Yevgeni Nikolayeviç Karlov (31 may 1960 və ya 31 iyul 1960, Dubovka[d], Tula vilayəti – 11 aprel 1992, Arış, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]
Yevgeni Karlov | |
---|---|
Yevgeni Karlov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 may 1960 və ya 31 iyul 1960 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 aprel 1992 (31 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Rus |
Hərbi fəaliyyəti | |
Rütbəsi | kapitan |
Döyüşlər | |
Təltifləri |
1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y. Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır pilot işləmişdir.[2]
Ailəli idi. İki övladı vardı.[2]
Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.[2]
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.[1]
Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.[2]