Şeyx Rüknəddin Məhəmməd Sücasi

Şeyx Rüknəddin Məhəmməd Sücasi o, Şeyx Rüknəddin Əbü’l-Qənaim Qənimət ibn Müfəzzəl Sücasi[1] kimi də tanınır. (?-1211)—Azərbaycan alimi.

Şeyx Rüknəddin Məhəmməd Sücasi
شیخ رکن‌الدین‌محمد سجاسی
Doğum yeri
Vəfat tarixi 1211

Şeyx Rüknəddin Məhəmməd Zəncan vilayətinin Sücas qəsəbəsində doğulmuşdu. İbtidai təhsilini doğma yurdunda almışdı.

XII-XIII əsrlərdə yaşamış fütuvvət şeyxi idi. O, Şeyx Qütbəddin Əbhərinin müridi və xəlifəsi olmuşdu. Şeyx Qütbəddin Əbhərinin mürşidi isə məşhur Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdi (öl. 1178) idi.

Şeyx Rüknəddin Məhəmməd Sücasi "Sührəvərdiyyə" və "Əbhəriyyə" təriqətlərində mürid, sonra mürşid olmuşdu.Əkməlul-məayih Höccətüllah fi’l-xalq xəlifət-i Rəbbi’l-aləmin Qütbül-aləm Sultanul-arifin bürhanul-mühaqqiqin əbul-Qənaim Rüknül-millə vəddin əl-Sücasi kimi Şərqdə tanınmağa başladı.

Şeyx Rüknəddin Sücasi Bağdadda yaşamış və buradakı "Dərəcə" xanəgahında mənəvi tərbiyə və irşadla məşğul olmuşdu. "Dərəcə" xanəgahını Abbasi xəlifəsi Müstərşid-Billahın (1118-1135) vəziri Cəlalüddövlə Həsənin oğlu Şərəfüddövlə Əli tikdirmişdi. Bu xanəgah Dəclə çayının qərb sahilində yerləşirdi.

1211-ci ildə Şeyx Rüknəddin Sücasinin vəfatından[2] sonra onun yerinə Şeyx Əvhədəddin Kirmani keçmişdir [3].

  1. Şerefeddin Ebu’l-Berekat ibn Mustevfî (1980). Tarih-i Erbil, nr. Samî bin el-Seyyid Hemas el-Segar, Irak: Silsiletu’lKütübü’l-Turas, C. I, 305.
  2. Zərkub Şirazi, 1310-1350: 119; Fasih-i Havfi, 1386: 762
  3. Mikail Bayram, Şeyh Evhaü’d-Din El-Kirmani ve Menâkıb-Nâmesi, Konya, 2006, s. 7-9, 129-130.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]