Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ülgüc
Ülgüc (Ağsu)
Üngüd
Üngud — Germinin Bəxşlərindəndir.
Henlon ülgücü
Henlon ülgücü - Bir hadisəni açıqlayan zaman həqiqətə uyğun olmayan izahatları istisna etməyi məsləhət bilən deyimdir. Axmaqlığın səbəb olduğu bir şeyi hiyləgərliyin ayağına yazma. Bu deyim Robert Henlonun adı ilə bağlıdır. Eyni ideyanı daşıyan deyimlər daha əvvəl də mövcud olmuşdur.
Hitçens ülgücü
Hitçens ülgücü (ing. Hitchens's razor) — yazıçı Kristofer Hitçens tərəfindən ifadə edilən epistemoloji ülgücdür və iddianın həqiqiliyinə dair sübut yükünün iddianı irəli sürənə aid olduğunu ifadə edir. Bu öhdəlik yerinə yetirilmirsə, iddia əsassızdır və iddianın opponentlərinin onu rədd etməsi üçün daha çox müzakirəyə ehtiyacları yoxdur. Hitçens ülgücü "Dəlil olmadan iddia edilə bilən, dəlil olmadan rədd edilə bilər" şəklində ifadə etmişdir. == Mənşə == Jurnalist, müəllif və məşhur ateist Kristofer Hitçens in adını daşıyan konsepsiya, Okkkamın ülgücünə bənzəyir. Ülgüc Hitçensin 2007-ci ildə nəşr olunan Tanrı Böyük deyil: Din Hər Şeyi Necə Zəhərləyir adlı kitabında yer alır. Fövqəladə olmayan iddialara belə baş vurmaq yerinə, Saqan standartından ("Fövqəladə iddialar fövqəladə dəlil tələb edir") daha güclü bir mövqe tələb edir. Ülgüc 19-cu əsrdə istifadə olunan quod grātīs asseritur, grātīs negātur (sübutsuz iddia olunan, sübutsuz rədd edilə bilər) latınca atalar sözü ilə müqayisə edilmişdir. == Həmçinin bax == İblislərlə dolu dünya.
Okamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Okhamın ülgücü

Okkam ülgücü

Ülgüc — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində kənd.
Ülgüc (fəlsəfə)
Ülgüc — fəlsəfədə prinsipdir, hansı ki, müxtəlif fenomenlər üçün azehtimallı izahatları nəzərə almamağa ("qırxmağa") icazə verir. Ülgüclərin nümunələri: Okkam ülgücü: Bir-birinə zidd fərziyyələr toqquşanda daha az sayda fərziyyələrə əsaslananı seçmək lazımdır ki, bu onun yoxlanmasını sadələşsin. "Ehtiyac olmadan müddəaları artırmaq lazım deyil." Henlon ülgücü: "“Axmalqlığın nəticəsi kimi izah oluna bilən şeyləri bəd niyyətlə izah etməyin." Hitçens ülgücü: Sübutsuz iddia olunan məsələ, sübutsuz da rədd oluna bilər. Mayk Alder ülgücü: Əgər nəyisə eksperiment və ya müşahidə yolları ilə müəyyənləşdirmək olmursa, onda o, müzakirələrə layiq deyil. Popperin saxtalaşdırma prinsipi: Nəzəriyyə elmi hesab olunması üçün saxtalaşdırılmalıdır. Ayn Rand ülgücü: Xüsusi ehtiyac olmadan müddəalar artırılmamalıdılar və nəticə kimi müddəalar ehtiyac olmadan birləşdirməməlidilər. Saqan standartı: Fövqəladə iddialar fövqəladə sübut tələb edir.
Ülgüc bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Ülgüc üzərində qaçan
Ülgücün üzəri ilə qaçan (ing. Blade Runner) — elmi fantastika janrında çəkilmiş 1982-ci il istehsalı film. Ridley Scottun 4-cü filmidir. Film Filip Dikin "Do Androids Dream of Electric Sheep?" adlı hekayəsi əsasında çəkilmişdir.
