Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sansız (Tarım)
Sansız (az-əbcəd. سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İlhan Mansız
İlhan Mansız (10 avqust 1975 - Kempten, Bavariya, Almaniya) — türk futbolçu. == Həyatı == İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm".
Başsız
Başsız (Eçmiədzin)
Sənsiz
Sənsiz (romans)
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Yeddi Şanslı Tanrı
Bəxtin Yeddi Şanslı Tanrısı (七福神, Şiçi Fukujin) və ya Yeddi Şanslı Tanrı, Şinto dinində, eləcə də Yapon mifologiyasında və folklorunda xoşbəxtliyin yeddi tanrısıdır. Onlar tez-tez oyma və digər təsvirlərin mövzusu olmuşdur. Ənənəvi olaraq, onların hamısı ayrı-ayrı məsələlərlə məşğul olur: Ebisu: balıqçıların və ya tacirlərin tanrısı. Daikokuten (Daikoku): Sərvət və ticarət tanrısı. Bishamonten: Döyüşçülərin Allahı. Benzaiten (Benten-sama): Müdriklik, sənət və gözəllik ilahəsi. Fukurokuju: xoşbəxtlik, sağlamlıq və uzunömürlülük tanrısı. Hotei: məhsuldarlıq və yaxşı sağlamlıq tanrısı. Juroujin: (Qamma), uzunömürlülük tanrısı.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Başsız (Bostanabad)
Başsız (fars. باش سيز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (92 ailə).
Başsız (Eçmiədzin)
Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır.
Sanusi Lamido
Sanusi Lamido — Nigeriya Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir. 2023-cü ilin avqustunda, Nigerdə dövlət çevrilişindən sonra böhran zamanı o, çevrilişçilərlə vasitəçilik etmək üçün Niameyə getdi və xüsusilə Abdurahamane Tchiani ilə görüşdü. O, yaxın dostu olduğu Nigeriya prezidenti Bola Tinubuya onlardan mesaj göndərmək istədiyini bildirir. Bununla belə, o, "hökumət emissarı" kimi fəaliyyət göstərmədiyini iddia edir.[1].
Sənsiz (1968)
Sənsiz (1991)
Sənsiz (albom)
== Albom haqqında == "Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. == Sözləri == Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Səssiz Film
Səssiz film — sinxron səs yazılışı olmayan, sadəcə dialoqlardan ibarət olan film. == Tarixi == Belə filmlərin texnologiyası 1860-cı illərdə ixtira olunmuşdur. İlk səssiz film 1888-ci ildə çəkilmişdir. Amerikalı məşhur kinorejissor və prodüser Qriffis kinonu əyləncə səviyyəsindən yüksəldərək insanlarla başlıca ünsiyyət yaratma, ifadə etmə vasitəsinə çevirdi. Sözlər və yazılardan istifadə etmədən yalnız kinonun izahverici imkanları ilə tamaşaçını təsirləndirən, hiss və düşüncələri ən çarpıcı formada ekranda əks etdirən Qriffis indiki dövrdə artıq klassikləşmiş olan kino texnikalarını tətbiq etdiyi kimi, film çəkmə müddətinin də təməl mərhələlərini inkişaf etdirdi və bütün bu mərhələləri uyğun formada davam etdirən rejissorun nə qədər vacib biri olduğunu göstərdi. Birinci dünya müharibəsi sonrası yorğun və dağınıq Avropada kino sahəsindəki ən önəmli inkişaflardan biri savaşdan məğlub ayrılmış Almaniyada oldu. Müharibədən sonra xüsusi nəzarət altına alınmış "UFA" adlı şirkət alman kinosunu Veymar Cumhuriyyəti dövründə (1919–1933) ən üst səviyyəyə çatdırdı. UFA-nın ilk çəkdiyi "Ernst Lubitsch’in Madame Du Barry" (1919) və "Anna Boleyn" (1920) kimi baxımlı, xüsusi kostyumlardan istifadə edilmiş tarixi filmlər idi. Amma Almaniya kino sənətinə ən böyük xidmət Robert Vienenin "Doktor Kaliqarinin müayinəxanası" (Das Kabinen des Dr. Caligari) (1919) filmi oldu.
Səssiz ev
Səssiz ev — Orxan Pamukun Cövdət bəy və oğullarından sonra yayımlandığı ikinci romanı(1983).Roman 3 nəfərin nənələrini ziyarət etmək üçün İstanbul yaxınlığındakı Cənnəthisar qəsəbəsində keçirdikləri həftəni anlatır. == Ümumi == Səssiz ev romanı 32 fəsildən ibarətdir. Hər bir fəsil bir obrazın dilindən izah edilir. Roman qurğusunda göründükləri sıra ilə beş anlatıcının adları belədir: Rəcəb, Böyükxanım, Həsən, Fərrux, Metin. İlk fəslin anlatıcısı Rəcəb, son fəslin anlatıcısı isə Böyükxanımdır. Anlatıcıların hər birinı düşən fəlis sayı, çoxdan aza doğru belədir: Həsən (8bölüm), Böyükxanım (7bölüm), Rəcəb (6bölüm) , Fərrux (6bölüm), Metin (5bölüm). İzah etdikləri fəsillər əsasında obrazlar: == Yer və zaman == Yer: Cənnəthisar Zaman: İyul 1980. Hadisələr 12 sentyabr 1980 hərbi çevrilişindən təxmini bir ay əvvəl baş verir. Ona görə də roman böyük bir siyasi gərginliyin izlərini daşıyır. == Süjet == Behcet Necatigil "Ədəbiyyatımızda əsərlər sözlüyü" kitabında səssiz evin süjetini belə ümumiləşdirir: •Roman Gebzeyə bağlı Cənnəthisarda köhnə, böyük, səssiz bir evdə başlayır.
