Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Şalman (Sərdəşt)
Şalman (fars. شلمن‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (17 ailə).
Alban Arşakiləri
Alban Arşakiləri – Qafqaz Albaniyasını miladi tarixlə I əsrdən 510-cu ildək idarə etmiş hökmdar sülaləsi. == Tarixi == Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz etmişdir. Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I əsrində hakimiyyətə gələn I Cəsur Vaçaqan olmuşdur. Belə güman etmək olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında başqa məlumat yoxdur.
La-Şaban
La-Şaban (fr. La Chabanne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03050. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 102 nəfər arasında (15-64 yaş arasında) 70 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,6%, 1999-cu ildə 55.8%). Fəal olan 70 nəfərdən 63 nəfəri (42 kişi və 21 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Monte Alban
Monte Alban (isp. Monte Albán) — Meksikanın cənub-şərqində, Oaxaka ştatında Kolumba qədərki dövrə aid böyük yaşayış məntəqəsidir. Oaxaka vadisinin mərkəzi hissəsindən keçən alçaq dağ silsiləsində yerləşir. İndiki ştatın paytaxtı Oaxaka şəhəri Monte Albandan təxminən 9 km şərqdə yerləşir. Monte Albanın ictimai mərasim mərkəzi dəniz səviyyəsindən təxminən 1940 m hündürlükdə (dərənin dibindən 400 metr) süni şəkildə düzləşdirilmiş təpənin üstündə yerləşir. Bu mərkəzdən əlavə, bütün silsilə və onun təpələri boyunca, yüzlərlə süni terras və bəndlərlə əhatə olunmuş onlarla tikili var. Şimalda Atzompa və El-Qalo təpələrindəki yaxın xarabalıqlar da bu qədim şəhərin bir hissəsi hesab olunur. Monte Alban Mezoamerikanın ən ilk şəhəridir və demək olar ki, min il ərzində Sapotek sivilizasiyasının ictimai-siyasi və iqtisadi mərkəzi kimi mühüm rol oynamışdır. Monte Alban Orta Klassik dövrün sonlarına doğru təxminən e.ə. 500-cü ildə qurulmuşdur.
Seyfəddin Şaban
Əbül-Fütuh əl-Məlikül-Kamil Seyfəddin Şaban ibn Məhəmməd bin Kalavun (d.? - ö.1346) — Məmlük sultanı (1345-1346). Məhəmməd ibn Kalavunun taxta keçən beşinci oğludur; qardaşı Əbül-Fida əl-Məliküs-Salih İsmailin ölümündən sonra taxta çıxdı (4 avqust 1345). Ögey atası Arqun əl-Alai digər şahzadələrdən Hacını dəstəkləyən əmirləri Qahirədən uzaqlaşdırdı və onun səltənət dönəminin son aylarına qədər hakimiyyəti əlində tutdu. əl-Məlikül-Kamilin iqtidarını sona çatdıran krizis, etməyi düşündüyü Hicaz səyahəti üçün yeni vergilər qoyması üzündən çıxdı. Bütün şikayətlərə rağmən anasıyla xanımlarının basqısından dolayı sultanın bu səyahətə çıxmaqda və vergiləri qaldırmamaqda israr etməsi bir çox əmiri ona qarşı hərəkətə keçirdi. Müxaliflərin lideri Dəməşq naibi Yelboğa əl-Yəhyavi, alınacaq vergi dolayısıyla Suriya xalqının böyük sıxıntıya düşəcəyini irəli sürərək sultana Hicaz səfərini gələcək ilə ertələməsini önərdi; ayrıca onu taxtdan endirməklə təhdid etdi. Arqun əl-Alainin müxalifləri haqlı bulması və Misir xalqının da eyni şəkildə maddi sıxıntıya düşəcəyini söyləməsi üzərinə əl-Məlikül-Kamil, Yelboğaya yumuşaq ifadəli bir məktub göndərərək tövsiyələrinə uyacağına və qarşı çıxılan davranışlarını düzəldəcəyinə dair söz verdi. Ancaq daha sonra yenə qadınların israrıyla fikrini dəyişdirdi və bütün naiblərə yeni vergiləri həmən toplayıb göndərmələrini əmr etdi. Bu gəlişməylə birlikdə ölkədə qiymətlər yüksəldi və xalq böyük bir sıxıntıya düşdü.
