SUMKA
SUPERVAYZER
OBASTAN VİKİ
Sunami
Sunami — yaponca "津波" (つなみ) sözündən olub, liman dalğası və ya nəhəng dalğa deməkdir, okean və ya dəniz dibində zəlzələ, meteorit düşməsi, dənizin altında nüvə partlayışları, vulkan püskürməsi ilə əlaqədar döşəmənin çökməsi, yerin yerdəyişməsi kimi tektonik hadisələr nəticəsində dənizə keçən enerji nəticəsində yaranan uzunmüddətli dəniz dalğalarıdır. Bundan əlavə, qasırğalar sunamilərə də səbəb ola bilər. Sunamilərin 80%-i Sakit Okeanda baş verir. Yunan tarixçisi Fukidid “Peloponnes müharibəsinin tarixi” kitabında sunamilərin sualtı zəlzələlər nəticəsində baş verdiyini irəli sürmüşdür. Fukidid bu təklifi irəli sürən ilk şəxs kimi tanınsa da, sunaminin baş verməsi haqqında 20-ci əsrə qədər çox şey məlum deyildi. İlk geoloji, coğrafi və okeanoqrafik sənədlər sunamiləri “seysmik dəniz dalğaları” adlandırırdı. Sunami dalğaları adi sualtı cərəyanlar və ya dəniz dalğaları kimi deyil, çünki onların dalğa uzunluqları daha uzundur. Sunamilər adətən dalğa qatarı adlanan dəqiqələr və saatlar arasında dəyişən dövrlərdə bir sıra dalğalardan ibarətdir. Böyük hadisələrlə on metrlərlə dalğalar baş verə bilər. Sunamilərin təsiri sahilyanı ərazilərlə məhdudlaşsa da, onların dağıdıcı gücü böyük ola bilər və bütün okean hövzələrinə təsir edə bilər.
İvate Sunami Memorial Muzeyi
İvate Sunami Memorial Muzeyi (東日本大震災津波伝承館) – Yaponiyanın İvate prefekturasının Rikuzentakata şəhərində yerləşən muzey. 2011-ci ilin martında baş vermiş Tohoku sunamisi hadisəsinə həsr olunmuşdur. Muzeyin rəsmi adı 26 mart 2018-ci ildə açıqlanmışdır. Açılışı 22 sentyabr 2019-cu ildə baş tutmuşdur. 2024-cü ildə muzey 1 milyonuncu ziyarətçisini qəbul etmişdir. Muzey binası Takata Matsubara Memorial Parkının ərazisində yerləşir. Parkın ərazisində sunami nəticəsində su altında qalmış üçmərtəbəli Kesen liseyinin binası, Xatirə meydanı, eləcə də "Möcüzə şamı" adlandırılan şam ağacı yerləşir. Sunamidən öncə ərazidə 70.000 şam ağacı olsa da, ancaq bir şam ağacı sunami nəticəsində yıxılmamışdır. Möcüzə şamı hadisədən bir il sonra ölsə də, parkda nümayiş olunur. Muzey binası ikimərtəbəlidir.
Meydzi Sanriku sunami və zəlzələsi
Meydzi Sanriku sunami və zəlzələsi — 1896-cı il iyunun 15-də baş vermiş zəlzələ və sunami. Nonsyu adasının şimal-şərqində baş vermiş zəlzələ zamanı dəhşətli sunami əmələ gəlmişdir. Hündürlüyü 30 metrə çatan dalğalar 300 km məsafədə sahilə böyük ziyan vurmuşdur. Xonsyunun şimal sahilində və Xoqqaydo adasının cənub sahillərində 10 minə qədər ev uçmuş, yuyulub getmiş və 27 min adam həlak olmuşdur. Zəlzələnin yaratdığı sunami bütün Sakit okeanda yayılmışdır. Avstraliya və Cənubi Amerika sahillərində də okeanın səviyyəsində nəzərə çarpacaq dərəcədə dəyişiklik olmuşdur.
Senday zəlzələsi və sunami (2011)
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir. Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksək sürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb.
Hind okeanında zəlzələ və sunami (2004)
Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ. 2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu. Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir. Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.
2018-ci il Sunda Boğazı sunamisi
2018-ci il Sunda Boğazı sunamisi — 22 dekabr 2018-ci ildə Sunda Boğazında Anak Krakatau vulkanının püskürməsi nəticəsində baş verən sunami hadisəsi. Sunami Banten əyalətinin (yava) və Lampunq şəhərinin (Sumatra) və İndoneziyanın başqa ərazilərinin sahillərinə böyük ziyan vurdu. Ən azI 429 adam ölüb, 1459 nəfər yaralanıb.
Severo-Kurilsk sunamisi (1952)
Severo-Kurilsk sunamisi - 5 noyabr 1952-ci ildə səhər saat beş radələrində baş vermiş və nəticədə SSRİ ərazisinin Saxalin və Kançatka vilayətlərini əhatə edən güçlü sunami. Sunamini yaradan səbəb 5 noyabr tarixində Sakit okeanda (4.11.52 16:58:22 qrinviçə görə), Kamçatka yarımadasının yaxınlığında maqnitudası 8,3 bal güçündə olan zəlzələ olmuşdur. Onun ocağı Şpunski burnundan 130 kilomeyr aralıda, 20 – 30 km dərinlikdə baş vermişdir. Zəlzələnin təsir güçü 700 km məsafədə yayılmışdı. Zəlzələ dalğası Kronoski yarımadasından Şimali Kuril aralarına qədər uzanırdı. Yeraltı titrəyişlər yarım saat müddətində davam edir. Ancaq zəlzələ böyük dağıntılar yaratmır. Demək olar ki ondan zərər çəkən olmur. Ancaq zəlzələ ardından güçlü sunami baş vermişdir. Zəlzələdən bur saat sonra birinci dalğa sahillərə hücum çəkmişdir.
Tohoku zəlzələsi və sunamisi (2011)
Martın 11-də ümumdünya vaxtı ilə saat 05:46-da (YSV ilə saat 14:46-da) Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi prefekturası sahillərindən 130 kilometr uzaqlıqda Sakit Okeanda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4–6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir. Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi prefekturasında çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksək sürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima prefekturalarında 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb.

Значение слова в других словарях