Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Salamin
Salamin (yun. Σαλαμίνα və ya Σαλαμίς) — Yunanıstanın Afina yaxınlığındakı Saronikos körfəzinin eyni adlı adalarının ən böyüyü. Adanın sahəsi 91,503 kvadrat kilometrdir. 2011-ci il siyahıyaalmasına görə, əhalisi 39,283 nəfərdir. Attika periferiyasının Adalar adlı periferiya vahidində eyni adlı cəmiyyətə aiddir. Cəmiyyətin inzibati mərkəzi Salamin şəhəridir. Eramızdan əvvəl VII-VI əsrlərdə adanın sahibi olmaq üçün Afina və Meqara arasında uzun mübarizə gedirdi. Salamin yaxınlığında antik dövrün ən məşhur döyüşlərindən biri baş vermişdir və burada yunanlar Femistoklun komandanlığı altında eramızdan əvvəl 480-ci ildə İran donanmasını məğlub etmişdilər. Salamin həmçinin Troya müharibəsi zamanı salaminlərə başçılıq edən Ayaksın adası kimi tanınır. Perama — Pirey bölgəsinin işçi əhalisi üçün bağ zonasıdır, xarici turistlərə burada nadir qarşılaşmaq olar.
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Malamir xan
Malamir xan (bolq. Кан Маламир; bilinmir – 836) — Bulqar xanı (831-836). == Həyatı == Malamir xan Omurtaq xanın ən kiçik oğlu idi. Böyük qardaşı Enravota xristian olduğu üçün vərəsəliyi ləğv edilmiş, ortancıl qardaşı Zvinitsa isə xəstələnib cavan vaxtı vəfat etmişdi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. Taxta çıxdıqdan 2 il sonra qardaşı Enravotanı edam etdirmişdi. === Bizansla münasibətlər === Omurtaq xanın sülh sazişinin vaxtının bitməsindən sonra imperator Feofil 836-cı ildə yenidən sərhədləri yağmalağa başlamışdı. Cavab olaraq hücuma keçən xan Plovdivi ələ keçirib xanlığa birləşdirdi. Lakin elə həmin il də öldü. Yerinə I Presian xan gəldi.
Salamin (Kipr)
Salamin (yun. Σαλαμίς və ya yun. Σαλαμίνα της Κύπρου) — Kipr adası, Şimali Kipr Türk Respublikasının Famaqusta şəhərinin 6 km qədər şimalında yerləşən antik şəhər. Şəhər Trodos dağından qaynaqlanan Pedios (Qanlıdərə) çayının dənizə tökülən hövzəsinə yaxın bir yerdə salınmışdır. XIX əsrin sonlarında, ağaclarla və torpaq təbəqəsiylə örtülmüş bir halda kəşf edilmiş və 1952-1974-cü illər arasında edilən qazıntılar nəticəsində şəhərin böyük bir hissəsi ortaya çıxarılmışdı. 1974-cü ildə ara verilən qazıntılar 1998-ci ildə Ankara Universiteti tərəfindən təkrar başlanmışdır. İncildə də adı çəkilən şəhər, həvari Barnaba və həvari Pavelin vəəzlərinə şahid olmuşdur. Tunc dövrünün sonlarındakı köçlərlə Anadoludan gələn qövmlər və Yunanıstandan gələn axeylər tərəfindən qurulmuşdur. Bir başqa rəvayətə görə, Troya müharibəsinə qatılan və Salamin adası kralı Telamonun oğlu Tefkros şəhərin qurucusu olaraq bilinməkdədir. Antik şəhərdə tapılan ən qədim tapıntılar, şəhərin nekropolundan əldə edilən mənbələrə görə eramızdan əvvəl XI əsrə aiddir.
