Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Sunami
Sunami — yaponca "津波" (つなみ) sözündən olub, liman dalğası və ya nəhəng dalğa deməkdir, okean və ya dəniz dibində zəlzələ, meteorit düşməsi, dənizin altında nüvə partlayışları, vulkan püskürməsi ilə əlaqədar döşəmənin çökməsi, yerin yerdəyişməsi kimi tektonik hadisələr nəticəsində dənizə keçən enerji nəticəsində yaranan uzunmüddətli dəniz dalğalarıdır. Bundan əlavə, qasırğalar sunamilərə də səbəb ola bilər. Sunamilərin 80%-i Sakit Okeanda baş verir. Yunan tarixçisi Fukidid “Peloponnes müharibəsinin tarixi” kitabında sunamilərin sualtı zəlzələlər nəticəsində baş verdiyini irəli sürmüşdür. Fukidid bu təklifi irəli sürən ilk şəxs kimi tanınsa da, sunaminin baş verməsi haqqında 20-ci əsrə qədər çox şey məlum deyildi. İlk geoloji, coğrafi və okeanoqrafik sənədlər sunamiləri “seysmik dəniz dalğaları” adlandırırdı. Sunami dalğaları adi sualtı cərəyanlar və ya dəniz dalğaları kimi deyil, çünki onların dalğa uzunluqları daha uzundur. Sunamilər adətən dalğa qatarı adlanan dəqiqələr və saatlar arasında dəyişən dövrlərdə bir sıra dalğalardan ibarətdir. Böyük hadisələrlə on metrlərlə dalğalar baş verə bilər. Sunamilərin təsiri sahilyanı ərazilərlə məhdudlaşsa da, onların dağıdıcı gücü böyük ola bilər və bütün okean hövzələrinə təsir edə bilər.
Subaşı
Subaşı və ya sübaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Türk dilində "sü" sözünün mənası əsgər, ordu deməkdir. Orxon kitabələrində "sü begi" formasında işlədilmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və ordunu idarə etmək üçün "sü başlamaq" ifadəsindən istifadə edirdilər. Qutadqu Bilikdə "sübaşlar er", "sübaşçısı" və "sübaşlar adamı" kimi işlədilmişdir. Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlar, Anadolu Səlcuqları və Osmanlı imperiyası dövründə ərəb və fars dillərində müvafiq olaraq "sahibü'l ceyş" və "sipehsalar" kimi işlənən sözlərdən, eyni zamanda da türk dilindəki "subaşı" sözündən istifadə edilmişdir.Səlcuq bəyin titulu da subaşı olmuşdur. Subaşı və buna oxşar sözlərin işlədildiyi bütün türk dövlətlərində, bu mövqe dövlətin adət-ənənələrinə və şərtlərinə görə dəyişsə də, subaşı olmaq təbii olaraq son dərəcə vacib bir vəzifə hesab edilirdi. Subaşı vəzifəsinə təyin olunacaq şəxslərdə təbii olaraq bir sıra xüsusi xüsusiyyətlərin olması vacib hesab edilirdi. Bunlar arasında hərbi məsələlərdə, xüsusilə də hərbi taktikalarda təcrübəli olmaq, cəsarətli, cəsur, səxavətli, ləyaqətli, təvazökar, özünəməxsus siyasi və strateji baxışların olması, adət-ənənələrə sadiqlik, qələm və silahdan istifadə də bacarıqlı olmaq, elm və hikmət sahibi olmaq kimi geniş xüsusiyyətlər nəzərdə tutulurdu. Osmanlı imperiyasının birinci dövrlərində subaşı olmaq şəhərin mühafizə qüvvələrinin komandanı olaraq, qazı və dizdarın təyin edilməsi ilə bərabər bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
İşıq şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Avropa Şurası
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir. İngilis və Fransız dilləri iki rəsmi dildir. == Şuranın orqanları == Avropa Şurasının aşağıdakı strukturları vardır: Nazirlər Komitəsi; Parlament Assambleyası (AŞPA). Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür: Avropa İnsan Haqları Məhkəməsi; İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi Nazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir. Digər vacib Şura orqanları bunlardır: Baş katibin rəhbərlik etdiyi Katiblik; Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı); Avropa İnsan Hüquqları Komissarı. == İdarəçilər == İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10–12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Mediasiya Şurası
MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu. == Funksiyaları == Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir; mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir; mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır; mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir; mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir; üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür; mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır; mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir; mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir; mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır; intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir; mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır. Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir. == İdarəetmə == == Üzvləri == Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir. === Mediator === Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir. Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Türk Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Xorvatiya kunası
Kuna (xorv. kuna) — 1941–1945 ci illərdə və 30 may 1994-cü ildən Xorvatiyanın pul vahididir Beynəlxalq kod sistemində ISO 4217 — HRK. Valyutanın adı slavyanların əsas pul vahidləri ilə tarixən bağlıdır Yuqoslaviyanın işğalından və 1941-ci ildə Xorvatiya Müstəqil dövlətinin yaradılmasından sonra xorvatiya kuna banknotların və sikkələrin buraxılışına başlanmışdır, kuna = 100 banis. 1945-ci ildə, azad olmadan sonra, xorvatiya kuna üçün Yuqoslaviya dinarına mübadilə edirdi: 40 kuna = 1 dinar. Xorvatiya Respublikasının kunası 30 may 1994-cü il xorvat dinarının əvəzinə daxil edilmişdi.. Müəyyən edilmiş mübadilə məzənnəsi — 1 KUNA = 1000 xorvat dinarı. Mübadilə 1994-cü ilin 30 mayından 30 iyun 1995 il üzrə həyata keçirilirdi. Yeni valyutaya keçid 1 iyul 1995-ci ildə qurtardı. Hazırda Xorvatiyada sikkələr dövriyyədə nominal dəyəri 1, 2, 5, 10, 20, 50 lip və 1, 2 və 5 kun var. Bimetallizm xatirə sikkələri, 25 kun vaxtaşırı buraxılır. Sikkələr 1993-cü ildən başlayaraq hər il buraxılır, tək buraxılış illərinin sikkələrinin orada təsvir edilmiş obyektin xorvat adı , və cüt buraxılış illərinin sikkələrində — latınca adı göstərilmişdir.
Azərbaycan Şurası
Azərbaycan Şurası və ya Əncüməni Azərbaycan — İran İslam İnqilabı zamanı Cənubi Azərbaycanda yaradılmış və İrandakı Azərbaycan türkləri üçün geniş muxtariyyət istəyən siyasi təşkilat. == Tarixi == İnqilabın gətirdiyi nisbi rahatlıq dövrü zamanı Təbriz əsas olmaqla bir çox təşkilatlar və Azərbaycan türkcəsində mətbuat orqanları meydana çıxdı. Cənubi Azərbaycana aid qurulmuş mühüm təşkilatlardan biri də Əncüməni Azərbaycan idi. Əncümənin çap edilmiş proqramında "Azərbaycanın milli dilinin və mədəniyyətinin" tanınmasını, Azərbaycan türkcəsində növbəti tədris ilindən etibarən məktəblərin və media orqanlarının yaradılmasını, habelə bu dilin rəsmi qurumlarda, məhkəmələrdə istifadəsinin rəsmi olaraq qəbul edilməsini tələb edirdi. Əncümən daha da irəli gedərək rəsmi Tehranla konfederasiya əlaqəsində olmağı tələb edirdi. Rəsmi olaraq yalnız regional muxtariyyət tələb edilsə də, Əncümən bütün inzibati, mədəni, hüquqi, iqtisadi və hətta təhlükəsizlik məsələlərinin yerli nümayəndələrdə və şuralarda olmasını istəyirdi. Tələbə əsasən bu şuralar və təmsilçilər yerli xalq tərəfindən seçilməli idi. İslam İnqilabından sonrakı ilkin dövrdə bir çox Azərbaycan siyasətçiləri və ziyalıları İslam Respublikasının yeni konstitusiyasında, Yazıçılar Birliyi kimi bir çox ictimai qurumların nizamnamələrində və bir çox mövcud İran siyasi hərəkatları daxilində etnik azlıqların dil hüquqlarının təmin edilməsində fəal iştirak etmişlər. Yeni İran konstitusiyasının XV maddəsinin yerli və milli dillərin mətbuatda və məktəblərdə istifadəsinə rəsmi şəkildə icazə versə də, rejim bu maddənin reallıqda həyata keçməsinə icazə vermədi. Artıq Ali Dini Lider olmuş Ruhullah Xomeyni "İslamda fərqli dilləri danışan müsəlmanlar arasında fərq yoxdur" və "belə tələblər müsəlmanların birləşməsini istəməyən qüvvələr tərəfindən yaradılır deyərək buna qarşı çıxmışdı".
