Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamlı
Şamlı — Təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Abbasqulu xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat Abdı bəy Şamlı — Qızılbaş əmiri, Heratın hakimi Durmuş xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Ağzivər sultan Şamlı — Qızılbaş sərkərdəsi, Herat hakimi Hüseyn bəy Şamlı — I Şah İsmayılım lələsi, Şirvanın ilk qızılbaş hakimi Hüseyn xan Şamlı — Qızılbaş sərkərdəsi, Əmirəlüməra, Heratın, Çuxur Sədin bəylərbəyi Hüseynqulu sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi Həsən xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat II Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi Mirzə Vəli xəlifə Şamlı — Qızılbaş sərkərdəsi, Məşhədin hakimi Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mürtəzaqulu xan Şamlı — şair, vali, xəttat Rzaqulu xan Şamlı — Nadir şahın sərkərdəsi və səfiri Sultan Hüseyn xan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi Vəliqulu bəy Şamlı — Şamlı elindən olan Azərbaycan tarixçisi Xəlifə sultan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Əhməd sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri. Əhməd Şamlı — tanınmış İran şairi Əhməd Şamlı Məşhədi — XVIII əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından Əliqulu xan Şamlı — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin kürəkəni Əlmərdan xan Şamlı — Nadir şahın səfiri, sərkərdə Ərəb xan Şamlı — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi Sepidə Şamlı — İranlı yazıçı, romançı Yaşayış məntəqələri Şamlı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Şamlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hüseynabad Şamlı — İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd Şamlı (tayfa) — Azərbaycanlıların soykökündə duran tafyalardan biri. Şamlı eli — Azərbaycanın soykökündə duran qurumlardan biri.
Hüseynabad Şamlı
Hüseynabad Şamlı-İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd.
Kiçik Şamlı
Kiçik Şamlı (fars. شاملوي كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (35 ailə).
Məhəmmədcəfər Şamlı
Məhəmmədcəfər Şamlı-(?-?). XVIII yüzil tarixçisi Məhəmmədcəfər Şamlı öncə Nadir şah Avşarın sarayında, onun ölümündən sonra Əfqanıstanın Dürrani sülaləsindən Əhməd şah Abdalinin srayında yazıb-yaratmışdı.Onun "Mənazil-əl-futuh", "Tərifi-Mənazil-əl-futuh" adlı tarixi əsərləri var. Bu əsərlər İran, hindistan şahlarından bəhs edir. Məşhur Paniapat döyüşü bu əsərlərdə işıqlandırılır.
Sepidə Şamlı
Sepidə Şamlı- İranlı yazıçı, romançı.O, fars dilində bir neçə roman yazmışdır.2000-ci ildə onun "Eləbil bizə demişdin Leyli" adlı romanı Gülşiri mükafatına layiq görülmüşdür.
Səid Şamlı
Professor Səid Şamlı-İranın Klinik psixologiyasının təsisçisi.1929-cu ildə Məlayer şəhərində anadan olmuşdur.ABŞda təhsil alıbdır.2004-cü ildə Tehranda vəfat edib.
Şamlı (Ağdam)
Şamlı — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Şamlı- Ağdam rayonunda XIX əsrdə kənd adı. Suriyada (Şamda) məskunlaşmış və sonra qızılbaşlara qoşulmuş bir elin adı. Teymurləng səfəvi şeyxi Xacə Əliyə bağışlamış, o da onları Azərbaycana gətirib yerləşdirmişdir.