Alban Berq
Alban Berq (alm. Alban Maria Johannes Berg‎, 9 fevral 1885[…], Vyana – 24 dekabr 1935[…], Vyana)—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu == Həyatı == Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi. 1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı. Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.
Alban dili
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Alban güləbətini
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Alban kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Alban kitabələri
Alban kitabələri — Qafqaz albanlarının erkən orta əsr epiqrafik abidələri.. 1948–1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı üzərində alban yazısı olan V–VI əsrlərə aid kitabələr tapılmışdır. Həmin dövrə aid xritian məbədindəki mehrabın üzərində (daşdan düzəldilmiş dördkünc xaç oturacağının pərvazında) həkk edilmiş yazı dövrümüzədək çatmış ən böyük kitabədir. Üzərində Alban yazısı olan gil şamdanlar və küp parçaları da aşkar edilmişdir. Alban kitabələri indiyədək xunmamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Vəkilov R.M. Mingəçevir epiqrafik abidələrinin arxeoloji xarakteristikası. Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası). 1958 №4.
Alban mafiyası
Alban Mafiyası — alban əsilli adamlardan qurulmuş mafiya qruplaşması. Bu mafiya Albaniyada yerləşmiş çoxsaylı cinayətkar dəstələrdən ibarətdir. Onlar həmçinin ABŞ və Avropada da fəaldırlar. Deyilənə görə beynəlxalq səviyyəyə 1980-ci illərdə qalxıblar. Albaniyanın özündə isə mütəşəkkil cinayət qrupları 15-ci əsrdən fəaliyyət göstərir. Alban mafiyası ABŞ və Böyük Britaniyada narkotik və bədən alveri reketini idarə edir.
Alban memarlığı
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır. Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir. IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür. B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır.
Alban mətbəxi
Alban mətbəxi (alb. Kuzhina shqiptare) — albanların milli mətbəxi. Aralıq dənizi mətbəxlərinə aid olduğundan, İtaliya və Türkiyə mətbəxi təsiri altında formalaşıb. Alban mətbəxi qara istiot kimi ədviyyatların və ət və balıq hazırlanmasında istifadə edilən qaraqınıq, nanə, reyhan və rozmarin kimi Aralıq dənizi otların istifadəsi ilə səciyyələnir, istiot çili və sarımsaq da bəzən istifadə olunur. Tərəvəz demək olar ki, istənilən xörəydə istifadə olunur. Adətən bütün tərəvəzlər ölkənin Aralıq Dənizi regionlarında yetişdirilir və yerli bazarlarda satılır, adətən yerli sakinlər bazarlardan təzə tərəvəzi səhər alırlar, ancaq bazarlar bütün günü işləyir. Albanların gün ərzində ən önəmli yeməyi lançdı, hansı ki gjellë (pörtlədilmiş ət) ibarətdir. Bu yemək əsas sayılır və pomidor, xiyar, yaşıl istiot və avropa zeytunu kimi müxtəlif tərəvəzlərlə bişirilir. Həmçinin, ona duz, zeytun yağı, sirkə və ya limon suyu vurulur. Ət xörəklərdə geniş istifadə olunur, xüsusilə bağırsaqlar və baş, hansılar ki digər hissələr arasında delikates sayılır.
Alban salnamələri
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. == Mənbə == Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Alban salnaməsi
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. == Mənbə == Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Alban təqvimi
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır. == Cənubi Qafqaz təqvimləri == Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. == Aylar == === Navasardun === Alban təqvimində ilk ay olmuşdur.
Alban xaçı
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. == Nəzəriyyənin elan edilməsi və qəbulu == 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Alban yazısı
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi. == Yaranması və istifadəsi == Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir. Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub. Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib. Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli və Moisey Kalankatlı bu əlifbanın "Qarqar dili" (erm.
Alban əlifbası
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi. == Yaranması və istifadəsi == Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir. Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub. Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib. Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli və Moisey Kalankatlı bu əlifbanın "Qarqar dili" (erm.