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya "lövbər valyutası" deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Ekspertlər şurası
Ekspertlər şurası (farsca: مجلس خبرگان رهبری, Rom: Meclis-i Hubregan-i Rehberi) İranın Ali Rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə onu vəzifəsindən azad edə bilən konstitusiya orqanıdır. Ekspertlər şurası səkkiz ildən bir birbaşa olaraq xalq tərəfindən seçilən səksən səkkiz ruhanidən ibarət bir orqandır. Ekspertlər şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması, üzvlərinin yarısının İranın Ali-Dini Rəhbəri tərəfindən təyin edildiyi Konstitusiyanın Mühafizə Şurası tərəfindən yoxlanılır və təsdiqlənir. Məhz buna görə də, şura bu günə qədər Dini Rəhbərə heç vaxt nəzarət etməmişdir. Ekspertlər şurasının hal-hazırkı sədri Əhməd Cənnətidir.
Subaşı (Altınova)
Subaşı — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə. Əhalisi 8,281 nəfərdir (2022). Kəndin adı Osmanlı bürokratiyasında bir titulu olan subaşına aiddir. Şəhərin sakinləri əsasən 1935-ci ildə Rumıniyanın Dobruca və Dəliorman bölgəsini tərk etmiş türk, tatar və qaqauz köçkünlərdir. Qəsəbə 1992-ci ildə qəsəbənin mərkəzi elan edilmişdir. 1999-cu ildəİzmitdə baş verən 7,6 bal gücündə zəlzələdə əziyyət çəkmişdir.
Subaşı (dəqiqləşdirmə)
Subaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Subaşı (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə.
Elrond Şurası
"Elrond Şurası" — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının 2-ci kitabının ikinci fəsli. Bu, təxminən 15,000 sözdən ibarət həmin kitabdakı ən uzun fəsildir və Tək Üzüyün gücünü və təhlükəsini izah etmək, Üzük qardaşlığının son üzvlərini tanıtmaq və onu məhv etmək üçün planlaşdırılan axtarışı müəyyən etmək üçün vacibdir. "Göstər, demə" maksimindən fərqli olaraq, fəsil əsasən danışanlardan ibarətdir; hərəkət, əvvəlki "Keçmişin kölgəsi" fəslində olduğu kimi, əsasən sehrbaz Qandalf tərəfindən rəvayət olunur. Bu fəsil "Hobbit"dəki daha sadə Beorn fəsli ilə paraleldir, o da eyni şəkildə müasirin (hobbitin vasitəçiliyi ilə) qədim (qəhrəman Beorn) ilə mədəniyyət toqquşmasını təqdim edir.
