Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cortan
Cortan, Cortdan və ya Cotdan — Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar. Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər. Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar. Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Köhnə Çorman
Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Çorman kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Çorman (Kəlbəcər)
Çorman — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin verdiyi məlumata görə, kəndi vaxtilə indiki Göygöl rayonunun Balçılı kəndindən çıxmış ailələr Corman meşəsi adlanan sahədə saldıqlarına görə meşənin adı ilə adlandırılmışdır. Oykonimin türk mənşəli orman (meşə) sözünun variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Corman emotoponimdir, cor tayfasının adını əks etdirir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Çorman kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Çorman Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qonqur dağının ətəyindədir.
Çorman (Laçın)
Çorman — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Laçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Çorman emotoponimdir, çor tayfasının adını əks etdirir. El arasında Çorman adlanan bu yaşayış məntəqəsi müəyyən vaxtlarda müxtəlif adlarla adlandırılırdı. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan kənd adından da göründüyü kimi ərazidə bu adda ikinci bir kəndin olduğuna işarə edilir. Çorman kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.
Çorpan Tarkan
Çorpan Tarkan — VII əsrdə yaşamış Xəzər kökənli Göytürk komandanıdır. Çorpan Tarkan erməni tarixçisi Movses Kaqankatvatsi tərəfindən Xəzər generalı olaraq təqdim edilmişdir. Tonq Yabqu xaqanın 627–629-cu illərdə Üçüncü Göytürk-Sasani müharibəsində sasaniləri məğlubiyyətə uğratdığı dövrdə Çorpan Tarkan Tonq Yabqu xaqanın qardaşı oğlu Börü Şadın Qafqazdakı ordusunda komandan olaraq xidmət etməkdə idi. Çorpan Tarkan bu müharibə zamanı, 629-cu ildə Sasanilər ilə döyüşərək Tiflisi fəth etdi və Cənubi Qafqazda Qəbələ şəhərinə yerləşdilər. Tiflisin fəth edilməsi ilə göytürklər sasanilərə böyük zərbə vurmuş və bu vəziyyət Sasanilərin Anadoludakı hərəkatlarını dayandırıb ordularını Qafqaza göndərmələrinə səbəb olmuşdur. Daha sonra Çorpan Tarkan Qafqazdakı irəliləmə hərəkatını davam etdirərək 630-cu ilin aprel ayında indiki Qərbi Azərbaycanı işğal edib, yerlə bir etdi. Bu vəziyyətə görə, Çorpan Tarkan yenə erməni tarixçi Movses Kaqankatvatsi tərəfindən qana susamış və iyrənc biri olaraq tanıdılmışdır. Ardıyca Çorpan Tarkan Araz çayına qədər bütün Şimali Azərbaycanı fəth etdi. Bundan sonra Sasani imperatoru Şahrbaraz tərəfindən göytürklər üzərinə göndərilən və əksəriyyəti atlılardan təşkil edilmiş 10.000 nəfərlik güclü ordu Çorpan Tarkan tərəfindən tələyə salındı və məhv edildi.
Emil Çoran
Emil Çoran (8 aprel 1911[…], Reșinari[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 20 iyun 1995[…], XIII arondisman) — XX əsr rumıniya filosofu.Onun yaradıcılığı geniş fəlsəfi bədbinliyi, üslubu və aforizmləri ilə seçilib. Onun əsərləri tez-tez əzab, tənəzzül və nihilizm məsələləri ilə məşğul olurdu. 1937-ci ildə Cioran Parisin Latın Məhəlləsinə köçdü və bu məhəllə onun daimi iqamətgahına çevrildi və burada 1995-ci ildə ölümünə qədər ortağı Simone Boué ilə təklikdə yaşadı. == Həyatı == Cioran Macarıstan Krallığının Szeben qraflığının Resinar şəhərində (indiki Răşinari, Sibiu qraflığı, Rumıniya) anadan olub.Atası Emilian Cioran pravoslav keşiş, anası Elvira isə Xristian Qadınlar Liqasının rəhbəri idi. 10 yaşında Cioran məktəbdə oxumaq üçün Sibiuya köçdü və 17 yaşında Buxarest Universitetinin Ədəbiyyat və Fəlsəfə fakültəsinə daxil oldu və burada Eugène Ionesco və Mircea Eliade ilə tanış oldu və onunla dost oldu.. Gələcək Rumın filosofu Constantin Noica və gələcək rumın mütəfəkkiri Petre Śuțea onun ən yaxın akademik həmkarları oldular; hər üçü Tudor Vianu və Nae İoneskudan təhsil alıb. Cioran, Eliade və Țuțea İonesku ideyalarının tərəfdarı oldular, bu ideyalar trerizm adlanır. Cioran alman dilini yaxşı bilirdi, bu dili erkən yaşda öyrənirdi və alman dilində olan fəlsəfəni oxumağa davam edirdi, lakin rumın dilində deyil. Cioran'ın yeniyetməlik illərindən qeydlər Fridrix Nitsşe, Onore de Balzak, Artur Şopenhauer və Fyodor Dostoyevski və digərlərinin tədqiqatını göstərirdi.O, "varlığın əlverişsizliyini" aksiom kimi qəbul edərək aqnostik oldu. Universitetdə oxuyarkən o, Georg Simmel, Lüdviq Klaqs və Martin Haydeggerdən təsirlənmiş, eyni zamanda rus filosofu Lev Şestovdan da təsirlənmişdi ki, onun da Cioran'ın mərkəzi düşüncə sisteminə töhfəsi həyatın özbaşına olduğuna inanması idi.