Şaban (Xudabəndə)
Şaban (fars. شعبان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (109 ailə).
Şaban (ad)
Şaban — ad.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Solban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Gomuşçu (Salyan)
Gomuşçu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar oykonimləri Şahsevənlərin gomuşçu tayfasının adı ilə əlaqələndirirlər.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). == Haqqında == Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. == Tarix == XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. == Əhalisi == Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özü də 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] == Foto məlumatlar == Kolanı kəndi 2018 == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kərimbəyli (Salyan)
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir.
Mixail Salman
Mixail Salman (ivr. ‏מיכאיל סלמאן‏‎) — Azərbaycanda doğulmuş yəhudi əsilli şair. Azərbaycan Yazıçılar İttifaqının və İsrail Yazıçılar Birliyinin üzvüdür. Şair 1990-cı ildən İsraildə yaşayır. Mixail Salman 1950-ci ildə Bakı şəhərində anadan olub. Milliyyətcə yəhudidir. O yaradıcılığa erkən yaşlarından başlayıb. Müxtəlif qəzet və jurnallarda, o cümlədən “Ədəbi Azərbaycan”da çap olunub. Öz təbirincə desək, “həyatımın çox hissəsi, ən gözəl xatirələrim, ümidlərim Bakı ilə bağlıdır – uşaqlıq, gənclik, yetkinlik, ilk məhəbbət şəhəri... Bəlkə də poeziyam böyük ölçüdə vətənə daha yaxın olmaq istəyi ilə bağlıdır".
Peyk (Salyan)
Peyk — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Peyk kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Peyk kəndində Rayon İcra hakimiyyəti başçısının görüş-qəbulu Salyan rayon İcra hakimiyyəti başçısının 4 sentyabr 2012-ci il tarixdə Varlı kənd inzibati ərazi dairəsinin Peyk kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda 145 nəfər kənd sakini iştirak etmişdir. Rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatı rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır. Qəbulda kənd sakinlərindən Faiq Sərxan oğlu Zərbalıyev, Meyrənsə Hüseynbaba qızı Əliyeva, Ənvər Məlik oğlu Həsənov, Rəşidov Aydın Babasəli oğlu, Ağamədi Şərəfxan oğlu Əlirzayev, Yədulla İsa oğlu Əliyev və başqaları son vaxtlar rayonda aparılan abadlıq-quruculuq işlərini, ərazidən keçən Kürsəngi-Yolüstü kəndarası yolunun tikintisini böyük məmnunluqla qeyd etmiş, eyni zamanda kollektorların təmizlənməsi, elektrik dirək və naqillərin dəyişdirilməsi, kəndin qazlaşdırılmasının sürətləndirilməsi, qış aylarında kənd məktəbin qızdırılması ilə əlaqədar müraciətlər etmişlər. Vətəndaşların müraciətləri yerində araşdırılmış və icrası ilə əlaqədar konkret vaxt qoyulmaqla aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda aparılan işlər barədə kənd sakinlərinə məlumat vermişdir.[mənbə göstərin] Peyk kəndi Birinci Varlı, İkinci Varlı kəndləri ilə birlikdə Varlı bələdiyyəsinin daxilindədir. Kənddə Peyk kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarabağlı (Salyan)
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həmdə qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin] Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub. Qasımov Elməddin Aqil oğlu (1999-2020) Daşdəmirov Elmar Seymur oğlu (2001-2020) Mustafayev Samir Elşən oğlu (1995-2020) Xanəlıyev Albaba Elşən oğlu (2002-2020) Şirəliyev Kənan Telman oğlu (2001-2020) 15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Salman Musayev
Salman Musa oğlu Musayev (1958, Hamamlı, Dmanisi rayonu) — Qafqaz müsəlmanlarının XI Müftisi. 1958-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində doğulub. 1982-ci ildə Daşkənd İslam Universitetini bitirib. 1984–1985-ci illərdə Liviya "İslama dəvət" Universitetinin ilahiyyat fakültəsində təhsil alıb. 1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti vəzifəsindədir. 2002-ci ildə Gürcüstan Respublikasının "Şərəf" Ordeni ilə təltif olunub. Müfti Hacı Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dumanisi rayonunun Hamamlı kəndində fəhlə aləsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnistutunu və Liviyadakı İslam Çağırışı Universitetini bitirib. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referant vəzifəsini icra edib. Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilir.
