Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çavuşlu
Çapışlu və ya Çavuşlu — İranın Rəzəvi Xorasan ostanının Dərgəz şəhristanının Çapışlu bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,247 nəfər və 616 ailədən ibarət idi.
Çavuşlu oymağı
Çavuşlu oymağı — Ustaclı elinin böyük qollarından biri. Çavuşlu oymağı Sivas vilayətindən Azərbaycana gələndən sonra bir parası Xoy civarında, bir parası isə Ərdəbil yörəsində yerləşdi. Çavuşlu oymağı bir çox qızılbaş əmiri, elçisi, mədəniyyət xadimi yetirmişdi. Əbumüslüm xan Çavuşlu Yusif bəy Çavuşlu Behbud xan Çavuşlu Baba xan Çavuşlu Allahyar xan Çavuşlu Seydəli xan Dərgəzi Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Allahyar xan Çavuşlu
Allahyar xan Süleyman xan Çavuşlu (1850–1916) — Azərbaycan (türk) əsilli İran hərbçisi, briqada generalı. Qızılbaşlara aid ustaclu tayfasının Çavuşlu oymağındandır. == Həyatı == Allahyar xan Süleyman xan oğlu 1850-ci ildə Xorasan əyalətinin Dərgəz vilayətində doğulmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Orduya qatılmışdı. Allahyar xan Çavuşlu 1881-ci ildə polkovnik (sərhəng) rütbəsi almışdı. 1885-ci ildə briqada generalı rütbəsinə layiq görülmüşdü. Allahyar xan Çavuşlu 1916-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Baba xan Çavuşlu
Baba xan Çapışlı, (ya:Çavuşlu/Çapışı) Nadir şah Əfşarın yoldaşı və sərkərdələrindən. == Həyatı == Baba xan Çapışlı, Çavuşlu oymağından idi ki, Şah Abbasın əmri ilə Özbəklərin basqınlarının qarşısını almaq üçünAzərbaycandan Xorasana köçürülmüşdürlər və Əbivərd və Kəlat məntəqələrində məskunlaşdırılmışdırlar. Babaxan, Mehmandust savaşında ki Nadir və Əfqanların qoşunları arasında baş verdi, özündən kifayət və cəsarət göstərdi və II Şah Təhmasib, Nadirin bir neçə sərkərdəsi ilə birlikdə onu təqdirləndirdi. Nadir şah Əfşarın Muğanda tacqoyma zamanı, Babaxan onun hakimiyyətə çatmasının tərəfdarı olmuşdur. Nadir şah hakimiyyətə yetişəndən sonra Luristan və Heratın bəylərbəyi olmuşdur. O, Buxarada Əbülfəzl xan Özbəkin qoşunun məğlub etdi, amma sonra Şəlavək(Şəlduk) qalasına baxarkən güllə ilə öldürüldü və Məşhəddə dəfn oldu. == Ailəsi == Baba xanın Behbud xan adlı oğlu vardı.
Behbud xan Çavuşlu
Behbud xan Çavuşlu (İran – Əfqanıstan) — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından və Baba xan Çavuşlunun əmoğlusu. O, Ətəkin hakimi idi və Xarəzmözbəklərinin və həmçinin Məhəmmədhəsən xan Qacarın buntun aradan qaldırdı. Sonra bütün Türkistan, Əstrabad və Qıpçaq çölünün sərdarı oldu.O, Heratda türkmənlər tərəfindən öldürüldü.
Yusif bəy Çavuşlu
Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi. Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi. Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır.
Əbumüslüm xan Çavuşlu
Əbumüslüm xan Çavuşlu (?-?) — Ustaclı elinin Çavuşlu oymağının əmiri, Əsfərainin hakimi. Əbumüslüm bəy Şah Məhəmməd Xudabəndədən öncə sultan, sonra xan ünvanı almışdı. I Şah Abbasın şahlığının ilk dönəmlərində Əsfərainin hakimi idi. Belə ki, Hacı Məhəmməd xanla əldə edilmiş razılıqdan sonra Fərhad xan və Əsfərayin hakimi Əbumüslüm xan Çavuşlunun qoşunları birləşərək Nişapur qalasını mühasirəyə aldılar. Bəlxdə bu xəbəri eşidən Əbdülmömin xan Bəlx, Bədəxşan, Hisari-Şadman, Əndxod və Sibircan orduları ilə Xorasana gələrək, Abdulla xanın isə Mavərənnəhr və Türküstanləşgəri ilə Xarəzmə hücum etməsi haqqında şayiə yaydığına görə, Hacı Məhəmməd xan Fərhad xandan ayrılaraq Xarəzmə qayıtmaq zorunda qaldı . Beləliklə də Səfəvi və Xarəzm qoşunları-nın özbəklərə qarşı birgə savaşı baş tutmadı. Fərhad xan Əbdülmömin xana qarşı təkbaşına savaşdan ehtiyatlanaraq Bəstama, oradan isə Şah Abbasın göstərişi ilə Qəzvinə qayıtdı. Səfəvi qoşununun geri çəkilməsindən istifadə edən Əbdülmömin xan Əsfərayin qalasını mühasirəyə aldı. Əsfərayin hakimi Əbu Müslim xan qalanı dörd ay müdafiə edə bilsə də, qüvvələr bərabər olmadığı üçün özbəklər qalib gələrək Əsfərayin qalasını fəth etdilər. Bundan sonra Əbdülmömin xanın qoşunları Səbzəvara, Məzinanı, Cacərmi, Səğanı və Curbədi də ələ keçirdikdən sonra Bəlxə qayıtdı.
