Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı, həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. == Ölümü == Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Tarduş şad
Tarduş şad — Tonq Yabqu xaqanın oğlu, Toxaristanın ilk yabqusu. == Hakimiyyəti == Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. Bütün Əfqanıstan torpaqlarını öz hakimiyyəti altına almışdı. 645-ci ildə oğlu İşbara Yabqunun sifarişi ilə öz xatunu tərəfindən öldürülmüşdür.
Yükük şad
Yükük İrbis Tulu xaqan (əsl adı Aşina Yükük 阿史那欲谷, taxt adı İrbis Tulu xaqan 乙毗咄陆可汗) — Tulular tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. == İlk illəri == Atası Şərqi Göytürk xaqanı İllig xaqan idi. Şad titulu almışdı. Atasının əmrinə uyğun olaraq 627-ci ildə Tyanşan ətrafında üsyanları yatızdırmaq istəsə də buna nail olmamışdı. Üç il sonra atasının dövləti dağılmışdı. == Xaqanlığa gəlişi == Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləməyə başlamışdı. Nuşibilər və Tuluların münaqişəsi bitmək bilmirdi. Tulular və başçıları olan Tun Tudun xaqanlıq üçün Yükük şadı dəvət etdilər. Nuşibilər isə Xallıq İşbara Yabqu xaqanı taxta çağırdılar. İki xaqan arasındakı müharibədən sonra 638-ci ildə İli Çayı sülhü imzalandı.
Şad astrakanta
Böri şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
İl Külüg şad
İl Külüg şad — Göytürk xaqanlığında çox qısa dövrdə hakimiyyətdə olmuşdur. Tezliklə İrbis İşbara Yabqu xaqanla əvəz olunub.
Sad!
"Sad!" (böyük hərflərlə) — amerikalı repçi XXXTentacion-un ? albomunda səslənən mahnısı. Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
Şax-şax
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.
Pad
Pad (rus. падь, ing. pad) — dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. == Mənbə == Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. == Əsas göstəriciləri == Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. == Coğrafiyası == Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Şax
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Şal
Şal (yerli tat əhalinin dilində Çal) — İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Şal bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,104 nəfər və 3,348 ailədən ibarət idi.
Şam
Şam — işıqlandırma vasitəsi. Adətən yanan bərk maddədən silindr şəklində hazırlayırlar. Onu yandırmaq üçün fitil adlanan hissəni alova tuturlar. Yanan bərk maddə kimi əsasən parafindən istifadə olunur. Bundan başqa piy, mum, spermaset (kaşalotun kəllə sümüyündən çıxardılan, ətriyyat istehsalında və sənayedə işlədilən maddə) və s.-dən istifadə olunur. Fitilə şora, ammonium-xlor, bor turşusu məhlulu hopdurulur.
Şaş
Şaş vilayəti — Orta Asiyada tarixi bölgə. == Adı haqqında == "Çaç müasir Daşkəndin ən qədim adıdır. Dillərində "ç" çəsi olmadığına görə ərəblər onu "Şaş" şəklində yazmışlar. "Şaşkənd" sonralar "Daşkənd"ə çevrilmişdir. Şəhərin adını çin qaynaqları "Çö-Çi", "Çö-Şi", yaxud sadəcə "Şi" şəklində transkripsiya etmişlər ki, bu da çincə "daş" deməkdir". == Tarxi == Göytürklər VI əsrin ikinci yarısında qərbdə ilk olaraq Şaş (Daşkənd) bölgəsini ələ keçirmişdir. Xaqanlığa tabe olaraq bu əsrin sonlarına qədər varlığını sürdürə bilən “Tchao-wu” xanzadələri, Çin salnamələrinə görə, 605-ci ildə İstəmi xaqanın soyundan gələn Shəgui xan tərəfindən yox edilərək, idarəyə Tə-lə Tiən-tchə (Tiən-tchə Təgin) keçirilmişdir. Bu dönəmə aid Sogdca yazılı Şaş pullarında Türk əsilli İl-təgin adlı yönətici keçməkdədirll ki, o 605-ci ildə idarəyə keçən Tə-lə Tiən-tchə (Tiən-tchə Təgin)lə eyni şəhs ola bilir. Bizcə, bu Təgin Göktürk xaqanları soyundan olmalıdır. Böyük ehtimallə, VIII əsrin ortalarına qədər hökm sürən Şaş xanzadələrinin soyu ona dayanmaqdadır.
Sad Surəsi
38-ci surə Sad surəsi (Məkkədə nazil olmuşdur, 88 ayədir). Surə adını birinci ayədəki "sad" hərfindən almışdı Məhəmməd peyğəmbərin risalətinə inanmayanların israrla və təkəbbürlə onun Allah Haqqına dəvətini təkzib edərək, Rəsulullaha qarşı çıxmasından bəhs edilir. Surə onların uydurmalarını rədd edir və izah edir ki, yalançı təkəbbür, çəkişmə və təfriqə ehtirası onları azğınlığa və elçinin çağırışlarına qarşı çıxmağa vadar edib. Onlardan əvvəl yaşamış keçmiş qövmlər haqqında bir sıra misallar verilmişdir ki, bu, onları inadkarlıq və çəkişmələrdən çəkindirsin və müşriklərin kin və hiyləsinə baxmayaraq, Allahın risalətini çatdırmaqda elçinin mövqeyini gücləndirsin. Sonra insanların əcdadı Adəmdən və onun düşməni Şeytan İblisdən bəhs edir ki, insanlar şeytanın öz vəsvəsəsi ilə onları təkəbbürə sövq etmək və onları həqiqətdən yayındırmaq istədiyini və qürurun şeytanın xüsusiyyəti olduğunu başa düşsünlər. və onun Allahın rəhmətindən qovulmasına səbəb oldu. . Öyüd-nəsihət ehtiva edən Qurana and olsun! ۝ Lakin iman gətirməyənlər təkəbbür və haqqla ixtilafda qalırlar. ۝ Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik.
Sad surəsi
38-ci surə Sad surəsi (Məkkədə nazil olmuşdur, 88 ayədir). Surə adını birinci ayədəki "sad" hərfindən almışdı Məhəmməd peyğəmbərin risalətinə inanmayanların israrla və təkəbbürlə onun Allah Haqqına dəvətini təkzib edərək, Rəsulullaha qarşı çıxmasından bəhs edilir. Surə onların uydurmalarını rədd edir və izah edir ki, yalançı təkəbbür, çəkişmə və təfriqə ehtirası onları azğınlığa və elçinin çağırışlarına qarşı çıxmağa vadar edib. Onlardan əvvəl yaşamış keçmiş qövmlər haqqında bir sıra misallar verilmişdir ki, bu, onları inadkarlıq və çəkişmələrdən çəkindirsin və müşriklərin kin və hiyləsinə baxmayaraq, Allahın risalətini çatdırmaqda elçinin mövqeyini gücləndirsin. Sonra insanların əcdadı Adəmdən və onun düşməni Şeytan İblisdən bəhs edir ki, insanlar şeytanın öz vəsvəsəsi ilə onları təkəbbürə sövq etmək və onları həqiqətdən yayındırmaq istədiyini və qürurun şeytanın xüsusiyyəti olduğunu başa düşsünlər. və onun Allahın rəhmətindən qovulmasına səbəb oldu. . Öyüd-nəsihət ehtiva edən Qurana and olsun! ۝ Lakin iman gətirməyənlər təkəbbür və haqqla ixtilafda qalırlar. ۝ Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Bəşir ibn Sad
Bəşir ibn Sad (I minillik – 633, ərəb. بشير بن سعد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İkinci Akabe beyətində iştirak etmiş və müsəlmanların müşriklərə qarşı bir çox hərbi yürüşlərində iştirak etmişdir. == Bioqrafiya == Bəşir Mədinədə yaşayırdı, Xəzrəc qəbiləsindən idi. O, yazmağı bilən az saylı adamlardan biri olmuşdur. Bəşir İkinci Akabe andiçmə mərasiminin iştirakçısı olmuşdur. O, Numan ibn Bəşirin atası olmuşdur. Məkkəli müsəlmanlar Mədinəyə köçdükdən sonra müsəlmanların müşriklərə qarşı sonrakı bütün döyüşlərində iştirak etmişdir. O, iki dəfə Fədəkdə Bəni-Mürrəyə qarşı (dekabr 629) və Mədinəyə hücum etmək üzrə olan Qatafan qəbiləsinin qüvvələrinə qarşı yürüşdə döyüşür. Birinci yürüş tam uğursuzluqla başa çatır.
Markiz de Sad
Donasyen Alfons Fransua de Sad (fr. Donatien Alphonse François de Sade; 2 iyun 1740[…] – 2 dekabr 1814[…], tarixdə Markiz de Sad (fr. marquis de Sade [maʁˈki də sad] kimi qalmışdır) — fransız zadəgan, yazıçı və filosof. Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizmin banisi kimi tanınır. Markiz erotik ədəbiyyatın əhəmiyyətli yazıçılarındandır, əsasən sərt pornoqrafik yazılar yazmışdır. Təxminən ömrünün 29 ilini həbsxanada, 13 ilini ağıl xəstəxanasında keçirmişdir və ən əhəmiyyətli əsəri "Sodomun 120 günü"nü həbsxanada yazmışdır. Bir digər əhəmiyyətli əsəri də "Justine"dir. Sadizmin mənşəyinin onun yazdıqlarına söykəndiyi bilinir. Yazılarında əxlaqı, qanunu, dini elementləri nəzərə almadan həddindən artıq azadlığı (hətta əxlaqsızlığı) və ən yaxşının zövq olduğunu müdafiə edirdi. Markis 32 il fərqli həbsxanalarda və ağıl xəstəxanasında həbs edildi: on il Parisdə (on ili Bastilledə keçdi), bir ay Conciergeriedə, iki il qalada, bir il Madelonnettesdə, üç il Bicêtredə, bir il Sainte-Pélagiedə və 13 il Charenton ağıl xəstəxanasında.
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
SAO
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain, azərb. Onlayn Qılınc Sənəti‎) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. == Yaranma Tarixi == SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. == Vəzifəsi == SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması == Qəbul, seçim və təlim == Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
SAT
SAT (Türkiyə)
Sac
Sac — çörək və ya yemək bişirmək üçün istifadə olunan məişət əşyası. == Tarixi == Sac qədim tarixə malikdir. Qədim zamanlarda köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək məqsədilə sacı da özləriylə birgə aparardılar. Azərbaycanda hələ qaz sobası və tava ixtira olunmamışdan əvvəl çörək və yemək bişirmək üçün saclardan istifadə olunurdu. Azərbaycan ərazisində tapılmış ən qədim sac nümunəsi e.ə. IV minilliyinə aiddir. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunmuşdur. == Forması == Bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək - oyuq olan dəyirmi formadadır. Qabarıq hissə sac üstü, oyuq hissə isə sac içi adlanır. == İstifadəsi == Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab bişirilir.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. == Coğrafiya == 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Adi şam
Adi şam Skandinaviya, Avropa, İspaniya, İtaliya və Balkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir. Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır. Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır.
Şar (ada)
Şar — SSRİ-nin şimal dənizlərində iki ada və ya materiklə ada arasında uzun və nisbətən ensiz boğaz. Məs: Novaya Zemlya adaları arasındakı Matoçkin şar.