Uluru
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Uyğur
Uyğurlar — Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin] Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir. Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub. ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar.
Ülgüc üzərində qaçan 2049
Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — rejissoru Deni Vilnöv olan, əsas rolları Rayan Qoslinq, Harrison Ford və Ana de Armasın canlandırdığı, 2017-ci ildə neo-noir elmi fantastika janrında çəkilmiş ABŞ filmi. 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Filmdə Rayan Qoslinqin ifa etdiyi "blade runner" olaraq çalışan K adlı obraz missiyalarından biri zamanı cəmiyyət və insanlığın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır. “Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsinə dair danışıqlar 1990-cı illərdə başlamışdır. Lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane olub. Endü Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın almışdırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Deni Vilnövə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə "Alcon Entertainment" və "Sony Pictures" tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub.
Olqerd Kriçinski
Olqerd Kriçinski, Olqerd Nayman Mirzə Kriçinski (polyakca:Olgierd Najman-Mirza-Kryczyński, 22 oktyabr 1884, Vilnüs – 2 iyun 1941, Smolensk) — ictimai və siyasi xadim, Krım Tatar Milli Azadlıq hərəkatının iştirakçısı, Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinin müavini və diplomatı. Vilnüs məhkəməsinin prokurorəu, 1932-ci ildən Varşava Ali Məhkəməsinin prokuroru, Polşanın Tatar Mədəniyyət və Təhsil Birliyinin rəhbəri olmuşdur. Məşhur Lipka tatarı, polyak, Azərbaycan ictimai və dövlət xadimi, tarixçi, jurnalist Aslan bəy Kriçinskinin qardaşıdır. Kriçinskilərin əcdadı Nayman bəy 1410–1411-ci illərdə Qızıl Ordu xanlığından çıxmış Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Olqerd bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslanın həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur. 1908-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra, Vilnüsa gələrək burada məhkəmə orqanlarında çalışmışdır. Tələbəlik dövründə Peterburq Universitetində Müsəlman Tələbələr Birliyini yaradmışdır.
Siqurd Erikson
Siqurd Erikson (26 mart 1888 – 18 fevral 1968) — isveç etnoqrafı. "Folk-Liv" (azərb. Xalq hәyatı‎), "Ethnologia Europaea" (azərb. Avropa etnologiyası‎), "Laos" kimi məşhur etnoqrafik jurnallarının təsisçisi. Avropa etnoqrafiyasında təsviri və nəzəri metodlar arasındakı uyğunsuzluğun aradan qaldırılmasına yönəlmiş məktəbin yaradıcısıdır. Avropa etnoqrafları birliyinin, Beynəlxalq Xalq İncəsənəti və Ənənələri Komissiyasının rəhbəri olmuşdur.
Siqurd Raqnarsson
Siqurd Gözündə-ilan (IX əsr, Danimarka – 891, Danimarka) — Raqnar Lodbrokun oğullarından biri. Danimarkanın ilk kralı. Siqurd Raqnar Lodbrokun və Aslauqun oğlu idi. Göz bəbəyi öz quyruğunu yeyən ilana bənzədiyi üçün bu ləqəbi almışdır. Haqqında az məlumat vardır. Raqnarın ölümündən sonra Danimarka adaları onun payına düşmüşdü. Müqəddəs Roma imperiyası hökmdarı I Arnulf tərəfindən Leyven döyüşündə 891-ci ildə öldürülmüşdü. Nortumbriya kralı Aellanın edamından sonra onun qızı ilə evlənmişdi. Övladları: Aslauq Siqurdsdatter — Ringerikeli İti Helqi ilə evlənmişdi. I Hardeknut — Danimarkanın II kralı.
Ənqurd (Germi)
Ənqurd (fars. انگورد‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (6 ailə).