Salman Mümtaz
Salman Mümtaz (azərb. Salman Məmmədəmin oğlu Əsgərov‎; 20 may 1884, Nuxa – 6 sentyabr 1941, Oryol) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932). Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi. Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib.
Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — ictimai-siyasi və dövlət xadimi, yazıçı, puplisist Nəriman Nərimanovun böyük qardaşı. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada "Quran"dan və Sədinin "Gülüstan" kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə "Səyahətnamə" əsərində yazır: "Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür aləminə düşdüm". Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M. F. Axundovun əsərləri ilə yaxından tanış olur. Çox keçmədən S. Nərimanov özü də "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır.
Salman Qaraçöplü
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...
Salman Qəmbərov
Salman Hüseyn oğlu Qəmbərov (d. 18 aprel 1959, Bakı) — Azərbaycan caz bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). Bəstəkar 1959-cu il aprelin 18-də anadan olub. Simfoniya (1990); Simli kvartet üçün Dilogiya (1991); Skripka və piano üçün "Buta" instrumental Fantaziyası (1992); Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası (2000). Teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001). 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Salman Raduyev
Salman Raduyev (13 fevral 1967, Qudermes, Çeçen-İnquş MSSR – 14 dekabr 2002) — İçkeriya hərbi lideri, Birinci Çeçenistan müharibəsinin və İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsində ən məşhur çeçen səhra komandirlərindən biri, Çeçen ordusunun briqada generalı (1997-ci ilə qədər), Çeçen İçkeriya Respublikasının silahlı qüvvələrinin Şimal-Şərq Cəbhəsinin komandiri (1994-cü ilin noyabrı — 1996-cı ilin iyunu), Rusiya Federasiyası ərazisində bir sıra səs-küylü terror aktlarının təşkilatçısı. O, ögey əmisi oğlu Cövhər Dudayevin qızı ilə evlənmişdi. Rusiyada terrorçu elan edilmiş, 2000-ci ildə həbs edilərək və terrorçuluqda təqsirli bilinmişdir. "Belıy lebed" koloniyasında (Solikamsk) vəfat etmişdir. 13 fevral 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qudermes şəhərində anadan olmuşdur. O, 4 saylı şəhər orta məktəbdə oxumuş, öz ifadəsinə görə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra 1985-ci ilin martından doğma Qudermesdə şəhər icra hakimiyyətinin tikinti briqadasında suvaqçı işləyir. SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olarkən Sovet İttifaqı Kommunist Partiyası (iyul 1987) sıralarına daxil olmuşdur. Raduyev ehtiyata buraxıldıqdan sonra 24 saylı Peşə texnikumunda qaz qaynağı ustası kimi qəbul olunur; müəssisədə eyni vaxtda Çeçen-İnquş respublika komsomol komitəsinin üzvü olur. Komsomol işində o, özünü müsbət tərəfdən göstərmişdir.
