Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Övliya
Övliya (ərəb. أولياء‎), tək halda. vəli — Sufizmdə müqəddəs şəxs. Övliya bir Təsəvvüf termini olub Allahın dostu anlamında işlənir. Allahın övliyaların sifəti (xüsusiyyətləri) Allahın aşağıdakı ayədə göstərdiyi kimidir: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər" Allahın övliyaları Allaha iman gətirib bu sifətləri ilə Allahdan qorxmalı idilər. Kim ki, iman və təqva sifəti ilə xüsusiləşdirilsə o Allahın övliyasıdır (yəni dostudur) və bu hər bir müsəlmananın imanına, Allahdan olan təqvasına görə insanda insana fərqlənir. Müsəlmanlar Allahın övliyalarıdır. Onlar – Əlhəmdulilləh – nə qədər ki, müsəlmanlar yer üzündə olubsa, onlar da hər zamanda olublar və olacaqlar. Allahın dostu olmaq müsəlmanların sifətidir.
Qırxlar (övliya)
Övliya Çələbi
Övliya Çələbi (Osmanlı dili: اوليا چلبي; 25 mart 1611[…], Konstantinopol – 1682[…], Qahirə) — XVII əsrin qabaqcıl səyyahlarından və nəsr yaradıcılarındandır. Əlli ildən çoxAvropa, Qərbi Asiya və Misirdə olub və "Səyahətnamə" adlı 10 cildlik əsərdə gördüklərini toplayıb. Tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir. Çələbi ailəsi əslən Kütahyadan idi və fəthdən sonra İstanbulda məskunlaşdı və zaman-zaman Kütahyada qaldı. İstanbulun fəthi zamanı Övliya Çələbinin babası Qara Əhmet bəyin babası Yavuz Özbek (Er), II Mehmedin basqınçılarından biri idi və fəth qənimətləri ilə Unkapanıda yüz dükan və bir məscid ilə bir ev tikdi. Əvvəllər Sağrıcılar məscidi kimi tanınan bu məscid Yavuz Sinan məscididir. Övliya Çələbinin babası olan Qara Əhməd bəy Kütahyada evlərin qarşısındakı türbədə dəfn edilmişdi. Atası Dervis Mehmed Zilli, I Süleymandan Əhməd I-yə qədər olan sülalələrin zərgəri olmuş, bir çox səfərlərdə iştirak etmiş və çox yaşlı ikən vəfat etmişdir. Anası Abxazlardan idi. Anasının bacısı Mələk Əhməd Paşanın anası olduğu üçün Mələk Əhməd Paşanın himayəsində idi.
Səyahətnamə (Övliya Çələbi)
Səyahətnamə və ya Övliya Çələbi Səyahətnaməsi— Övliya Çələbinin XVII əsrdə yazdığı bir səyahət kitabıdır. On cilddən ibarətdir. Səyahətnamə ilk dəfə 1848-ci ildə "Müntehâbat-ı Evliya Çelebi" adı ilə Qahirə Bulak çap evində nəşr edilmişdir. İkdam qəzetinin sahibi Əhməd Cövdət bəy və Nəcib Asim bəy 1896-cı ildə İstanbulda Pertev Paşa Kitabxanasındakı nüsxəyə əsaslanaraq çap etməyə başladılar. 1902-ci ilə qədər yalnız ilk altı cild nəşr olunurdu. Yeddinci və səkkizinci cildlər Türk Tarix Komitəsi tərəfindən 1928-ci ildə, doqquzuncu və onuncu cildlər isə 1935-1938-ci illərdə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi tərəfindən yeni hərflərlə nəşr edildi. Səyahətnamə 1814-cü ildə Hammer tərəfindən kəşf edildikdən sonra bir çox əcnəbi alim Çələbi haqqında araşdırma apardı və əsərləri bir çox dilə tərcümə edilərək nəşr olundu. Orxan Şaiq Gökyay 1996-cı ildə "Səyahətnamə"nin ilk cildini Latın əlifbasına çevirdi və bu tarixdən sonra əsər daha çox insan tərəfindən öyrənilməyə başlandı 2013-cü ilin iyun ayında UNESCO-nun Dünya Yaddaşı Siyahısına daxil edilmişdir. Realist bir gözlə izlənilən hadisələr sadə və aydın, bəzən də fantastik bir povestlə, xalqın anlaya biləcəyi şəkildə yazılmış və xalqın anlaya biləcəyi deyimlərdən çox istifadə edilmişdir. Övliya Çələbi, Səyahətnaməsində gəzdiyi və gördüyü yerləri öz üslubunda təsvir edən 17-ci əsrin nadir yazıçılarından biridir.
