Yükük İrbis Tulu xaqan (əsl adı Aşina Yükük 阿史那欲谷, taxt adı İrbis Tulu xaqan 乙毗咄陆可汗) — Tulular tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı.
Yükük İrbis Tulu xaqan | |
---|---|
乙毗咄陆可汗 | |
634 – 642 | |
Əvvəlki | İşbara Teriş xaqan |
Sonrakı | Xallıq İşbara Yabqu xaqan |
Künduz xaqanı | |
642 – 653 | |
Sonrakı | İnan Cençu yabqu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Künduz |
Atası | İllig xaqan |
Uşağı | İnan Cençu yabqu |
Dini | Tenqriçilik |
Atası Şərqi Göytürk xaqanı İllig xaqan idi. Şad titulu almışdı. Atasının əmrinə uyğun olaraq 627-ci ildə Tyanşan ətrafında üsyanları yatızdırmaq istəsə də buna nail olmamışdı. Üç il sonra atasının dövləti dağılmışdı.
Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləməyə başlamışdı. Nuşibilər və Tuluların münaqişəsi bitmək bilmirdi. Tulular və başçıları olan Tun Tudun xaqanlıq üçün Yükük şadı dəvət etdilər. Nuşibilər isə Xallıq İşbara Yabqu xaqanı taxta çağırdılar. İki xaqan arasındakı müharibədən sonra 638-ci ildə İli Çayı sülhü imzalandı. Yükük şad ölkənin qərb tərəfini idarə edirdi. 4 il sonra Tulular xaqanı dəstəkləməkdən əl çəkdilər. Fürsətdən istifadə edən Nuşibilər xaqanı Sayramda mühasirəyə alsalar da xaqan onları məğlub etdi. 642-ci ildə xaqan heç kimin dəstəyini almadığını görüb Kunduz şəhərinə qaçdı.
Xaqanlığı indi təkcə Kunduz şəhəri ilə sərhədlənən Yükük şad 653-cü ildə burada öldü. Yerinə oğlu İnan Cençu keçdi.[1]