Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
Sust
Sust: Sust — Niderlandda şəhər Sust — Pakistanda şəhər Sust — Əfqanıstanda qışlaq Sust yaşayış yeri — Naxçıvan MR-da yaşayış yeri Sust — Naxçıvan MR-da kənd.
Xust
Xust — Ukraynanın Zakarpatiya vilayətində şəhər.
Sust (Babək)
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd. Kəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" anlamında işlənir. Hazırda kənd ərazisi Kəngərli rayonun ərazisi hesab olunur. Sustdə vaxtilə çox böyük bir şəhər olub. Bu yaşayış məntəqəsi XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edib. Şərqdən Qərbə gedən karvanların bir çoxu buradan keçib. Kəndin şərqində duz emal olunub və Avropadan bura karvanlar duz aparmaq üçün gəlib. Buranın duzu yüksək keyfiyyəti ilə seçilib. Amma XX əsrin 70-ci illərindən başlanan köçürülmə siyasəti kəndin tamamilə boşalmasına səbəb olub.
Sust (Niderland)
Sust — Niderlandda şəhər. Əhalisi 45 milyon, ərazisi 46,45 km²-dir.
Xust vilayəti
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Mərkəzi Xost şəhəridir. Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali dəricə danışır.
Ust-Cequta
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı) — Rusiyanın Qaraçay-Çərkəz Respublikasında şəhər. ŞəhərQafqaz dağlarının ətəyində Kuban çayının sahilində yerləşir. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Ust-Kut
Ust-Kut (rus. Усть-Кут) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Ust-Labinsk
Ust-Labinsk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Ust-İlimsk
Ust-İlimsk (rus. Усть-Илимск) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
"Just Cause" əməliyyatı
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələ də müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
Just Cause əməliyyatı
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələ də müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
Just Games Interactive
Kung Fu Factory (əvvəllər Just Games Interactive) — ABŞ indi videooyun istehsalçısı. Şirkətin baş qərargahı Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. "Kung Fu Factory" şirkəti "Mortal Kombat" videooyun seriyasında üzərində işləmiş ilk üçüncü partiya istehsalçıdır. Şirkət son vaxtlar mobil oyunların istehsalı ilə məşğuldur.
Just Good Friends
Just Good Friends — Maykl Ceksonun mahnısı.
Principles Of Lust
Principles Of Lust — Enigma musiqi layihəsi adından 1991-ci ildə buraxılmış sinql. Mahnı MCMXC a.D. albomundan çıxarılmış sayca üçüncü sinqldır. Sinql üçün hazırlanmış üz qabığında məşhur rəssam Agnolo Bronzinonun Venera, Kupid, Folli və Zaman əsərinin motivlərindən istifadə edilmişdir.
Rust (proqramlaşdırma dili)
Rust performansı, tip təhlükəsizliyini və paralelliyi vurğulayan çoxparadiqmalı, ümumi təyinatlı proqramlaşdırma dili. O, yaddaş təhlükəsizliyini təmin edir - bütün istinadların zibil toplayıcının istifadəsini və ya yaddaş üçün təhlükəsiz dillərdə mövcud olan istinadların hesablanmasına ehtiyac olmadan etibarlı yaddaşa işarə etməsini təmin edir. Eyni zamanda yaddaş təhlükəsizliyini təmin etmək və paralel məlumat yarışlarının qarşısını almaq üçün onun "yoxlayıcısı" kompilyasiya zamanı proqramdakı bütün istinadların obyekt ömrünü izləyir. Rust statik tiplər, dəyişməzlik, daha yüksək səviyyəli funksiyalar və cəbri məlumat növləri daxil olmaqla, funksional proqramlaşdırmadan ideyalar götürür. Sistem proqramlaşdırması üçün populyarlardır. Proqram tərtibatçısı Qreydon Hoar 2006-cı ildə Mozilla Research-də işləyərkən şəxsi layihə kimi Rust-u yaratdı. Mozilla 2009-cu ildə layihəyə rəsmi sponsorluq etmişdir. 2015-ci ilin may ayında ilk stabil buraxılışdan bəri Rust Amazon, Discord, Dropbox, Facebook (Meta), Google,(Alphabet) və Microsoft kimi şirkətlər tərəfindən istifadə edilmişdir. 2022-ci ilin dekabrında o, Linux nüvəsinin inkişafında istifadə olunan C və Assembly dillərindən başqa ilk dil oldu. Rust daha sonra yeni bir dil kimi böyüməsi ilə məşhurlaşdı və akademik proqramlaşdırma dilləri tədqiqatının mövzusu oldu.