Mortan-o-Perş (rayon)
Mortan-o-Perş (fr. Mortagne-au-Perche) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Orn. Suprefektura — Mortan-o-Perş. Rayon əhalisi 2006-cı ildə 88 796 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 33 nəf / km². Rayon ərazisi — 2 650,79 km².
Gillermo Cordan
Ceremi Cordan
Ceremi Maykl Cordan (ing. Jeremy Michael Jordan; 20 noyabr 1984, Korpus Kristi, Texas) — ABŞ teatr, film və televiziya aktyoru və müğənnisi. O, daha çox "Smeş" və "Supergörl" teleseriallarındakı rolları ilə tanınır. == Həyatı == Ceremi Maykl Cordan 20 noyabr 1984-cü il tarixində ABŞ-nin Texas ştatında yerləşən Korpus-Kristi şəhərində anadan olmuşdur. Cordan Nyu-York ştatının İtaka şəhərində yerləşən İtaka Kollecindən musiqili teatrda təsviri incəsənət üzrə bakalavr ilə məzun olmuşdur. == Karyerası == Ceremi Cordan Brodvey teatrında müxtəlif müzikllarda rol almışdır. Cordanın ən məşhur ekran işlərinə "NBC" telekanalında yayımlanan "Smeş" və "The CW" telekanalında yayımlanan "Supergörl" teleseriallarıdır. == Şəxsi həyatı == Ceremi Cordan 2012-ci ildən bəri aktrisa Eşli Spenser ilə evlidir. Onların qızı Klara 2019-cu ildə anadan olmuşdur.
Cordan Agiye
Cordan Agiye (14 noyabr 1994) — Sent-Lüsiyalı üzgüçü. Cordan Agiye Sent-Lüsiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Cordan Agiye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.28 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Cordan Larson
Cordan Larson – 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. == Karyerası == Hal-hazırkı komandası Əczacıbaşıdır. O, bu klubda hücumçu mövqeyində çıxış edir. Əczacıbaşı klubuna 2014-cü ildə Dinamo Kazan. Dinamo Kazanda 2013-14 sezonunda CEV Qadınlar Çempionlar Liqasını başı üzərinə qaldıran bacarıqlı voleybolçu mövsüm bitmədən türk klubu ilə anlaşmış, 2014-15 sezonunu başlamımışdan isə müqavilə imzalamışdı.
Cordan Piterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir. O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.
Cordan Sloan
Maykl Cordan
Maykl Cordan (17 fevral 1963[…], Bruklin, Nyu-York ştatı[…]) — Amerikalı basketbolçu. MBA-nın keçmiş oyunçusu. == Həyatı == Mayklın valideynləri Ceyms Cordan və Deloris Pipls 1956-cı ildə (Şimali Karolina ştatının) Uollas şəhərində basketbol oyununda olarkən tanış olublar. Ceyms həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrində xidmət edirdi. Deloris isə Tuskegee İnstitutunda təhsil alırdı. Onlar tanış olduqdan sonra tez bir zamanda evləndilər.Mayklın iki qardaşı və iki bacısı var. 1970-ci ildə onlar ailəlikcə Vilminqton şəhərinə köçdülər. Orta məktəbdə oxuyarkən o dərslərini yaxşı oxumurdu və məktəbdə nizam-intizam qaydalarına riayət etmirdi. Cordon bir çox idman növü ilə məşğul idi, lakin ən çox o, beysbolu sevirdi. Beysbol üzrə Maykl uşaqlar arasında müəyyən uğurlar əldə etdi.
Pablo Cordan
Cordan Henderson
Cordan Henderson (17 iyun 1990[…], Sanderlend) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Cordan Devis
Fontan
Fontan — fəvvarə. Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Fontan (Dənizkənarı Alplar) — Fransanın cənub-şərqində yerləşən kommuna.
