Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçdişli kudraniya
Üçdişli maklyura
Üçdişli maklyura (lat. Maclura tricuspidata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Asiyadır. Formaca tuta, dadına görə isə bir az xurmaya bənzəyən şirin, yeməli meyvələrinə görə yetişdirilir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan ikievli, yarpağıtökülən ağacdır. Yarpaqları xırda, açıq sarımtıl-yaşıl rənglidir. Meyvəsinin diametri 2,5-5 sm, yetişdikdən sonra qırmızı və ya tünd qırmızı rəngdə olur, lətli, çox çəyirdəklidir. Toxumları xırda, qəhvəyi rəngdədir. Meyvələri noyabrda yetişir. == Ekologiyası == Yarımkölgədə, gilli, qumlu torpaqda və günəşli yerdə bitir.
Üçdilim dağrazyanası
Hündürlüyü 50-150 sm, gövdəsi əsasında kökətrafı yarpaqların ölmüş qalıqlarından ibarət tünd nazik lifli qın geyinmişdir, düz, silindrik, nazik şırımlı, göyümtül rəngdədir, orta hissəsindən yuxarısı budaqlanmış çoxillik çılpaq ot bitkisidir. Kökü qalındır. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaq üzərindədir; yarpaq ayası üçər olub, iki-üç dəfə yarıya bolünmüşdür; hissələri iridir, uzunluğu 2,5-5 sm-dir, enli yumurtaşəkillidir, qaidə hissəsi ürəkşəkillidir, bütövdür, 3 bölümlüdür, kənarları seyrək və iri dişlidir; yuxarı yarpaqları oturaq, uzun şiş qınlıdır, daha az bölünmüşdür. == Çiçək == Çətirləri uzunluğu (bar verən zaman) 8-12 sm olan (10) 15-20 ədəd uzunluğuna görə eyni olmayan şüalara malikdir. Ləçəkləri ağ rəngdədir. Qını 1-5 ədəd neştərvari tökülən yarpaqcıqlardan ibarətdir və ya yoxdur. == Meyvə == Meyvələrinin uzunluğu 7–8 mm, eni 4 mm-ə yaxındır. == Çiçəkləməsi == May-İyul == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.dağ. (Şahbuz r.) Orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə və kolluqlarda rast gəlinir.
Dişli balinalar
Dişli balinalar (lat. Odontoceti)— balinakimilər dəstəsindən suda yaşayan məməlilər yarımdəstəsi. Uzunluğu 1,2 m-dən 20 m-ə qədərdir. Dişsiz balinalar-dan fərqli olaraq 1-dən 240-dək dişi olur. Başının təpə hissəsində bir burun dəliyi var. Alt çənə qısa olub ön tərəfdən bitişmişdir. Dişli balinalar oriyentasiyanı exolokasiya ilə təyin edir. Hava kisələri sistemi olan exolokasiya aparatının yaranması kəllənin asimmetriyasına səbəb olmuşdur. Dişli balinalar çox yaxşı eşidir və səs siqnallarını qəbul edir. Burun kanalı ilə əlaqədar olan səs orqanı yaxşı inkişaf etmişdir.
Dişli quşlar
Dişli quşlar (lat. Odontornithes, yaxud lat. Odontognathae) — sistematik vəziyyətli tam aydın olmayan təbaşir quşları. Kəlləsinin quruluşu onları müasir quşlara yaxınlaşdırır, lakin dişlərin və kəllənin ön hissəsində pulcuğ örtüyün olması ilə fərqlənir. Hesperornislərə və İxtiornislərə bölünür. Birincilərə uçma qabiliyyəti olmayan iri (180 sm-dək) su quşları, ikincilərə isə (25 sm-dək) qarğaları xatırladan uçan quşlar daxildir. Dişli quşlar Şimali Amerika və Avropanın Təbaşir dövrü çöküntülərindən tapılmış, çənələrində dişləri olan nəsli kəsilmiş quşlar yarımdəstəsi. Bəzi alimlər dişli quşları müasir və ya "yeni quşlar" (Neornithes) yarımsinfinə daxil edirlər. == Həmçinin bax == Quşlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır. == Botaniki təsviri == 1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Dişli çarx
thumb|Dişli çarx ilişməsi Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.
Dişli pirakanta
Dişli pirakanta (lat. Pyracantha crenulata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Asiya və Hindistandır. == Botaniki təsviri == Hündürlüyü 4–6 m olan, tikanlı, dağınıq budaqlı, həmişəyaşıl və ya yarım həmişəyaşıl koldur. Yarpaqları növbəli, neştərvaridir, uzunluğu 2–5 sm, kənarları dişli, çılpaq, üstü parlaq yaşıl rəngli, qısa saplaqlıdır. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağ rənglidir, mürəkkəb qalxanvari çiçək qrupunda yerləşir. Meyvələri xırda, alma şəkilli, qırmızı və ya narıncı rənglidir, oktyabr-noyabr aylarında yetişir. Toxumla çoxaldılır. Bitkini budadıqda müxtəlif forma vermək olur.
Dişli ölməz kol
Üçbaşlı qartal
Üçbaşlı qartal, saxa və dolqan folklorunda Öksökö (saxa Өксөку) — üç ayrı başa malik qartal ilə təsvir edilmiş mifik və heraldik quş. == İstifadəsi == === Dində === Üçbaşlı qartal apokrifik Yezdranın üçüncü kitabında, baş kahin Yezdranın yuxusunda təsvir edilmişdir. === Folklorda === Çeçenistan folklorunda üçbaşlı qartal fiqurları hansısa bir qəhrəman tərəfindən öldürülən düşmən bədheybətlər kimi təsvir edilib. Personaj saxa və dolqan folklorunda "Öksökö" adlanır. Evenklərin "Toroqonay" əfsanəsində üçbaşlı qartal baş qəhrəmanın yoldaşı olur. === Heraldikada === Üçbaşlı qartal fiquru "Moness kodeksi" (təx. 1300-cü il) əsərində minnesanqer Reynmar fon Tsveterin (təx. 1200–1248-ci illər) gerbində verilib. Konrad Qrünenberqin (1492-ci il) armorialında üç ayrı başa sahib bir Reyxzadlerin təsviri var. Üçbaşlı bir quş fiquru 1530-cu illərdə orta aşağı alman dilində yazılmış "Günəşin parıltısı" əlyazmasında da təsvir edilmişdir.
Bazunun üçbaşlı əzələsi
Triseps - qolun arxasında yerləşən əzələ. Qolun üç başı əzələsi olaraq da adlanır. Triseps dirsəyə bağlı əzələdir və dirsəyin hərəkət etdirilməsində böyük rola sahibdir.