SAYSIZ-HESABSIZ

SAYSIZ-HESABSIZ (olduqca çox) Bu dəhşətli uçurum idi, saysız-hesabsız istedadları diri-diri udub məhv edən, əzib kütləşdirən uçurum idi (M.İbrahimov); BİŞÜMAR (kl.əd.) Gör cəhalətdən nə şəklə düşdü vəzi-ruzigar! Qətlü qarət bişümarü şəhrü qəhrə tarimar (M.Ə.Sabir); HESABSIZ Çoxlarına dünya olduqca dardı; Məhbəsdə çürüdü hesabsız insan... (S.Rüstəm); HƏDSİZ Var özgə vilayətdə tək-tək köpək oğlu; Hədsizdi bu viranədə, bişək, köpək oğlu (Q.Zakir); QƏDƏRSİZ Elə bil qumsallıqda birdənbirə qədərsiz göbələk baş qaldırmışdı (X.Hasilova); SAYSIZ Böyük pambıq tarlasında saysız adam var (R.Rza); BİHESAB, HESABAGƏLMƏZ, KÜLLİ, SAYAGƏLMƏZ.

SAYSIZ
SAZAQ

Значение слова в других словарях