Film ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir.
Həqiqətin özü | |
---|---|
Fayl:Həqiqətin özü (film, 2008).jpg | |
Janr | tarixi |
Rejissorlar |
Tofiq Məmmədov İqbal Məmmədəliyev |
Ssenari müəllifi | Toğrul Vəli |
Operatorlar |
Köçəri Məmmədov Elşən Əliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası ("Salnamə" Sənədli Filmlər Studiyası) |
İlk baxış tarixi | 31 mart 2008, AzTV |
Filmin növü | tammetrajlı sənədli film |
Müddət | 78,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Texniki məlumatlar |
DvCam video formatı ekran ölçüsü 4x3 iki səs kanalı stereo olan rəqəmli daşıyıcı |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur.
Filmdə Rusiya Dövlət Foto-Kino Arxivindən, Azərbaycan Dövlət Foto-Kino Sənədlər Arxivindən, Gürcüstan Dövlət Arxivindən, Türkiyə Cümhuriyyəti Baş Nazirlik Arxivindən, Osmanlı Arxivlərindən, "Sarı Gəlin" türk sənədli filmindən materiallar, həmçinin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən, eləcə də türk etnik musiqisindən parçalar və "Fətəli xan" filmindəki kadrlardan istifadə edilmişdir.
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyası tərəfindən aparılan iki ilə yaxın araşdırma nəticəsində ərsəyə gəlmişdir. Çəkilişlər 2007-ci ilin əvvələrindən başlamışdır. Çəkilişlər 1 il çəkmişdir.
Film osmanlı və azəri türkcəsində ərsəyə gəlmişdir.
Filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən işıq üzü görməyən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində yatan, bu məsələni araşdıran tarixçilərin heç vaxt görmədiyi unikal kinolentlər ekrana gətirilmişdir. Bütün bunlarla bərabər tanınmış tarixçilər də filmdə öz sözünü deyir. Türkiyə, Amerika, Ukrayna, Gürcüstan və Azərbaycanın alimləri qoyulmuş problemin ətrafına faktlar düzərək sanki filmdə canlanan tarixi xronologiyanın səlnaməçiləri kimi iştirak edirlər.
Titrlər: Titrlərdə mətni oxuyan aktyor Sabir Məmmədovun adı Sabir Əliyev kimi göstərilmişdir.
1917-ci ilin dekabrında Qafqazdakı rus ordusu cəbhəni özbaşına tərk etməyə başlamışdı. Dekabrıln 18-də Ərzincanda barışıq aktı imzalandı. Bu barışıqdan sonra rus qoşunları işğal etdiyi ərazilərdən geri çəkilməyə başladılar. Fəqət yolboyu müsəlmaan əhalisinə vəhşicəsinə divan tutur kəndləri yerlə-yeksan edirdilər.