Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Özü
Oçakov (ukr. Очаків, rus. Очаков) və ya Özü (osman. اوزی Özî/Özü, krımtat. Özü) — Ukraynanın cənubundakı Nikolayev vilayətində kiçik bir şəhər. Şəhərin adı Dnepr çayının şərəfinə qoyulub. Şəhərin əsası 1492-ci ildə Krım tatarları tərəfindən qoyulub. Özü də Ağkərman şəhərinə uyğun gələn Qarakərman adlanırdı. 1493-cü ildə rus kazakları tərəfindən işğal olunan Ozü 1502-ci ildə Osmanlılar tərəfindən geri alındı. Strateji əhəmiyyətinə görə, Ozü uzun müddət Polşa-Litva Birliyi, Zaporojya Schi və Osmanlı İmperiyası arasında onu əldə etmək və ya saxlamaq üçün rəqabətin keçirildiyi bir yer olmuşdur.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Həqiqətin özü (film, 2008)
== Məzmun == Film ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir. Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur. == Film haqqında == Filmdə Rusiya Dövlət Foto-Kino Arxivindən, Azərbaycan Dövlət Foto-Kino Sənədlər Arxivindən, Gürcüstan Dövlət Arxivindən, Türkiyə Cümhuriyyəti Baş Nazirlik Arxivindən, Osmanlı Arxivlərindən, "Sarı Gəlin" türk sənədli filmindən materiallar, həmçinin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən, eləcə də türk etnik musiqisindən parçalar və "Fətəli xan" filmindəki kadrlardan istifadə edilmişdir. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyası tərəfindən aparılan iki ilə yaxın araşdırma nəticəsində ərsəyə gəlmişdir. Çəkilişlər 2007-ci ilin əvvələrindən başlamışdır. Çəkilişlər 1 il çəkmişdir. Film osmanlı və azəri türkcəsində ərsəyə gəlmişdir. Filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən işıq üzü görməyən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində yatan, bu məsələni araşdıran tarixçilərin heç vaxt görmədiyi unikal kinolentlər ekrana gətirilmişdir. Bütün bunlarla bərabər tanınmış tarixçilər də filmdə öz sözünü deyir.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Ökü
Ökü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Özüt
Özüt - türk və altay xalq inancında can. Üzüt və ya Öz (Ös) də deyilir. Məşhur olaraq istifadə edilən və bir-biriylə əlaqəli iki mənası var: Həyat gücü. Adamın həyatda olmasının göstəricisi. Ən çox quş, ilan və balıq olaraq təmsil edilər. Ruh anlayışıyla yaxından əlaqəlidir. Dörd qanadlı Bürküt quşu ordular döyüşərkən üzərlərində gəzər, çünki bu quş bütün bir ordunun ruhudur. "Öz Yerinə Öz" (Aylanu) anlayışı isə bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir və ən gözəl və ən mükəmməl nümunəsi Dəli Dumrul əfvalatında iştirak edər. Özütlerin öldükdən sonra toplandığı yerə gedən iki çaydan bəhs edilir. Bu çay yeni ölənlərin ruhlarını ora aparar.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horus gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horusun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Kişi sözü
Kişi sözü (film, 1987)
Londonun gözü
Londonun gözü (ing. London Eye; bəzən ing. Millennium Wheel olaraq da tanınır) — 135 metr yüksəklikdə, Avropada ən yüksək fırlanan əyləncə çarxıdır. Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biridir. Bura ildə üç milyona yaxın turist səfər edir. David Marks, Julia Barfield, Malcolm Cook, Mark Sparrowhawk, Steven Chilton və Nic Bailey tərəfindən hazırlanmışdır.
Tezer Özlü
Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı. 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş, 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır. 1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir.
Çay Üzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
Ölü buz
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dillər
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dəniz
Ölü dəniz — (ivr. ‏ים המלח‏‎) (ərəb. الند الهدت‎) Fələstin, İsrail və İordaniya arasında axarı olmayan duzlu göl. İsrail və İordaniya özlərinin turizm cəhətdən mühüm əhəmiyyət kəsb edən məkanlarından olan Ölü dənizi itirməklə üz-üzədir. Dənizin öz səviyyəsinin enməsinə və suyunun azalmasına səbəb kimi əsas su mənbəyi olan İordan çayının genişlənməsi göstərilir. Yəni çay daha geniş ərazidən fırlanaraq və əkin sahələrini suvararaq gəldiyi üçün əvvəlki dövrlərlə müqayisədə daha az su kütləsini bura gəlib çatdırır. Həmçinin bu dənizdən qiymətli minerallar əldə olunur. Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır. Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir.