Övliyaca (Miyanə)
Övliyaca (fars. اولياجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Meliya
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.
Yuliya
Yuliya — ad. Yuliya Lipnitskaya — Rusiyalı fiqurçu. Yuliya Lobjenidze Yuliya Timoşenko Yuliya Samoylova Yuliya Ratkeviç — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Piriseva — Qazaxıstanı təmsil edən su poloçusu.
Avlida
Avlida ( q.yun. Αὐλίς ) — Beotiyada qədim liman şəhəri. O, Evrip boğazının sahilində və Notios-Evvoikos körfəzində, Evbeya sahilindəki Xalkida ilə üzbəüz, Fiv 32 kilometr şərqdə yerləşirdi. Hesiodun "İşlər və günlər" poemasında də xatırlanır.
Aliya
Aliya (termin)
Liliya Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Liliya Qumerova
Liliya Qumerova (başq. Ғүмәрова Лилиә Салауат ҡыҙы 16 dekabr 1972, Uçalı, Başqırd MSSR) — Rusiya dövlət və ictimai xadimi. Pedaqoji elmlər namizədi. Başqırdıstan Respublikası dövlət hakimiyyətinin icra orqanından Federasiya Şurasının üzvü (2014-cü ildən), Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət komitəsinin sədri (2019-cu ildən). Başqırdların Federal Milli Mədəni Muxtariyyəti Şurasının sədri (2015-ci ildən). == Bioqrafiyası == Liliya Qumerova 16 dekabr 1972-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Uçalı rayonunun Uçalı şəhərində anadan olmuşdur. 1994-cü ildə Başqırd Dövlət Pedaqoji Universitetini pedaqogika və psixologiya ixtisası üzrə bitirir. 1994-cü ildən Başqırdıstan Respublikası Uçalı şəhərindəki 10 nömrəli orta məktəbdə müəllim-psixoloq, psixologiya müəllimi işləmişdir. 2001-ci ildən Uçalı Rayon İdarəsində I Kateqoriyalı mütəxəssis vəzifəsini tutur və daha sonra Sosial İşlər Rəhbərinin müavini təyin edilir. 2005-ci ildə Başqırdıstan Respublikasının Prezidenti yanında Başqırdıstan Dövlət İdarəetmə Akademiyasını hüquq ixtisasını üzrə bitirir.
Liliya Sakmar
Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi, dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009) == Həyatı == Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur. 1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir. 1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Yaradıcılığı Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir. Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir. == Mükafatları == Teşekkür belgesi.
Liliya Serquyeva
Liliya Serquyeva (d. 19 iyun 1972) — Azərbaycanı təmsil edən voleybolçu. Liliya Serquyeva, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Liliya Serquyeva, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Liviya Yuliya
Liviya Yuliya (lat. Livia Ivlia), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır. == Ailə həyatı == === Birinci nikah === İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nikah 6 il sürür.
Miliya Jijiç
Miliya Jijiç - Bosniya və Herseqovina futbolçusu. Miliya Jijiç 28 fevral 1979-cu ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində anadan olmuşdur. Əvvəlki klubları: Moqren Budva, Slaviya Sarayevo, Boraç Banyaluka, Yavor İvanitsa, ÇSK Çetarevo, Kitçe. 2008-ci ildən Qəbələdə çıxış edir. Monteneqronun ən yaxşı gənc futbolçusu (Moqren Budva - 1998).
Pseudophoxinus evliyae
Pseudophoxinus evliyae (lat. Pseudophoxinus evliyae) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Yuliya Flaviya
Yuliya Flaviya (lat. Iulia Flavia) — Flavilər sülaləsinin nümayəndəsi. İmperator Tit və Marsiya Furnillanın qızı olmuşdur. Onun doğulmasından az sonra valideynləri boşanmışdılar. 79-cu ildə Yuliyanın atası imperator olmuşdur. Tit Yulianı qardaşı Domisianla evləndirmək niyyətində idi, lakin o, bundan imtina etmişdir. O, 81-ci ildə növbəti il konsul olan, Tit Flavi Klementin qardaşı Tit Flavi ​​Sabin ilə evlənmişdir. 82-ci ildə Yuliyanın əri edam edilmişdir. Bundan sonra o, artıq imperator olan Domisianın məşuqəsi olmuşdur. Anthony A. Barrett (Hrsg.): Lives of the Caesars.