Sust maili düzənliyi
Sust maili düzənliyi — dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil olunmuş düzənlik. Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin əsas 13 hissəsini əhatə edir. Düzənliyin şimali-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər düzənliyin mərkəzinə qədər gəlir. Ona görə də ərazidə selgətirmə çöküntüləri üstünlük təşkil edir. Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yalnız kəhriz sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqeydlik sonda Sust kəndinin boşalması ilə nəticələnmişdir. Bu gün kənd təsərrüfatına yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən kənarda qalır. Maili düzənlik yuxarı dördüncü dövrə aid çay, xüsusilə sel çöküntülərindən ibarətdir. Çalxan, Qaraquş dağları və Qırmızıdaş massivi ərazisində formalaşan struktur sellər bu ərazinin mərkəz hissəsinə qədər gəlib çatır.
Sust yaşayış yeri
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçmiş eyniadlı kəndinin şimal-qərbində orta əsrlərə aid yaşayış yeri. 1979-cu ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən tədqiq edilmişdir. Sahəsi təqribən 6 ha-dır. Mədəni təbəqənin qalınlığı 2 m-dən çoxdur. Təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, əsasən, çiy kərpic (bişmiş kərpicə də təsadüf edilmişdir), qalıqları, şirli və şirsiz gil qab məmulatı ilə zəngindir. Şüşə məmulatı fraqmentlərinə də rast gəlinmişdir. Sust yaşayış yerinin XV-XVII əsrlərə aid olduğu ehtimal edilir. Sust yaxınlığında "Qaş" adlı yerdə çox güman ki, IX-XVII əsrlərə aid duzdağ mədəni qeydə alınmışdır. Yaşayış yeri hazırda duz karxanası tərəfindən dağıdılmışdır.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.
Lust for Life
Lust for Life — amerikalı müğənni Lana Del Reyin 21 iyul 2017-ci ildə Polydor və Interscope Records tərəfindən buraxılan beçinci studiya albomu. Albomun prodüserliyini Rick Nowels, Kieron Menzies, Emile Haynie, Boi-1da, Max Martin, Benny Blanco və Metro Boomin etmişdir. Bəzi treklərdə The Weeknd, ASAP Rocky, Stivi Niks, Şon Lennon və Playboi Carti qonaq ifaçı kimi yer alıb.
Ust-Aldan ulusu
Ust-Aldan ulusu (saxa Уус-Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Boroqontsı kəndidir. Rayonun ərazisi 18,3 min km²-dir. Mərkəzi Yakutiyada yerləşir. Şərqdə Taatta ulusu, cənub-şərqdə Çurapçı ulusu, cənubda Meqino-Xanqalas ulusu, qərbdə Nam ulusu, şimalda Kobyay ulusu, şimal-şərqdə Tompo ulusu ilə həmsərhəddir. Relyefi düzəndür. Ulusun əksər hissəsi Mərkəzi Yakut ovalığı ərazisindədir. Yanvar ayının orta temperaturu −42 ° C, iyul + 17 ... + 18 ° C olur. illik yağıntının miqdarı 200-250 mm-dir.
Ust-Cequtinski rayonu
Ust-Cequtinski rayonu (abq. Усть-Джьгваты район, kab.-çərk. Усть-Жэгуэтэ район / Усть-Жэгуэтэ куей, qaraç.-balk. Джёгетей Аягъы район, noq. Усть-Джегута район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ust-Cequta şəhəridir. Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:qərbdə Abazin rayonu, cənubda Qaraçay rayonu, şərqdə Maloqaraçayevsk rayonu, şimal-şərqdə Stavropol diyarı, cənub-qərbdə Xabez rayonu, şimalda Prikuban rayonu. Rayonun ərazisi 890,15 km²-dir (2010-cu ildən bəri). Ust-Cequtinski rayonu 23 yanvar 1935-ci il tarixli Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təşkil edilir.