Səssiz zona
Səssiz zona (isp. La Zona del Silencio) – Meksikanın Duranqo ştatının Mapimi bölgəsində yerləşən səhra ərazisi. Mapimi biosfer qoruğunun ərazisindədir. Ərazi radio siqnallarının qəbul edilə bilməməsi və istənilən rabitə vasitəsinin işləməməsi ilə bağlı olan şəhər əfsanələri ilə məşhurdur. Bermud üçbucağı ilə müqayisə olunur. == Tarix və əfsanələr == Ərazi qədim dövrdə Tetis okeanının dibini təşkil edirdi. Ona görə də ərazidə bir çox qədim dəniz canlısının qalıqları və duz ehtiyatları var. Bu duz ehtiyatları müasir dövrdə də istifadə olunur. 1970-ci ilin iyulunda ABŞ-nin Yuta ştatındakı Qrin-River kompleksindən Nyu-Meksiko ştatına göndərilmiş Athena RTV sınaq raketi idarəetməni itirmiş və bu əraziyə düşmüşdür. Raketin içində radiokativ element kobalt-57-nin olduğu iki kiçik konteyner var idi.
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Sansi almazı
"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri. Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir. Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb. Rus tədqiqatçısı Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazı tapan Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər.
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Başsız Ucan (Bostanabad)
Başsız Ucan (fars. باشسيزاوجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (81 ailə).
Başsız atlı (roman)
Başsız atlı — Mayn Rid tərəfindən 1865-ci ildə yazılmış roman. Vəhşi Qərb mövzusunda yazılmış romanda gənc qızı sevən iki gəncin mübarizəsi ilə yanaşı, ABŞ həyatının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, Amerika hindularının həyatı təsvir edilir. == Yazıçı haqqında == Mayn Rid Tomas 1818-ci ildə Britaniyada anadan olmuşdur. O, keçən əsrin ingilis romançılarındandır (Thomas Mayne Reid). Rid 20 yaşında ikən ABŞ-yə getmiş, Amerika-Meksika müharibəsində (1846–1848) iştirak etmişdir. Onun bir çox əsərləri Amerika həyatından bəhs edir. Müharibənin iştirakçısı kimi şəxsən müşahidə etdiyi bir çox hadisələr və insanlar sonralar yazdığı əsərlərində, xüsusən də "Azad atıcılar", "Ağ rəhbər", "Kbarteron qız", "Feminolların başçısı Otseolla", "Başsız atlı", "Öldürücü atəş" romanlarında öz bədii inikasını tapmışdır. Mayn Rid insan qəlbinin dərinliklərinə enməyi surətlər, arasındakı münasibətləri konkret həyat hadisələri əsasında təsvir etməyi bacaran xarakterlər ustasıdır. Əsərlərində müəllif ABŞ-nin müstəmləkəçilik siyasətini, qul alverinin dəhşətlərini, amerika hindularının həyatını təsvir etmişdir. Humanist ruhlu macəra romanlarında hinduların ağ müstəmləkəçilərə qarşı istiqlaliyyət mübarizəsini təsvir etmişdir.
Gecələr sənsiz (mahnı)
Sənsiz (film, 1968)
== Məzmun == Film görkəmli dövlət xadimi, istedadlı yazıçı-dramaturq, alim Şıxəli Qurbanova ithaf olunmuşdur. Qısa, lakin mənalı həyat yolu keçmiş unudulmaz Şıxəli Qurbanov haqqında kino materialları nisbətən azdır. Buna baxmayaraq tamaşaçılar kino vasitəsilə onun yazdığı kitablarla tanış olur, müxtəlif ictimai tədbirlərdə etdiyi çıxışları eşidir, ünsiyyət bağladığı bəzi adamları görürlər. Filmdə Ş. Qurbanovun "Sənsiz" və "Milyonçunun dilənçi oğlu" əsərlərindən parçalar da verilmişdir.
Sənsiz (film, 1991)
== Məzmun == Film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ömrünün son günlərini və dəfn mərasimini ekranda canlandırır. == Film haqqında == Film Üzeyir Hacıbəyovun Ev Muzeyinin sifarişi ilə çəkilmişdir.
Səssiz pasiyent (roman)
Səssiz pasiyent və ya The silent palient — 2019-cu ildə ingilis-kipr yazıçısı Aleks Michaelides tərəfindən yazılmış psixoloji triller romanıdır. Debüt romanı Macmillan Publishers-in bölməsi olan Celadon Books tərəfindən 5 fevral 2019-cu. == Haqqında == Məşhur rəssam Alisiya Berenson əri, fotoqraf Qabriel Berenson un qətlində təqsirli bilinir. Məsuliyyətin azaldılması iddiası ilə o, Grove adlı təhlükəsiz məhkəmə-tibb bölməsinə qəbul edilir. Berenson işinə böyük maraq göstərən məhkəmə psixoterapevti Teo Faber, Grove-da bir vəzifə üçün uğurla müraciət edir. Onun xahişi ilə o, qətl günündən bəri danışmayan Alisiyaya rəhbərlik edir. Terapiya seansları zamanı lal qalmasına baxmayaraq, Alicia Teoya gündəliyini verir. O, qətldən bir neçə həftə əvvəl evində maskalı bir adam tərəfindən izlənildiyini təsvir edir. Bu arada Teo arvadı Ketinin naməlum bir şəxslə nikahdan kənar münasibətdə olduğunu öyrənir. Alicia haqqında daha çox öyrənmək üçün Teo onun əmisi oğlu ilə əlaqə saxlayır.
Səssiz sinema (mahnı)