Skandinav Şurası
Skandinav Şurası — skandinav ölkələri arasında rəsmi parlamentlərarası əməkdaşlıq təşkilatı. 1952-ci ildə təsis edilmişdir. Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçdən əlavə Farer adaları, Qrenlandiya və Aland adaları muxtar ərazilərindən 87 nümayədədən ibarətdir. Nümayəndələr öz ölkələrinin və yaxud ərazilərinin parlamentlərinin üzvüdür və bu parlamentlər tərəfindən seçilirlər. Şuranın rəsmi dilləri dan dili, fin dili, island dili, norveç dili və isveç dilidir. 1971-ci ildə şuranı tamamlamaq üçün hökumətlərarası forum olan Skandinav Nazirlər Şurası yaradılmışdır. Şura və Nazirlər Şurası Almaniyanın Şlezviq-Holşteyn əyaləti, Benilüks ölkələri və Baltik ölkələri də daxil olmaqla Şimali Avropadakı qonşu bölgələrlə müxtəlif əməkdaşlıqlar edir.
Cihad Şurası
Cihad Şurası — "Hizbullah"da qrupların hərbi və təhlükəsizlik fəaliyyətlərinə rəhbərlik etməkdən məsul şura. Bu həmçinin, təşkilatın müxtəlif mülki şöbələrinə əhəmiyyətli təsir göstərir və qruplaşmanın əsas himayədarı olan İran daxil olmaqla, xarici tərəfdaşlarla əlaqələr saxlayır. 1995-ci ildə yaradılan şura "Hizbullah"ın baş katibinin birbaşa nəzarəti altında fəaliyyət göstərir və "Hizbullah"ın Şurasına tabedir. Cihad Şurası İsrail ərazisi və Fələstin İdarəsi daxilində əməliyyatlar aparan, Livanda yaşayan fələstinliləri hərbi missiyalara cəlb edən və İsrail hədəflərinə qarşı fəaliyyətlər həyata keçirmək üçün Şərqi Avropada kəşfiyyat məlumatlarını toplayan 133-cü bölmə də daxil olmaqla, İsrailə qarşı fəaliyyətlərdə iştirak edir. Şuranın fəaliyyəti "Hizbullah"ın İsrailə qarşı və daha geniş regional kontekstdə fəaliyyətində onun strateji rolunu vurğulayır.
Körfəz Əməkdaşlıq Şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Bohemiya şüşəsi
Bohemiya şüşəsi (ing. Bohemian glass) — Şimali və Cənubi Çexiyada geniş yayılmış sənətkarlıq məmulatı. XIV–XV əsrlərdən məlumdur. XVI əsrin sonunda İmperator II Rudolfun saray ustası şüşənin oyma texnikasını kəşf etdikdən sonra Bohemiya şüşəsinin istehsalı sürətlə artdı. XVII əsrin II yarısında, barokko dövründə dərin təraşlama üsulu ilə işlənən Bohemiya şüşəsi Çexiya bülluru adı ilə istehsal olunurdu. XVIII əsrin əvvəllərində Bohemiya ustalarının ornamental və fiqurlu oymalarla naxış vurduğu şüşə məmulatlar Avropanın şüşə istehsalına təsir göstərdi. Müasir Bohemiya şüşəsi üçün, ənənəvi təraşlama və qravürovka üsulları ilə yanaşı, plastik ifadə formaları axtarışı, işıq, rəng və faktura obyektlərindən istifadəetmə səciyyəvidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Kleyn şüşəsi
Kleyn şüşəsi (alm. Kleinsche Flasche‎) – birağızlı, təküzlü şüşə. İlk dəfə 1882-ci ildə alman riyaziyyatçı Feliks Kleyn tərəfindən tərifi verilmiş və onun şərəfinə adlandırılmışdır. Kleyn şüşəsinin belə formada olmasının səbəbi qapalı səth olmasıdır. Buna görə də Kleyn şüşəsinin daxili səthi olmayıb, sadəcə xarici səthə malikdir. Birağızlı olduğu üçün içinə tökülən hər hansı maye yenə eyni açıqlıqdan töküləcəkdir. Möbius lenti üçölçülü şəkildə göstərilə bildiyi halda, Kleyn şüşəsi dördölçülü şəkildə göstərilir. Kleyn şüşəsinə baxarkən ona dördölçülü fəzada olan bir cismin üçölçülü fəzadakı əksi kimi baxmaq lazımdır. Yəni Kleyn şüşəsi dördölçülü fəzada mövcuddur.