Salamin döyüşü
Salamin dəniz döyüşü e.ə 500–449-cu illər Yunan-İran müharibəsi əsnasında, e.ə 27 sentyabr 480-ci ildə Eqey dənizindəki Salamin adası yaxınlığında yunan(350–380 gəmi, komandan Evribid) və pers(1000 yaxın gəmi, komandan Kserks) donanmaları arasında baş verib. Afinalı strateq Femistoklun fəndinə görə yunan donanması iki cərgəyə düzüldü. Kserks gəmiləri 3 cərgəyə düzdü, bu isə onların manevr imkanını dar sahədə xeyli məhdudlaşdırdı. Döyüş əməliyatını yunanlar başladı. Onların gəmiləri daha çevik və yüngül idi. Qəti hucuma dözməyən perslər geri çəkilməyə başladı; sıralarının sıxlığına görə hərəkət azadlığından məhrum oldular və yunanların gəmilərinin qoçlarının zərbələrindən və bir biriləri ilə toğğuşmaları səbəbindən xeyli itki verdilər. Nəticədə perslər məğlub oldular. Onlar 200 gəmi itirdilər, yunanlar −40. Salamin döyüşündəki qələbə Yunan-İran müharibəsinin gedişini yunanların xeyrinə dəyişdi. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 8 səh.
Balamir Məmmədov
Hitler salamı
Hitler salamı (alm. Hitlergruß‎) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir. Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır. 1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi. Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır.
Niyam Salami
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir. Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur.
Vulkan salamı
Vulkan salamı — 1960-cı illərdə yayımlanan televiziya serialı Ulduz Yolunda populyarlaşan əl jestidir. Jest orta və üzük barmağını bir-birindən ayırıb ovuc içini qabağa verib baş barmağı açmaqla yaranır.
Bozqurd salamı
Bozqurd işarəsi və ya bozqurd salamı – türk millətçi və pantürk əl simvolu. Yalnız Ülkü Ocaqları deyil, bir çox türk millətçiləri və türk millətçi qrupları tərəfindən istifadə olunur. == Mənşəyi == Bozqurd jesti islamdan əvvəlki köklərə malikdir, Buddist mədəniyyətindən türk xalqlarına aid edilmişdir. Tarixi araşdırmalar göstərir ki, ondan Qərbə köç edən Hunlar, Qıpçaqlar və Peçeneqlər kimi müxtəlif Türk xalqları öz nəsillərini təmsil etmək üçün bu işarədən istifadə ediblər. Bu simvola X əsr İran şairi Firdovsinin bozqurd işarəsi tutan Türk qadınlarının miniatürlərinin daxil olduğu "Şahnamə"sində də rast gəlinir. Çində bozqurd işarəsini düzəldən türk xanının VI əsrə aid heykəli var. Mağarada tapılıb və İslamdan əvvəlki Göktürklər dövrünə aiddir. Dünyəvi xarakter daşımasına baxmayaraq, Alparslan Türkeş onu türk-islam sintezinə uyğunlaşdırmaq üçün onu daim islamlaşdırmağa çalışıb. == Türk mifologiyasında == Türk xalqlarının mifologiyasında qurd Asena bütün türk və monqol tayfalarının ortaq mənşə hekayəsinin bir hissəsidir. Göktürklərin mavi bayraqlarında bir canavar var.
İbn Salamın elçiliyi
İbn Salamın elçiliyi və ya Məcnunun atasının elçiliyi — Nizami Gəncəvinin "Leyli və Məcnun" əlyazmasına Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Əvvəl L. Qartnerin kolleksiyasına daxil olan iki hissəli miniatür hazırda Harvard Universitetinin Artur M. Sakler muzeyində saxlanılır. Miniatürdə ədəbi süjet lövhənin aşağı hissəsində - birinci planda təsvir olunur, yuxarıda isə əsas epizodla bilavasitə əlaqəsi olmayan köçərilərin həyatına aid müxtəlif məişət səhnələri verilir. Zəngin ornamentli xalçalarla bəzədilmiş yarımaçılı geniş çadırda Leylinin atası ilə İbn Salamın atası əyləşmişdir. Bu mərasimdə onların yaxın adamları da iştirak edirlər. Sol tərəfdə yemək-içmək gətirən ev xidmətçiləri, sağda isə əmrə müntəzir vəziyyətdə duran qonaq xidmətçiləri verilmişdir. Miniatürün əsas kompozisiya mərkəzini təşkil edən bu çadırın arxasında daha iki çadır görünür. İçərisi fantastik quş təsvirləri və orqament motivləri ilə bəzədilmiş çadırlardan birində Leyli və yaşlı bir qadın əyləşmişdir. Miniatürün ön planında on iki adam təsvir edilmişdir. Bütün fiqurların təfsirində canlılıq, ifadəlilik nəzəri cəlb edir.