Ust-Labinski rayonu
Ust-Labinski rayonu (rus. Усть-Лабинский район) — Rusiya Federasiyası, Krasnodar vilayətinin tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ust-Labinsk şəhəridir. Ust-Labinski rayonu, Krasnodar diyarının mərkəzi hissəsində, Kuban və Laba çaylarının axdığı yerdə yerləşir. Cənubda Adıgey Respublikası ilə həmsərhəddir. Rayon regional və federal əhəmiyyətli nəqliyyat magistrallarının kəsişməsindədir. Rayonun sahəsi 1511 km²-dir. Əkin sahələrinin sahəsi 116 min hektardır. İqlimi mülayim kontinentaldır. Rayonun əsas çayları: Kuban, Laba, Kirpili, Vtoroy Zelençuk və Srednı Zelençukdur.
Ust-May ulusu
Ust-May ulusu (saxa Уус-Маайа улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Ust May qəsəbəsidir. Qəsəbə Yakutsktan 380 km məsafədə yerləşir. Ulus respublikanın şərqində yerləşir və Şimali qütb dairəsindən 200 km məsafədə yerləşir. İqlimi sərt, kəskin kontinentaldır. Çayları: Aldan və onun qolları May, Cunekyan və Allax-Yun. Rayonun ərazisi 95.32 min km²-dir. Relyefi dağlıqdır. Yanvar ayının orta temperaturu şimal-şərqdə -40 ° C-dən cənub-qərbdə -42 ° C-dək; dağlarda iyul +14 ° C-dən çay vadilərində +16 ° C-ə qədər olur. İllik yağıntının miqdarı 250-300 mm-dən 400-500 mm-ə qədər olur.
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı. == Futbolçu karyerası == Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.
Milan Füşt
Milan Füşt (mac. Füst Milán; 17 iyul 1888, Budapeşt – 26 iyul 1967, Budapeşt) — Macarıstan yazıçısı, şairi və dramaturqu. 1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi. 1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.
Süst Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Girdəmeyvə cut
Girdəmeyvə cut (lat. Corchorus capsularis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Corchorus cordifolius Salisb. === Heterotipik sinonimləri === Corchorus marua Buch.-Ham. Rhizanota cannabina Lour. ex Gomes Mach.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır. Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
Uzunmeyvəli cut
Uzunmeyvəli cut (lat. Corchorus olitorius) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü.
Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir. Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Cüt ulduz
Bir cüt ulduz (Nijusei) yuxarıdan Ulduz da eyni istiqamətdə yaxın bir cisimə aiddir. Çılpaq gözlə bir ulduza bənzəyir, lakin teleskopla müşahidə edildikdə onu iki yerə bölür. Bir-birinin ulduzlarının bir-birlərini cəlb etdikləri və orbit çəkdikləri bir cisimə "ikili ulduz" deyilir. İkili ulduzlara real görünüş ikili, spektral ikili və tutulma ikili daxildir. Yalnız yerdən görünən istiqamətə uyğun bir cisimə "görünən cüt ulduz" deyilir. == İkili == === Görmə ikili === Bir teleskop tərəfindən müşahidə edilən və iki ulduza ayrılan və hər iki ulduzun da fırlanan ikili ulduz. Centaurus Alpha Star, Bizim Ursa Major Zeta Ulduz (Mizar) Bir Ulduz, B Ulduz və s. === Spektral ikili === Ayrı-ayrı bir teleskop tərəfindən müşahidə olunmayan, lakin fırlanan hərəkətlə əlaqəli görmə xətti sürətində dövri dalğalanmalar səbəbindən spektral xətlərdə dövri dalğalanmalarla müşahidə olunan ikili ulduz. === tutulma ikili === Ayrıca ərzaq dəyişkən ulduz adlanır. Qaranlıq bir ulduzun ulduzun parlaqlığını dəyişdirərək parlaq bir ulduz ətrafında fırlandığı ikili bir ulduz.
Cüt ədəd
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. == Cüt ədədlər == Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. == Tək ədədlər == Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Huso huso
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. == Yayılması == Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
HOST
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Huso
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.