Salman Rüşdi
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Salman Rüşdü
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Salman Savəci
Salman Savəci və ya Səlman Savəci (fars. خواجه جمال‌الدین سلمان بن خواجه علاءالدین‌محمد‎) (təx. 1300-1377) — İran şairi. Səlman Savəci 1300-cü ildə Təbrizdə anadan olmuşdur. Onun atası Xacə Əlaəddin Məhəmməd hələ 1258-ci ildən Yaxın Şərqdə hökmran olan Hülakü xanlarının sarayında işləmişdir. Əvvəl Qazan xanın (1295-1304) və sonra Əbu Səidin (1316-1335) vaxtında Təbriz sarayının vəqf idarəsində mühasib olmuş və sarayda xüsusi hörmət sahibi olmuşdur. Salman Savəcinin həyatı, müasirləri və bədii irsi barədə ilkin məlumata XV əsrin məşhur təzkirəçisi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra"sında (1487-ci ildə tamamlanmışdır) rast gəlinir. Təzkirə müəllifi, şübhəsiz ki, S.Savəci yaradıcılığı ilə yaxından tanış olduğundan onu "böyük şairlərdən" hesab etmiş, "şeir və şairlikdə öz dövrünün başçısı" adlandırmışdır. S.Savəci ilə Dövlətşah Səmərqəndinin yaşadıqları dövr yaxın olduğundan, təzkirə müəllifinin şair haqqında verdiyi məlumat xüsusi qiymətə malikdir. Buna görə də Salman haqqında sonralar fikir söyləyən müəlliflər Dövlətşahın əsərinə adlarını çəkdiyimiz müəlliflərə nisbətən bir qədər genişdir.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Balben
Balben (fr. Balbins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38025. Kommunanın 1999-cu il üçün əhalisi 371 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Baloban
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. == Yayılması həyat tərzi == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). == Yaşayış yeri və həyat tərzi == Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Bağban
Bağban — "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. Bağban (Ucar) — Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bağban (Kürdəmir) — Kürdəmir rayonunun Böyük Kəngərli inzibati ərazi vahidində kənd. Keçmış adı Barlıdır.
Calğan
Aşağı Calğan
Dalyan
Dalyan (çin. 大连市) və ya Dalni — Çin Xalq Respublikasının şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 5,9 milyon nəfər olmuşdur. == Coğrafiyası == Bu şəhər həm də Lyaodun yarımadasının cənubunda, Sarı dənizdəki Dalyanvan körfəzinin sahilində donmayan portdur. Nəqliyyat qovşağı Dalyan–Şenyan (Mukden) avto magistralıdır. Beynəlxalq aeroport Çjouşuyszıdadır. == Tarixi == 1898-ci il konvensiyasına görə, Dalyan Rusiya İmperiyasının Çindən müvəqqəti icarəyə götürdüyü ərazidə, Tsinniva adlı balıqçı qəsəbəsinin (1860-cı ildən Dalyan adlanırdı) yerində salınmış və Dalni adlandırılmışdı. Eyni zamanda yaxınlığında Port-Artur hərbi-dəniz qalasının əsası qoyulmuşdur. Kommersiya portu kimi tikilmiş, 1901-ci ildən Çin-Şərq dəmir yolunun (ÇŞDY) qolu vasitəsilə Xarbinlə birləşdirilmişdir. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsi zamanı, 1904-cü ilin mayında Yaponiya tərəfindən tutulmuş, 1915-ci il Portsmut sülhünə görə Yaponiyanın nəzarətinə keçmiş və İkinci dünya müharibəsi qurtaranadək Dayren adı ilə yaponların onun hakimiyyəti altında qalmışdır.
Kalben
Kalben Sağdıç İncesaraç, (d. 17 Yanvar 1986, İskenderun) Türkiyəli musiqiçi, söz yazıçısı və aktrisa. == Haqqında == Musiqi ilə məşğul olmağa 8 yaşında anasının aldığı Musiqi klaviaturası ilə başlayan Kalben, ilk gitarasına 14 yaşında sahib olub. 17 yaşında təqaüdlü olaraq girdiyi Bilkənt Universitetinin Beynəlxalq Münasibətlər fakültəsindən 21 yaşında məzun oldu. Müxtəlif sahələrdə işlədikdən sonra 2008-də, həmin universitetdə, Media və Mədəni İşlər üzrə magistratura oxumaya başladı. Anı gizlətməyin yolları və yadigarlar haqqında tezis verdikdən sonra iş tapmaq üçün İstanbula köçüb. Universal Pictures bazasında marka müdiri kimi işə başlayıb. Sonra ssenarist, redaktorluq, layihə idarəçiliyi, kopirayter, tərcüməçilik kimi müxtəlif işlərlə məşğul olub. Ankarada və İstanbulda, həsrətlə və nadir hallarda musiqi ilə məşğul oldu, konsert verməyə davam etdi. 18 Oktyabr 2014-də Sofar Sounds İstanbul çərçivəsində Galata-da bir evdə sadəcə gitara ilə verdiyi konsertdən yayınlanan "Sadəcə" videosu qısa zamanda Türkiyə Sofar Sounds videoları arasında ən çox izlənən oldu.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Taliban
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.