Davudlu
Davudlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Davudlu (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Davudlu (Əhər) — İranda kənd.
Çamurlu
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çapışlu
Çapışlu və ya Çavuşlu — İranın Rəzəvi Xorasan ostanının Dərgəz şəhristanının Çapışlu bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,247 nəfər və 616 ailədən ibarət idi.
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Davudlu (Ağdaş)
Davudlu — Azərbaycan Respublikasının Ağdaş rayonunun Binələr kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Davudlu kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Binələr kəndi mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin Səfəvi hökmdarı I Şah Abbasın (1587-1629) vəziri Allahverdi xanın oğlu Qarabağ bəylərbəyisi Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranması ehtimal olunur. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Davudlu (Hurand)
Davudlu (fars. داودلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Davudlu (Qubadlı)
Davudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Davudlu kəndi Gorus çayının (Bərgüşad çayının qolu) dərəsində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarabağ bəylərbəyisi olmuş Davuda məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar burada sofulu tayfasına mənsub ailələrin də məskunlaşması haqqında məlumat verilir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Davudlu kəndində 41 evdə 143 şiə türk yaşayırdı.
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu (türk. Mevlüt Çavuşoğlu; 5 fevral 1968, Alanya, Antalya ili) — türk siyasətçi, diplomat və dövlət xadimi, Türkiyə Respublikasının xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı. Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyə Respublikasının Antalya ilinin Alanya şəhərində dünyaya gəlmişdir. Çavuşoğlu H. Əmin Paşa Özəl liseyini birinci sırada bitirmiş, 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olmuşdur. 1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdnindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlamışdır. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura programına başlamışdır. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirmişdir. Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
Çavuşqulu (Xoy)
Çavuşqulu (fars. چاوشقلي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (120 ailə). Xoy şəhristanının Ətraf bölgəsində, Rinal kəndistanında, Xoy şəhərindən 10,5 km cənub-qərbdədir.
Çamurlu (Qars)
Çamurlu — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 227 nəfərdir (2022).
Gevork Çavuş
Kiçik çavuş
Kiçik çavuş — Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.
Qevorq Çavuş
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Casusluq
Casusluq — dövlət sirrini, hərbi sirri və s. məxfi məlumatları digər dövlətə vermək məqsədilə yığmaq və oğurlamaqdan ibarət fəaliyyət. Bütün ölkələrin qanunvericiliyində Casusluq təqib edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində Casusluq dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayət növü kimi təsbit olunmuşdur. Məlumat sahibinin icazəsi olmadan gizli və ya gizli məlumat əldə etmək əməlidir. Casuslar agentliklərə gizli məlumatları açıqlamağa kömək edir. Hər hansı bir fərdi və ya casus dairəsi (bir işləyən casus qrupu), hökumətə, şirkətə və ya müstəqil əməliyyatın xidmətində casusluq edə bilər. Təcrübə gizli olduqdan istəksizdir və bir çox hallarda qadağandır və qanunla cəzalandırıla bilər. Casusluq ictimai mənbələrdən məlumat toplayan bir metoddur. Düşmən (ya da potensial düşmən) haqqında məlumatları toplamaq üçün ən təsirli yollardan biri düşmən sıralarına girməkdir.
Hovuslu
Hovuslu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hovuslu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini havuslu tirəsinə mənsub ailələr saldığına görə belə adlanmışdır. Havıslı, Hovuzlu variantlarında da qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində havıs kotanın açdığı şırıma deyilir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Çavuş Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Çavuş (Altınova)
Çavuş — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. 1911-ci ildən qeydlərə düşən kəndin köhnə adı Təvfikiyyə olmuşdur. Kəndin adı sonradan "Çavuşköy" olaraq dəyişdirilmişdir. Kənd Yalova vilayətindən 39 km, Altınova rayonundan isə 16 km məsafədədir.
Çavuş (dəqiqləşdirmə)
Çavuş — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Çavuş (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Kiber-casusluq
Kiber-casusluq (ing. Cyber spying) — hədəf sistemin konfidensiallığını pozmaq üçün kiber-hücumun istifadəsi.
Kabuslu türk hamamı
Kabuslu türk hamamı (怪猫トルコ風呂, Kaybyo toruko furo) – 1975-ci ildə Kazuhiko Yamaquçinin rejissorluğu ilə çəkilmiş Yaponiya istehsalı erotik qorxu filmi. Film qorxu janrının kaybyo və ya bakemono altjanrına aiddir. Filmdə türk hamamında işləyən qız sevgilisi tərəfindən öldürüldükdən sonra qisas almaq üçün pişik bədheybətinə çevrilir. == Rollarda == Naomi Tani Yukino rolunda. Hideo Murota Yuzo rolunda. Misa Ohara Yukinonun bacısı Mayumi rolunda. Tayci Tonoyama hamamın meneceri Genzo Kakinuma rolunda. Tomoko Mayama Genzonun ikinci arvadı Utae Kakinuma rolunda. Terumi Azuma Genzonun qızı Natsuyo Kakinuma rolunda. Koci Fuciyama hamamın meneceri Toriyama rolunda.