Boqumil Şveliya
Boqumil Şveliya (a.sorb Krystijan Bogumił Šwjela, alm. Christian Gotthold Schwela‎; 5 sentyabr 1873 – 20 may 1948) — Sorb yevangelist keşişi, leksikoqraf, dilçi, publisist, uzun müddət Macierz Luzickanın sədri və Domovinanın həmtəsisçisi. == Bioqrafiya == Boqumil Şveliya 5 sentyabr 1873-cü ildə Drebkau şəhəri yaxınlığındakı Şorbus kəndində sorb ictimai xadimi Kito Şvelinin ailəsində anadan olmuşdur. 1896-cı ildə sorb gimnaziyasının şagirdləri üçün "Skhadzovanka" adlı XXII gənclərin yay düşərgəsi-festivalını təşkil etmişdi. 1898-ci ildə Lüteran seminariyasında teoloji təhsilini tamamladı. 1904-cü ildən o, Kottbusdakı vend kilsəsində kurat kimi çalışdı və burada müntəzəm olaraq Aşağı Sorb dilini təbliğ etdi. Onun təyin edilməsi Prussiya hakimiyyəti tərəfindən sorb dili və mədəniyyətinin sıxışdırılmasının ən yüksək həddə çatdığı bir vaxta təsadüf edirdi. 1891-ci ildən yaranmış milli şüurlu Gənc Sorb hərəkatının bir hissəsi kimi hiss edən Şveliya bu əlverişsiz şəraitdə sorbların mədəni maraqları ilə intensiv şəkildə məşğul olurdu. Şveliya 1908-ci ildə şəhəri tərk etməli oldu, çünki o, yalnız alman dilində dualar oxumaqdan imtina etdi. Daha sonra 1913-cü ildə Dissendə pastorluğu qəbul etməzdən əvvəl bir neçə il Nochtendə vikar kimi çalışdı.
Culiya Çayld
Culiya Karolin Çayld (15 avqust 1912[…], Pasadena, Kaliforniya – 13 avqust 2004[…], Santa-Barbara, Kaliforniya) — amerikalı kulinariya müəllimi, müəllif və televiziya siması. O, amerikan cəmiyyətinə fransız kulinariyasının gətirən “Fransız kulinariya sənətinin mənimsənilməsi ” (Mastering the Art of French Cooking) adlı yemək kitabı və aralarında ən diqqətəlayiqi 1963-cü ildə premyerası olmuş "The French Chef" olan televiziya proqramları ilə tanınmışdır. == Erkən həyat == Culiya Karolin Makuilyams 15 avqust 1912-ci ildə Kaliforniyanın Pasadena şəhərində anadan olub. Çayldın atası Con Makuilyams Prinston Universitetinin məzunu və tanınmış torpaq meneceri, anası Culiya Karolin Ueston isə kağız şirkətinin varisi idi. Çayld 4-cü sinifdən 9-cu sinfə qədər Kaliforniyanın Pasadena şəhərindəki Politexnik Məktəbində oxumuş, daha sonra isə o vaxtlar internat məktəbi olan Kaliforniyanın Ross şəhərindəki Branson məktəbinə göndərilmişdir. Boyu 1.88 m olan Çayld gənclik illərində tennis, qolf və basketbol ilə məşğul olmuşdur. Çayld 1934-cü ildə Massaçusets ştatının Northampton şəhərindəki Smit Kollecinin tarix fakültəsini bitirib. O, məktəbi bitirdikdən sonra yazıçı olmağı planlaşdırırdı. Culiya aşpazı olan bir evdə böyüdüyü üçün yemək bişirməyi bacarmamış və yeməklə çox maraqlanan bir ailədə böyüyən gələcək əri Paulla tanış olana qədər öyrənməmişdir. == Karyera == === İkinci Dünya müharibəsi === Çayld 1942-ci ildə Qadın Hərbi Korpusuna (ing.
