu dilin digər hissəsindən fərqləndirən əsas xüsusiyyət xüsusi lüğətdir. Qrup içində sözlərin mənalarını digər qruplardan fərqli anlama meyli nəticəsində ünsiyyətdə yanlış anlaşılmalar mümkündür. Jarqon bəzən texniki arqonun bir parçası olaraq başa düşülür və müəyyən bir fəaliyyət sahəsində istifadə olunan rəsmi terminologiyadan fərqləndirilir. Ədəbiyyatda jarqon və arqo terminləri kəskin şəkildə fərqləndirilmir. Müxtəlif müəlliflər bu anlayışları fərqli açıqlayırlar. Bir şərhə görə, jarqon təbiəti etibariylə gizli olması baxımından arqodan fərqlidir.
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Arqos
Arqos (q.yun. Ἄργος, yun. Άργος, translit. Árgos) — Yunanıstanın cənub-şərqində şəhər. Qədim yunan şəhərlərindən biri olub, Mora yarımadasındadır. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 24.700 nəfər yaşyır.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni. Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi.
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. == Əhalisi == Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Farqo
Farqo (Şimali Dakota)
Famil Çıraqov
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri. == Həyatı == Çıraqov Famil Musa oğlu −1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1987-ci ildə "Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri" mövzusunda namizədlik, 1999-cu ildə isə "Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi" mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən "Analitik kimya" kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakültə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür. Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda "Analitik kimya" magistraturada isə "Optiki analiz metodu" və "Kompleks birləşmələrin analitik kimyada tətbiqi" fənnlərindən mühazirələr oxuyur. O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.
II Sarqon
II Sarqon (assuriyaca Şarrum-ken, mənası "Həqiqi padşah"; təq. e.ə. 765, Nimrud – e.ə. 705) — Assuriyanın çarı, 722 — 705, III Tiqlatpalasarın kiçik oğlu. == Hakimiyyəti == Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. O, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər.