Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəhruzə bəyim
Bəhruzə bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı. == Haqqında == O kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuş və şahın sevimlisinə çevrilmişdir. Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi - "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.
Şəhruz Abdıyev
Şəhruz Cabbar oğlu Abdıyev (7 aprel 1970, Nadirkənd, Qasım İsmayılov rayonu – 31 oktyabr 1992) — şəhid. == Həyatı == Şəhruz Abdıyev 7 aprel 1970-ci ildə Goranboy rayonunun Nadirkənd kəndində anadan olmuşdur. == Hərbi Xidməti == Şəhruz Abdıyev Birinci Qarabağ müharibəsi zamanı orduda xidmət etmişdir. A.Şəhruz 31 oktyabr 1992-ci ildə şəhid olmuşdur.
Şəhruz Mustafayev
Şəhruz Mustafayev - Azərbaycan futbolçusu. == Həyatı == Şəhruz Mustafayev 8 sentyabr 1975-ci ildə Mingəçevirdə anadan olmuşdur. == Karyera == Əv­vəl­ki klub­la­rı: Kür-Nur Mingəçevir, MOİK Bakı, Şəmkir, Kəpəz Gəncə, MKT-Araz, Olimpik Bakı. 2007-ci il­dən Qəbələdə çı­xış edir. Azər­bay­ca­nın 21 ya­şı­na qə­dər fut­bol­çu­lar­dan iba­rət yığ­ma ko­man­da­sı­nın üz­vü olub.
Kəhrizə
Kəhrizə-i Əliağa (Bükan)
Bəhruz
Bəhruz — Azərbaycanlı kişi adı.
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Şəhrza
Şəhrza — İranın İsfahan ostanınında şəhər və Şəhrza şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 108,299 nəfər və 30,368 ailədən ibarət idi.
Bəhruz (Kəleybər)
Bəhruz (fars. بهروز‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Məlumat yoxdur.
Bəhruz Abdullayev
Bəhruz Musa oğlu Abdullayev (17 dekabr 1935, Qazax) — Azərbaycan tarixçisi, əməkdar müəllim, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının üzvü. Tərəqqi medallı, "Qabaqcıl təhsil işçisi", "Azərbaycan əməkdar müəllimi" dövlət mükafatları almış, bir çox fəxri fərman və təşəkkürlərə layiq görülmüşdür. == Həyatı == Bəhruz Abdullayev 17 dekabr 1935-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildə Universiteti bitirdikdən sonra Elmlər Akademiyasının Tarix institutunda elmi işçi vəzifəsində çalışmışdır. == Elmi və pedaqoji fəaliyyəti == Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur.
Bəhruz Abuşov
Bəhruz Zabit oğlu Abuşov (18 iyun 1983, Nohurqışlaq, Qutqaşen rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz Abuşov 1983-cü il iyunun 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1989–2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000–2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Bəhruz Abuşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz Abuşov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Nohurqışlaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Abuşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bəhruz Atakişiyev
Bəhruz Atakişiyev (tam adı: Bəhruz Tofiq oğlu Atakişiyev; 23 noyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1961-ci il noyabrın 23-də Bakıda anadan olmuşdur. 1968-ci ildə 199 nömrəli orta məktəbə qəbul olmuş, 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-1981-ci illərdə Rusiyanın Çita şəhərində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra avtomobil dəstəsində sürücü işləmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == Qardaşı Faiqin dediklərindən: Aldığı xəsarətlərdən yanvarın 21-də gündüz saatlarında vəfat etmişdir.[1] Şəhidlər xiyabanında dəfn olunub. == Ünvan == Bakı, Naxçıvani küçəsi, ev 6, mənzil 3. == Qeyd == ^ Rafiq Səməndər öz kitabında Bəhruzun gündüz saat 4 radələrində, Qulu Kəngərli isə öz kitabında Bəhruzun gündüz saat 6 radələrində vəfat etdiyini yazmışdır.