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Uyğur Dövləti
Uyğur xaqanlığı — 744–842-ci illər arasında mövcud olan Türk dövləti. Göytürk dövlətinin idarəçi zümrəsi olan Aşina ailəsinin dövləti dağıldığı anlarda uyğurların "əryin" deyilən rəhbərləri kiçik bir bəylik qurmuşdular. 630-cu ildə əryin olan Pusa son Şərqi Göytürk xaqanlığı xaqanı Kielinin oğlunun idarə etdiyi bir ordunu məğlubiyyətə uğratdı. Göytürk Dövlətinin müstəqilliyi itirdiyi 50 illik dövrdə, uyğurlar Doqquz Oğuz boylarını da tamamilə öz himayələrinə götürərək Tula Çayı sahilində bir bəylik qurdular. Çin tərəfindən dərhal tanınan Uyğur bəyliyi, Altay dağlarını da aşaraq Qərb Göytürk qolu olan On Oxlar ərazisinə daxil olacaq qədər güclənmişdi. Lakin Aşina ailəsindən Kutluq Xaqanın (İltəriş xaqan) 681-ci ildə Göytürk elini təkrar bir yerə toplaması nəticəsində uyğurlar, Göytürk birliyinə qatıldılar. Daha sonra uyğurlar və Doqquz Oğuz Boyları, Göytürklərin çöküşündə əhəmiyyətli rol oynadılar. Orxon-Yenisey abidələrində onların qiyamları haqqında xeyli çox məlumat var. Məsələn dövlətin ən güclü xaqanı olaraq gözə dəyən Qapağan xaqan Doqquz Oğuz boylarından Bayırkuların pusqusunda öldürülmüşdür. Göktürk Dövlətinin çöküşü zamanı, 740-cı illərdə Uyğurlar Göytürklərin əleyhinə yenidən gücləndilər.
Uyğur Dövlətı

Uyğur Türkcəsi
Uyğur və ya Uyğur dili – (/ˈwiːɡər/; ئۇيغۇر تىلى, Уйғур тили, Uyghur tili, Uyƣur tili or ئۇيغۇرچە, Уйғурчә, Uyghurche, Uyƣurqə; əvvəllər Şərqi Türk kimi tanınırdılar), Qərbi Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı 10–15 milyon Uyğur xalqının danışdığı, bir türk dilidir. Uyğur dili Altay dilləri ailəsinə aiddir. Həmçinin, Çində, Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə və Rusiyada yaşayan uyğurların ana dilidir. Uyğur dili Sintszyan-Uyğur Muxtar Rayonunun rəsmi dilidir və həm sosial, həm rəsmi sahələrdə, həm də çap, televiziya və radioda geniş istifadə olunur və Sintszyanda digər etnik azlıqlar tərəfindən ortaq bir dil kimi də istifadə olunur. Uyğur dili, Özbək dili kimi, digər dilləri də əhatə edən Türk dili ailəsinin Karluq qrupuna məxsusdur. Bir çox türk dilləri kimi, Uyğur dili də ahəng qanunu və aqqlütinasiya, əskikliyi isim sinifliyi və ya qrammatik çoxluğu yoxdur və fel söz sırası ilə solda qalan bir dildir. Daha aydın uyğur dili proseslərinə, xüsusilə də şimal ləhcələrində sait azaldılması və umlauting daxildir. Digər türk dillərinin təsiri ilə yanaşı, uyğur dili tarixən ərəb və fars, son zamanlar isə rus və mandarin çinləri tərəfindən güclü təsirə məruz qalmışlar. Dəyişdirilmiş ərəb mənşəli yazı sistemi Çində ən çox yayılmış və yeganə standartdır, digər yazı sistemləri köməkçi və tarixi məqsədlər üçün istifadə olunur. Əksər ərəb mənşəli yazılardan fərqli olaraq, Uyğur dili ərəb əlifbasında 20-ci əsrdə hazırlanmış orijinal Fars-Ərəb yazısına edilən dəyişikliklər səbəbindən bütün saitlərin məcburi işarələnməsi var.
Uyğur Türkləri
Uyğurlar — Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin] Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir. Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub. ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar.