Ölü dərə
Ölü dərə (rus. мертвая долина /сухая долина/, ing. dry valley, dead valley) 1) nadir hallarda, yaxud bir neçə ildə bir dəfə düşən güclü leysan nəticəsində qısa müddətli axına malik olan, arid səhraların, dərələri. 2) Qrunt suları səviyyəsinin düşməsi, və ya iqlim dəyişməsi, yaxud qonşu çay vasitəsilə zəbt olunması nəticəsində su axınından məhrum olmuş dərə.
Ölü göl
Göl — Yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri İranda yerləşən Urmiya gölüdür. Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Xəzər dənizi şorsulu göllər sırasına daxildir. Ən böyük şirinsulu göl isə Yuxarı göldür.Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. Ən dərin göl Baykal gölüdür.
Ölü not
Ölü not (ing. ghost note) — bir musiqi notu məlumatıdır. Çalınan bir notun ikinci bir çalış edilmədən yazıldığı dəyər qədər uzadılmasına deyilir. Bir notdan sonra bir-birinə bağlı göstərilən notlardan çalınmayanın içi boş yazılır.
Ölü sayı
Ölü sayı (ing. Body count) — müəyyən hadisə zamanı ölənlərin ümumi sayı. Döyüşlərdə ölü sayı, təsdiq olunmuş ölü sayına əsaslansa da, bəzən bu yalnız təxmini hesablama ola bilər. Hərbi döyüşlər ilə birgə, termin həmçinin bir sıra ölümlərin cəlb olunduğu hər hansı vəziyyətdə də istifadə olunur, məsələn, seriyalı qatilin qurbanları.
Göy üzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Özgü Namal
Məlahət Özgü Namal (28 dekabr 1978, Üsküdar, İstanbul ili) — Türkiyənin kino, serial və teatr aktrisası. 28 dekabr 1978-ci ildə Üsküdarda anadan olub. Salonikidən olan anası Akile Namal təqaüdçü dövlət qulluqçusu, Makedoniyadan olan atası Kubilay Namal isə təqaüddə olan tacirdir. 1997-ci ildə Masal Real Teatrında uşaq tamaşaları ilə peşəkarcasına fəaliyyətə başlayıb. Namal Üsküdar Cümhuriyyət Liseyini və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Fakültəsini bitirib, daha əvvəl Kadıköy Xalq Təhsili Mərkəzində və Müjdat Gezen Teatrında aktyorluq təhsili alıb. Kino və teatr onun ən böyük həvəsi olsa da, fotoqrafiya da hobbiləri arasındadır. O , Qurdlar Vadisi serialındakı Elif Eylül obrazı ilə məşhurdur. 2005-ci ildə Afife Teatr Mükafatlarında "Kiralık Oyun" adlı tamaşada oynadığı ikinci plan rolu ilə ilin ən uğurlu musiqili-komediya aktrisası mükafatını qazandı. 2009-cu ildə yayıma başlayan və 2011-ci ildə finala çıxan Hanımın Çiftliği serialında baş rolu Mehmet Aslantuğla paylaşıb. Bundan əlavə, 2006–2010-cu illər arasında 4 il Axess reklamlarında çəkilib.
Ölü çörəyi
Ölü çörəyi (türk. Ölü ekmeği) — Rəis Çəlikin 2019-cu il istehsalı türk filmi. Film Ərdahanlı yazıçı Dursun Akçamın eyni adlı əsəri əsasında ərsəyə gəlmişdir. Filmdə baş rolları Tərxan Ömərov, Borçalı aşığı Ziyəddin Əliyev, Silan Düzdaban və Mariam Buturişvili oynayır. İlk səhnədə aşıq və dostu buzun üzərində qırmızı bir alma tapırlar. Fikirləşirlər ki, görəsən bu alma bir gözəl tərəfindən dişlənilib ya yox. Mustafa adlı bir yetim Aşıq Ziyəddinin yanında aşıqlıq öyrənir. Şeir dediyi zaman ustadı təklif edir ki, dilinin arasına iynə qoyub dodaqdəyməz desin. Ancaq Mustafa dodaqdəyməzin qaydalarına əməl etmədi üçün iynə dodağını sancır. Daha sonra dostları ilə ziyarətgahın (övliya qəbri və dilək ağacı) yanında görüşən Mustafa kimin daha uzağa işəyəcəyi ilə bağlı bəhsə girir.
Özül (dzoqçen)
Özül (Tibet: གཞི, Vayli: gzhi) — dzoqçendə ilkin vəziyyət. Bu, həm bon ənənəsi, həm də Tibet buddizminin nyinqma məktəbi üçün dzoqçen ənənəsinin vacib tərkib hissəsidir. Bu "özül" haqqında biliklərə riqpa deyilir.
