Ust-May ulusu (saxa Уус-Маайа улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Ust May qəsəbəsidir. Qəsəbə Yakutsktan 380 km məsafədə yerləşir.
Ust-May ulusu | |
---|---|
60°36′ şm. e. 134°17′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 20 may 1931 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ulus respublikanın şərqində yerləşir və Şimali qütb dairəsindən 200 km məsafədə yerləşir. İqlimi sərt, kəskin kontinentaldır.
Çayları: Aldan və onun qolları May, Cunekyan və Allax-Yun. Rayonun ərazisi 95.32 min km²-dir. Relyefi dağlıqdır. Yanvar ayının orta temperaturu şimal-şərqdə -40 ° C-dən cənub-qərbdə -42 ° C-dək; dağlarda iyul +14 ° C-dən çay vadilərində +16 ° C-ə qədər olur. İllik yağıntının miqdarı 250-300 mm-dən 400-500 mm-ə qədər olur.
Rayon 20 may 1931-ci ildə Yakutsk vilayətinin May qəzası ərazisində qurulub. 1937-1948-ci illərdə rayon Allax-Yun (mərkəzi Allax-Yun olan) və Ust-May rayonlarına ayrılır.
1972-1992-ci illərdə rayonun mərkəzi Solneçnı kəndi idi.
Əhalinin əsas hissəsi ruslar təşkil edir. Üstəlik burada saxalar, evenlər və digər millətlərin nümayənələri yaşayır.
2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: ruslar (64,2%), saxalar (7.1%), evenlər (0.2%), evenklər (9.3%) və digər millətlər (19.2%).
Şəhər şəraitində (Zvyozdoçka, Solnoçnı, Ust-May, Eldikan və Yuqorenok) ulus əhalisinin 71,62 % -i yaşayır.
Ust-May ulusu ərazisinə 5 şəhər və 5 kənd inzibati vahidliyinə ümumilikdə 15 yaşayış məntəqəsi daxildir[3][4].
İqtisadiyyatda aparıcı yeri sənaye tutur - qızıl mədəni, qazma sənayesi, dağ-mədən və yol avadanlıqlarının təmiri müəssisələri, yerli sənaye, tikinti materialları istehsalı. Ulusda respublika qızılının təxminən 7% -i hasil olunur.
Kənd təsərrüfatının köməkçi əhəmiyyətə malikdir. Ətlik və südlük maldarlıq inkişaf etdirilir, kartof və tərəvəz becərilir, xəz-dəri ticarəti aparılır. Kənd təsərrüfatına yararlı torpaqlar 28,1 min ha təşkil edir. Bunun 1,6% əkin sahələri, 61,1% biçənəklər, 36.5% otlaqlar təşkil edir. Ulusda dövlət təsərrüfatları, kəndli təsərrüfatlarının birlikləri, kəndli təsərrüfatları, o cümlədən bir icma mövcuddur.