Kalistrat Saliya
Kalistrat Saliya (gürc. კალისტრატე სალია; 26 avqust 1901, Tsalencixa, Rusiya imperiyası – 25 iyul 1986, Paris, Fransa) — Fransada fəaliyyət göstərmiş Gürcüstan alimi, kartveloloqu və tarixçisi. == Həyatı == Saliya 1901-ci il iyulun 18-də Gürcüstanın qərbində, Minqreliyada anadan olmuşdur. Zuqdidi və Xaşuridə oxumuş, sonra 1920-ci ildə Tiflis Universitetinə daxil olmuşdur. 1921-ci ildə Gürcüstan sovetlər tərəfindən işğal edildikdən sonra Almaniyaya getmiş və orada Berlin Universitetinin Alman Dili İnstitutunda təhsil almışdır. 1924-cü ildə Fransaya köçmüş və 1927-ci ildə Paris Universitetini bitirmişdir. 1948-ci ildə həyat yoldaşı Nino Saliya ilə birlikdə kartvelologiyaya həsr olunmuş "Bedi Kartlisa" jurnalını təsis etmişdir. O, Gürcüstanın tarixi və ədəbiyyatı ilə bağlı bir sıra elmi əsərlər nəşr etdirmiş və xarici ensiklopediyalar üçün Gürcüstanla bağlı yazılar yazmışdır.
Qaliya (mədrəsə)
Qaliya — 1906-cı ilin oktyabrından 1919-cu ilə qədər Ufada başqırdlar, tatarlar və digər türk xalqlarının təhsili üçün ikinci Ufa məscidində yaradılmış mədrəsə. 1919-cu ildən - başqırdlar və tatarlar üçün məktəbi idi. Mədrəsənin yaradıcısı və 1918-ci ilə qədər müdiri Ziyaitdin Kamaletdinov (Ziya Kamali) olmuşdur. Mədrəsədə təhsil altı il idi; 15 yaşdan 45 yaşa qədər olan tələbələri imtahan əsasında qəbul edirdilər; Müraciət edən hər kəsdən ibtidai təhsil tələb olunurdu. Təhsil proqramında əsas yeri ənənəvi fənlər: İslamın tarixi və fəlsəfəsi, Quranın təfsiri, Məhəmməd peyğəmbərin həyatı, həmçinin: ərəb, osmanlı, rus, türk dilləri tuturdu. Bu fənlərin tədrisi ali təhsil müəssisələri səviyyəsində tədris olunurdu. Psixologiya, pedaqogika, didaktika, ədəbiyyat, xəttatlıq da öyrənilirdi. Müəllimlər Z.Kadıri, T.Badiqi, S.Ziqanşin, L.Biksurin, Q.Terequlov, X.Fazılov, İ.Abdışev və s. idi. Müəllimlərin çoxu Misir, Suriya, Türkiyə və başqa ölkələrdə təhsil almış müəllimlər idi.
Yuliya Paevskaya
Yuliya Paevskaya (ukr. Юлія Георгіївна Паєвська) — Ukraynalı hərbi feldşer, "Tayranın mələkləri" evakuasiya tibbi könüllü birliyinin təsisçisi. "Tayra" ləqəbi ilə tanınır. 2014-cü ildən Donbassda silahlı münaqişə zonasında könüllü kimi çalışıb, 2018-2020-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin sıralarında olub və Mariupoldakı 61-ci mobil xəstəxananın təxliyə şöbəsinə rəhbərlik edib. 16 mart 2022-ci il Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən tutulub; iyunun 17-də sərbəst buraxılıb. 19 dekabr 1968-ci ildə Kiyevdə anadan olub. İxtisasca dizayner olan Yulia Paevskaya 20 ildən artıqdır ki, aykido üzrə məşqçi kimi də fəaliyyət göstərir və Mutokukai-Ukrayna Aykido Federasiyasına rəhbərlik edir. Avromaydan dövründə tibbi könüllü kimi işləməyə başlayır, Donbassda müharibə başlayandan sonra Yapon klanlarından birinin şərəfinə "Tayra" çağırış işarəsini götürür (bu təxəllüsü əvvəllər World of Warcraft oyununda istifadə edir), və onun komandası Charlie's Angels ilə bənzətmə ilə "Tayra mələkləri" adlandırılır. 2018-ci ildə Yuliya Paevskaya Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayıb. 2020-ci ildə müqavilə müddəti bitdikdən sonra könüllü olaraq işləməyə davam edib.