Uyğur diasporu
Uyğur diasporu (uyğ. ئۇيغۇر دىئاسپورا) — Şərqi Türküstandan kənarda yaşayan uyğur icmaları. 2018-ci ildə Sincan əhalisi 24,87 milyon təşkil edirdi ki, bunun da 12,72 milyonu uyğurlardır. Uyğur diasporunun ümumi sayı bir neçə milyondur. Bütün Şərqi Türküstanda yaşayan uyğurların dispor, yoxsa sərhədyanı xalq olması məsələsi elm adamları arasında müzakirə edilir, lakin uyğurların rəsmi sənədlərində onlar məhz diaspor adlandırılır. Uyğur diasporunun xüsusiyyəti konsolidasiya və yığcam yaşayışdır. Əslində, uyğurların yığcam məskunlaşdıqları yer əvvəlcə Çindəki münaqişədən sonra uyğurların ardıcıl dalğalarının qaçdığı Sincan idi. Əks tendensiya da müşahidə olunur. Hətta ərəb ölkələri belə Çinlə münasibətləri korlamağa cəsarət etmədiklərinə görə uyğur miqrantları Sincan separatizmini dəstəkləmək motivi ilə Çinə ekstradisiya edilir.
Uyğur dili
Uyğur və ya Uyğur dili – (/ˈwiːɡər/; ئۇيغۇر تىلى, Уйғур тили, Uyghur tili, Uyƣur tili or ئۇيغۇرچە, Уйғурчә, Uyghurche, Uyƣurqə; əvvəllər Şərqi Türk kimi tanınırdılar), Qərbi Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı 10–15 milyon Uyğur xalqının danışdığı, bir türk dilidir. Uyğur dili Altay dilləri ailəsinə aiddir. Həmçinin, Çində, Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə və Rusiyada yaşayan uyğurların ana dilidir. Uyğur dili Sintszyan-Uyğur Muxtar Rayonunun rəsmi dilidir və həm sosial, həm rəsmi sahələrdə, həm də çap, televiziya və radioda geniş istifadə olunur və Sintszyanda digər etnik azlıqlar tərəfindən ortaq bir dil kimi də istifadə olunur. Uyğur dili, Özbək dili kimi, digər dilləri də əhatə edən Türk dili ailəsinin Karluq qrupuna məxsusdur. Bir çox türk dilləri kimi, Uyğur dili də ahəng qanunu və aqqlütinasiya, əskikliyi isim sinifliyi və ya qrammatik çoxluğu yoxdur və fel söz sırası ilə solda qalan bir dildir. Daha aydın uyğur dili proseslərinə, xüsusilə də şimal ləhcələrində sait azaldılması və umlauting daxildir. Digər türk dillərinin təsiri ilə yanaşı, uyğur dili tarixən ərəb və fars, son zamanlar isə rus və mandarin çinləri tərəfindən güclü təsirə məruz qalmışlar. Dəyişdirilmiş ərəb mənşəli yazı sistemi Çində ən çox yayılmış və yeganə standartdır, digər yazı sistemləri köməkçi və tarixi məqsədlər üçün istifadə olunur. Əksər ərəb mənşəli yazılardan fərqli olaraq, Uyğur dili ərəb əlifbasında 20-ci əsrdə hazırlanmış orijinal Fars-Ərəb yazısına edilən dəyişikliklər səbəbindən bütün saitlərin məcburi işarələnməsi var.
Uyğur ehramları
Uyğur ehramları — Çində gizlədilən türk ehramları əslində kurqanlardır. Çin kurqanların araşdırılmasını qadağan edib. "Ağ ehram" (və ya Türk ehramı) adlandırılan kurqanın dünyanın bütün ehramlarından hündür olduğu təxmin edilir. Çin hakimiyyətindəki Şərqi Türkistan sərhədləri daxilində, Sian şəhərindən 100 km məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəddən çox ehram ilə yanaşı, 300 metr hündürlüyündə "Ağ ehram" adlandırılan nəhəng tikinti var. Bəzi iddialara görə, bu ehramların mövcudluğu Qərb elm adamlarına öncədən də məlum olub. "Elm xəbərləri"("Science News") qəzeti İkinci dünya müharibəsi illərində ehramlar haqqında belə bir yazı yayımlayıb: "Bölgədəki ehramlar palçıq və torpaqdan hazırlanıb. Misir ehramlarından çox kurqanlara bənzəyir və bölgə hələ kəşf edilməyib". Bölgədəki amerikalı alimlər Ağ ehramın 300 metr hündürlükdə olduğunu bildirirlər ki, bu, Misir ehramlarından iki dəfə ucadır. Bir nəzəriyyəyə görə, Mu qitəsinin mövcudluğu zamanı qitədə çox təkmilləşmiş bir mədəniyyət hökm sürüb. Bu mədəniyyət qitənin yox olması ilə Cənubi Amerika və Asiyaya yayılan mədəniyyətin bir-birinə bənzəyən texnikadan istifadə ilə tikintilərdə davam edib.