Əhməd Şamlı
Əhməd Şamlı (farsca: احمد شاملو; 12 dekabr 1925, Tehran – 24 iyul 2000 və ya 23 iyul 2000, Kərəc, Tehran ostanı) — A.Bamdad ədəbi təxəllüsü ilə tanınan iranlı şair, yazıçı və jurnalist. O, müasir İranın ən vacib şairlərindən biri hesab olunur. İlk şeirlərini Nima Yuşiçin təsiri altında yazmış, onun ənənələrini davam etdirmişdir. İranlı ədəbi tənqidçi Abduləli Dastgib Şamlının müasir İran poeziyasının qabaqcıllarından biri olduğunu və Nimadan sonra öz dövrünün şairlərinə ən çox təsir göstərən şair olduğunu söyləmişdir. Şamlının şeirləri mürəkkəb olsa da, təsvirləri anlaşıqlıdır. O, İran oxucularına Hafiz və Ömər Xəyyamın şeirlərindən tanış olan ənənəvi təsvirlərdən istifadə etmişdir. Şamlının şeirlərində gündəlik təsvirlərdə təcəssüm etdirilən oksimonorik elementlər abstraktlığın qeyri-reallığı, eyni zamanda da reallıq ilə vəhdət təşkil edir. İran poeziyasında görülməyən bu metod ənənəvi şeriyyat pərəstişkarlarının bəzilərini narahat etmişdir. Şamlı fransız dilindən farscaya çoxlu tərcümələr etmiş, eyni zamanda, öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur. Bundan əlavə, o, çox sayda pyes yazmış, İran poeziyasının önəmli klassik şairlərinin, xüsusilə də Hafizin əsərlərini redaktə etmişdir.
Şamlı (dəqiqləşdirmə)
Şamlı — Azərbaycanlıların soykökündə duran məşhur tafyalardan biri. Şamlı — Təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Abbasqulu xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat Abdı bəy Şamlı — Qızılbaş əmiri, Heratın hakimi Durmuş xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Ağzivər sultan Şamlı — Qızılbaş sərkərdəsi, Herat hakimi Hüseyn bəy Şamlı — I Şah İsmayılım lələsi, Şirvanın ilk qızılbaş hakimi Hüseyn xan Şamlı — Qızılbaş sərkərdəsi, Əmirəlüməra, Heratın, Çuxur Sədin bəylərbəyi Hüseynqulu sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi Həsən xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat II Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi Mirzə Vəli xəlifə Şamlı — Qızılbaş sərkərdəsi, Məşhədin hakimi Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mürtəzaqulu xan Şamlı — şair, vali, xəttat Rzaqulu xan Şamlı — Nadir şahın sərkərdəsi və səfiri Sultan Hüseyn xan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi Vəliqulu bəy Şamlı — Şamlı elindən olan Azərbaycan tarixçisi Xəlifə sultan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Əhməd sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri. Əhməd Şamlı — tanınmış İran şairi Əhməd Şamlı Məşhədi — XVIII əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından Əliqulu xan Şamlı — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin kürəkəni Əlmərdan xan Şamlı — Nadir şahın səfiri, sərkərdə Ərəb xan Şamlı — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi Sepidə Şamlı — İranlı yazıçı, romançı Yaşayış məntəqələri Şamlı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Şamlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.
Böyük Şamlı
Böyük Şamlı-İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd.
Şamlı (Heris)
Şamlı (fars. شاملو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşinin Qərbi Bedevostan dehestanında kənd. 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (69 ailə).
Şamlı (Qəbələ)
Şamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Qəbələ rayonundakı Şamlı kəndidir. "Şamlı" Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Kəndin əsasını Şamlı tayfaları qoymuşdur. Şamlı Şimali Suriyadan gəlmiş Türk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur. Monqolların hücumu zamanı Türkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Sonradan onlar Azərbaycana köçüblər.
Şamlı (Zəngilan)
Şamlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin məlumatına əsasən kəndin əsası XIX əsrdə Şamı, Tağı və Nağı adlı qardaşlar qoymuşlar. Böyük qardaş Şamının adı ilə Şamlı adlandırılmışdır. Əslində topononim Qızılbaşların şamlı qəbiləsi ilə bağlıdır. Şamlı Teymurun 1402-ci ildə türk Bəyazid üzərində qəbələsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili ailəsi ilə əlaqədardır. Həmin ailəni Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, oda onları Azərbaycanın cənubundə yerləşdirmişdir. Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə şamlılar iştirak etmişdir. Səfəvi şahları bu tayfaya Azərbaycanda yerlər bağışlamışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Şamlı (tayfa)
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri. Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.
Şamlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şamlı eli
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri. Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.
Heydər Qiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. == Həyatı == Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Heydər Ğiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. == Həyatı == Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Hüseyn bəy Şamlı
Hüseyn bəy Şamlı (fars. حسین بیگ شاملو‎); d. ?, türk mənşəli Şamlı eli — ö. 1514, Çaldıran) — Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502–1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı. "Tarix-i Qızılbaşan" əsərinin müəllifi onun barədə yazır: "Şamlı tayfasının böyük əmirlərindən biri Hüseyn bəy Lələdir. O, Lahicanda I Şah İsmayılın xidmətində idi. O həzrətin zühurundan sonra əmir əl-üməra oldu və Cihan çayı sahilində Sarı Qaplan tərəfindən məğlub edildikdə gözdən düşdü.
Hüseyn xan Şamlı
Hüseyn xan Əbdi bəy oğlu Şamlı (XIV əsr – 1534, Herat) — qızılbaş sərkərdəsi, əmir əl-üməra, Heratın, Çuxursəəd bəylərbəyi. Hüseyn xan Şamlı Şah İsmayılın bacısı oğlu, Durmuş xan Şamlının qardaşı idi. O 1525-ci ildən 1531-ci ilə qədər Herat bəylərbəyi və Sam Mirzənin lələsi kimi Səfəvilər dövlətinə xidmət etmişdir. Daha sonra Übeyd xanın Herata hücumu zamanı uzun müddətli mühasirəni davam etdirə bilmədiyi üçün Herat şəhərini özbəklərə təslim etmək məcburiyyətinə qaldı. Şah Çuxa sultanın ölümündən sonra onu Abdulla xan Ustaclı ilə birlikdə əmir əl-üməra təyin etdi. Beləliklə Çuxa sultanın ölümü ilə onun yerinə Hüseyn xan Şamlı keçmiş oldu. Hüseyn xan Şamlı 1534-cü ildə Şah Təhmasibə sui-qəsd təşkil etmək şübhəsi ilə edam edilmişdir. == Həyatı == Hüseyn bəy Əbdi bəy oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayıl Səfəvinin bacısı oğludur. Durmuş xan Şamlının qardaşı idi.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Hüseynqulu sultan Şamlı
Hüseynqulu sultan Şamlı (?-1581)—Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi. == Həyatı == Hüseynqulu sultan Şamlı hərbi xidmətə I Şah Təhmasib Səfəvinin ilxısında mehtərbaşı vəzifəsi ilə başlamışdı. sonra saraya gətirilmişdi. Yasavulbaşı təyin edilmişdi. II Şah İsmayıl Səfəvi saray vəzifəsi eşikağasıbaşı (saray təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Sonra Səbzivar vilayətinə hakim göndərildi. Hüseyqulu sultan Şamlı elinin Azərbaycan qrupunun başçısı idi. Şirvanda, Xaçmaz üzərinə yürüş ucbatından Əmir xan Türkmanla Şahrux xan arasında ədavət düşmüşdü. Pirə Məhəmməd xan Ustaclının və Hüseynqulu sultan eşikağasıbaşı Şamlının başçı olduqları ustaclı və şamlı tayfaları Şahrux xanın tərəfini saxlayaraq türkman tayfasına qarşı çıxdılar. Qulu bəy qorçibaşı tayfalararası silahlı toqquşmanın qarşısını çətinliklə ala bildi.
Həsən xan Şamlı
Həsən xan Şamlı (?-1641) — qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat. == Həyatı == Həsən xan Hüseyn xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Şamlı elinin Bəydili oymağına mənsub olan ailəsini səfəvilərlə qohumluq telləri bağlayırdı. Atası Sultan Hüseyn xan 1618-ci ildə vafat etdikdən sonra Heratın hakimi oldu. Həsən xan dövlət işlərində çalışmaqla yanaşı ədəbiyyatla, incəsənətlə də məşğul olurdu. Şair idi. Xoşxətt xəttat kimi də tanınmışdı. Məhəmməd Tahir Nəsrabadinin məşhur təzkirəsinə əsaslanan İsmayıl Hikmət dediklərinə nümunə olaraq Səfəvilər dövründə Herat hakimi olmuş Həsən xan Şamlını nümunə gətirir.
Mehdiqulu xan Şamlı
Mehdiqulu xan Hüseynqulu sultan oğlu Kəramətli-Şamlı(?-?) — Şamlı elinin əmirlərindən, Gilan, Luristan və Xuzistanın valisi. == Həyatı == Mehdiqulu bəy Hüseynqulu sultan oğlu Şamlı elinin Kəramətli oymağındandır. O, əvvəlcə II Şah İsmayıla, sonra Şah Sultan Xudabəndəyə, daha sonra I Şah Abbasa xidmət etmişdi.Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. 1592-1593-cü illərdə Gilan əyalətinin hakimi olmuşdu. İskəndər bəy Münşi yazır: "Şahın bütün səfər və yasaqları müddətində sübhdən axşama kimi qızılbaşlarla birlikdə olan və yaşadıqları yerləri tərk etmək halında olmayan başqa yığma adamlar (mötəcənde və ləyam) canbaşla öz rəiyyətçilik etmələrində qaldılar. Zəfər ayəli ordu bir neçə gün Lahicanda dayandı, [şah] gilanlıların mətləb və iddialarını onların istəklərinə uyğun şəkildə həll etdi, seyidlərin, üləmaların, zahidlərin, məzarıstan müttəvəllilərinin hərbi qulluqdan azad olma sənədlərini (məafiyyat) imzaladı, Lahican ülkasını və Gilan əmirülüməralığını Mehdiqulu xan Şamlıya, Gilan vəzarətini Xacə Məsih Gilaniyə, Ləştə Nişa ülkasını Mir Abbasa, Lahıcan sərkərdəliyini (sepahsalari) Talişə Kuliyə, bütün Gilanın ağsaqqallığını sadiq, doğru danışan və xeyirxah adam olan Kiya Fəriduna, Deyləman ülkasını Kiya Cəlaləddin Məhəmmədə, Vərankuhu isə Buli Sultan Sufiyə verdi". I Şah Abbas onu hakimlikdən kənarlaşdırıb, Əhməd bəy Bəydili-Şamlını təyin etdi. Mehdiqulu xan Luristan hakimi təyin edildi. İskəndər bəy Münşi yazır: "Dərviş Məhəmməd xan müzəffər qoşunda hazır vəziyyətdə olan bir dəstə müzəffər əsgərlə dövlət ordusuna gəlib çatdı və onlar Luristana yürüşə başladılar. Hümayun ordunun hücumu xəbəri Şahverdi xana çatdıqda, məskəni olan Xürrəmabaddan fərar etdi, Sədmərəyə tərəf getdi.
Mustafa xan Şamlı
Mustafa xan Bəydili-Şamlı (?-?) — Nadir şahın səfiri, Şamlı elinin başçılarından biri. Nadir şah Avşar dövrunun mötəbər şəxsiyyətlərindən biri Mustafa xan Şamlı bu tayfanın böyüklərindən olmusdur. 1731-ci ilin sonundа Təhmаsibin elçiləri Məhəmməd Rizа хаn Qorçubаşı, Mustаfа хаn Bəydilli və Şаhqulu Becаn bəy аrtıq Həmədаnа gəlmişdilər. Оnlаr Bаğdаd və Kirmаnşаh аrаsındаkı və dаhа sonrа Аrаz çаyı boyu хətti sərhəd kimi təsdiq edərək, sülh bаğlаmаğı təklif edirdilər. 1732-ci il fevrаlın 4-də İstаnbuldа bаğdаdlı Əhməd pаşаnın məlumаtı аlındı. Bildirilirdi ki, Kirmаnşаhа onun yаnınа gəlmiş II Təhmаsibin nümаyəndəsi 1730-cu ildə rаzılаşdırılmış əvvəlki şərtlərlə sülh müqаviləsi təklif edir. Bu şərtlərə görə, Оsmаnlı imperiyаsı Təbriz, Kirmаnşаh, Huveyz, Хuzistаn və Həmadandаn imtinа etməli idi, Gürcüstаn, Qərbi və Şimаli Аzərbаycаn Smanlı dövlətinə qаlırdı. Bаğdаdlı Əhməd pаşа bu şərtləri qəbul etməyi tövsiyə edirdi, hesаb edirdi ki, birincisi, Təbriz və Həmədаn müflis edilmiş və boşаldılmışdır və onа heç bir gəlir gətirməyəcək, əksinə, bərpа üçün хeyli vəsаit tələb edər, ikincisi, əgər sülh bаğlаnmаsа, Məşhəd yахınlığındа əfqаnlаrı аrtıq məğlub edən Təhmаsibqulu хаn öz qoşunlаrını Оsmаnlı sərhədinə göndərər və bu hаldа mühаribə uzаnа bilər. Əhməd pаşа öz hökumətinin rəsmi rаzılığını gözləməyərək, təklif olunmuş şərtləri qəbul etdi və 1732-ci il 10 yаnvаrdа Kirmаnşаhdа şаh səfiri ilə müqаvilə bаğlаdı. Bu müqаvilənin şərtlərinə görə, Оsmаnlı imperiyаsı Həmədаn, Kirmаnşаh, Ərdəbil və Təbrizi şаhа qаytаrmаğı öhdəsinə götürürdü.
Mürtəzaqulu xan Şamlı
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Saramlı (Kəleybər)
Saramlı (fars. سراملو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 156 nəfər yaşayır (28 ailə).
Sardlı Meliton
Sardlı Meliton (yun. Μελίτων Σάρδεων; təq. 100 – təq. 180, Sardı[d], Manisa vilayəti) — Sard şəhərinin yepiskopu, xristian ilahiyyatçısı. O, pravoslav kilsəsində 1 apreldə (Yuli təqviminə görə), katolik kilsəsində 1 apreldə ehtiramla yad edilir. Onun həyatının sadəcə bəzi təfərrüatları məlumdur. Təxminən 194-cü ildə Efesli Polikratın Papa Viktora yazdığı məktubda qeyd edilmişdir ki, Melito xədim idi və Asiya kilsəsində böyük səlahiyyətlilərdən idi. İsanın təbiətlərinin ikiliyini öyrədən II əsr yazıçılarından biri kimi onun adı İppolitin "Labirint" əsərində də çəkilir. İyeronim Melito haqqında bəhs edərkən Tertulliandan sitat gətirərək qeyd etmişdir ki, Meliton bir çox möminlər tərəfindən peyğəmbər kimi qiymətləndirilmişdir.
Sarılı Xəştab
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Sarli dili
Sarli dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri, İraqda danışılır.
Qaralı
Yaşayış məntəqələri Azərbaycanda Qaralı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Birinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd. İranda Qaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — Qaralılar — Beyləqan rayonunda kənd.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Şamlıq
Bala Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Ermənistanda şəhər.
Şarmey
Şarmey (fr. Charmeil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03060. 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 469 nəfər (15–64 yaş) arasında 330 nəfər iqtisadi fəal, 139 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,4%, 1999-cu ildə 74,3%) idi. 330 aktiv 305 nəfər (158 kişi və 147 qadın) işləyir, 25 nəfər işsizdir (9 kişi və 16 qadın). 139 hərəkətsiz 35 nəfər arasında şagird və ya tələbə, 55 nəfər təqaüdçü, 49 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Kartli
Kartli (gürcücə: ქართლი) – Gürcüstanın şərq hissəsində yerləşən tarixi bölgəsidir. XV əsrdə Gürcüstan Krallığı parçalanmışdır. Bu parçalanmadan sonra, Kartli bölgəsi paytaxt şəhəri Tbilisi olmaqla ayrıca bir krallıq olmuşdur. Kartli vilayətinin mərkəzi şəhəri Tbilisi hesab olunur.
Saatlı
Saatlı — Azərbaycan Respublikasında şəhər. Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir. Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır. "Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.
Saraclı
Saraclı (Kəleybər) — İranda kənd. Saraçlı oymağı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraçlı (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd Saraçlı (Manavqat) — Türkiyə Cümhuriyyəti Antalya ili, Manavgat ilçəsində kənd. Saraçlı (Aralıq) — Türkiyə Cümhuriyyəti İğdır ili, Aralıq ilçəsində kənd. Saraçlı (Geyvə) — Türkiyə Cümhuriyyəti Sakarya ili, Geyvə ilçəsində kənd. Saraçlı (Çərşənbə) — Türkiyə Cümhuriyyəti Samsun ili, Çərşənbə ilçəsində kənd. Saraçlı (Of) — Türkiyə Cümhuriyyəti Trabzon ili, Of ilçəsində kənd. Oxşar Bığlı Hüseyn Saraclı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd.
Sarcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam) Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd. Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə) Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Şahəli
Şahəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadədir. Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.
Şaquli