Culiya Qonzaqa
Culiya Qonzaqa (it. Giulia Gonzaga; 1513 – 19 aprel 1566, Neapol) — İtaliya qrafinyası və İntibah dövrünün məktub yazıçısı idi. Qonzaqa 1528–1541-ci illərdə mərhum həyat yoldaşının varisi olaraq Rodiqo qrafinyası idi. == Bioqrafiya == Culiya 1512-ci ildə Qazzuoloda (Mantua yaxınlığında) Sabbioneta və Bozzolo lordu Ludoviko Qonzaqa və qrafinya Françeska Fieskinin qızı olaraq doğulub. O, 1526-cı ildə (14 yaşında ikən) Fundi qrafı və Traetto hersoqu (hazırda Minturno) Vespasiano Kolonna (1480–1528) ilə evləndi. 1528-ci ildə həyat yoldaşı öldü və təkrar evlənməməsi şərtilə Rodiqo qraflığını ona miras buraxdı. Culiya yenidən evlənməyi rədd etsə də, sarayını mədəniyyət mərkəzi kimi yenidən təşkil etmiş və dövründə yaşamış bir çoxunun diqqətini bu fəaliyyətləri qədər məşhur gözəlliyi ilə də cəlb etmişdi. Onunla görüşdən sonra ölən Florensiya kardinalı Ippolito de' Mediçi ilə də münasibəti var idi. 1534-cü ilin avqustun 8-dən 9-na keçən gecə Fundi şəhəri onu qaçırıb Osmanlı sultanı Qanuni Sultan Süleymana təslim etmək istəyən Osmanlı admiralı Xeyrəddin Barbarossanın hücumuna məruz qalmışdır. Barbarossaya sədrəzəm Parqalı İbrahim Paşa tərəfindən onun ələ keçirilməsi əmri verilmişdir.
Siliya Kapsis
Vasiliki Siliya Kapsis (yun. Βασιλική Σίλια Καψή, Vasiliki Silia Kapsi; 5 dekabr 2006, Sidney, Avstraliya) — Avstraliya-Kipr müğənnisi, rəqqasəsi və aktrisası. 2024 Avroviziya Mahnı Müsabiqəsində Kipri "Liar" adlı mahnı ilə təmsil etmişdir.
Olbiya
Olbiya (it. Olbia) — Sardiniyada şəhər.
Oglifa
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Obeliya hidroidi
Obeliya Hidroidi (lat. obelia geniculata ) — Bağırsaqboşluqlular tipinə aid olan dəstə. Hidroid poliplərinin yalnız qismi hidra kimi tək yaşayır. Əksəriyyəti isə ağac və kolşəkilli koloniya əmələ gətirir. Koloniyanın budaqları üzərində fərdlər — hidrantlar yerləşir. Hər bir fərd sanki hidranı xatırladır. Koloniya bir ümumi qastral boşluğa malikdir. Bunlarda ektodermal epiteli bədən səthi üzərinə xüsusi üzvi maddə tərkibli örtük ifraz edir, bu koloniyanın davamlılığını artırır və teka adlanır. Tekanın hesabına hər bir hidrantın üzərinə qədəhşəkilli örtük əmələ gəlir. Qıcıqlanma zamanın hidrant hidrotekanın içərisinə çəkilir.
Ofeliya Aslan
Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası. Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə). Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi. O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub.
Ofeliya Aslanova
Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası. Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə). Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi. O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub.
Ofeliya Məmmədzadə
Ofeliya Məmmədzadə — aktrisa. Ofelya Məmmədzadə 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmiş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaratmışdır. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərmişdir. O, 1999-cı ildə teatrdan çıxmış, 2005-ci ildə yenidən teatra qayıtmışdır. Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış etmişdir.Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaratmışdır. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub.O. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabil olub. Ofelya Məmmədzadə 20 mart 1987-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Aktyor Gündüz Abbasovun həyat yoldaşıdır.
Ofeliya Sənani
Ofelya Hacağa qızı Sənani (26 may 1941, Bakı) — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri). 2002-ci ildən prezident təqaüdçüsü olub.
Ofeliya Əfqanlı
Ofeliya Aslan (Əfqanlı Ofeliya Rza qızı; 27 yanvar 1939, Bakı – 18 may 2010, Bakı) — Azərbaycan aktrisası. Ofeliya Rza qızı Aslan 1939-cu ildə Bakıda doğulub. Məşhur aktyor Səyavuş Aslanla evlənəndən sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə çıxış edirdi. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956–1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958–1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub. 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə). Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb (1977–1983). Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış ediridi. O, Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub.