Culiya Karolin Çayld (15 avqust 1912[1][2][…], Pasadena, Kaliforniya – 13 avqust 2004[3][1][…], Santa-Barbara, Kaliforniya) — amerikalı kulinariya müəllimi, müəllif və televiziya siması. O, amerikan cəmiyyətinə fransız kulinariyasının gətirən “Fransız kulinariya sənətinin mənimsənilməsi ” (Mastering the Art of French Cooking) adlı yemək kitabı və aralarında ən diqqətəlayiqi 1963-cü ildə premyerası olmuş "The French Chef" olan televiziya proqramları ilə tanınmışdır.
Culiya Çayld | |
---|---|
ing. Julia Carolyn Child | |
Doğum tarixi | 15 avqust 1912[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 2004[3][1][…] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Fəaliyyəti | yazıçı, aşpaz, televiziya aparıcısı, copywriter, typist, research assistant[d], administrative assistant[d], kargüzar[d] |
Fəaliyyət illəri | 1935-ci ildən |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Culiya Karolin Makuilyams 15 avqust 1912-ci ildə Kaliforniyanın Pasadena şəhərində anadan olub. Çayldın atası Con Makuilyams Prinston Universitetinin məzunu və tanınmış torpaq meneceri, anası Culiya Karolin Ueston isə kağız şirkətinin varisi idi.[4]
Çayld 4-cü sinifdən 9-cu sinfə qədər Kaliforniyanın Pasadena şəhərindəki Politexnik Məktəbində oxumuş,[4] daha sonra isə o vaxtlar internat məktəbi olan Kaliforniyanın Ross şəhərindəki Branson məktəbinə göndərilmişdir.[5] Boyu 1.88 m olan Çayld gənclik illərində tennis, qolf və basketbol ilə məşğul olmuşdur.
Çayld 1934-cü ildə Massaçusets ştatının Northampton şəhərindəki Smit Kollecinin tarix fakültəsini bitirib.[6][7] O, məktəbi bitirdikdən sonra yazıçı olmağı planlaşdırırdı.[8]
Culiya aşpazı olan bir evdə böyüdüyü üçün yemək bişirməyi bacarmamış və yeməklə çox maraqlanan bir ailədə böyüyən gələcək əri Paulla tanış olana qədər öyrənməmişdir.[9]
Çayld 1942-ci ildə Qadın Hərbi Korpusuna (ing. Women's Army Corps) və ya ABŞ Hərbi Dəniz Qüvvələrinin qadınlar üçün olan dəstələrinə yazılmaq üçün çox uzun boylu olduğunu anladıqdan sonra[10] ABŞ Strateji Xidmətlər Ofisinə (ing. Office of Strategic Services – OSS) qoşulmuşdur.[11] O, buradakı karyerasına Vaşinqtondakı qərargahında makinaçı kimi başlamış, lakin ona təhsili və təcrübəsinə görə tezliklə OSS-in rəhbəri üçün işləyən çox məxfi tədqiqatçı kimi daha məsul vəzifə verilmişdir.[12] [13]
Çayld 1944–1945-ci illərdə Seylondakı (indiki Şri-Lanka) Kandi şəhərinə göndərilib. O, Kandidə olarkən həm də OSS əməkdaşı olan Paul Kuşinq Çayld ilə tanış olmuş və ikisi 1946-cı il sentyabrın 1-də evlənərək Vaşinqtona köçmüşdürlər. Parisdə rəssam və şair kimi yaşamış Cersi əsilli[14] Paul həyat yoldaşını nəfis mətbəx mədəniyyəti ilə tanış etmişdir.
Çayld 1951-ci ildə Parisdəki məşhur Le Cordon Bleu kulinariya məktəbini bitirmiş və daha sonra Maks Buqnard və digər usta aşpazlardan fərdi dərs almışdır.[15] O qadın yemək klubuna qoşulub və bu klub vasitəsilə dostu Luizett Bertol ilə amerikalılar üçün fransız kulinariyası kitabı yazan Simone Bek ilə tanış olub. Bek kitabın amerikalıların diqqətini cəlb etməsi üçün Çayldın da onlarla işləməsini təklif etmişdir. 1951-ci ildə Çayld, Bek və Bertol Çayldın Paris mətbəxində amerikalı qadınlara yemək bişirməyi öyrətməyə başlamış və qeyri-rəsmi məktəblərini "L'école des trois gourmandes" (Üç Yemək Sevən Məktəbi) adlandırmışdırlar. Çayld fransız dilini ingilis dilinə tərcümə edərək reseptləri ətraflı, maraqlı və praktik hala gətirib.
Həyat yoldaşından on yaş böyük olan Paul Çayld 1989-cu ildə bir neçə insult keçirdikdən və beş il qocalar evində yaşadıqdan sonra 1994-cü ildə vəfat edib.[16] Çayld bunun ardınca 2001-ci ildə evini və ofisini Smit Kollecinə bağışlayaraq pensiya cəmiyyətinə köçmüşdür.[17] O, ərinin onun boyuna uyğun olaraq dizayn etdiyi və Çayldın üç televiziya serialı üçün çəkiliş yeri kimi xidmət etmiş mətbəxini Smithsonian İnstitutunun Milli Amerika Tarixi Muzeyinə bağışlamışdır və hələ də orada nümayiş etdirilir.[18] Onun mis qabları və tavaları 2009-cu ilin avqustunda yenidən Vaşinqtondakı Milli Amerika Tarixi Muzeyindəki mətbəxində yer alana qədər Kaliforniyadakı sərgidə nümayiş etdirilmişdir.
Çayld 92 yaşına iki gün qalmış, 13 avqust 2004-cü ildə Kaliforniyanın Montesito şəhərində böyrək çatışmazlığından ölmüşdür.[19]
Çayld 19 noyabr 2000-ci ildə Fransanın Fəxri Legion ordeni ilə təltif edilmişdir.[20][21][22] O, 2000-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilib.[23] Çayld həmçinin 2003-cü ildə ABŞ Prezident Azadlıq medalı ilə təltif edilmiş, Harvard Universiteti, Conson və Vels Universiteti (1995), Smit Kolleci, Braun Universiteti (2000)[24] və bir sıra digər universitetlərdə fəxri doktorluq dərəcəsi alıb. Culiya Çayld 2007-ci ildə Milli Qadın Şöhrət Zalına daxil edilmişdir.[25]
Scroll down to 'View online' to hear the audio of the interview.