David Star Cordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Maykl Bakari Cordan
Maykl Bakari Cordan — amerikalı aktyor. Ryan Kuqlerin yazıb idarə etdiyi Fruitvale Station (2013) adlı dram filmindəki vurulan Oscar Qrant, Creed-də boksçu Adonis Creed (2015) və Qara Panterada (2018) Erik Killmongerin filmindəki rolları ilə tanınır. Jordan Creed II (2018) və Creed III (2023) filmlərində Creed rolunu təkrarladı; Sonuncusu həm də onun rejissorluq debütü idi. Cordan HBO kriminal dram serialı The Wire-in (2002) ilk mövsümündə Uolles rolunda televiziya debüt etdi. Daha sonra o, ABC serialında "All My Children" (2003-2006) filmində Reggie Montgomery və NBC idman dramında "Firday Night Light's-da (2009-2011) filmində Vince Howard obrazlarını canlandırdı. Onun digər peşəkar karyerasına Bryan Stevenson rolunda "Chronicle" (2012), "That Awkward Moment" (2014), "Fantastic Four" (2015) və "Just Mercy" (2019) daxildir. O, həmçinin HBO-nun "Fahrenheit 451" (2018) filmində rol aldı və prodüser oldu, bu filmə görə Ən Yaxşı Televiziya Filmi üçün "Primetime Emmy" Mükafatına namizəd oldu. Cordan 2020 və 2023-cü illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 adamından biri seçilib. Həmçinin 2020-ci ildə o, yaşayan insanların ən seksual adamı seçildi və The New York Times onu 21-ci əsrin 25 ən böyük aktyoru siyahısında 15-ci yeri tutdu. Cordan həmçinin İngiltərə Premyer Liqasında çıxış edən AFC Bornmut futbol klubunun tərəfdaşıdır.
Cordan Deyvis (basketbolçu)
Cordan Dincelo Deyvis (ing. Jordan Deangelo Davis; 6 iyun 1997, Las-Veqas, Nevada) – Azərbaycan–ABŞ basketbolçusu. Sonuncu dəfə Almaniyanın "Hamburq Tovers" klubunda çıxış etmişdir. Şimali Kolorado Universitetində kollec basketbolu oynamışdır. == Kollec karyerası == Deyvis "Şərqi Vaşinqton" komandası üçün müraciət etsə də, karyerasına "Şimali Kolorado" komandasında başlamışdır. Deyvis starter kimi başladığı mövsümdə hər oyun başına 11 xal, 3,6 ribaund və 2,1 ötürmə ilə yadda qalmışdır. Növbəti iki mövsüm ərzində Big Sky Konfransının adlarına layiq görülmüşdür. O, komandası ilə 2018-ci ildə CollegeInsider.com postmövsüm turnirinin qalibi olmuşdur. Həmin mövsümdən sonra Deyvis 2018-ci ilin NBA draftına göstərilmiş, lakin "Şimali Kolorado" komandasında oynamağı seçmişdir. O, yeni mövsümdə bir sıra uğurlara imza atmışdır.
Bostan
Bostan – dekorativ bitkilər və qazon sahələrindən ayrı sahədir, xüsusən yeməli bitkilərin və tez-tez bəzi dərman bitkilərinin becərilməsi üçün tarixən istifadə olunur. Bitkilər məişətdə istifadə üçün yetişdirilir; Bəzi mövsümi artıqlıqlar olsa və ya satılsa da, müxtəlif tərəvəz yetişdirən kommersiya əməliyyatı daha çox bazar bağı (və ya ferma ) adlanır. Bostan təkcə tarixi ilə deyil, həm də funksional dizaynı ilə fərqlənir. Bostan yaşayış sahəsinə bitişik və ya çox yaxın olan xüsusi torpaqda olması ilə ayrılan yerdən fərqlənir. Mətbəx bağçasına aşpaz tərəfindən tez bir zamanda daxil ola bilməsi vacib hesab olunur. Tarixən, əksər kiçik bağçalar, ehtimal ki, əsasən və ya tamamilə mətbəx bağları kimi istifadə olunurdu, lakin böyük bağ evlərində mətbəx bağçası ayrılmış bir sahə idi, normal olaraq düzbucaqlı və divar və ya hedcinqlə əhatə olunmuşdu, divarlar meyvə ağaclarını yetişdirmək, eləcə də təklif etmək üçün faydalı idi. küləkdən sığınacaq. Belə böyük nümunələrə çox vaxt daha incə ləzzətlər üçün istixanalar və soba ilə qızdırılan istixanalar, həmçinin evdə nümayiş üçün çiçəklər daxildir; portağallıq son növ idi. Böyük evlərdə mətbəx bağçası adətən evin arxasına və yan tərəfinə diaqonal olaraq yerləşdirilirdi, ön və arxa fasadlardan görünüşlərə mane olmurdu, lakin hələ də tez çatmaq olar. Bəzi hallarda kəsmək üçün davamlı çiçəklər çiçək bağçasında deyil, kənarda yetişdirilirdi.
