NAMUSLU

sif. Abırlı, ismətli, əxlaqlı, qeyrətli, mənəviyyatca təmiz.
[Anaxanım] namuslu və çalışqan bir qadın idi. A.Şaiq.
[Dürrə] bilirdi ki, adaxlısı təmiz və namuslu adamdır. S.Vəliyev.

// Təmiz, vicdanlı, düz. Namuslu adam.
– Məşədi sadəürəkli, səmimi və son dərəcə namuslu bir oğlan idi. M.Hüseyn.

Синонимы

  • NAMUSLU NAMUSLU, İFFƏTLİ, İSMƏTLİ [Məlikməmməd:] Sənin kimi iffətli, ismətli, namuslu qıza Allah özü qeyb xəzinəsindən yetirəcəkdir (R
  • NAMUSLU ismətli — bəkarətli — həyalı — abırlı — arlı — vicdanlı — qeyrətli
  • NAMUSLU insaflı — səmimi — sədaqətli
  • NAMUSLU təmiz — doğru

Антонимы

  • NAMUSLU NAMUSLU – HƏYASIZ Ağıllı və namuslu adamlar bu böhtanlara inanmazlar (M.İbrahimov); Bıyy, nə həyasız kişidir, içəriyə niyə baxır? (M
NAMUS
NAMUSSUZ

Значение слова в других словарях