Körpə şüşəsi
Körpə şüşəsı və ya Süd şüşəsi — ümumiyyətlə ana süd vermədiyi zaman və ya fincan kimi bir qabdan içə bilməyən uşaq üçün istifadə edilən bir şüşə. Süd şüşələri ümumiyyətlə anaya giriş olmadığı zaman istifadə olunur.
Münasib Mehdiyev
Münasib Məmmədov
Münasib Yusifov
Musa Şübari Zəncani
Seyid Musa Şübeyri Zəncani (d. 2.3.1928, Qum, İran) — İranlı ayətullah.
Şensi zəlzələsi (1556)
Şensi zəlzələsi — Yerdə tarixin ən dağıdıcı və ən dəhşətli zəlzələsi. Bu zəlzələ 1556-cı il yanvarın 23-də qeydə alınıb. O, Çinin Xua dağının ətrafında yerləşən Şensi şəhərinin yaxınlığında olub. Tarixin ən dağıdıcı zəlzələsi sayılan həmin yeraltı təkanın gücü 11 bala çatıb. Nəticədə Şensinin bir sıra rayonlarında 1 nəfər də olsun sağ insan qalmayıb. Ümumilikdə təbii fəlakət 830 min nəfərin həyatına son qoyub. Bu zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlərdən biri sayılır. Zəlzələ Şansi, Xenani, Qansu, Xebeya, Şanduna, Xubeya, Xunani, Tszyansu və Anhoya əyalətlərinin 97 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri məhv etdi və nəticədə, təqribən, 830.000 insan həlak oldu. O vaxtlar bu ərazilərdəki əhalinin böyük hissəsi meşəli təpələrin yamaclarında qurduqları qazmalarda yaşayırdırlar və zəlzələ baş verən zaman həmin qazmaların çökməsi həlak olanların sayının artmasına səbəb oldu. Geoloji məlumatlara əsaslanaraq alimlər bu zəlzələni 11 bal gücündə qiymətləndirirlər.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Şeyx Rüknəddin Məhəmməd Sücasi
Şeyx Rüknəddin Məhəmməd Sücasi o, Şeyx Rüknəddin Əbü’l-Qənaim Qənimət ibn Müfəzzəl Sücasi kimi də tanınır. (?-1211)—Azərbaycan alimi. Şeyx Rüknəddin Məhəmməd Zəncan vilayətinin Sücas qəsəbəsində doğulmuşdu. İbtidai təhsilini doğma yurdunda almışdı. XII-XIII əsrlərdə yaşamış fütuvvət şeyxi idi. O, Şeyx Qütbəddin Əbhərinin müridi və xəlifəsi olmuşdu. Şeyx Qütbəddin Əbhərinin mürşidi isə məşhur Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdi (öl. 1178) idi. Şeyx Rüknəddin Məhəmməd Sücasi "Sührəvərdiyyə" və "Əbhəriyyə" təriqətlərində mürid, sonra mürşid olmuşdu.Əkməlul-məayih Höccətüllah fi’l-xalq xəlifət-i Rəbbi’l-aləmin Qütbül-aləm Sultanul-arifin bürhanul-mühaqqiqin əbul-Qənaim Rüknül-millə vəddin əl-Sücasi kimi Şərqdə tanınmağa başladı. Şeyx Rüknəddin Sücasi Bağdadda yaşamış və buradakı "Dərəcə" xanəgahında mənəvi tərbiyə və irşadla məşğul olmuşdu.
Kunani
Kunani— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Kunani bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,746 nəfər və 734 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Kunaşir
Kunaşir adası (aynu. Кунашири — Чёрный остров, yap. 国後島) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinin ən cənub adası. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir. Aynca adanın adı Kunaşiri yəni Qara ada mənasını verir. Bu onun təbiətinə görə deyilmiş addır. Belə ki, tünd sıx meşələr və Tyatya vulkanı və üstəlik üç fəaliyyətdə olan digər vulkanların püskürdüyü küll ona bu adın verilməsinə səbəb olmuşdur. == Tarixi == Adada ilk yaşayış əlamətlərinin yaşı ən azı 5 min il olaraq qiymətləndirilir. Kunaşirin yerli əhalisi aynlar olmuşdur.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Mirzə Kərim Şüai
Mirzə Kərim Şüai (?-1894) — XIX əsr Azərbaycan şairi. Firudin bəy Köçərli Mirzə Kərim Şüai haqqında yazır: Mirzə Kərim "Şüai" təxəllüs əslən Dərbəndin cənub tərəfindən — Kürə nahiyəsində Üşdül qəryəsindən İsrafil adında bir şəxsin oğludur. Məzkur mahalda polkovnik Sultan Əhməd bəy ki, o mahalın maliki-riqabı hesab olunurdu, Mirzə Kərimi öz yanında müsəlmani mühərrirliyinə götürüb, hər yerə gedəndə öz yanınca aparardı. Hətta Şeyx Şamilin davasında Mirzə Kərimə əvvəlinci çin və medal verdiribdir. Sonralardan məzkur Sultan Əhməd bəy Dərbənddə sakin olduğu üçün Mirzə Kərimin atası İsrafil öz əhlü əyalı ilə köçüb Dərbəndə gəlibdir və orada cənab polkovnikin zilli-himayətində dolanırdı. İttifaqən Sultan Əhməd bəy övzayi-zəmanədən təngə əlib, özünü qətlə yetirdi və Mirzə Kərim öz vəliyyün-neməsinin qətlindən bir növ müttəhim olub Sibirə göndərildi və neçə illər orada qalıb, imperaturi-əzəm tərəfindən fərmani-humayun sadir olmağa görə, mürəxxəs olub, dübarə Dərbəndə müraciət elədi. Artıq fəhmü zəkavət sahibi olmağa görə, Rusiyada qaldığı zaman rusca oxumağı və yazmağı ləyaqətincə kəsb etmişdi. Sibirdən qayıdandan sonra Dərbənddə nəcib familiyadan təəhhül ixtiyar edib, əziz və möhtərəm şəxslərdən biri oldu və məhəllə rəisi (kvartalnı) mənsəbinə nail olub, xoş güzəran edərdi və sakin olduğu məhəllənin şəbih ümuratına mübaşir olub, məscidi-camedə şəbih gətirmək həm ona mühəvvəl olmuşdu. Şüai şəbih büsatına dair mükalimələr yazıb, mərsiyələr inşa etmişdir və bunlardan əlavə bir kitab hürufi-heça qafiyəsində təlif edib, öz həyatında birinci dəfə çap etdiribdir. Çifayda, o kitabı ələ gətirmək bizə məqdur olmadı.
Əbdürrəhman Əfəndi Ünsi
Əbdürrəhman əfəndi Ünsizadə (Ünsi) — XIX əsr Azərbaycan şairi və maarifpərvəri. Şamaxı hakimi şair Cəfərqulu xanın şeirlərinin birində Hacı Səidin atası Əbdürrəhman əfəndinin adı çəkilir. O, alim bir şəxs kimi təqdim olunur. Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazır, həmçinin Şamaxı mədrəsəsində müəllim işləyirmiş. Onun üç oğlu – Hacı Səid Ünsizadə, Cəlal Ünsizadə və Kamal Ünsizadə ataları vəfat etdikdən sonra Ünsizadə soyadını götürmüşlər.