Bəhruz Axundov
Bəhruz Həsən oğlu Axundov — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri (2012), Yeni Azərbaycan Partiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Ağ­­­saq­­qallar Şurasının üzvü. == Həyatı == 1954-cü il yanvarın 2-də ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə ADU-nun (indi BDU) jurnalistika fakültəsini bitir­miş­dir. 1970-ci ildən əmək fəaliyyətinə başlamış, Ağdam rayon fəhlə-gənclər məktəbində, pio­ner və mək­təb­li­lər evin­də (1970–1973), Ağdam rayon Komsomol Komitəsində bölmə və şöbə müdiri, sonra isə raykomun katibi və ikinci katibi vəzifələrində (1973–1980) çalış­mış­­dır. 1981-ci ildən əmək fəaliyyəti Bakı şəhəri ilə bağlıdır. Bakı "Yeni kitab" mət­bəə­sində (son­ralar 3№-li mət­bəə), sonra isə "Kommunist" (indiki "Azərbaycan") nəşriy­ya­tın­da müx­­­təlif vəzifələrdə işlə­miş (1981–1984), Azərbaycan Respublikası Maarif Nazir­liyi (indi Təhsil Nazirliyi) mətbəəsinin direktoru (1985–1992) vəzifəsində çalışmışdır. 1992-ci ilin sonlarında Azərbaycanda yaradılan son, müstəqil Azərbaycanın isə ilk döv­lət nəşriyyatı olan "Təhsil"in yaradıcısı və direktoru olmuş, respublikada özəlləşdirmə proq­ramı həyata keçirilənədək bu vəzifədə çalışmışdır. 2007-ci ildən hal-hazıra qədər "Təh­sil Nəşriyyat-Poliqrafiya" MMC-nin təsisçisi və baş direktorudur. Onun rəhbərliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bə­dii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görmüşdür. Başçılıq etdiyi "Təhsil" nəşriyyatı ardıcıl olaraq 2005–2010-cu illərdə "İlin nəşriy­yatı", nəşr etdiyi kitab­la­rın bir çoxu "İlin kitabı" və s.
Bəhruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bəhruz Haqverdiyev
Aktyor == Həyatı == 1982-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Orta təhsillidir. 2000-ci ildə Naxçıvan MR. Əməkdar artisti fəxri adına layiq görülüb. Teatrda işlədiyi müddətdə H.Cavid "İblis"də Vasif, "Topal Teymur"da Ağbuğa, İ.Səfərli "Xeyir və Şər"də Xeyir, Ü.Hacıbəyov "Arşın mal alan"da Vəli, N.Həsənzadə "Atabəylər"də Ruz, İ.Əfəndiyev "Hökmdar və qızı "nda Əbülfət ağa, "Şeyx Xiyabani"də Həsən Soltan, H.Arzulu "Mərhəmət məhəbbət deyil"də Fərid, Ə.Əylisli "Vəzifə"də Əjdər, G.Xuqayev "Mənim qaynanam"da Elbrus, İ.Coşğun "Ana laylası"nda Musa, A.Babayev "Yarımçıq şəkil"də Rüfət, H.Arzulu "Əlincə qalası"nda Qasım, Ə.Əsgərov "Qız atası"nda Heydər, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Şimrəli,Mir Cəlal "Dirilən adam"da Qiyas,A,Məmmədov "Həmyerlilər"də Sarı Sarızadə və s. rollar oynayıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Bəhruz Hümbətov
Bəhruz Tağızadə
Bəhruz Azər oğlu Tağızadə (14 sentyabr 1999, Qax rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Bəhruz Tağızadə 14 sentyabr 1999-cu ildə Qax rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Tağızadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhruz Tağızadə 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 16 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Vaqifoğlu
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır. == Fəaliyyəti == Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Bəhruz Vüsuqi
Xəlil Vüsuqi və ya səhnə adı ilə Bəhruz Vüsuqi – (fars. بهروز وثوقی‎, 11 mart 1938, Xoy, İran) — İranlı aktyor. == Həyatı == Bəhruz Vüsuqi 1938-ci ildə İranın Xoy (Khoy) şəhərində anadan olub. O, İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri hesab edilirdi. İnqilabdan təxminən iki il sonra Amerikaya köçərək burada məskunlaşan aktyor, bir daha İrana qayıtmamışdır. Hal-hazırda Amerikada yaşayan Bəhruz Vüsuqi kinematoqrafiya sahəsindən uzaqlaşmışdır. 1975-ci ildə tanınmış müğənni və aktrisa Ququşla ailə həyatı qursa da bu evlilik çox çəkməmiş, cütlük 1976-cı ildə evliliklərini sonlandırmışdılar. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var. == Karyerası == Karyerasına Samuel Xaçikyanın "Toofan dar Shahre Ma" (azərb. Şəhərimizdəki fıtına‎) filmi ilə başlayan aktyor daha sonra 1962-ci ildə rejissor Abbas Şabavizin "Gole gomshodeh" (azərb.
