Məmmədov Münasib Elman oğlu (15 yanvar 1996; Yuxarı Seyfəli, Şəmkir rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Münasib Məmmədov | |
---|---|
Münasib Elman oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Seyfəli, Şəmkir rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Yuxarı Seyfəli, Şəmkir rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elman Məmmədov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2016 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Qubadlının azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Münasib Məmmədov 15 yanvar 1996-cı ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində anadan olmuşdur.[1] 2003-2014-cü illərdə Şəmkir rayon Abbaslı kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailəli idi, bir övladı var idi.
Münasib Məmmədov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmət zamanı 2016-cı ildə Aprel döyüşlərində də iştirak edərək fərqlənmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Münasib Məmmədov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Münasib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 26 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Cənazəsi ertəsi gün doğulduğu Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Münasib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Münasib Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Münasib Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Münasib Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]