Ozu qəsri
Ozu qəsri (大洲城, Ōzu-jō) və ya Cizoqatake qəsri (地蔵ヶ嶽城, Jizō-ga-take-jō) — Yaponiyanın Ehime prefekturasının Ozu şəhərində yerləşən qəsr. Qəsr 1331-ci ildə memar Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. 1888-ci ildə qəsrin donjonu (天守, tenşu) məhv olmuşdur, amma 2004-cü ildə yenidən bərpa edilmişdir. Ozu qəsri 1331-ci ildə Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. Lakin qəsrin indiki halı 1585-1617-ci illərdə inşa edilmişdir. Bu dövrdə qəsr Vakisaka Yasuharu, Kobayakava Takakaqe, Todo Takatora və Toda Katsutaka kimi hökmdarlar tərəfindən istifadə olunmuşdur. 1617-ci ildə qəsr Kato Sadayasu tərəfindən ələ keçirilmiş və qəsr Meyci dövrünə qədər Kato klanının nəzarəti altında olmuşdur. 1888-ci ildə qəsrin donjonu yanğın nəticəsində məhv olmuşdur, amma dəhlizlərlə donjonla əlaqələnən iki yaqura (qüllə) salamat qalmışdır. İkinci dünya müharibəsində qəsrə bomba düşmüşdür. 2004-cü ildə donjon və yaquralarla əlaqələnən dəhlizlər bərpa olunmuşdur.
Yasuciro Ozu
Yasuciro Ozu (yap. 小津 安二郎; d. 12 dekabr 1903 – ö. 12 dekabr 1963) yapon və dünya kinosunun tanınmış klassik kinorejissorlarından biridir. Yapon və dünya kinematoqrafiyasının klassiklərindən biri olan Yasuciro Ozu 12 dekabr 1903-cü ildə Tokioda anadan olub. Ozunun doqquz yaşı olanda atası və anası ayrılır. On yaşı olanda gübrə taciri olan atası Ozunu kəndə – qohumlarının yanına göndərir. Yasuciro anasının yanında böyüyür. Bu hal rejissorun gələcək həyatına böyük təsir göstərir. Vaseda Universitetinə qəbul üçün verdiyi imtahanda Ozu iki dəfə uğursuzluğa uğramışdı.
OYU
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Ozd
Ozd — Macarıstanda şəhər.
Oze
Oze (fr. Auzet, oks. Auset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04017. 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 67.3%). Fəal olan 44 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Ozi
Ozi (fr. Auzits, oks. Ausits) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12016. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 27 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 878 nəfər təşkil edirdi. 2007-ci ildə 518 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 315 nəfəri iqtisadi cəhətdən fəal, 203 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 60,8%, 1999-cu ildə bu 63.1%).
Gluk’oZa
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. == Həyatı == Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. == Şəxsi həyatı == Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Şоkоlаd və kаkао tоzu istеhsаl еtmək üçün əsаs хаmmаl kаkао pахlаsıdır. Kаkао pахlаsı kаkао аğаcının mеyvəsindən аlınır. Əsаsən Qərbi Аfrikаdа (bütün kаkао pахlаsının 60-65%), Аmеrikаdа və аz miqdаrdа Аsiyаdа bеcərilir. Şоkоlаd istеhsаlı üçün Аkkаrа, Bаyyа, Kаmеrun,Yаvа, Sеylоn, Trinidаt və s. kаkао sоrtlаrındаn istifаdə еdilir. Kаkао pахlаsı quruluşunа görə kаkаvеllаdаn (qаbıq), rüşеym və nüvədən ibаrətdir. Kаkао pахlаsının ən dəyərli hissəsi tərkibində 54% yаğ оlаn nüvədir. Kаkаоnun аcı dаdı оnun tərkibindəki tеоbrоminin və kоfеinin оlmаsındаn irəli gəlir. Tеоbrоmin 0,3-1,5%, nişаstа 5-9%, zülаl 10,3-12,5%, sеllülоzа rüşеymdə çох аz, nüvədə 2,5%, qаbıq hissədə isə 16,5%-dir.
Kəklik otu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Labiatae fəsiləsinə aid hündürlüyü 20 sm-dən 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir. Yarpaqları xırda, uzunsov və ya ellipsvari, qısa saplaqlı və ya oturaqdır.
Mancuriya qozu
== Təbii yayılması: == Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır. == Botaniki təsviri: == Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir.
Oxu.az
"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan media-holdinq. Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir 2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi. "Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur. "BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır.
Qabartma tozu
Qabartma tozu — quru kimyəvi mayeləşdirici, karbonat və ya bikarbonat və zəif turşunun qarışığıdır. Qabartma tozu çörək, tort və ayrı yeməklərdə həcm və əzəmət vermək üçün əsasən istifadə olunur.
Sudan otu
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Sun Tzu
Sun Dzı (Çincə: 孫子; təq. e.ə. 544 – təq. e.ə. 496 və ya təq. e.ə. 470) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi. Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi.