Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seraya Şapşal
Seraya Şapşal (8 (20) may 1873 və ya 1873, Bağçasaray, Tavriya quberniyası[d] – 18 noyabr 1961 və ya 1961, Vilnüs) — Kəraim filoloqu, şərqşünası, filologiya elmləri doktoru, professor. == Həyatı == Seraya Şapşal 1873-cü il mayın 20-də Baxçasaray şəhərində Mordexay Şapşal və Akbike Kazasın ailəsində anadan olub. Ailədə sonuncu 12-ci uşaq olub. 9 aylıq olanda anası Akbike Kazas dünyasını dəyişib. S. Pigitanın rəhbərliyi ilə Baxçasaray və Simferopolda keçirilən karaim midraşlarına qatılıb. 1884-cü ildə atasının qərarı ilə böyük qardaşı Moşe ilə birlikdə rus dilini öyrənmək üçün Sankt Peterburqa gedib. 1886-cı ilə qədər Oxtensk Peşə Məktəbində sonra isə Qureviçin gimnaziyasında təhsil alb. 1894-cü ildə gimnaziyanı bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Burada Şərq dilləri fakültəsinə daxil olaraq ərəb, türk, fars və tatar dillərini öyrənir. 1896-cı ildə tələbə ikən "Krımda karaimlər və Çufut-Kale" adlı özünün ilk işini təqdim edib.
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Sapsan (dəqiqləşdirmə)
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Şaplar
Şaplar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmişdir. == Toponimikası == Bu kənd Şapı adında qeydə alınmışdır. Əslində Şahpərilər olduğu söylənilir. Şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli əhalinin məlumatına görə kəndi XIX əsrdə Kərbalayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir. == Tarixi == İşğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülmüş, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülmüş və onlara cinayət işi açılmışdır. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Sapsan (raket sistemi)
Sapsan (Ukraynca :"Оперативно-тактичний ракетний комплекс "Сапсан") Yuzhnoye Design Office Yuznaya Dizayn Ofisi) və Ukrayna Silahlı Qüvvələri üçün A. M. Makarov Southern Machine-Building Plant (Yuzhmash) (A. M. Makarov adına Cənub Maşınqayırma Zavodu) tərəfindən təkmilləşdirilmə mərhələsində olan mobil bir qısa mənzilli ballistik raket sistemidir . Sapsan taktiki raket sisteminin xüsusiyyətlərini və reaktiv yaylım atəş sistemlərinin xüsusiyyətlərini özündə birləşdirməlidir. Müəyyənləşdirilmiş raketin məhvetmə sahəsi 280 kilometrədəkdir.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Daniil Şapka
Daniil Andreyeviç Şapka (rus. Даниил Андреевич Шапка; 18 mart 1999) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan GNS-Spartak klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Həyatı == 18 mart 1999-cu ildə anadan olub. == Karyerası == Şapka öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə "Kuban-2 Krasnodar" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Maşuk-KMV Pyatiqorsk klubuna qarşı oyunda etmişdir.
Klod Şapp
Klod Şapp (fr. Claude Chappe; 25 dekabr 1763[…] – 23 yanvar 1805[…], Paris) — fransız ixtiraçı. 1792-ci ildə Teleqraf sistemini yaratmağı təklif etmişdir. Klod Şapp təpələrin üzərində, teleqraf qüllələri quraşdırdı. Hər qüllənin üzərində 49 ayrı istiqamətə dəyişə bilən, iki çarxlı fırladıcı vardı. 49 istiqamətin hər biri, bir hərfə və ya şərti işarəyə uyğunlaşdırılmışdı. Bu sistem uğurlu oldu, belə ki, XIX əsrin ortalarında Fransada teleqraf xəttlərinin uzunluğu 4.828 kilometə çatmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Lonardo Şaşa
Lonardo Şaşa (it. Leonardo Sciascia; 8 yanvar 1921[…], Rakalmuto[d], Siciliya – 20 noyabr 1989[…], Palermo) — italyan ədəbiyyatında mahir detektiv ustası. == Həyatı == Lonardo Şaşa 8 yanvar 1921- ci ildə Siciliyanın Racalmuto şəhərində, qulluqcu ailəsində anadan olmuşdur. Yazıçının 1961- ci ildə işıq üzü görmüş “Bayquşun günü” romanı indiyədək də onun ən güniş yayılmış, ən şox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi uguru sayılır. Romanda ilk dəfə olaraq italya mafiyasının kəndlərdəki hökümranlığının şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə Lonardo Şaşa görkəmli həmyerlisi L. Pirandellaya hər olunmuş “Pirandello və Siciliya” adlı elmi- tənqidi esselər toplusunu da çap etdirir. Lonardo Şaşa ziddiyatlı şəxsiyyət idi. Ötən əsrin 60- 80- ci illərində İtalyanın mürəkkəb ictimai- siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi dilemmalardan, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçını 1979- cu ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi- ictimai kredosu və siyasi baxışları ilə daha yaxından tanış olmağa imkan verir. Lonardo Şaşa tez- tez qeyd edirdi: “Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, müdriklik qabiliyəti verməyib, ancaq hər şey necə olubsa, necə varsa, elədir...” Lonardo Şaşa 9 noyabr 1989-cu ildə Siciliyanın Palermo şəhərində vəfat edib.
Şapa (şəhər)
Şapa və ya Sapa (vyet. Sa Pa) — Vyetnamın şimal-qərbində, Laokay vilayətində şəhər. == Coğrafiyası == Hanoydan 350 km şimal-qərbdə, Çin ilə sərhəd yaxınlığında, dəniz səviyyəsindən təxminən 1,600 m yüksəklikdə yerləşir. Böyük turizm mərkəzidir. Coğrafi baxımdan nadir relyef və təbiətə malikdir. Şəhərin yaxınlığında Hind-Çinin ən yüksək zirvəsi Fanşipan zirvəsi yerləşir. İqlimi yayda mülayim və yağışlı, qışda isə nisbətən soyuqdur. Şapada orta illik temperatur 15,4°C-dir. Ən isti aylar iyul və avqust, ən soyuq aylar dekabr və yanvardır. Şəhərin mərkəzində, yanında katolik kilsəsi olan bir park var.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. == Xarici görünüşü == Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. == Yayılması == Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını və Naxçıvanı əhatə edir.
Vatsap
WhatsApp (azərb. Votsap‎) — smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Müxtəlif platformalarda Android, BlackBerry OS, BlackBerry 10, iOS, Series 40, Symbian (S60) və Windows Phone. Messenceri yaratmış şirkətin 2009-cu ildə əsası qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir. WhatsApp-ın köməyi ilə hər gün 2 milyard mesaj (2012-ci il aprel ayında) göndərilirib. (cari ilin avqust ayında 10 milyarddan çox olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu rəqəm 30 milyardı ötmüşdü. İstifadəçilərin dəqiq miqdarı açılmır, amma Benedict Evans (Enders Analysis) analitikinin qiymətləndirilmələrinə görə oktyabrda (2012-ci il) 100 milyonu ötürdü.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sapma
== Sapma == Sapma– nəzarət nöqtəsindən adi və ya sistematik kənarlaşmadır. 1. Riyaziyyatda: dayaq (örnək) qiymətindən qiymətlər qrupunun orta kənarlaşma kəmiyyəti. 2. Elektronikada: tranzistorun və ya başqa elektron qurğunun iş rejiminin nəzarət həddini müəyyənləşdirmək üçün gərginlik. 3. Rabitə vasitələrində siqnalın təhrif növü; siqnalın qiymətinin 0-dan 1-ə və əksinə dəyişməsi ilə əlaqədar gərginlik artdıqda və ya azaldıqda baş verən gecikmə ilə bağlı olaraq ötürülən bitlərin uzunluğunun pozulması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Barbaros Şansal
Barbaros Şansal (d. 10 iyul 1957, Ankara), Türk moda dizayneri.
Caesalpinia sappan
Sappan sezalpiniyası (lat. Caesalpinia sappan) - sezalpiniya cinsinə aid bitki növü.
Pinxos Sabsay
Sabsay Pinxos (Pyotr) Vladimiroviç (19 iyun (1 iyul) 1893 və ya 19 iyun 1893, Odessa, Xerson quberniyası[d] – 25 aprel 1980, Bakı) — sovet heykəltəraşı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ xalq rəssamı (1973), 1-ci dərəcəli Stalin mükafatı laureatı. == Həyatı == Pinxos Sabsay Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. 1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, "Əmək" monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə "İdmandan əməyə və müdafiəyə doğru" barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb.
Salsal qalası
Salsal — Dərələyəz mahalında qədim qala. == Haqqında == Bu qala Keşişkənd (Yeğeqnadzor) rayonunda Ələyəz, Hosdun, Həsənkənd, Erdərin, Horbadıq adlı kəndlərin əhatəsində, uca bir qayanın başında tikilmişdir. Strateji cəhətdən çox əhəmiyyətli yerdə tikilmiş bu qalanın içindən rayondakı kəndlərin, yolların, keçidlərin, aşırımların, gediş-gəliş cığırlarının əksəriyyətini nəzərdə saxlamaq, hücumların qarşısını almaq mümkündür. Qala çox uca və sıldırım qayanın başında tikildiyi üçün ona üç tərəfdən çıxmaq çox çətindir. Qalanın iki qapısı vardır. Əsas yolu isə şərq tərəfdəki (Ələyəz kəndi tərəfdəki) yalın üstündədir. İkinci qapısı isə Erdərin və Horbalıq kəndləri tərəfdəndir. Bu, əsas qapıya nisbətən bir qədər balacadır. Bundan başqa, qalanın qərb (günbatan) tərəfində, Hosdun və Həsəndkənd səmtində divarın özülündə çıxış üçün gizli bir kiçik qapı da vardır ki, bu, daş ilə hörülmüşdür. Bu qapını yalnız qalanın içindən açmaq olar.
Samsar dağı
Samsar dağı — Samsar silsiləsində dağ.
Samsar silsiləsi
Samsar silsiləsi (gürc. სამსრის ქედი) — Gürcüstanda dağ silsiləsi. == Zirvələri == Dəlidağ — hündürlüyü 2929 m Samsar dağı — hündürlüyü 3284.7 m Qaraquzey dağı — hündürlüyü 2670.1 m Böyük Əbül dağı — hündürlüyü 3300.5 m Kiçik Əbül dağı — hündürlüyü 2799.8 Koroğlu dağı — hündürlüyü 2921 m İvantəpə — hündürlüyü 2933.4 m == Mənbə == Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), Оглавление: Глава I. Топографическое описание поверхности. Горы: Горы Цихе-Джвари, стр.
Saplaq pemfiqi
Saplaq pemfiqi (lat. Pemphigus bursarius L., 1758)- Əsas yem bitkisi olan qovaq üzərində yaşayırlar. == Xarici quruluşu == Qanadlı binəçə. Bədəni girdə, şişkin, şəffaf olub tüksüzdür. Vəzli qrup 6 cərgəlidir. Ayaq, alın, bığcıq və gözləri tutqundur. Alın yastı olub 4 ədəd qısa tükcüyə malikdir. Bığcıqları 4 buğumlu olmaqla, III və IV bir-birinə bərabərdir. Gözləri sadədir. Xortumcuq orta şanağın arxasına keçir.
Sappan sezalpiniyası
Sappan sezalpiniyası (lat. Caesalpinia sappan) - sezalpiniya cinsinə aid bitki növü.
Sarsaz (Şaran)
Sarsaz (başq. Һарыһаҙ, rus. Сарсаз) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Durtüylü): 11 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (60%), başqırdlar (39%) üstünlük təşkil edir.
İrfan Sapmaz
İrfan Sapmaz (30 may 1962, Yayladağı, Hatay, Türkiyə Respublikası) — Türkiyəli jurnalist və döyüş müxbiri. == Həyatı == İrfan Sapmaz 1962-ci ildə Türkiyənin Hatay bölgəsinin Yayladağı qəsəbəsində anadan olmuşdur. Ailəlidir, 2 qızı vardır. == Təhsili == Pakistanın Pişəvər Universitetinin Siyasi Elmlər fakültəsində ingilis dili təhsili aldıqdan sonra Bakı Dövlət Universitetində hüquq təhsili almışdır. Həmin fakültədə magistr pilləsində də təhsil almışdır. == Jurnalist fəaliyyəti == 1982-ci ildə TV müxbirliyinə Sabah qəzetində başlamışdır. Daha sonra Günaydın, Hürriyət, CNN Türk və DHA-da (Doğan Xəbər Agentliyi - Qafqaz və Orta Asiya nümayəndəliyi) jurnalist kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycanda Avrasiya qəzetində baş redaktorluq etmişdir. Azərbaycan Türk Agentliyinin qurucusu, sahibi və baş redaktoru olan Sapmaz, bundan başqa Fransada Sipa Press və Gamma Fotoqrafiya Agnetliyində, BBC, Star qəzeti, TRT, TGRT Xəbər, Anadolu Agentliyində işləmişdir. Sapmaz TRT Türk-ün Səudiyyə Ərəbistan nümayəndəsi olaraq 2013-cü ildən bu tərəfə Ciddədə işləməkdədir.Sapmaz Qafqaz, Orta Şərq, Orta Asiya və Cənub-şərqi Asiyada baş vermiş müxtəlif müharibələrdə müxbirlik etmişdir.
Qapsal qalası
Qapsal qalası — Bu, Estoniyanın Haapsalu şəhərində), XIII əsrdə Ösel-Viek yeparxiyasının mərkəzi kimi əsası qoyulmuş kafedrala bənzər bir qaladır. Rəvayətə görə, avqustun tam ayları zamanı kilsənin daxili divarında bakirə olan Ağ Xanımın təsviri görünür.. == Tarixi == 1228-ci ildə Riqa arxiyepiskopu Albert Lyaenema, Sarema və Hiumanın daxil olduğu yeni yeparxiya yaratdı. Dunamindəki Cistercianeç monastırının abbotu Qotfridi yepiskop təyin etdi. Yeparxiya 1 oktyabr 1228-ci ildə Roma kralı Henri tərəfindən Müqəddəs Roma İmperiyasının əyaləti adlandırıldı. Papa leqatı Modenalı Vilhelm bu sərhədləri 1234-cü ildə daimi olaraq müəyyən etdi. Ösel-Viek yeparxiyasının ilk iqamətgahı Lihula qalasında yerləşirdi. Livoniya Qılınc Qardaşlarının köməyi ilə burada daş qala tikilmişdir. Administrasiya ilə münaqişələrin qarşısını almaq üçün yeparxiya iqamətgahını on il sonra litvalılar tərəfindən yandırılan Perona köçürür. Yepiskop qalası və kafedralı olan Haapsaludakı yer yeparxiyanın yeni qərargahı kimi seçildi.
Cistanche salsa
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. == Sinonimləri == Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Qonio Apsar
Qonio Apsar (gürc. გონიოს ციხე, əvvəllər Apsare və ya Asparunt adlanmışdır) — Gürcüstanda tarix-memarlıq muzeyi; Batumidən 15 km cənubda yerləşən qədim abidələrdən biri; qədim şəhər-qala. == Tarixi == Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər-qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olmuşdur.Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır.1994-cü ildən muzey kimi fəaliyyət göstərir. Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılmışdır.Muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır. == Şəkilləri == == İstinadlar == == Xarici keçidlər == Kakhidze, Emzar, Recent Archaeological Finds in Apsarus Arxivləşdirilib 2008-04-02 at the Wayback Machine. Third International Congress on Black Sea Antiquities, 2005. (ing.) Pictures of Gonio castle (ing.) Kakhidze, E. Apsaros: A Roman Fort in Southwestern Georgia // In: Meetings of Cultures in the Black Sea Region: Between Conflict and Coexistence.