Fortran
Fortran- əsasən ədədi üsullar və elmi hesablamalar üçün istifadə edilən proqramlaşdırma dilidir. Fortran 1950-ci illərdə İBM tərəfindən elmi hesablamalar üçün San-Xosedə yaradılmışdır. Fortran dilinin ilk versiyalarında adı FORTRAN 77 kimi idi. Hal-hazırda rəsmi standartı Fortran şəklindədir (böyük hərflərdən kiçik hərflərə keçilib, rəqəmlər atılıb).
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Loryan
Loryan — Fransada şəhər.
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. All demographics and other statistics: Italian statistical institute Istat.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Portal
Portal (memarlıq)
Qorqan
Qorqan (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Qorğan
Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 575 nəfər təşkil edir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
Cordan (Formula-1 komandası)
Cordan ( ing. Jordan Grand Prix) 1991-ci ildən 2005-ci ilədək Formula 1 iştirakçısı olmuşdur. Komanda İrlandiyalı iş adamı və təsisçisi Eddie Jordan adına layiq görülmüşdür. == Tarixi == 80-ci illərin ortalarından etibarən komanda "kiçik" formulaların müxtəlif çempionatlarında uğurlu çıxışlara başladı. Yarışlara Camel şirkəti sponsorluq edirdi. 1989-cu il komanda üçün uğurlu oldu, nə vaxt ki, Jan Alezi, Eddie Jordan Racing yarışında Formula-3000 qalibi oldu. Cordan və komandası 1990-cı illərdə Formula 1-ə xüsusi rəng və xarakter qatmağı ilə tanınmışdı. Komanda, İngiltərənin Silverstone şəhərində idi, lakin İrlandiya lisenziyası ilə yarışırdı. 2005-ci ilin əvvəlində qrup Midland Group-a satıldı, 2006-cı ildə Hollandiyalı avtomobil istehsalçısı Spyker-ə satılaraq, 2007-ci ildə Spyker F1 adını aldı. Daha sonra yenidən satıldı və Force India adını aldı.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Henri Morqan
Henri Morqan (ing. Sir Henry Morgan; 24 yanvar 1631, ehtimal ki, , İngiltərə krallığı – 25 avqust 1688[…]) — Uelsli Dəniz qulduru. Henri Morqan Karib hövzəsində Dəniz quldurluğu ilə məşğul olmuşdur. O, ən məşhur Uelsli Dəniz qulduru hesab olunur. Morqan, Karib hövzəsində donanma üstünlüyünü İspaniyadan Böyük Britaniyaya keçməsinə çalışırdı. == Həyatı == Henrinin, Monmoutşir valisi olan Robert Morqanın oğlu olduğu ehtimal olunur. Bristol şəhərinin arxivlərində 1655-ci ilə aid bir sənəddə Henri Morqan Karib Hövzəsində yerləşən Barbados adasında kənd təsərüffatı ilə məşğul olduğu göstərilmişdir. Bu məlumatdan başa Henri Morqan haqqında 1655-ci ilə qədər heç bir məlumat yoxdur. Henrinin şəxsi həyatı barədə əsas məlumatlar onun xatirələrindən öyrənilir. Öz xatirələrində Morqan məktəbi gənc yaşlarda tərk etdiyini, qələmdən daha çox oxa üstünlük verdiyini yazmışdır.
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. == Karyerası == Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Kamil Jordan
Kamil Jordan Mari Enmon (5 yanvar 1838[…], Lion – 22 yanvar 1922[…], Paris) — Fransız riyaziyyatçı; cəbr, funksiyalar nəzəriyyəsi, topologiya və kristalloqrafiya üzrə əsərlərin müəllifi. == Həyatı == Kamil Jordan 5 yanvar 1838-ci ildə Lyonda anadan olub. 22 yanvar 1922-ci ildə Parisdə vəfat edib.
Çarhan
Çarhan (əvvəlki adı: Çarxan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Çarxan kənd inzibati ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Çarhan Hun Çarın yaşadığı yer və igamətgahı olub. (Gədəbəy, Neftcala) sinonimidir. Kənd əhalisi 2823 nəfərdir ki, onunda 1374 nəfəri kişi, 1449 nəfəri isə qadınlar təşkil edir. Əhalisini azərbaycan türkləri təşkil edir. Kənddə Çarhan kənd məscidi dini icması fəaliyyət göstərir.
Çolpan
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Çorçana
Çorçana (gürc. ჩორჩანა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 80 nəfər idi. 2014-cü ildə 62 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Çovqan
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. "Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
Çoçkan
Çoçkan (erm. Ճոճկան), Çöçkən — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Çoçkan bələdiyyəsi"ni (erm. Ճոճկան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.559 nəfərdir.
Çövkan
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. "Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
Coreta
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.