Uyğur mətbəxi
Uyğur mətbəxi (uyğ. ئۇيغۇر تائاملىرى)— Türk xalqlarından biri olan Uyğurların ənənəvi yeməkləri. Uyğur mətbəxi dünyanın ən böyük və zəngin mətbəxlərindən biridir. Uyğur mətbəxi öz unlu yeməkləri və çeşidli ədviyyatların geniş istifadəsi ilə də seçilir. Uyğurlardakı yemək və içmək adətləri Sincan bölgəsinin tarixi ipək yolu üstündəki yerləşimi, Sincanın iqlim və coğrafiya baxımından özəllikləri və Uyğurlardakı islami dini tərəfindən əməl elədiklərindən şəkilləndirir. İpək yolunda bir çox fərqli koltorun alışverişinə imkan yaratmasıyla Uyğur mətbəxi başqa Orta Asiya, Ön Asiya, Ortaşərq və Şərq Asiya mətbəxlərində var olan ünsürləri də özündə içərir. Plov, lagman və samsa kimi yayğın Uyğur yeməkləri bu əski koltor alışverişini göstərir. Uyğur mətbəxinin özəlliklə Özbək mətbəxi kimi Orta Asiya mətbəxləri ilə paylaşdığı bənzərliklər çox bəlli; ayrıca Çin İslam mətbəxi ilə paylaşdığı bir çox ortaq nöqtəsi mövcüddür. Uyğur mətbəxindəki təməl yemək maddələri çörək (uyğ. نان nan) və əriştə (uyğ.
Uluru şəlaləsi
Ümumi məlumat -Uluru (Ayers Rock Fall) dünyanın ən məşhur və tanınmış iri qaya birləşmələrindən biridir.. Ulurunun 600 milyon ildən çox yaşı var ki, bu da onu bu gün mövcud olan ən qədim qayalardan birinə çevirir. İqlimi -Ərazinin iqlimi ilə əlaqədar olaraq, həmin ərazidə ildə cəmi bir neçə dəfə yağış yağır. Lakin yağış yağmağa başlayanda gözəl mənzərəni izləmək şansı olanlar, onun gözəlliyinə heyran qalırlar. Hər fırtınadan sonra qayanın zirvəsindən böyük miqdarda su axaraq kiçik şəlalələrin illüziyasını yaradır. Bundan əlavə, qaya yağışla islandıqdan sonra onun rəngi bozdan müxtəlif qırmızı, tünd qırmızı və qəhvəyi çalarlarına çevrilir. Təəssüf ki, şou uzun sürmür, ona görə də hər dəfə bu baş verəndə turistlər şəkil çəkdirməyə və tədbirdən həzz almağa tələsirlər. Onların əksəriyyətinin iddia etdiyi kimi, bu, unudulmaz bir təcrübədir, çünki qayanın dibinə axan onlarla nazik görünən şəlalələr var. Ayers qayasına çatmaq üçün ən yaxın böyük şəhər olan Alice Springsdən 300 kilometrdən çox məsafə qət etmək lazımdır və yağış başlamazsa, ərazidə həddindən artıq temperatur 40 dərəcə Selsiyə çata bilər. Ancaq buna baxmayaraq, qaya divarları, nadir bitkilər və hətta petroqliflər kimi yerli heyvanlar sayəsində buranı ziyarət etməyə gələn turistlərin sayı durmadan artır.