Bəhruz İbrahimov
Bəhruz Fazil oğlu İbrahimov (22 may 1983, Kovşad[d], Füzuli rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. Aygün Fərhadova ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İbrahimov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz İsgəndərov
Bəhruz Abbas oğlu İsgəndərov (29 noyabr 1986, Kirovabad – 29 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz İsgəndərov 1986-cı il noyabrın 29-da Gəncə şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İsgəndərov oktyabrın 29-da Laçın döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Şəkuri
Şəkuri Bəhruz Qulamhüseyn oğlu (5 mart 1930, Astara, Gilan ostanı – 19 may 2014, Bakı) — görkəmli torpaqşünas-aqrokimyaçı alim, coğrafiya elmləri doktoru, professor. == Həyatı == 05 mart 1930-cu ildə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, orta təhsilini Həkim Nizami adına məktəbi bitirmişdir. B.Q. Şəkuri 1957-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İranin Astara şəhərində,atasının məzarinin yanında dəfn edilmişdir. == Mükafatları == 19 yanvar 1996-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri akademiki seçilmişdir; Почетный профессор Ардебильского Исламского частного Университета ИРИ. oktyabr 2000-ci ildə Nyu-York Elmlər Akademiyasının aktiv üzvü seçilmişdir. == Elmi fəaliyyəti == 1957-1958-ci illərdə Rostov vilayətində kənd təsərrüfatı istehsalı müəssisində baş aqronom vəzifəsində çalışmışdır. 1958-ci ildə B.Q. Şəkuri Rostov Dövlət Universitetinin “Torpaqşunaslıq” Kafedrası nəzdində aspiranturaya daxil olub “regionun qara torpaqlarının geokimyası” mövzusunda işləmiş və 1962-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiəyə etmiş və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Təhsilini qurtardıqdan sonra Azərbaycan Elmlər Akademiyasının “Torpaqşünaslıq və aqrokimya” İnstitutunun sərəncamına göndərilmişdir. 1962-1964-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasının Aqrokimya Xidmətinə rəhbərlik etmişdir. Bu illərdə B.Q. Şəkurinin rəhbərliyi və şəxsi iştirakı ilə Azərbaycanda irimiqyaslı aqrokimyəvi tədqiqatın birinci turu başa çatmışdır.
Bəhruz Əhmədli
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır. == Fəaliyyəti == Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Bəhruz Əhmədov
Bəhruz Səttar oğlu Əhmədov (27 iyun 1997, Balakənd, Sabirabad rayonu – 20 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olmuşdur. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil oluşdur. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. Bəhruz, Tovuz rayonu “N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanıb. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdı. Bəhruz böyük arenalarda özünü sınadı, həmişə də qələbə ilə evə döndü. Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından tərxis olunub.
Bəhruz Əliyev
Bəhruz Elman oğlu Əliyev (24 oktyabr 1997, Bakı – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz Əliyev 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 №-li tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini Aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 №-li Bakı Peşə Məktəbində 2 il davam etdirib. Peşə təhsilini 2015-ci ildə tamamlayır. == Hərbi xidməti == 2019-cu ilin sentyabr ayından sənədlərini hazırlayır və oktyabr ayının 22-də hərbi xidmətə yola düşür. Goranboy rayonunun Ballıqaya kəndində N saylı hərbi hissədə xidmətə başlayır. 2019-cu il noyabr ayının 9-u Hərbi Andiçmə mərasimi baş tutur. Xidmətini bir müddət orada, sonra isə Tərtər rayonunun Sarov kəndində davam etdirir. Daha sonra yenidən Goranboy rayonuna qayıdır.
Bəhruz Hüseyinov
Bəhruz Hüseyinov (17 yanvar 1994, Yolüstü, Salyan rayonu – 19 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Aprel döyüşlərinin iştirakçısı,Vətən Müharibəsi şəhidi. == Həyatı == Bəhruz Yavər oğlu Hüseynov 17 yanvar 1994-cü ildə Salyan rayonunun 1-ci varlı kəndində anadan olmuşdur. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirmiş və Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. == Hərbi xidməti == 2015-ci ildə universiteti bitirdikdən sonra Bəhruz hərbi xidmətə başlamışdır. O, hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində tankçı olaraq ön cəbhə bölgəsinə göndərilmişdir. Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pol Serüzye
Pol Serüzye (fr. Paul Sérusier, 9 noyabr 1864, Paris, Fransa — 7 oktyabr 1927, Morle, Finister, Fransa) — fransız rəssam — postimpressionist. Pol Qogenin şagirdi, «Nabi» simvolist incəsənət qrupunun qurucularından biri idi. == Bioqrafiyası və yaradıcılığı == Pol Serüzye mənşəyi Fransa Flandriyası şəhərindən gəlir. Orta məktəbdə incəsənət, fəlsəfə və şərq dilləri böyük marağı yaranır. Serüzye, Ranson Akademiyası bitirmişdir. Serüzyerin yaradıcılıq işlərinə əlavə olaraq, onun nəzəri əsərləri də çox məşhur idi. Beləliklə, rəssam, rəsm əsərləri “Rəssamlıq əlifbası” (1921) əsərində rəsm əsərlərinin təsvirini əks etdirirdi. 1919-cu ildə Drüedə baş verən əsərlərinin sərgisi Serüzyenin yaradıcılıq araşdırmasının nəticəsi idi. === Vəfatı === Pol Serüzye 7 oktyabr 1927-ci ildə Fransada vəfat etmişdir.